Məhkəmə qərarları › İş №1(102)-1238/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1238/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1238/2020 05.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Məhkum müdafiəçisi-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, 16 aprel 1974-cü ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər N.F.Quliyev və O.Y.Cəlilov) Məhkum CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 -cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X13, X6, X7, X8 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər E.İ.Camalov, K.S.Bəsirov) apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məh rumetmə cəzası 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum qəti olaraq 05 (beş) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmə hökmü ilə Azərbaycan Respublikasının vətəndaşları X6, X7, X14, X8 və Məhkum öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə Murad Səfərov 06 aprel 2018-ci il tarixdə qrupun İran İslam Respublikasındakı üzvü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq 4.000 manat pul müqabilində külli miqdarda qurudulmuş marixuana, heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və ona təhvil verilməsi barədə razılığa gəlmişlər. Həmçinin 2018-ci ilin aprel ayının əvvəllərində Məhkum və X8 da cinayətkar qrupun İran İslam Respublikasında olan eyni üzvü ilə telefon əlaqəsi saxlayaraq 2.600 manat müqabilində külli miqdarda qurudulmuş marixuananın əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilərək onlara təhvil verilməsi barədə qabaqcadan razılığa gəlmişlər. Əldə olunmuş razılığa əsasən Məhkum və Səyavuş İbrahimov həmin ərəfədə şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə İran İslam Respublikasındakı həmin şəxsə narkotik vasitə üçün verilməli olduqları pulun bir hissəsini, yəni 1.600 manat məbləğində pulu əvvəlcədən göndərmiş, qalan 1000 manatı isə narkotik vasitəni aldıqdan sonra verəcəkləri barədə razılaşmışlar. Bundan sonra, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri Murad Səfərovun sifariş etdiyi 2 kq 681,65 qram qurudulmuş marixuananı, 2,42 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,2 qram metamfetamin psixotrop maddəsini, Səyavuş İbrahimov və Məhkum sifariş etdikləri 1 kq 422,7 qram qurudulmuş marixuananı istintaqla müəyyən edilməmiş mənbədən ümumi niyyətlə satış məqsədilə qanunsuz əldə edərək 2018-ci il aprel ayının 17-dən 18-nə keçən gecə Azərbaycan Respublikasının g ömrük sərhədindən gömrük nəzarətindən kənar, Dövlət Sərhəd Xidmətinin «Horadiz» Sərhəd dəstəsinin 21-ci sərhəd zastavasının ərazisi istiqamətində keçirərək Səyavuş İbrahimov və Murad Səfərova bu barədə məlumat vermişlər. 18 aprel 2018-ci il tarixdə saat 09 radələrində cinayətkar qrupun İran İslam Respublikasındakı üzvünün tapşırığı ilə, əvvəlcədən əldə edilmiş razılığa əsasən Beyləqan rayonu İkinci Şahsevən kənd sakinləri X7 və X14 «Horadiz» Sərhəd dəstəsinin 21-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasıdan göndərilmiş, içərisində külli miqdarda, yəni 2 kq 681,65 qram çəkidə qurudulmuş marixuana, 2,42 qram heroin, 0,2 qram metamfetamin və içərisidə 1 kq 422,7 qram qurudulmuş marixuana olan torbaları götürərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi lə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyaraq həmin gün saat 21 radələrində Beyləqan rayonu İkinci Şahsevən kəndində Murad Səfərova təhvil vermişlər. Murad Səfərov qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin miqdarda narkotik vasitələri və psixotrop maddə olan metamfetamini idarə etdiyi avtomobildə qanunsuz daşıyaraq yaşadığı ünvan 3 ünvanındakı evinə gətirmiş və orada qanunsuz olaraq saxlamışdır. 18 aprel 2018-ci il tarixdə səhər saatlarında Səyavuş İbrahimov narkotik vasitələrin Murad Səfərova təhvil verilməsi barədə İran İslam Respublikasında olan şəxslərdən məlumat alaraq bu barədə Məhkum xəbər vermiş və odan narkotik vasitəyə görə borclu qaldıqları 1000 manat məbləğində pulu alaraq narkotik vasitələri götürmək üçün Füzuli rayo nunun Horadiz qəsəbəsinə gedərək Məhkum də həmin yerə gəlməsini tapşırmışdır. 19 aprel 2018-ci ildə saat 19 radələrində X15 Səfərovla Füzuli rayonunun «Qayıdış» qəsəbəsi ərazisində görüşərək Məhkum narkotik vasitənin əldə olunması üçün verdiyi 1000 manat məbləğində pulu ona çatdıraraq İran İslam Respublikası sakinləri tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş narkotik vasitələrin bir hissəsini, yəni 1 kq 422,7 qram qurudulmuş marixuananı torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə Murad Səfərovdan qanunsuz olaraq əldə etmiş, saxlamış Məhkum idarə etdiyi «Mercedes E-320» markalı avtomobilin arxa oturacağına yerləşdirərək sonuncu ilə birlikdə satış məqsədilə qanunsuz saxlayıb daşımaqla Bakı şəhəri istiqamətində hərəkət edərkən Füzuli rayonu ərazisində Dövlət T əhlükəsizlik Xidmətinin əməkdaşları avtomobili saxlamağa çalışarkən Məhkum avtomobili saxlamayaraq hadisə yerindən uzaqlaşmış, daha sonra Səyavuş İbrahimov və Məhkum narkotik vasitəni Mincivan-Hacıqabul yolunun 143-cü km-də Beyləqan rayonunun ərazisindən keçən hissəsində yolun otlaq sahəsinə ataraq avtomaşını yolun kənarında saxlamış və avtobusla Bakı şəhərinə getmişlər. 19 aprel 2018-ci ildə saat 20 radələrində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Murad Səfərovun yaşadığı evə baxış keçirilərkən evin birinci mərtəbəsində torbada 2 kq 681,65 qram qurudulmuş marixuana, 2,42 qram heroin və 0,2 qram metamfetamin aşkar edilərək götürülmüşdür. 21 aprel 2018-ci ildə X12 Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onun izahatı əsasında həmin gün saat 17 radələrin də Mincivan-Hacıqabul yolunun 143-cü km-də Beyləqan rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı otlaq əraziyə keçirilmiş baxış zamanı Səyavuş İbrahimov və Məhkum məxsus 1 kq 422,7 qram qurudulmuş marixuana bir ədəd torba aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarın ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Kassasiya şikayətinin müəllifi hesab edir ki, Məhkum iş üzrə keçən digər şəxslərlə hər hansı biri cinayət əlaqəsinə girməmiş, yalnız Səyavuş İbrahimovla münasibəti olmuş, Şəyavuşun ona istifadəsi üçün narkotik vasitəni verməsini vəd etdiyindən onun təklifi ilə rayona getmişdir, Səy avuş və digərlərinin törətdikləri cinayətlərdən onun xəbəri olmamışdır, o narkotik istifadəçisidir və özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Müdafiəçinin fikrincə Məhkum hərəkətlərində CM-in 32.5, 206.3.2 və 234.4.3-cü maddələrinin tərkibi yoxdur, bu maddələrlə ona uydurma ittiham elan olunmuş, qanunsuz və ədalətsiz hökm çıxarılmışdır, Məhkum həmin maddələrlə bəraət verilməlidir. Onun hərəktləri CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan əlavə müdafiəçi Məhkum məcburi köçkün olduğunu, üç uşaq atası olduğunu, uşaqlardan ikisinin azyaşlı olduğunu, müharibə veteranı olduğunu, ailədə yaganə qazanc gətirən şəxs olduğunu, həmçinin ağır xəstə olduğunu kassasiya şikayətində qeyd edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materiallar ı ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayə tin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, ş əxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəm ə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış protokolları və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçıla rının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə icl asında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələ rin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhz yuxarıda qeyd edilən hallar, məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegi yası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxs Məhkum cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətd iyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-ci maddələrinin tələblərinə tam riayət etmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmi n cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq a ğlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarl a təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar