Məhkəmə qərarları › İş №1(102)-1235/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1235/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1235/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum XXX oğlunun müdafiəçisi XXX oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarından məhkum XXX oğlunun müdafiəçisi XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXX oğlu 01 iyun 1974-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, XXX ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, XXX ünvanında yaşamışdır. 2. 24 dekabr 2021-ci il tarixli ittiham aktına görə XXX oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 yanvar 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə XXX oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, XXX oğlu 2021-ci ilin may ayında özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 2 (iki) ədəd çətənə kolundan kustar üsulla qanunsuz olaraq satış məqsədi ilə 4257,347 qram təmiz çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayıb yaşadığı evdə saxlamış, 14 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitənin 97,347 qram çəkidə olan hissəsini eyni məqsədlə üzərində daşıyarkən, saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivində saxlanılaraq həmin idarəyə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd polietilen bağlamada 97,347 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin gün, saat 21 radələrində XXX oğlunun yaşadığı bağ evinə baxış keçirilərkən evin yataq otağındakı sandığın içindən 4160.0 qram təmiz çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzərində cüzi miqdarda narkotik vas itə marixuananın hissəcikləri olan elektron tərəzi, bağ evinin həyətyanı sahəsindən 2 (iki) ədəd ümumi çəkisi 630.0 qram olan əkilib-becərilməsi qadağan olunmuş, yaş vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkiləri və torpaq nümunəsinin tərkibindən çəkisi 0,235 qram əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 1(101)-534/2022 nömrəli hökmü ilə XXX oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddə üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən XXX oğlunun 14 sentyabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 17 (on yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 9 (doqquz) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsini, XXX oğluna təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci tarixli, 1(103)-729/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, XXX oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 ay 17 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 07 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarından məhkum XXX oğlunun müdafiəçisi XXX oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif edilmədiyi qeyd edilməklə, həmçinin təyin edilən cəza mübahisələndirilmişdir. Müdafiəçinin fikrincə, məhkum XXX oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarının ləğv edilməsini, XXX oğlun un əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, yaxud barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Be lə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum XXX oğlunun müdafiəçisi XXX oğlu kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifini və ona təyin edilən cəza mübahisələndirmiş, tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla ə laqələndirmişdir.

16. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi p roses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qər arı, 6 may 2022-ci il).

21. İstinad edilən maddi və prosessual cinayət hüququ normalarını, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası XXX oğlunun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə məhkumun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı hesab edir.

22. Belə ki, hazırki kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında cinayət işi üzrə toplanmış sübutlar bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirilmişdır. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etmiş, k ifayət qədər sübutlar toplayıb onları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmaqla qiymətləndirərək, XXX oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda əsaslı qərar verib törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, XXX oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

23. Apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə baxılmış apellyasiya protestində irəli sürülən dəlillərin, bu dəlillərlə əlaqəli olan işin hallarının obyektiv araş dırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək yetərli dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin XXX oğlunun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin məhkum XXX oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiqi edilməsi barədə kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir.

25. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandır ılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, t örədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

26. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirk ar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının a lınması üzrə rolunu təmin edə bilsin.

27. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

28. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tut duğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin reallaşdırılmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

29. Ş ərti məhkum etmənin tətbiqi üzrə məsələyə gəldikdə isə, bu institutu tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

30. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici h umanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).

31. Bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyini məsələlərini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında isə qeyd edilmişdir ki, məhkəmələr bu şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə,... təqsirkarın şəxsiyyətinə... diqqət yetirilməlidir (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, § 25, 04 mart 2011ci il).

32. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə praktikasını formalaşdıran ali məhkəmələrin tövsiyələrinə əsaslanaraq, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum XXX oğluna cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlil ik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla, apellyasiya instansiyası məhkəməsi məhkuma qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi, o cümlədən, XXX oğlunun əvvəllər Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı tərəfindən hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin M “A” bəndi (Fərarilik) ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini (hökmün icrası hərbi əməliyyatlar qurtaranadək hökmün təxirə salınmışdır) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Az ərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum edilməsini nəzərə almışdır.

33. Öz növbəsində, kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə edib yoxlayan məhkəmə kollegiyası məhkum XXX oğlu barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi üçün yetərli əsas müəyyən etmir. XXX oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli - Azərbaycan Respublikası CMnin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmiş, həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadl ıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum XXX oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası müddətinin ən aşağı həddində - beş il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərək, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb madd i və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni və əsaslı (cəza təyini ilə bağlı hissə istisna olmaqla) hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəzaya aid hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkum XXX oğlunun müdafiəçi XXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli, 1(103)-729/2022 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar