Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1233/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Bəraət almış şəxs 2nun və onun müdafiəçisi Vəliyev Ramil Əmirxan oğlunun, Bəraət almış şəxs 1nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1771/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli hökmü ndən dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs 1 XXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X1” MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşayır. Bəraət almış şəxs 2 XXXX il tarixdə Cəbrayıl rayonu, Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “X” MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşayır. 2. 31 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Bəraət almış şəxs 2-yə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.2.1-ci maddəsi və Bəraət almış şəxs 1ə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir ona görə ki, Bəraət almış şəxs 1 23 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən 1805317841 nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış “X” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi və direktoru vəzifəsində işləyərkən, habelə, eyni adlı saytın idarəçisi kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Bər aət almış şəxs 2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib zərərçəkmiş şəxsin tanışı ilə intim video görüntülərinin əks olunduğu “Facebook”, “İnstagram” və digər sosial şəbəkə və internet saytlarının elektron informasiya bazasından həmin video faylın silinməsi, bununla da çoxsaylı şəxslərin həmin video görüntülərə baxmasının qarşısının alınmasında köməklik göstərilməsi barədə 5 avqust 2022-ci il tarixdə bəraət almış şəxs 2yə müraciət etmiş zərərçəkmiş şəxsin cinayətdən xəbərsiz qardaşı ilə həmin gün qabaqcadan əlbir olduğu bəraət almış şəxs 2 ilə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq Bakı şəhəri, Babək prospektində yerləşən “Baku Medical Plaza”nın inzibati binasının qarşısında görüşüb şahidə guya özlərinin həmin video görüntüləri qey d edilən internet və sosial şəbəkə saytlarının elektron informasiya bazasından silmək iqtidarında olmalarını bəraət almış şəxs 2 vasitəsilə yalandan bildirib, 2.800 manat müqabilində həmin məsələni müsbət həll etməklə bütün görüntüləri müvafiq və digər informasiya bazalarından əlbir olduğu bəraət almış şəxs 2 ilə birlikdə siləcəklərini ona aldatmaqla vəd edib, həmin adla 15 avqust 2022-ci il tarixdə zərərçəkmiş şəxsə məxsus 2.800 manat məbləğində pulun şahid tərəfindən bəraət almış şəxs 2nin rekvizitlərini verdiyi “UNİBANK Kommersiya Bankı” ASC-nin “Leobank" adlı 4098********7817 nömrəli plastik bank kartına köçürülməsindən sonra həmin pul vəsaitinin 400 manatını həmin tarixdə sonuncu özünün qeyd edilən bankda olan 4098********3993 nömrəli kart hesabına göndərməklə, qalan pul vəsaiti isə a ralarındakı razılaşmaya əsasən bəraət almış şəxs 2 tərəfindən 15.08.2022-17.08.2022-ci il tarixləri arasında Bakı şəhəri ərazisində ayrı-ayrı bankomatlarda nağdlaşdırılıb çıxarılmaqla və özlərinin şəxsi ehtiyaclarına elektron qaydada, o cümlədən, sonuncu dəfə 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında bəraət almış şəxs 2 tərəfindən həmin kartdan 50 manat məbləğində pul vəsaiti “Unibank Kommersiya Bankı” ASC-nin "Leobank" adlı 4098********8286 nömrəli plastik bank kartına köçürülməklə, sonuncu ilə birlikdə şəxsi ehtiyaclarına sərf edərək, Bəraət almış şəxs 2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə məxsus cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. 3. 19 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Bəraət almış şəxs 2 və Bəraət almış şəxs 1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-186/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə Bəraət almış şəxs 2-in əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008 )-186/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli hökmü ilə Bəraət almış şəxs 1-in Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-186/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli hökmündən və qərarından dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün və qərarın ləğv edilərək, Bəraət almış şəxs 2 və Bəraət almış şəxs 1-ə verilmiş ittiham üzrə təqsirli bilinmələri barədə cinayət və c inayət-prosessual qanunvericliklərinin tələblərinə uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1771/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-186/2023 nömrəli, 08 dekabr 2023cü il tarixli hökmü və qərarının ləğv edilməsi, Bəraət almış şəxs 1-ə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə, Bəraət almış şəxs 2-yə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
8. Hazırda apellyasiya instansiyası məhkəm əsinin həmin hökmdən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi araşdırmanı bəraət almış şəxs 1in özünü təqsirli bilməməsi və bəraət almış şəxs 2nin yalnız məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə uyğun istiqamətdə aparmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini düzgün tədqiq etmədən işin mahiyyətinə bilavasitə təsir edən digər sübutları - səs yazıları və ödəniş cədvəllərini nəzərə almamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər s übutlarla əlaqəli şəkildə yoxlamamış, bir-biri ilə müqayisə etməmiş, cinayət qanunu ilə əməli törətmiş şəxs bəraət almış şəxs 1in ifadəsinə digər sübutlara nisbətən çox üstünlük vermiş, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Hökm qəbul edərkən ittihamın təqdim etdiyi sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan halları yaradan pozuntular kimi qiymətləndirməklə, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1771/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilm əsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə t əsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, Bəraət almış şəxs 1na və Bəraət almış şəxs 2na əsassız bəraət verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökm qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikası nın Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılanlardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiya məhkəməsinin hökmündə gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə kassasiya protestində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə protest müəllifinin dəlillərinin obye ktiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1771/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1771/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.