Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1238/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun вя Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Mahmud Yusif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlu oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, şəxsiyyəti məlum olmayan X adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 15 iyul 2021-ci il tarixə keçən gecə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Mansur adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, “Ayn a Sultanova’’ heykəlinin arxa tərəfindən keçən Səttar Bəhlulzadə küçəsində yerləşən "Bizim” marketin yaxınlığında olan avtotəmir sexinin yanında təkərin içərisində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 23,128 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 43,445 qram çəkidə psixotrop maddə metamfetamin və 2,356 qram çəkidə narkotik vasitə tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 15 iyul 2021-ci il tarixdə, saat 10:00 radələrində, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı çiynind ən asdığı çantadan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,591 qram və 15,537 qram, ümumi təmiz çəkisi 23,128 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,580 qram və 0,865 qram, ümumi təmiz çəkisi 43,445 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 2,356 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanl ı Ramin Afad oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə) 03 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi maddələrlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəl sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi istintaq orqanı və məhkəmələr tərəfindən sübuta yetirilməmiş, əldə edərək üzərində daşıdığı narkotik vasitələri və psixotrop maddəni o, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almış və bu haqda cinayət təqibinin bütün mərhələlərində bildirməsinə baxmayaraq onun əməli səhvən CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Lakin, onun həmin narkotik vasitələri və psixotrop maddəni kiməsə satması və ümumiyyətlə onları satmaq niyyətndə olması toplanmış sübutlarla təsdiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini və bu səbəbdən də onun əməlinin düzgün tövsif edilməməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məh kəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməs inin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibt idai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit ed ilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyin in mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittih amın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əs aslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlar a uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedci ifadələri yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-psiatrik və məhkəməekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməlini törtməsi, yəni onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 2,356 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda 23,128 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağa n edilən psixotrop maddələrin” İİ siyahısına daxil edilən 43,445 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla yaşadığı ünvan 5 ünvanına daşıması, 15 iyul 2021-ci il tarixdə saat 10:00 radələrində isə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən 4-cü Polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı çiynindən asdığı çantadan həmin narkotik vasitələrin və psixotrop maddənin ayrı-ayrı bükümlərdə aşkar edilərək götürülməsi həmin sübutlarla müəyyən olunur. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahid ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum öz kassasiya şikayətində barəsində aparılmış cinayət təqibi dövründə onun üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə fikri olmadığını, narkomaniya xəstəsiliyindən əziyyət çəkməsini və həmin vasitələri və maddəni şəxsi istifadəsi üçün özündə saxlamasını qeyd edərək onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hökmü çıxararkən, onunla razılaşan apellyasiya instansiyası məhkəməsi isə məhkum olunmuş şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə razılaşıb yekun qərar qəbul edərkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Məhkum qismən etirafedici ifadələrinə, həmçinin şahidlər Şahid1 və Şahid2 ifadələrinə, məhkəm ədə tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 15 iyul 2021-ci il tarixli 6/2887 saylı, məhkəmə narkoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 4176 saylı rəylərinə, 15 iyul 2021-ci il tarixli "şəxsi axtarış və götürmə" haqqında protokola, maddi sübutlara istinad edib Məhkum CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə, həmin cinayət əməlinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişlər. Bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.4. 1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarına əsasən şəxsin əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya güclü təsir edən maddə külli miqdarda olmalıdır. - əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş əməllərin obyektiv və subyektiv cəhətlərinə münasibətdə iş üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal (mübahisəsiz) ondan ibarətdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımışdır. Yuxarıda qeyd olunduğu kimi, bu hal həm məhkumun qismən etirafedici ifadələri yanaşı, həm də digər sübutlarla t am təsdiq olunur. Yuxarıda qeyd edildiyi kimi, işin müəyyən edilmiş bu faktiki halı həm məhkumun etirafedici ifadələri ilə, həm də digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlar ın prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narko tik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarda əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən olunmuş faktiki hallar, yəni Məhkum külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin dörd ədəd bükümlərdə və bir ədəd plastik qabda olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 7,591 qram və 15,537 qram, ümumi təmiz çəkisi 23,128 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,580 qram və 0,865 qram, ümumi təmiz çəkisi 43,445 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqda rda psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 2,356 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki üzərində saxlaması məhz satış məqsədi (niyyəti) ilə əldə edərək daşıması və saxlaması barədə mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə Məhkum yuxarıda göstərilən narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə üzərində saxlaması obyektiv olaraq təkcə onun digər sübutlarla təsdiq olunan qismən etirafedici ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu vasitələrin və maddənin miqdarı, onların qablaşdırılması üsulu ilə, habelə məhkumun özünün də həmin maddələrdən istifadə etməsini və narkomaniya xəstəliyindən əzab çəkməsini təsdiq edən həm məhkumun i fadələri, həm də məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də sübuta yetirilir. Buna görə, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və məhkum olunmuş şəxsin əməlinin başqa cür, o cümlədən CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar görməyərək həmin şikayətin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1238/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1238/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver