Məhkəmə qərarları › İş №1(102)-1237/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1237/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1237/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Zərərçəkmiş şəxs iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası m əhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə, habelə Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim C.C.Nəbiyev, hakimlər C.Ş.Səfərli və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1991-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinə rək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 may 2022-c il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər E.İ.Əliyev və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Taleh Səfərov tərəfindən verilmiş apelyasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 03 may 2022-ci ildə saat 18 radələrində ünvan4ndə yaşadığı evin qarşısında əvvəllər aralarında qərəzçilik münasibəti olan qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona məxsus həyətə icazəsiz girib su arxı çəkmək istəməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncu onu nalayiq ifadələrlə təhqir edərək sinə nahiyəsindən əli ilə zərbə vurduğuna görə üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin ön nahiyəsindən bir dəfə vurmuş, Zərərçəkmiş şəxs onu qucaqlayıb yerə yıxmaq istədikdə sərbəst qalan sağ əlindəki həm in bıçaqla onun döş qəfəsinin sol yarısının arxa səthinə 5 dəfə bıçaqla vurmaqla ona döş qəfəsinin 4 ədədi daxilə keçən, sol ağciyəri, diafraqmanı və mədəni zədələyən deşilmiş, kəsilmiş yaraları, daxili qan itirmə, travmatik və hemoraggik şok ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərər vuramaya xəsarətlər yetirməklə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmuşdur. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-ci maddələrinin tələbləri pozulmuş, nəticədə Məhkum yüngüllüyünə görə şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai-tə hlükəlilik dərəcəsinə uyğun olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanın Məhkum şəxsiyyətinə uyğun olmadığını və həddindən artıq yüngül olduğunu təsdiq edən hallar kimi kassasiya protestində xüsusilə ona istinad olunmuşdur ki, təqsirkarın himayəsində iki azyaşlı uşaqların olmasından başqa digər cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmamış, Məhkum zərərçəkmiş şəxsə dördü daxilə nüfuz edən ümumilikdə altı xəsarət yetirmiş, məhkumluğu ödənilmiş olsa da əvvəllər (Biləsuvar Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmünə əsasən) CM-in 221.2.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs da kassasiya şikayətini mahiyyətcə eyni dəlillərlə əsaslandıraraq, Məhkum təyin olunmuş dörd il müddətə azadlıqdan məhrum etmə cəzasını həddindən artıq yüngül cəza hesab etdiyi üçün şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum daha ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs da kassasiya şikayətində mahiyyətcə eyni dəlillər gətirərək faktiki olaraq mövqeyini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır (CPM-in 416.1.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası kimi məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilıməsini nəzərdə tutur). Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən y eni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayə tə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq məhkəmələrin “açıq-aydın” yüngül cəzanın təyin edilməsinə s əbəb olan hüququn tətbiqi məsələləri üzrə səhvə yol verdiklərini müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarl arına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər birinci və apellyasiya instansiyası məhkəmələrinin hüququn tətbiqi məsələləri üzrə səhvə yol vermələri, Məhkum təyin olunmuş cəzanın açıqaydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qəsdən sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Bu cinayətə görə CM-in 126.1-ci maddəsinin sanksiya sında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 126.1-ci maddəsi ilə həmin maddənin sanksiyası daxilində 4 (dörd) il müddətə (yəni, sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən bir il çox) azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. O cümlədən, kassasiya protestində və kassasiya şikayətində istinad olunan hal zərərçəkmiş şəxslə barışığın əldə olunmaması CM-in 61-ci maddəsində cəzanı ağırlaşdıran halların sırasında göstərilməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum barışığa cəhd etmiş, lakin barışıq əldə olunmamışdır. Eynilə, ödənilmiş məhkumluğun birbaşa və yaxud kassasiya mür aciətlərində təklif olunduğu kimi təqsirkarın şəxsiyyətini xarakterizə edən hal qismində ona daha ağır cəzanın təyin edilməsini şərtləndirən əsas kimi nəzərə alınmasına da cinayət qanunu yol vermir. Belə ki, CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cəzanı yüngülləşdirən hallara gəldikdə isə kassasiya protestində irəli sürülmüş dəlilin əksinə olaraq yalnız təqsirkarın himayəsində iki azyaşlı uşağın olması (CM-in 59.1.4-cü maddəsində göstərilən hal) deyil, həm də heç bir yerdə işləməyən arvadının olması (CM-in 59.2-ci maddəsinə əsasən) hökmdə cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmış, eyni zamanda hökmdə və apellyasiya instansiyası m əhkəməsinin yekun qərarında Məhkum cinayətin törədilməsindən sonra polis orqanına gəlib cinayətin aləti olmuş bıçağı təhvil verməsi, yaşayış yerindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət yöndə səciyyələndirən məlumatlar kimi qiymətləndirilmişdir. Həmin cəzanı yünüglləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən halları məhkəmələr CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi onların mövcudluğunu təsdiq edən, mümkünlüyü təkzib edilməmiş sübutlara əsasən müəyyən etmişlər. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) dörd il müddətə azadlıqdan məhrum etmə cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinay ətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kolleg iyası kassasiya protestinin təmin edilməsinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinin isə qismən təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya müraciətlərinin təmin edilməsinə dair Zərərçəkmiş şəxs çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, habelə Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar