Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1235/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(106)-45 3/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1956-cı il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən A.Ə.Musayev, hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli 1(099)-181/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Lənkəran Ağır C inayətlər Məhkəməsinin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(106)-453/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər K.S.Bəşirov və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022ci il tarixli qərarından Məhkum tərəf indən kassasiya şikayəti verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildi rmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(106)-453/2022 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(106)-453/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.