Məhkəmə qərarları › İş №1(102)-1237/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1237/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1237/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Ağalarov (sədrlik edən), Əliövsəd Abasov və Eldar Mikayılov) 1(101)-665/2021 nömrəli 09 mart 2021-ci il tarixli hökmü ilə, 14 aprel 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edil miş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq üç ədəd bükümdə, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram, 2,167 qram və 0,271 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 4,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə hər birində ayrı- ayrılıqda təmiz çəkiləri - 0,337 qram, 5,600 qram və 0,256 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 6,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,431 qram və 0,095 qram olmaqla cəmi 0,526 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra bir hissəsini bir ədəd bükümdə təmiz çəkisi0,256 qram olan heroini, bir ədəd bükümdə təmiz çəkisi - 0,271 qram olan psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi - 0,095 qram olan qurudulmuş marixuananı üstündə, qalan hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram və 2,167 qram olmaqla ümumilikdə 4,361 qram olan meta mfetamini, iki ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,337 qram və 5,600 qram olmaqla ümumilikdə 5,937 qram olan heroini və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Renault” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməklə saxlayıb daşıyarkən 09 avqust 2020-ci il tarixdə saat 02:40 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında idarə etdiyi avtomobildə DİN-nin Əlahiddə Çevik Polis Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılarkən avtomobildən düşərək qaçdığından onun iştirakı olmadan avtomobilə baxış zamanı, avtomobilin saxlanc yerindən (bardaçokundan) iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram və 2,167 q ram, ümumi təmiz çəkisi - 4,361 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,337 qram və 5,600 qram, ümumi təmiz çəkisi - 5,937 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, barəsində elan olunmuş axtarışla əlaqədar 28 sentyabr 2020-ci il tarixdə saat 16:05 radələrində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Məhkum ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı isə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun qızılı rəngli kağızından hazırlanmış 2 bükümdən birində 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ikincisində 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə 0,095 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Vaqif Mursaqulov) 1(103)-1762/2021 nömrəli 07 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(101)-665/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun əməlinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının düzgün tətbiq edilməməsinə görə hər iki instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, h ər iki məhkəmə instansiyası hərtərəfli, tam və obyektiv araşdırma aparmadan ibtidai istintaq orqanının ehtimallara, mülahizələrə və fərziyyələrə söykənən ittihamnaməsi əsasında qərar çıxarmışlar. Bu isə Azərbaycan Respublikası CPM-in 25.2, 25.3, 28.5, 126.6, 143-146, 349, 251-ci maddələrinin müddəalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2021-ci il tarixli 2 №-li və 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarlarının müddəalarına ziddir. Məhkum verdiyi izahatlarda narkotik vasitə olan nəşədən istifadə etdiyini etiraf etmiş, buna görə cəzasını çəkməyə hazır olduğunu bildirmişdir. Ona məxsus olan avtomobildə onun iştirakı olmadan axtarış aparılmış, maşınında nə heroin, nə də me tamfetamin olmamışdır. Yazılanların yanlış olduğu, orada yalnız 1 ədəd kibrit qutusunda marixuana olduğu, onun çəkisinin isə 0,431 qram olmadığını qeyd etmişdir. Həbs olunan zaman isə üzərində yalnız 0,095 qram marixuana olmuş, heroin və metamfetamin olmamışdır. Bundan başqa məhkum 28 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Vişnyovka (Albalılıq) deyilən ərazidə həbs olunduğunu, saxta izahatlara imza etməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-də ona işgəncələr verildiyini, hətta onun həmin vaxt saxlanılmaq üçün AR ƏNPX-in Bakı İstintaq Təcridxanasına gətirildiyi zaman bədənində xəsarətlər olduğundan, BİT-ə qəbul edilmədən geri qaytarıldığını, yalnız bir neçə gündən sonra yenidən BİT-ə gətirildiyini bildirmişdir. Beləliklə, cinayət işinin materiallarında məhkumun həbsi və üzərind ən, eləcə də maşınından aşkarlanan narkotik vasitələrlə bağlı bütün məlumat və faktlar açıq-aşkar saxtalaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid4 ifadələri həqiqəti əks etdirmir. Belə ki, məhkumun idarə etdiyi avtomobil hələ hərəkətdə olarkən həmin polis əməkdaşları tərəfindən saxlanılmış, onlar məhkumla xeyli mübahisə etdikdən sonra sonuncu avtomobili tərk edərək həmin ərazidən çıxıb getmişdir. Deyilənlərin doğruluğunu hadisə yerində mövcud olan izləmə kamerasının görüntülərini çıxarmaqla çox asanlıqla sübut etmək mümkündür. Ancaq təəssüflər olsun ki, nə ibtidai istintaq, nə də sonrakı məhkəmə araşdırmaları zamanı bu barədə qaldırılmış vəsatətlər təmin olunmadan rədd edilmiş və həqiqətin üzə çıxarılması üçün heç bir tədbir görülməmişdir. Mövcud istintaq materiallarında ilkin baxışın keçirildiyi və narkotik vasitələrin avtomobildən aşkar olunduğu vaxt kimi gecə saatları göstərilsə də, axtarış-baxış tədbirlərinin lentə alındığı kadrlardan da görünür ki, çəkiliş gecə vaxtı deyil, məhz günorta saatlarında həyata keçirilmişdir. Həmçinin birinci instansiya məhkəməsində sədrlik edən hakim bu məsələdə ziddiyyətli və qaranlıq məqamların olduğunu etiraf etmişdir. Bütün bunlar Şahid1 və Şahid2 ifadələri ilə də təsdiq edilmişdir. Bundan başqa hadisə yerindən və məhkumun üzərindən aşkar edilmiş ona aid olunduğu iddia edilən bükülmüş narkotik vasitələr üzərində məhkumun əl izləri aşkar edilməmişdir. Bununla bağlı məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsi barədə məhkum vəsatət qaldırsa da, müvafiq vəsatətlər təmin edilməmiş, be ləliklə də, özünümüdafiə hüququnun Konstitusiya və mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə imkan verilməmişdir ki, bu da birbaşa qanun pozuntusudur. Həmçinin ittiham tərəfi bu iddiaların doğruluğunu təsdiqləyən heç bir yetərli və mötəbərliliyi şübhə doğurmayan sübutlar istintaq orqanı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, məhkum təqsirləndirildiyi cinayət işinin materiallarında və irəli sürülmüş ittihamda şübhəli məqamların və ziddiyyətlərin yetərincə olduğunu qeyd etmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktını etiraf etmədiyi təqdirdə yaşadığı mənzildən 1 kiloqrama yaxın narkotik vasitənin aşkarlanması sənədləşdiriləcəkdir. Bu şərtlə razılaşmadığından ona müxtəlif işgəncələr və bədən xəsarətləri yetirilmiş, bütün bunlar Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ünvanlanmış sorğuya verilən rəsmi cavab məktubu ilə də təsdiqlənmişdir. Məhkum haradasa, nə vaxtsa, hansısa miqdarda narkotik vasitə aldığını iddia edən şərti alıcının ortalıqda olmaması, habelə guya üzərindən aşkarlandığı deyilən narkotik vasitələrin və onları çəkib-bölmək üçün istifadə olunan tərəzinin üzərindən ona məxsus əl izlərinin aşkarlanmaması səbəbindən ona qarşı irəli sürülən iitiham gülünc və uydurmadır, heç bir sübut və faktlarla təsdiqlənmir. Məhkum ibtidai istintaq dövründə də, sonrakı məhkəmə proseslərində də dəfələrlə narkotik vasitələrin aludəçisi olduğunu bildirərək, özünü məhz Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəbdən, əməlinin ittiham orqanl arı tərəfindən düzgün tövsif olunmadığını qeyd etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi işin həqiqi hallarına düzgün qiymət verməmiş, cinayət qanununun normasını düzgün tətbiq etməmiş, sübutlar yetərliliyi və mötəbərliyi baxımından tədqiq olunmamış, barəsində çıxarılmış cəza işin faktiki hallarına, törətdiyi əmələ, cinayətin ağırlığına və şəxsiyyətinə adekvat olmamışdır. Lakin göstərilən xüsusatlar Bakı Apelyasiya Məhkəməsində də hakimlərin nəzər-diqqətindən kənarda qalmış və son nəticədə obyektiv, hərtərəfli və əsaslı araşdırma aparılmadan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilə nlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbu l edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinin qanunsuz olmasını bildirərək əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətindən görünür ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilmiş və bildirmişdir ki, onun üzərində yalnız marixuana olmuşdur, nə heroin, nə də ki, metamfetamin olmamışdır. Digər narkotik vasitələr ona polis orqanı tərəfindən üzərinə atılmışdır. Onun fikrincə narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlama hərəkətləri tam sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası kassas iya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci və apelyasi ya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlara qiymət verərək, onları qarşılıqlı təhlil edilib nəticəyə gəlmişdir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. İbtidai istintaq orqanı Məhkum hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertiza təyin etmişdir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 20 oktya br 2020-ci il tarixli 2089 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin müəyyən edilmişdir ki, onda, “Yüngül dərəcəli üzvi emosional-labil pozuntu” aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üz rə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 20 oktyabr 2020-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaql ılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələbləri nə əsasən hazırki cinayət işi üzrə yeni apelyasiya baxışı təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin digər dəlillərinin əsaslılığı barədə münasibət bildirməyə zərurət görmür. Yeni apelyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparılmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli Məhkum barəsindəki qərarı ləğv edilsin və cinay ət işi yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar