Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1236/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 02 aprel 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Roman Ələkbərli) 11(0434)49/2020 nömrəli 23 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, dul, işləməyən, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonunun Məmmədsəfi kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsin ə əsasən ona Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 dörd) ay 23 (iyirmi üç) gün hissəsi CM-in 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, hazırki hökm üzrə təyin edilmiş 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 23 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən M əhkum 30.07.2019cu il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının yaxınlığında tanışı X5 qızı X4 cehizlik əmlakı həmin yataqxanada olan evinə aparılarkən o, Zərərçəkmiş şəxs oğlu X7 ona nalayiq söyüşlər söyməsinin səbəbini soruşarkən Fədail Şirinov ona nalayiq söyüşlər söymədiyini deyib oradan uzaqlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün oğlu Fədail Şirinov ilə mübahisə etməsinin səbəbini soruşarkən, heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə, yaxın qohumu hesab olunan oğlu X10 gözü qarşısında xüsusi amansızlıqla, yəni ona əzab verdiyini dərk etməklə təpik ilə Zərərçəkmiş şəxs sol ayağına bir neçə dəfə zərbə ilə vuraraq sol qamış sümüyünün bayır kandilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları xəsarətləri ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 30.07.2019-cu il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının yaxınlığında tanışı X5 qızı X4 cehizlik əmlakı həmin yataqxanada olan evinə aparılarkən o, Zərərçəkmiş şəxs oğlu X7 ona nalayiq söyüşlər söyməsinin səbəbini soruşarkən Fədail Şirinov ona nalayiq söyüşlər söymədiyini deyib oradan uzaqlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün oğlu Fədail Şirinov ilə müb ahisə etməsinin səbəbini soruşarkən, yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sol ayağına vuraraq sol qamış sümüyünün bayır kandilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları xəsarətləri ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur, yəni Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakimlər Çingiz Məmmədov (), Teyyub Muxtarov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) 1(104)-82/2021 nömrəli 02 aprel 2021-ci il tarixli qərarı i lə Gəncə şəhəri Nizami Rаyоn Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi y eni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, məhkəmələr işin faktiki halları ilə uyğunluq təşkil etməyən, biri-birinə ziddiyyətli, biri digərini təkzib edən ehtimallarla (hər hansı sübutla deyil) əsaslandırmağa çalışmışdır ki, cinayət hadisəsi zərərçəkmiş şəxsin oğlu Fədail Şirinov hadisə yerindən uzaqlaşdıqdan sonra baş vermişdir. Məhkəmənin əsassız və işin faktiki hallarına uyğun gəlməyən bu mövqeyi ilə razılaşmaq mümkün deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.10.2019-cu il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə zamanı Xıdırov X11 Fədail İlqar oğlu ilə mübahisə edərkən onların mübahisəsinə müdaxilə etdiyi zaman oğlu Fədail Şirinov onlardan aralaşıb getmiş, Haqverdi ilə mübahisə etdiyi zaman sonuncu ayağı ilə onun diz nahiyəsinə vurmuş, bu vaxt o, almış olduğu xəsarətlərdən yerə yıxılmışdır. O cümlədən, məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan məhkəmətibbi ekspertizasının 31 iyul 2019-cu il tarixli, 1106 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 30.07.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə isə iş materiallarını d iqqətlə tədqiq etməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, yalnız əsası olmayan mülahizələrə, zərər çəkmiş şəxsin və şahidlərin məhkəməyə verdikləri ifadələrə istinad etməklə öz gəlmiş olduğu nəticəni əsaslandırmağa çalışmışdır. Əvvəla, məhkəmənin gəldiyi nəticəyə görə Məhkum Fədail Şirinovla mübahisə etdikdə sonuncu oradan uzaqlaşmışdır. Lakin, sübutları (Nazilə və Fədail Şirinovların ifadələri) təhlil etsək görünür ki, Fədail Şirinov anası Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum vurub xəsarət yetirərkən yaxınlıqda öz avtomobilin yanında, yəni hadisənin 1-3 metrliyindən olmuş, bu cinayət hadisəsini öz gözləri ilə görmüş və bütün hadisə şahidlərinin, o cümlədən Məhkum ifadələrinə görə Zərərçəkmiş şəxs vurulub yerə yıxıldıqdan dərhal sonra oğlu F ədail Şirinov anası Zərərçəkmiş şəxs yanına gələrək sonuncunu yerdən qaldırmış və gəldiyi avtomobilə aparmışdır. Beləliklə də, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı yuxarıda qeyd olunan sübutlarla tam sübuta yetirilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs sonuncunun yaxın qohumu hesab olunan oğlu X10 gözü qarşısında xüsusi amansızlıqla, yəni ona əzab verdiyini dərk etməklə təpik ilə sol ayağına bir neçə dəfə zərbə ilə vuraraq sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə cinayətin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törədilməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, Fədail Şirinovun keçmiş həyat yoldaşının qohumu Məhkum Fədail Şirinov və sonuncunun anası Zərərçəkmiş şəxs ilə cüzi səbəbdən, yəni onu və ailə üzvlərini söydüyünə görə mübahisə etmək üçün əvvə lcə Fədail Şirinova yaxınlaşmış, Fədail Şirinov ondan uzaqlaşarkən belə onun arxasınca qışqırmış, bununla sakitləşməyən Məhkum Nazilə X9 anası olduğunu bildikdən sonra onu cüzi səbəbdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər yetirmişdir. Bundan əlavə, məhkəmə hökmdə sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, CPM-in normalarını sadalasa da, həmin normalara əməl edərək mövcud sübutları qiymətləndirməmiş, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin işin faktiki hallarına uyğun ifadələr verməsinə baxmayaraq, onları təhrif etmiş, yalnız zərər çəkmiş və qeyd edilən şahidlərin məhkəmə istintaqında verdikləri ifadələrdən istifadə etməklə öz mövqeyini form alaşdıraraq təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 127.2.2 və 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-cı maddəsinə tövsif etməklə səhvə yol vermişdir. İş materiallarında məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və digər şahidlərin məhkəmə istintaqında olan ifadələrini qeyd etməsinə baxmayaraq, Məhkum zərərçəkmiş şəxsə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsi cinayətini törətməsini təsdiq edən istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış kifayət qədər sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq biri-digəri ilə müqayisəli şəkildə tədqiq etməyərək əsassız olaraq hökmdə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protes tinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelly asiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Kassasiya kollegiyası bununla əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edərkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və cinayət işinin materiallarına istinad etdiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələrin gəldiyi nəticəyə görə, işin materiallarında Məhkum Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmasına dəlalət edən heç bir sübut yoxdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qo ymaqla cinayət törədir. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış təqsirləndirilən şəxs və şahidlər İlqar İsayevin, Hüseyn Abdullayevin ifadələrindən görünür ki, hadisənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuşdur. Bu hal, həmçinin Məhkum bədənində xəsarətlərin olması barədə işdə olan məhkəmə-tibbi ekspertizasının 31 iyul 2019-cu il tarixli rəyi ilə təsdiq olunur. Belə ki, işin hallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum hadisə yerin ə gələrkən onun niyyəti Zərərçəkmiş şəxs oğlu X7 nəyə görə onun barəsində nalayiq söyüşlər söyməsinin səbəbini soruşmaq olmuş, həmin vaxt onların arasında yaranmış mübahisəyə müdaxilə edən Şirinova X8 Xıdırovdan nəyə görə oğlu Fədail ilə mübahisə etməsini soruşaraq, özü Məhkumla mübahisə etmiş, əlindəki su qabını onun baş nahiyəsinə vurmuş və onların arasında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Apellyasiya məhkəməsi iş üzrə həmin nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini qərarda göstərmişdir. Belə ki, apellyasiya məhkəməsinin qərarında haqlı olaraq qeyd edilmişdir ki, istintaq orqanı işə əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 23 yan var 2020-ci il tarixli qərarda da özü nəticəyə gəlmişdir ki, Şirinova X8 Xıdırovdan nəyə görə oğlu Fədail ilə mübahisə etməsini soruşaraq, əlindəki su qabını onun baş nahiyəsinə vurmuşdur. Belə olduğu halda Məhkum əməli xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirilməsini düzgün həyata keçirmişlər. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qey d olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin və şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 20 21-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2021-ci il tarixli qərarından verdiyi kassasiya protestinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin protestin təmin edilməməsi və göstərilən qərarın kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətl idir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2021-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1236/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1236/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver