Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1234/2022 24.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179. 3.2, 29, 179.3.2 və 313-cü maddələri, Məhkum3 CM-nin 179.3.2 və 29,179.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, X51 və X40 ibarət tərkibdə) 12 noyabr 2019-cu il tarixli hökmü ilə xx.xx.1956-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, 14 noyabr 1996-cı il tarixdən 01 avqust 2018-ci il tarixədək Azərbaycan Respublikası Gigiyena və X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işləmiş, hazırda işləm əyən, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 29,179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı Məhkum1 Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 29,179.3.2-ci maddələri ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddətinin və əlavə cə zanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, hökm qanuni qüvvəyə minənədək Məhkum1 barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri və “vəzifədən kənarlaşdırma” (əlavə qətimkan tədbiri) dəyişdirilmədən saxlanılması, üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, davranışı üzərində nəzarətin Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə digər şəxslər Məhkum2 və Məhkum3 da məhkum olunmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X72 (sədrlik edən və məruzəçi), X31 və X2 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilm əmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 29, 179.3.2 və 313-cü maddələri, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 29, 179.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» noyabr 2019-cu il tarixli, 1(100)-45/2019 nömrəli hökmü Məhkum1 və Məhkum3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə məhkumlar Məhkum1 və Məhkum3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış və öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxslə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası Gigiyena və X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işləməklə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb Müəssisələrində çalışan tibb əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə” təlimatlarına əsasən müəssisənin fəaliyyətinə rəhbərlik edərək təşkilati-sərəncamverici və maliyyə fəaliyyətinin həyata keçirilməsi, müə ssisənin illik mühasibatlıq balansının təsdiq edilməsi, işçilərin öz vəzifə öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması üzrə tədbirlərin görülməsi, daxili intizama nəzarət edilməsi, maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsi, mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılması və müəssisənin fəaliyyəti barədə statistik və başqa hesabatların vaxtında təqdim edilməsi, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusuna» əsasən müəssisənin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətləri müəyyən edən hök ümət qərar və fərmanlarını, yuxarı orqanların və müəssisənin profilinə aid olan digər təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini, təsərrüfatçılıq və idarəetmə metodlarını, təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını bilib müəssisəyə rəhbərlik edib, digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək həmin Mərkəzin hesabına dövlət büdcəsindən ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə Mərkəzin baş mühasibi vəzifəsində işləyən Məhkum2 və feldşer-lobarant Məhkum3 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 6 noyabr 2014-cü il tarixdən 9 iyun 2017-ci il tarixədək olan dövr ərzində Mərkəzdə işləyən işçilərə əmək haqqı hesablama cədvəllərinə qanunvericiliyə əsasən ödənilməli olan əmək haqları və digər ödənişlərindən daha artıq məbləğdə pulların köçürülməsi barədə, həmçinin işdən çıxma barədə şifahi formada ona müraciət etmiş 7 nəfərin plastik kartlarını onlardan təhvil alıb işdən çıxmalarını rəsmiləşdirmədən, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən Mərkəzin inzibati binasındakı xidməti otağında məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri – yəni Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçilərinin 2014-cü il oktyabr, noyabr, dekabr, 2015-ci il yanvar-dekabr, 2016-cı il yanvardekabr, 2017-ci ci il yanvar-may ayları üzrə əmək haqqı hesablama cədvəlləri, 2014-cü il noyabr, dekabr, 201 5-ci il yanvar-dekabr, 2016-cı il yanvar-dekabr, 2017-ci ci il yanvar aprel ayları üzrə mədaxil reyestrləri, eləcə də xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, 04.05. 2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, 10.05. 2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il ödəniş tapşırıqlarını, həmçinin 2014-cü il dekabr, 2015-ci il yanvar - avqust, dekabr, 2016-cı il yanvar, fevral, aprel, may, iyun, iyul, avqust, noyabr, dekabr ayları üzrə ezamiyyət xərci cədvəllərini tərtib edib, qeyd olunan sənədləri mərkəzin baş mühasibi Məhkum2la birlikdə imzalayıb və müəssisə direktoru kimi istifadəsində olan, üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz rayonu, Gigiyena və Epidemiologiya Mərkəzi” yazıları olan dairəvi möhürlə təsdiq edərək "xxxx" ASC-nin və "xxxx" ASC-nin “Tovuz” filialına təqdim olunmasını təmin etməklə, 2014-2017-ci illər ərzində mərkəzdə işləyən ayrı-ayrı şəxslərin adlarına, o cümlədən öz adına 151,87 manat, Şahid9 adına 1261,40 manat, X32 adına 582,26 manat, Şahid26 adına 1545,72 manat, X3 adına 156,06 manat, X8 adına 2574,68 manat, X9 adına 121,80 manat, X15 adına 466,16 manat, X23 adına 312,07 manat, Şahid51 adına 4234,57, X6 adına 428,19 manat, Şahid30 adına 227,13 manat, Şahid52 adına 3698,84 manat, X33 adına 305,47 manat, Şahid29 adına 126,10 manat, Şahid14 adına 78,75 manat, Şahid10 adına 1193,17 manat, Şahid18 adına 1489,48 manat, Şahid53 adına 4452,72manat, Şahid17 adına 371,55 manat, X24 adına 224,68 manat, Məhkum3 adına 579,77 manat, Şahid16 adına 1025,87 manat, Şahid15 adına 896,93 manat, Şahid20 adına 1284,25 manat, Şahid21 adına 204,08 manat, X10 adına 175,52 manat, Şahid22 adına 209,75 manat, X19 adına 249,82 manat, X34 adına 1273,08 manat, Şahid67 adına 337,89 manat, Şahid23 Məmməd qızının adına 406,84 manat, Şahid24 adına 1380,42 manat, Şahid25 adına 619,67 manat, Şahid31 adına 1246,88 manat, X16 adına 70,94 manat, Şahid32 adına 427,54 manat, Şahid33n qızının adına 123,52 manat, X41 adına 119,14 manat, Şahid35 adına 1265,05 manat, Şahid36 adına 423,95 manat, Şahid37 adına 1577,81 manat, Şahid54 adına 3807,20 manat, Şahid38 adına 707,65 manat, Şahid39 adına 18,34 manat, X25 adına 4167,73 manat, X11 adına 4117,91 manat, Şahid46 adına 1557,33 manat, X12 adına 1253,46 manat, Şahid5 adına 41,16 manat, Şahid6 adına 1350,58 manat, Məhkum2 adına 571,12 manat, Şahid56 adına 128,71 manat, Şahid61 adına 311,79 manat, Şahid57 adına 3,24 manat, X20 adına 67,20 manat, Şahid66 adına 115,59 manat, Şahid75 adına 84,35 manat, Şahid64 adına 171,13 manat, Şahid77 adına 2470,63 manat, X42 adına 82,80 manat, Şahid72 adına 484,60 manat, Şahid45 adına 8 9,12 manat, X4 adına 1331,34 manat, Şahid63 adına 298,71 manat, Şahid43 adına 776,39 manat, X26 adına 315,72 manat, Şahid3 adına 102,09 manat, X27 adına 271,48 manat, X28 adına 278,22 manat, Şahid44 adına 127,33 manat, X21 adına 126,75 manat, X43 adına 74,38 manat, Şahid70 adına 11,69 manat, Şahid73 adına 91,53 manat, Şahid74 adına 35,40 manat, Şahid60 adına 16,30 manat, X35 adına 59,21 manat, Şahid65 Subhəddin qızının adına 79,13 manat, Şahid8 adına 156,53 manat, Şahid28 adına 168,18 manat, Şahid7 adına 9,85 manat, X36 adına 66,40 manat, Şahid4 adına 1109,08 manat, Şahid12 adına 417,18 manat, X29 adına 260,09 manat, Şahid11 adına 244,55 manat, Şahid27 adına 586,26 manat, Şahid68 adına 1396,46 manat, X60 adına 670,07 manat, X13 adına 194,81 manat, X17 adına 98,96 manat, X7 adına 1454,25 manat, X1 adına 80,47 manat, X44 adına 130,67 manat, X37 adına 186,94 manat, X22 adına 138,32 manat, X38 adına 141,11 manat, X45 adına 283,09 manat, Şahid13 adına 1163,56 manat, X52 adına 24,79 manat, X46 adına 110,68 manat, Şahid40 adına 1232,91 manat olmaqla, cəmi 103 şəxsin adına ümumilikdə 73.823,91 manat (yetmiş üç min səkkiz yüz iyirmi üç manat doxsan bir qəpik) məbləğində pul vəsaitlərinin qanunsuz köçürülməsinə nail olmaqla, həmin vəsaitin 43.718,58 manat (qırx üç min yeddi yüz on səkkiz manat əlli səkkiz qəpik) hissəsini qeyd edilən dövr ərzində qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə adlarına pul köçürülmüş şəxslərdən hesablama zamanı proqramda texniki səhvə yol verilməsini bildirib nağd qaydada geri alıb, habelə Mərkəzin işçiləri Şahid75, Şahid63, X53, Şahid70, X61, Şahid74, X62, Şahid65, Şahid28, X73, X82, X54, X74, Şahid39, Şahid45, Şahid3, X55, Şahid44, Şahid2, X75, Şahid7 Feruz qızı, X63, Şahid12, Şahid11, X47, X30, X14, X48, X64, X76, X65 və Şahid60 məxsus plastik əmək haqqı kartlarına həmin vəsaitin cəmi 4808,23 manat (dörd min səkkiz yüz səkkiz manat iyirmi üç qəpik) hissəsinin qanunsuz və əvəzsiz olaraq köçürülməsini təmin etsə də, kart sahibləri həmin pul vəsaitlərini qaytarmaqdan imtina etdikləri üçün öz iradəsindən asılı olmayan səbəblərdən həmin məbləğdə pul vəsaitini mənimsəmə yolu ilə ələ keçirə bilməyib onları israf etmiş, həmçinin işdən çıxma barədə 2016-cı ilin yanvar ayında ona müraciət etmiş Şahid54, Sevinc Hüseynova, Şahid51, Şahid52, Şahid53, Şahid77 və Şahid55 aldığı və həmin müddətdən sonra 2017-ci ilin may ayınadək olan müddətdə yuxarıd a qeyd edilən məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər əsasında pul köçürülməsinə nail olduğu plastik əmək haqqı kartlarını qabaqcadan əlbir olduğu Məhkum3 verməklə sonuncunun cinayətdən xəbərsiz olan əri Şahid49 vasitəsilə cəmi 25.297,1 manat (iyirmi beş min iki yüz doxsan yeddi manat on qəpik) məbləğində olan hissəsini "xxxx" ASC-nin və "xxxx" ASC-nin Tovuz rayonu ərazisində yerləşən müxtəlif bankomatlarından həmin müddətdə nağdlaşdırmaqla çıxarıb, Məhkum3 və Məhkum2la birlikdə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar olunmuş Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olan külli miqdarda – 73.823,91 manat (yetmiş üç min səkkiz yüz iy irmi üç manat doxsan bir qəpik) məbləğində əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmiş, həmin vəsaitin vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 69.015,68 manat (altımış doqquz min on beş manat altmış səkkiz qəpik) məbləğində, yəni külli miqdarda hissəsini mənimsəmə yolu ilə talamış, 4808,23 manat (dörd min səkkiz yüz səkkiz manat iyirmi üç qəpik) hissəsinin qanunsuz və əvəzsiz olaraq köçürülməsini təmin etsə də, kart sahibləri həmin pul vəsaitlərini cinayətkar qrupun üzvlərinə qaytarmaqdan imtina etdikləri üçün öz iradəsindən asılı olmayan səbəblərdən həmin məbləğdə pul vəsaitini mənimsəmə yolu ilə ələ keçirə bilməyib onları israf etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxslə rəsmi sənədlərə bil ə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətində qeyd edir ki, Apellyasiya məhkəməsi şikayətin dəlilləri üzrə obyektiv araşdırma aparmamış, təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, digər təqsirləndirilən şəxslərin və dindirilmiş şahidlərin apellyasiya baxışı zamanı verdikləri ifadələri qərarda təhrif edilmiş formada əks etdirmişdir. Şikayətinin dəlillərində olmamasına baxmayaraq, etiraf etmədiyi hissə üzrə (mənimsənilmiş pulların məbləği üzrə mühasibat ekspertizası təyin etmiş) lüzumsuz araşdırma aparmış, şikayətində ona bəraət verilməsini xahiş etmədiyi halda, qərarında ona bər aət verilməsinə əsasların olmadığını göstərmiş, apellyasiya şikayətinin dəlillərinin əsl mahiyyətini də qərarda düzgün ifadə etməmişdir. Barəsində çıxarılmış ittiham hökmünün əməlin tövsifi hissəsi ilə razı deyil. Belə ki, həm cinayət işinin ibtidai araşdırması zamanı, həm də məhkəmədə bildirmişdir ki, direktor işlədiyi dövrdə baş mühasib Ramiz Sadıxovun işçilərə artıq əmək haqqı yazmasından və həmin pulları kim tərəfindən alınmasından onun xəbəri olmamışdır. O, heç vaxt Ramiz Sadıxovla və Məhkum3 ilə əlbir olub ona istinad edilən əməlləri törətməmişdir. Lakin, bir neçə işçiyə daimi olaraq işə gəlmədikləri halda ştat cədvəlinə uyğun məbləğdə əmək haqqı yazılıb, o, bu hissədə əməlini səmimi etiraf edir və peşmançılıq hissi keçirir. Həmin işçilərin əmək haqlarını əmək haqqı kartından heç zam an o çıxarmamışdır. Ona görə də həmin şəxslərə də aylıq əmək haqqından artıq əmək haqqı yazıılmasından məlumatı olmayıb. Bu işləri idarənin işçisi Məhkum3 görüb və həmin işçilərə qanuni hesablanıb verilməli olan aylıq əmək haqqının müəyyən hissəsini ona verib, qalan hissəsini kimsəyə verib verməməsindən məlumatı olmamışdır. Həmin şəxslərə aylıq əmək haqqından artıq pullar yazılıb və bundan sonra Gülnaz həmin artıq pulların Ramiz tərəfindən yazıldığını və həmin pulları da məhz Ramizin ondan tələb etdiyini və pulları Ramizə verdiyini ona bildirmişdir. Bu işin ibtidai araşdırması zamanı Ramiz Sadıxov düzgün ifadə verərək, bu işlərdən onun xəbərinin olmadığını bildirmişdir, lakin sonradan Sadıxov Ramizin əvvəlcə verdiyi düzgün ifadəsini dəyişdirmişdir. Məhkum kassasiya şikayətində Gəncə Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquq i məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətində Məhkum1 əməlinin tövsifi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ict imai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin aza dlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəs i) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Bununla belə məhkəmə koll egiyası qeyd edir ki, aşağı məhkəmələr Məhkum1 vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talaması və bununla da Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə düzgün nəticəyə gəlsələr də, əməlini eyni zamanda CM-in 29,179.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsu liyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyy ət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarında olan Tovuz rayon Gigiyena və Epidomiologiya Mərkəzinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin araşdırılmasına dair xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Tovuz rayon Gigiyena və Epidomiologiya Mərkəzinin həkim, orta və kişik tibb işçilərinə 2014-cü ilin noyabr ayından 2017-ciilin iyun ayınadək əsassız olaraq 103 şəxsə 51840,46 manat məbləğində əsassız əmək haqqı ödənilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 14 avqust 2018-ci il tarixli 18914 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə müəyyən olunmuş nəticə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş yoxlamanın nəticələrinin əks olunduğu 13 iyul 2018-ci il tarixli aktda göstərilmiş hallar və Azərbaycan Respublikasının Maliyyə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional maliyyə müfəttişliyinin 17 iyul 2017-ci il tarixli aktı ilə gəlinmiş nəticə cinayət işi materiallarında olan bank və mühasibatlıq sənədləri ilə öz təsdiqini tapır. Bundan başqa ekspertizanın tədqiqat hissəsində göstərilənlərə əsasən Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional maliyyə müfəttişliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2017-c i il tarixli akta və 13 iyul 2018-ci il tarixli rəyə əsasən müəyyən olunur ki, Tovuz Rayon Gigiyena və Epidemioligiya Mərkəzinin həkim, orta və kiçik tibb işçilərinə 2014-cü ilin noyabr ayından 2017-ci ilin iyun ayınadək əsassız olaraq 103 şəxsə 51840,46 manat məbləğində əsassız əmək haqqı ödənilmişdir. İş materiallarına əsasən 2014-cü ilin noyabr ayından 2017-ci ilin may ayına kimi olan dövr ərzində Azərbaycan Respublikası Gigiyena və X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim, orta və kiçik tibb işçilərinə ödənilmiş əsassız ödəmələrdən 2017-ci ilin iyun ayınadək olan dövr ərzində hər hansı məbləğdə pulun dövlət büdcəsinə qaytarılması müəyyən edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 17 avqust 2018-ci il tarixli 20844 №-li rəyindən gör ünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş maliyyə sənədlərin əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixdək olan müddət ərzində Şahid54 əmək haqqı plastik kartına 3379,74 manat, Şahid51 əmək haqqı plastik kartına 4068,79 manat, Şahid52 əmək haqqı plastik kartına 3477,33 manat, Şahid53 əmək haqqı plastik kartına 3892,13 manat, Şahid55 əmək haqqı plastik kartına 4052,11 manat, Şahid77 əmək haqqı plastik kartına 2470,63 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixdək olan müddət ərzində X11 əmək haqqı plastik kartına 3956,37 manat olmaqla əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixdək olan müddət ərzində qeyd olunan yeddi nəfərin əmək haqqı plastik kartına cəmi 25297,1 manat məbləğində pul vəsaitinin məxaric olunmuşdur. Cinayət işinin materiallarında ol an "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2018-ci il tarixli 16/7137 saylı məktubla daxil olmuş bankomatlardan pul çıxarılmasına dair görüntülər yerləşdirilmiş bir ədəd “DVD-R” diskə baxışdan görünür ki, diskdə olan “Foto” başlıqlı qovluğun icərisindəki Şahid77 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «1.4127_9897», Şahid54 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «2.4127_7196», X11 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «3.4127_6630», Şahid51 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «4.4127_0611», Şahid52 adına olan əmək haqqı plastik kartından pul məxar ic edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «5.4127_9039», Şahid55 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «6.4127_7918», Şahid53 adına olan əmək haqqı plastik kartından pul məxaric edən şəxsin fotogörüntüləri özündən əks etdirəm «7.4127_3606» başlıqlı qovluqlardakı şəxsin Şahid49 olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində araşdırma zamanı təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və xx.xx.2021-ci il tarixli 9/1177 saylı rəy alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş yoxlamanın nəticələrinin əks olunduğu 13 iyul 2018-ci il tarixli aktda göstərilmiş hallar və Azərbaycan Respublikasının Maliyyə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional maliyyə müfəttişliyinin 17 iyul 2017-ci il tarixli aktı ilə gəlinmiş nəticə cinayət işi materiallarında olan bank və mühasibatlıq sənədləri ilə öz təsdiqini tapır. Hazırki ekspertizanın tədqiqat hissəsində göstərilənlər məhkəmə tərəfindən nəzərə alınmaqla Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional maliyyə müfəttişliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta və 13 iyul 2018-ci il tarixli rəyə əsasən müəyyən olunur ki, Tovuz Rayon Gigiyena və Epidemioligiya Mərkəzinin həkim, orta və kiçik tibb işçilərinə 2014-cü ilin noyabr ayından 2017-ci ilin iyun ayınadək əsassız olaraq 103 şəxsə 51840,46 manat məbləğində əsassız əmək h aqqı ödənilmişdir. İş materiallarına əsasən 2014-cü ilin noyabr ayından 2017-ci ilin may ayına kimi olan dövr ərzində Azərbaycan Respublikası Gigiyena və X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim, orta və kiçik tibb işçilərinə ödənilmiş əsassız ödəmələrdən 2017-ci ilin iyun ayınadək olan dövr ərzində hər hansı məbləğdə pulun dövlət büdcəsinə qaytarılması müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hallarla əlaqədar məhkumların və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini, maddi sübutları və əsaslılığı heç bir şübhə d oğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək həmin sübutlarla Məhkum1 tərəfindən CM-in 179.3.2-cü maddəsinin dispozisiyasında əks olunmuş əməlin törədilməsinin tam təsdiq olunması barədə əsaslı nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində rəhbərlik etdiyi mərkəzdə işçilərə artıq əmək haqqı yazılmasından və sonradan həmin məbləğlərin onlardan geri alınmasından xəbəri olmadığını göstərsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, məhkəmə ekspertizaların ın rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir..Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ d a əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdı. Talamanın yalnız bir formasında - mənimsəmə və ya israf etmədə təqsirkar tal anan əmlak barəsində mülkiyyət hüququnun bəzi elementlərinə (sahiblik, bir sıra hallarda sərəncam və ya istifadə hüququna) malik olur. Həmin hüquqlar mülkiyyətçinin verdiyi səlahiyyətlər çərçivəsində olmaqla müvəqqəti xarakter daşıyır. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Məhkum1 6 noyabr 2014-cü il tarixdən 9 iyun 2017-ci il tarixədək olan dövr ərzində Mərkəzdə işləyən işçilərə əmək haqqı hesablama cədvəllərinə qanunvericiliyə əsasən ödənilməli olan əmək haqları və digər ödənişlərindən daha artıq məbləğdə pulların köçürülməsi barədə, həmçinin işdən çıxma barədə şifahi formada ona müraciət etmiş 7 nəfərin plastik kartlarını onlardan təhvil alıb işdən çıxmalarını rəsmiləşdirmədən,Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən Mərkəzi n inzibati binasındakı xidməti otağında məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi mərkəzin baş mühasibi Məhkum2la birlikdə imzalayıb və müəssisə direktoru kimi istifadəsində olan, üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz rayonu, Gigiyena və Epidemiologiya Mərkəzi” yazıları olan dairəvi möhürlə təsdiq edərək "xxxx" ASC-nin və "xxxx" ASC-nin “Tovuz” filialına təqdim olunmasını təmin etməklə, 2014-2017ci illər ərzində mərkəzdə işləyən ayrı-ayrı şəxslərin adlarına cəmi 103 şəxsin adına ümumilikdə 73.823,91 manat məbləğində pul vəsaitlərinin qanunsuz köçürülməsinə nail olmaqla, həmin vəsaitin 43.718,58 manat (qırx üç min yeddi yüz on səkkiz manat əlli səkkiz qəpik) hissəsini qeyd edilən dövr ərzində qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə adla rına pul köçürülmüş şəxslərdən hesablama zamanı proqramda texniki səhvə yol verilməsini bildirib nağd qaydada geri alıb mənimsəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Məhkəmələr tərəfindən sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət verilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur (CM-29 mad.). Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqınd a” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət işi üzrə Məhkum1 Cinayət Məcəlləsinin 179.3.2, 29,179.3.2-ci maddələri ilə verilən ittih ama əsasən o, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona etibar olunmuş Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olan külli miqdarda – 73.823,91 manat məbləğində əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmiş, həmin vəsaitin vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 69.015,68 manat məbləğində, yəni külli miqdarda hissəsini mənimsəmə yolu ilə talamış, 4808,23 manat hissəsinin qanunsuz və əvəzsiz olaraq köçürülməsini təmin etsə də, kart sahibləri həmin pul vəsaitlərini cinayətkar qrupun üzvlərinə qaytarmaqdan imtina etdikləri üçün öz iradəsindən asılı olmayan səbəblərdən həmin məbləğdə pul vəsaitini mənimsəmə yolu ilə ələ keçirə bilməyib onları israf etmişdir. Görün düyü kimi, Məhkum1 niyyəti külli miqdarda (73.823,91 manat) əmlakın ələ keçirilməsinə yönəlmiş, lakin o, istədiyi miqdarda yox, bundan az, lakin yenə külli miqdar təşkil edən (69.015,68 manat) əmlakı ələ keçirmişdir, yəni onun CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli başa çatmış əməldir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 əməlinin Cinayət Məcəlləsinin 29,179.3.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi Məhkum1 mənimsəmə və israf etmə yolu ilə talama cinayəti başa çatmış əməldir, bu səbəbdən onun əməlinin CM-in 29,179.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuş və nəticədə aşağı məhkəmələr tərəfindən Məhkum1 törətdiyi mənimsəmə və israf etmə yolu ilə talama cinayət əməlinin hüquqi tövsi fində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istəni lən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X77rşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının o byektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 mənimsəmə və israf etmə yolu ilə talama cinay ət əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-29,179.3.2 mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkumun hərəkətlərində məhz başa çatmış mənimsəmə və israf etmə yolu ilə talama cinayət əməli mövcud olmasına baxmayaraq, əməlin tövsifində səhvə yol verərək onun əməlini eyni zamanda başa çatmamış əməl kimi (CM-29,179.3.2 mad.) yanlış tövsif etmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021- ci il tarixli qərarından və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmündən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilməli, apellyasiya instansiyasının qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti qismə n təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum1 aid hissədə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarından və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmündən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Apellyasiya məhkəməsinin qərarı kassasiya şikayətinə əsasən qalan hissədə, o cümlədən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il sınaq muddəti təyin edilməklə şərti tətbiq olunması və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1234/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1234/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver