Məhkəmə qərarları › İş №1(102)-1234/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1234/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1234/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏ R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Aqil Musayev və Oruc Cəlilov) 06 dekabr 2021-ci il tarixli, 1(099)-227/2021 nömrəli hökmü ilə xx xxxxxx 1980-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 228.4-cü maddəsi ilə 1 (b ir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı - cəmi 3 (üç) ay 27 (iyirmi yeddi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmçinin məhkəmə baxışında Məhkum3 əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən bu Məcəllənin 130.1-ci mad dəsinə tövsif edilmiş, Məhkum3 zərərçəkmiş şəxs İmran Əlioğlu ilə barışıq əldə etdiyinə və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 73.2-ci maddəsinin tələbinə əsasən Məhkum3 barəsində CM-in 130.1-ci maddəsi ilə cinayət təqibinə 6 dekabr 2021-ci il tarixli qərarla xitam verilmişdir, xx xxxxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığındaolduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə birgün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunmuş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir, xx xxxxxx 1962-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış Məhkum4 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində 2 (iki) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəza sı saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən Məhkum4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir, xx xxxxxx 1980-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsindən CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabıilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çı xılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, xx xxxxxx 1989-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda yaşayan Məhkum5 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyinedilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gününbir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzas ına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkum3 qanunsuz olaraq kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə edib yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 08 may 2020-ci il tarixdə, saat 19:30-da həmin yaşayış ünvanına baxış keçirən zaman ona məxsus yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətməklə saxladığı bir ədəd soyuq silah aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Ağcabədi şəhər sakinləri Məhkum 4 ilə Məhkum5 aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişəyə və bir gün əvvəl Məhkum4 qohumu X11 tərəfindən Məhkum5 məxsus kafenin qapısının sınıdırılması ilə əlaqədar məsələyə aydınlaq gətirmək və son qoymaq məqsədi ilə 22 may 2020-ci il tarixdə saat 21.40 radələrində Məhkum4 qardaşı oğlanları X5, X3, əmisi oğlu Şahid4 və digər qohumları ilə birlikdə Ağcabədi rayonu ərazisində yerləşən “Ayılar” restoranına getmiş və telefon vasitəsi ilə zəng edərək Məhkum5 qohumu və ağsaqqalı hesab olunan, özünün də uzaq qohumu olan Şahid3 restoranın həyətinə dəvət etmişdir. Şahid3 aralarında dostluq münasibəti olan Məhkum2 idarə etdiyi «Ford» markalı avtomaşınla sonuncu ilə birlikdə restoranın həyətinə getmişlər. Restoranın həyətində Məhkum4 və əmisi oğlu X7 Rzayevin aralarında şəxsi münasib ətlər zəmində mübahisə baş vermiş və bu zaman Məhkum2 mübahisəyə Şahid3 tərəfindən müdaxilə etdikdə Məhkum4 onu yumruqla vurmuş, Şahid4 isə baş nahiyəsindən küt əşya (bıçağın dəstəyinin arxası ilə) vuraraq ona orta təpə nahiyyəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid əzilmiş yara xəsarəti yetirmişdır. (İbtidai istintaq zamanı iş üzrə Şahid4 barəsində cinayət təqibinə 07 dekabr 2020-ci il tarixli qərarla xitam verilmişdir). Bundan sonra mübahisə dayanmış, Məhkum4 və qardaşı oğlu Məhkum1 Məhkum4 məxsus, tanışları Şahid5 idarə etdiyi “Mercedes” markalı avtomobil ilə evlərinə getmək məqsədi ilə restorandan Ağcabədi şəhəri istiqamətində yola düşmüşlər. Məhkum4 əmisi oğlu X3 isə Şahid6 idarə etdiyi “VAZ 2107” markalı avtomobil i lə Ağcabədi şəhəri istiqamətində yola düşmüşlər. Lakin baş nahiyəsindən sağlamlığına yüngül zərər vuran xəsarət almış Məhkum2 mübahisənin bu formada bitməsi ilə kifayətlənməyərək mübahisəni qanundan kənar yolla həll etmək, Məhkum4 və qohumlarını cəzalandırmaq üçün dostu Məhkum3 telefon vasitəsilə zəng edib Məhkum4 və qeyriləri ilə aralarında baş vermiş hadisə ilə bağlı məlumat vermiş, onların “Ayılar” restoranından Ağcabədi şəhəri istiqamətində hərəkət etdiklərini bildirərək qarşılarını yolda kəsməsini demişdir. Bundan sonra Məhkum3 dostu Məhkum5 ilə birlikdə özünə məxsus “Changan” markalı avtomobil ilə Ağcabədi şəhərindən hadisə yeri istiqamətində yola düşmüşlər. Restoran istiqamətində hərəkətdə olan Məhkum3 və Məhkum5 həmin gün, yəni 22 may 2020-ci il tarixdə saat 22 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində yerləşən Ağcabədi rayon Qaz İstismar İdarəsinin qarşında Şahid6 idarə etdiyi və X1 olduğu “VAZ 2107” markalı avtomobili görmüş və eyni zamanda Məhkum2 idarə etdiyi «Ford» markalı avtomobil ilə qarşılaşmışlar. Məhkum3 və Məhkum5 Şahid6 idarə etdiyi «VAZ 2107» markalı avtomobilin qarşısını kəsmiş, bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, xuliqanlıq edərək Şəmil Fərzəliyevlə mübahisə etməklə Məhkum5 üzərində olan, açılıq-qatlanan cib bıçağından silah qismində istifadə etməklə Şəmil Fərzəliyevin old uğu avtomobilə yaxınlaşaraq bıçaqla Şəmil Fərzəliyevin sağ çiyin nahiyəsinə bir zərbə, sağ ayaq nahiyəsinə iki zərbə vuraraq ona sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol sağrıda deşilmiş-kəsilmiş yara, sağ budda kəsilmiş yara xəsarətləri ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, eyni zamanda Məhkum3 Şəmil Fərzəliyevi yerə yıxaraq onun sifət və bədən nahiyələrinə yumruqla vuraraq ona boynunda qançır və sağ saiddə sıyrıq xəsarətləri ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu zaman Ağcabədi şəhəri istiqamətində evlərinə gedən Məhkum4 və qardaşı oğlu Məhkum1 hadisəni-Məhkum3 və Məhkum5 Şəmil Fərzəliyevi yerə yıxaraq döymələrini, ona Məhkum3 əli ilə, Məhkum5 isə bıçaqla zərbələr vurmalarını görmüş və avtomobildən yerə enmişlər. Məhkum4 ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik göstərib onlarla mübahisə etmiş, ictimai qaydanı kobud surətdə pozub, əlində olan şüşə butulkadan silah qismində istifadə edərək qəsdən Məhkum3 baş nahiyəsindən bir zərbə vurub zor tətbiq edərək ona başın orta təpə nahiyəsində əzilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkum1 isə qardaşı X9 Rüstəmovun və Məhkum5 əllərindən almaq üçün yaxınlaşmış, həmin vaxt Məhkum5 xuliqanlıq hərəktlərini bıçaqdan silah qismində istifadə edərək davam etdirməklə əlində olan açılıb-qatlanan cib bıçağı ilə Məhkum1 sağ bud nahiyyəsinə bir zərbə vuraraq ona sağ sağrıda bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, sonra həmin bıçaqla Məhkum4 bədəninin sol tərəfindən bir zərbə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu zaman Məhkum2 ö z növbəsində Eldar Rüstəmov və Məhkum5 tərəfindən qarşılıqlı dalaşmaya qoşularaq əlində olan ağac dəyənəkdən silah qismində istifadə edərək qəsdən Məhkum4 baş, çiyin və kürək nahiyələrinə zərbələr vuraraq ona başın orta təpə nahiyəsində əzilmiş yara, sağ qaş üzərində qançır, sol bazu oynağının üst səthində qançır xəsarətləri ilə müşayiət edilən, sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol kürək sümüyünün oynaq çıxıntısının sınığı, sol İ, İİ, İİİ qabırğa qövslərinin basılmış sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəv iyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Bu zaman Məhkum1 öz növbəsində əmisi Məhkum4 Məhkum2 tərəfindən ağac dəyənəklə vurulduğunu, əmisinin yerə yıxılmasından sonra da dəyənək zərbələri vurduğunu görüb yerdən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə əmisinə növbəti dəyənək zərbəsini endirən Məhkum2 qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona qarının sağ yarısının ön divarından qarın boşluğuna keçərək nazik bağırsağın və böyük piyliyin zədələnmələri ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş və bununla da qarşılıqlı dalaşma başa çatmışdır. Be ləliklə də, Məhkum3, Məhkum5 və Məhkum2 öz aralarında bir qrup şəxs halında birləşməklə, Məhkum5 bıçaqdan, Məhkum2 isə ağacdan silah qismində istifadə etməklə xuliqanlıq etmişlər. Məhkum4 isə şüşə butulkadan silah qismində istifadə etməklə xuliqanlıq etmişdir. Məhkum1 isə Məhkum2 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abddullayev) 13 aprel 2022-ci il tarixli, 1(106)-256/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 1(099)-227/2021 nömrəli hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-227/2021 saylı, 06 dekabr 2021-ci il tarixli hökmü ilə -Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci ma ddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum2 Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 1 (bir) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmış, -Məhkum5 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum5 Azər baycan Respublikası CMin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 13 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmış, -Məhkum1 Azərbaycan Respublikası CM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyi n edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasını çəkib qurtarmış hesab olunmuş, -Məhkum4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 2 (iki) gün hesabı ilə hesablanmaqla 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) ay 4 (dörd) gün müddətinə azad lığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Məhkum4 cinayət məsuliyyətindən azad edilmişdir. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 21 sentyabr 2022-ci il tarixli, 1(102)-1372/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(106)-256/2022 nömrəli qərarı Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin 13 aprel 2022-ci il tarixli qərarı İlə Məhkum2 CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq müəyyən edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz gün) müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin 13 aprel 2022-ci il tarixli qərarı məhkumlar Məhkum3, Məhkum1 və Məhkum4 münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təm in edilməmiş, Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən və müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə tam təmin edilmiş, kassasiya protesti təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elçin Xasməmmədov) 13 fevral 2023ci il tarixli, 1(106)-58/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 1(099)-227/2021 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın öz icraatında olan M.Babayevin barəsində cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36, 123 və 130-cu maddələrinin əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq şərh edilməsi ilə bağlı müraciətinə Konstitusiya Məhkəməsi tərəfindən baxılıb qərar qəbul edilənədək dayandırılmışdır. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Döv lət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının baxışında olarkən, məhkəmə kollegiyası tərəfindən 13 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat əsassız olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, digər cinayət işi üzrə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə kollegiyası tərəfindən qanunauyğun qərar qəbul edilmədiyindən qərar ləğv edilməli və iş apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiy a instansiyası məhkəməsi müəyyən etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının baxışında olan iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmü ilə istintaq orqanı tərəfindən CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Murad Babayevin əməlinin tövsifini CM-in 130.1-ci maddəsinə dəyişdirməklə, onun bu əməli zəruri müdafiə vəziyyətində törətmiş olması hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası icraatında olan Murad Babayevin barəsində cinayət işinə baxılması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 36, 123 və 130-cu maddələri əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq şərh edilməsini xahişi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin müraciət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatındadır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən hazırda baxılan işin hallarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətdə göstərilmiş işin hallarına oxşarlığını nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının müraciətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən baxılanadək CPM-in 53.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırmışdır. Göründüyü kimi məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Resp ublikası CPM-in 53.1.6-cı maddəsinə əsasən, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Həmin Məcəllənin CPM-in 53.3.4-cü maddəsinə əsasən, aşağıda qeyd edilənlərə riayət edilməklə bu Məcəllənin 53.1.4 – 53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərb aycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası öz icraatında olan deyil, digər məhkəmənin icraatında, başqa şəxsin barəsində olan cinayət işi üzrə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olmadığı halda, iş üzrə icraatı dayandırmaq xətrinə Gəncə Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etməsini bəhanə gətirməklə, əsassız və qanunsuz olaraq öz icraatında olan cinayət işi üzrə icraatı dayandırmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi həmin cinayət işi üzrə icraatı dayandırmaqla cinayət prosessual qanunvericiliyinin tələblərini pozmuş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti tam təmin olunmalı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının apellyasiya protesti və apellyasiya şikayətləri üzrə icraatın dayandırılması barədə 13 fevral 2023-cü il tarixli qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlili ilə tam razılaşaraq aşağıdakıları qeyd edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxslər Məhkum3, Məhkum1 və Məhkum4 aid hissəsindən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, habelə Müdafiəçi 1 tərəfindən hökmün təqsirləndirilən şəxs Məhkum1 aid hissəsindən və Müdafiəçi2 tərəfindən hökmün Məhkum4 aid hissəsindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq Azərbaycan Respublikası CPM-in 53.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırması barədə qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən onun icraatında olan və işin halları hazırki cinayət işinin halları ilə eynilik təşkil edən Murad Babayev barəsindəki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsəlləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyası qərara almışdır ki, Murad Babayevin barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciətə baxılanadək hazırki cinayət işi üzrə icraat dayandırılmalıdır. Yuxarıda qeyd olunan səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 53.1.6-cı maddəsini əsas tutub icraatı dayandırmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 53.1.6-cı maddəsinə əsasən, insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Həmin Məcəllənin 53.3.4-cü maddəsinə əsasən, aşağıda qeyd edilənlərə riayət edilməklə bu Məcəllənin 53.1.4 - 53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda cinayət təqibi üzrə icraat dayandırıla bil ər. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası öz icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olmadığı halda, digər məhkəmənin icraatında, başqa şəxsin barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etməsini əsas gətirməklə öz icraatında olan cinayət işi üzrə icraatı dayandırmışdır. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin cinayət işi üzrə icraatı dayandırmaqla cinayət prosessual qanunvericiliyinin tələblərini pozmuş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq, həmin protes tin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsini və cinayət işi apellyasiya baxışına göndərilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin və iş apellyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar