Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1235/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci ma ddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından kassasiya protesti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakimlər: R.N.Ələkbərli) 28 avqust 2020-ci il tarixli hökmü ilə 31.01.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 28.08.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) Məhkum məhkəmə icraatı dövründə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə onun müdafiəçisinin apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, barəsində çıxarılmış hökm ləğv edilmiş və o cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilmişdir. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından kassasiya protesti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya protesti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Dövlət ittihamçısı kassasiya protesti vermə müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd edərək, məhkəmə tərəfindən kassasiya protesti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası ilə bağlı 11.12.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək koronavirusdan müalicədə olması, sonuncu tarixdən 2021-ci ilin yanvar ayı boyunca məzuniyyətdə olması və müalicəsini ambulator şəraitdə davam etdirməsi üzrlü səbəblər kimi nəzərə alınsa belə, hər hansı tutarlı əsas göstərilmədən vəsatət təmin edilməmiş və prosessual müddətin bərpasından imtina olunduğunu vurğulamışdır. Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya protesti vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterl i məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkə mə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına d air vəsatət də verilməlidir. Kassasiya protestinin (şikayətinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya protestini (şikayətini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 391.3-cü maddəsində qeyd edilmişdir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.9. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında. CPM-nin 410.1-ci maddəsində göstərilmişdir ki, kassasiya şikayəti və ya kassasiya prote sti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.1. bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında iş üzrə icraata xitam verilməsi haqqında məhkləmə qərarlarından kassasiya şikayəti verilməsi müddəti CPM-nin 410.1.1-ci maddəsinə əsasən 1 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd olunmuş, dövlət ittihamçısının 11.12.2020-ci il tarixdən 20.12.20 20-ci il tarixədək koronavirusdan müalicədə olması, sonuncu tarixdən 2021-ci ilin yanvar ayı boyunca məzuniyyətdə olması və müalicəsini davam etdirməsi üzrlü səbəblər kimi nəzərə alınsa belə sonradan, yəni onun 2021-ci ilin fevral ayı ərzində və mart ayının 12-dək olan müddət ərzində bir aylıq protest vermə müddətini buraxmasının səbəblərinə haqq qazandırıla bilməz. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, kassasiya protesti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi qərardan kassasiya protesti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası he sab edir ki, Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2020-ci il tarixdə qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 01 ay müddətində kassasiya protesti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verildiyindən və iş materialları onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1235/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1235/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver