Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1239/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim X13 oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum3 müdafiəçisi-vəkil Cavadov Vüqar Şahmalı oğlunun iştirakları ilə, Gəncə Ağır Cina yətlər Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum4, Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarından Məhkum4 müdafiəçisi-vəkil Qəhrəmanov Zabil Köçəri oğlu, Məhkum1 müdafiəçisi-vəkil Həsənov Ramil Zahid oğlu, Məhkum2 müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu və Məhkum3 müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən və məruzəçi), D.H.İmanov və N.T.Əliyev ibarət tərkibdə) Məhkum4 - 02.01.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı övladı olan, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış,Ünvan 1-də yaşamış, Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 21 avqust 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum1 - 20.11.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ünvan 2-də yaşamış, Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 iyul 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum2 - xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ünvan 3-də yaşamış, Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu i lə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 may 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum3 - xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ünvan4-da yaşamış Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzal arına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 may 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə X5, X9, X13 və X10 da təqsirli bilinib məhkum edilmişlər İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum4, Məhkum1, Məhkum2 və Məhkum3 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, özgənin əmlakını ələ keçirmək məqsədilə eyni əməllərə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə məhkum olunmuş X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 15 may 2018-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Natavan küçəsinin yaşayış sahəsi olmayan ərazisində “Çəkillik” adlanan yerdə birlikdə X2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sağ göz ətrafı nahiyənin yumşaq toxmalarının əzniyi, hemotoması, alın, burun nahiyələrinin qançırları ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zoraklıqla bağlı basqın edib X2a məxsus 5500 manat dəyərində Mersedes-Benz 220 minik markalı **-OE-*** qeydiyyat nömrə nişanlı avtomobili və avtomobilin salonunda olan 7850 manat məbləğində pulunu, ümumilikdə 13350 manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirərək quldurluq etmişlər. Bundan sonra onlar X6 məxsus 5500 manat dəyərində “Mersedes-Benz 220” markalı **-OE-*** qeydiyyat nömrə nişanlı avtomobil i və avtomobilin salonunda olan 7850 manat məbləğində pulunu, ümumilikdə 13350 manat məbləğində xeyli miqdarda əmlakını quldurluq edərək ələ keçirdikdən sonra X2u Məhkum3 idarə etdiyi “VAZ-2107” markalı **DN-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən “Sərçə Bazarı” adlanan əraziyə gətirib, təkrarən 15 may 2018-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs halında X2un xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncudan on gün müddətində on bir min manat pul verməli olduğunu, əgər həmin məbləğdə pulu göstərilən vaxtda verməyəcəyi halda onu öldürəcəkləri ilə bağlı zor göstərmə hədəsi ilə on bir min manat məbləğində pulunu, xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişlər. Hökmdən Məhkum4 müdafiəçisi-vəkil Qəhrəman ov Zabil Köçəri oğlu, Məhkum1 müdafiəçisi-vəkil Həsənov Ramil Zahid oğlu, Məhkum2 müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu, Məhkum3 müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu tərəfindən və digər məhkumlar barəsində verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) 30 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protestini və apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarından Məhkum4 müdafiəçisi-vəkil Qəhrəmanov Zabil Köçəri oğlu, Məhkum1 müdafiəçisi-vəkil Həsənov Ramil Zahid oğlu, Məhkum2 müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu, Məhkum3 müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu kassasiya şikayətləri verərək məhkumların hər birinə aid hissədə qərarın ləğv edilməsini və onların barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum4 müdafiəçisi-vəkil Qəhrəmanov Zabil Köçəri oğlu, Məhkum1 müdafiəçisivəkil Həsənov Ramil Zahid oğlu, Məhkum2 müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu, Məhkum3 müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlu eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadələrinə istinad etmiş, lakin məhkəmə iclasında zərərçəkmiş şəxs istintaqdakı ifadələrinin müstəntiq tərəfindən düzgün yazılmadığını göstərmişdir. Məhkəmələr zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsini nəzərə almamışlar, hansı ki, o həmin ifadəsində avtomobildə pulun olmamasını, barələrində kassasiya şikayəti verilmiş şəxslərin ona zor tətbiq etmədiklərini, onun pul vəsaitini və avtomobilini ələ keçirmək niyyətlərinin olmamasını göstərmişdir. Barələrində kassasiya şikayəti verilmiş məhkumların elan edilmiş ittihamlar üzrə cinayət əməlləri sübut olunmamış, onlar ehtimallar üzrə təqsirli bilinmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamışdır. Ona görə də kassasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası m əhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumlar Məhkum4, Məhkum1, Məhkum2 və Məhkum3 barəsində verilmiş eyni məzmunlu kassasiya şikayətlərində göstərilmişdir ki, zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadələrinin müstəntiq tərəfindən düzgün yazılmadığını göstərsə də məhkəmələr qərarlarında zərərçəkm iş şəxsin ibtidai istintaqdakı ifadələrinə istinad etmişlər, məhkəmə iclasındakı ifadəsini nəzərə almamışlar, hansı ki, o həmin ifadəsində avtomobildə pulun olmamasını, barələrində kassasiya şikayəti verilmiş şəxslərin ona zor tətbiq etmədiklərini, onun pul vəsaitini və avtomobilini ələ keçirmək niyyətlərinin olmamalarını göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 32.2.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərin in iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən qanunların mənasına görə sübutların toplanması, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin alınması həm ibtidai istintaq zamanı və həm də məhkəmə iclasında həyata keçirilir, bu zaman ifadələrin alınması üçün qanunla müəyyən edilmiş qaydalara əməl edilmişsə, ibtidai istintaqda və ya məhkəmədə alınmasından asılı olmayaraq həmin sübutların mümkünlüyü, mötə bərliyi tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində müəyyən edildiyi kimi hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətlərində heç bir konkret hala və sübuta istinad etmədən ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin ifadəsinin müstəntiq tərəfindən düzgün yazılmadığı barədə göstərilən dəlil subyektiv mülahizədir və bu əsasla zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadələri mümkünsüz hesab edilə bilməz. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin həm məhkəmə iclasındakı və həm də ibtidai istintaqdakı ifadələ ri məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxslərlə barışdıqdan sonra zərərçəkmiş şəxs X2 məhkəmə iclasındakı ifadələri məzmunca təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək istiqamətində dəyişdirildiyindən və işin faktiki hallarına uyğun olmadığından məhkəmə onun ibtidai istintaqdakı ifadələrini daha mötəbər hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X6 fotoşəkilləri tanınmaya tədim edilmiş təqsirləndirilən şəxslər Məhkum3, Məhkum4 tanımış və onlarla üzləşdirmə zamanı intidai istintaqdakı sərbəst ifadəsində göstərdiklərini onların üzünə qarşı da təsdiq etmişdir. X2 ibtidai istintaqdakı ifadələri təqsirləndirilən şəxslərin ifadələri, onların ifadələrini yerində yoxlanması istintaq hərəkətləri, şahidlər X2 həyat yoldaşı X7 və qayını X11 ifadələri v ə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə də təsdiq edilmişdir. İbtidai istintaq zamanı X12 ifadəsində göstərmişdir ki, hadisə zamanı X1 qəfildən yumruqla onun sağ göz nahiyəsinə qüvvətlə zərbə endirmiş, zərbənin nəticəsində o, yerə yıxılmış, yerə yıxılandan sonra o, üzünü tutanda orada olanların hamısı onu yerdə təpiklə bədənindən başından vurmağa başlamışlar, o, canını qurtarmaq istəsə də ondan əl çəkməmişlər onu təpik və yumruqlarla döymüşlər. Sonra o, yerdə çöməlib oturanda görmüşdür ki, X11 kənarda dayanıb Xda yanında dayanıb baxırlar. O, çöməldiyi yerdən durmaq istəyəndə dəqiq kimliyini görmədiyi şəxs onun çənəsindən təpiklə vurmuşdur. O, yenə üzünü tutub yerdə oturaq vəziyyətdə başı aşağı duranda dəqiq bilməmiş, səsindən X5in səsinə oxşatdığı şəxs ona demişdir ki, “ə avtomobilin tez açarını ver mənə”. O, da başı aşağı vəziyyətdə cibindən açarı çıxarıb vermiş, eyni zamanda telefonunu istəmişlər, lakin telefonu aldıqdan sonra qaytarıb vermişlər. Ona imkan verməmişlər ki, getsin. X1 orada kiməsə demişdir ki, zəng edin taksi gəlsin onu aparsın. Təxminən 10-15 dəqiqədən sonra həmin yerin yaxınlığına ağ rəngli VAZ-2107 markalı nömrə nişanını və sürücüsünü tanımadığı taksi gəlmişdir. X1 və tanımadığı orada olan şəxslər onun qolundan tutub avtomobilin arxa oturacağında oturmuşdur. Tanımadığı iki nəfər oğlanlardan biri sol, biri də sağ tərəfində, X1 da avtomobildə qabaq oturacaqda oturmuşdur. X1 avtomobildə onu öldürəcəyi ilə hədələyib demişdir ki, polisə şikayət etsə tutulacaqlar, lakin çöldə olan qardaşları çoxdur, onun başı ağrıyacaqdır. Buna görə də 11.000 manatı gətirsin, avtomobili də götürüb aparsın. Ona 10 gün vaxt qoyulmuş ki, pulu versin. Onlar gəlib “maslajir” deyilən dörd yoldan dönüb Sadıllı qəsəbəsi istiqamətinə gedən yolda X1 taksi sürücüsünə demişdir ki, avtomobili kənara çəksin, sürücü də avtomobili ara küçəyə sürüb saxlamışdır. Orada X1 yenə ona demişdir ki, polisə şikayət etsə pis olacaqdır, pulu gətir maşınını aparsın. Bu zaman tanımadığı taksi sürücüsü də ona demişdir ki, “ağıllı ol deyilən pulu ver canını qurtar”. Onu “sərçə” bazarının yaxınlığında yerləşən küçəyə xarabalıq kimi, yarımtikili hasarlanmış yerə aparmışlar. Onu avtomobildən düşürmüşlər, X5 də orada olmuşdur, yanında isə 7-8 nəfər onu döyən şəxslər olmuşdur. O, görmüşdür ki, avtomobili də oradadır. Onu sərçə bazarının arxa tərəfində yerləşən küçə ilə Atat ürk prospektinə çıxan istiqamətə aparmışlar, orada olan yarımtikilinin içərisinə aparıb su tökmüşlər əl üzünü yumuşdur. X1 yenə ona demişdir ki, 10 gün vaxtı var pulu gətirsin, avtomobili aparsın, əgər polisə şikayət etsə başı ağrıyacaqdır. Bu kimi sözlərlə ona hədə qorxu gəlmişlər. Sonra X1 həmin gətirdikləri taksi ilə onu gətirib Abbas Səhhət deyilən yerdə düşürüb getmişdir. O, da piyada qayınatasının evinə gəlmiş, evdə yoldaşına və evdə olanlara bu barədə demişdir. Buna görə də yoldaşı X7 polisə zəng edib məlumat vermişdir. 16 may 2018-ci il tarixdə Kəpəz polisinə ərizə ilə müraciət etmişdir. Sonra o, həkim müayinəsindən keçirilmişdir. Ona məxsus avtomobil X5in nənəsinin yaşadığı evdən polislər tərəfindən aşkar olunmuş, onun iştirakı ilə avtomobilə baxış keçirən zaman müəyyən etmişdir k i, avtomobilin salonunda olan saxlanc yerində qızının məktəbli qələm qabında saxladığı ona məxsus 7850 manat pul yoxdur. Bilmişdir ki, pulu X1 və onu döyən digərləri götürmüşlər. Ona verilən sualların mahiyətinə dair göstərmişdir ki, 15 may 2018-ci il tarixdə saat 22 radələrində “Çəkillik” adlanan yerə gələn kimi, ilkin olaraq X1 yumruqla sağ göz nahiyəsinə vurub xəsarət yetirmiş, bundan sonra o, üzünü tutub yerə yıxılandan sonra orada olan şəxslərin hamısı onu təpiklə bədəninə vurmuşdur, lakin konkret olaraq kimin vurmasını görməmişdir. Lakin konkret olaraq onun sağ göz nahiyəsinə X1 xəsarət yetirmişdir. Onun X1la söz mübahisəsi, X1ın yumruqla sifətinə zərbə vurması və orada olan şəxslərin onu döyməsi təxminən 10-15 dəqiqə ərzində olub başa çatmışdır. Həmin vaxtı o, zərbələrdən üzünü qoru maq üçün üzünü tutmuş, kənardan kiminsə toplaşmasını görməmiş, lakin X11lə Xudayarın kənarda dayandığını görmüşdür. O, həmin şəxsləri tanıya biləcəyini bildirmişdir. Əlindən alınan Mersedes markalı avtomobili ifadəsində qeyd etdiyi kimi üç il bundan öncə 4600 manata almışdır. Həmin vaxtdan bəri avtomobillərin qiyməti bahalanıb, onun əlindən alınmış Mersedes markalı avtomobilin hazırki bazar satış qiyməti 5500 manatdır. O, hadisənin baş verdiyi yerləri xatırladığını, göstərə biləcəyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum4 elan edilmiş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 onlara zəng edib “çəkilliyə” gəlmələrini, bir nəfərlə söhbəti olduğunu bildirmişdir, belə ki, X5 demişdir ki, həmin adamın sonradan adını bildiyi X2 adlı şəx sin X5in Türkiyədə olan dostu X adlı şəxsə 11.000 manat borcu vardır. Lakin, X2 bu pulu vermək istəmir bununla bağlı söhbət edəcəklər. X2 gələndən sonra orada olan şəxslər X2ı döyməyə başlamışlar, o, qaranlıq olduğundan konkret olaraq X2ı kimin vurmasını görə bilməmiş, tez araya girmişdir ki, mübahisə böyüməsin. Görmüşdür ki, əsasən X1 X2ı vurmuşdur. O, araya girib aranı sakitləşdirməyə çalışandan sonra X1 X2ın əlindən avtomobilinin açarını almış və onlara demişdir ki, X2ı maşına mindirib aparsınlar. İbtidai İstintaq zamanı təqsirləndirilən şəxs Məhkum1 ona elan edilmiş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 may 2018-ci il tarixdə günorta saatlarında Gəncə şəhər Atatürk prospektində yerləşən Kəpəz stadionunun yaxınlığında çayçıda X5, X13 və o, çay içən zam an aralarında olan söhbət zamanı ona məlum olmuşdur ki, X5in X2 adlı şəxslə söhbəti var belə ki, X5 bildirmişdir ki, hazırda Türkiyədə olan X adlı tanışı var. X2ın da 11.000 manat pul borcu var, həmin pulu X2dan almaq lazımdır, pulu onlara “perevod” olunmuşdur. X2 adlı şəxs gəlməzdən öncə o, X1, Ariz, X13, X5 Məhkum2, X10, Məhkum3və X9 orada dayanıb X2ı gözləmişlər. Onlar ora yığışandan təxminən 10-15 dəqiqə keçmiş X5Məhkum2a demişdir ki, gedib X2ı qarşılayıb olduqları yerə gətirsin.Məhkum2 gedib X2ı gətirmişdir. X2 gələn kimi X2la söhbət başlamış və X barəsində deyilənləri sübut etməyi bildirilmişdir. Ona görə də hərəsi bir tərəfdən X2a təpik və şillə zərbələri vurmuşlar. X2 yerə yıxılmış, X2ı yerdən qaldırmışlar. Bundan sonra X1 X2ının əlindən Mersedes markalı avtomobilinin açarını almış dır ki, başqa yerə getsinlər. Çünki fikirləşmişlər ki, burada dava düşmüş kənar şəxslər toplaşacaqdır. X1, X13 və o, X2ı Məhkum3in avtomobilinə əyləşdirmişlər. X1 avtomobildə qabaqda əyləşmiş, avtomobilin arxa salonunda da o, X13 və X1 əyləşmişdir, X2ı arada əyləşdirmişlər. İbtidai İstintaq zamanı təqsirləndirilən şəxs Məhkum2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 may 2018-ci il tarixdə təxminən saat 21 radələrində yaşadıqları evin yaxınlığında X5lə görüşmüşdür. X5lə söhbət edərkən ona demişdir axşam saat 10-da Ü.Hacıbəyov küçəsində yerləşən təzə bazarın arxa hissəsində yerləşən “çəkillik” adlanan yerə gedərlər. X2 adlı şəxslə söhbəti olacaq. X2 onların yanına gəlmiş və uşaqlar onunla söhbət edən kimi döyməyə başlamışlar. X2ın arxasınca gələn şəxsl ər isə qaçıb oradan getmişlər. Bundan sonra uşaqlar X2ının əlindən Mersedes markalı avtomobilinin açarını almışlar o, X2ın avtomobilinin yerini bildiyi üçün X5in Hundayı ilə X2ın maşının yanına gəlmişlər. X2ın maşının yanına gəlməzdən qabaq X2ın özünü X13, X1 və Məhkum1in avtomobili ilə Məhkum3in avtomobilinə mindirmişlər və orada qərara gəlmişlər ki, sərçə bazarının yanına getsinlər. İbtidai İstintaq zamanı təqsirləndirilən şəxs Məhkum3 ona elan edilmiş ittihamla bağlı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 may 2018-ci il tarixdə təxminən saat 22 radələrində X5 ona 051 910-05-15 nömrəli mobil telefonuna zəng vurub demişdir ki, onlara avtomobil lazımdır, bir iki yerə gedəcəklər, yaşadığı evin yanına gələr. X2ın yanında da iki nəfər başqa şəxslər olmuşdur. Bu zaman X5 ona demişdir ki, avtomobili sürüb həmin yerə gətirsin. O, da olduğu yerdən piyada avtomobili gətirmək üçün gedəndə yolun yarısında X5 zəng edərək demişdir tez gəlsin, o, da tez gedib avtomobili saxladığı yerdən götürüb çəkilliyə qayıdıb gələndə görmüşdür ki, Məhkum2 qaça-qaça gəlib demişdir ki, tez gəlsin, Məhkum2 avtomobildə qabaqda oturmuş və o, avtomobili çəkilliyə sürmüş çatan kimi Məhkum2 avtomobildən düşmüşdür. Avtomobilə qabaqda X1 əyləşmiş arxaya isə X13 və sonradan adını bildiyi Məhkum1 zorla X2ı əyləşdirmişlər. X2ın üz başının qan içərisində olduğunu görmüş, X1 ona demişdir ki, tez sürsün oradan uzaqlaşsınlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ibtidai istintaqdakı ifadəsi elan edilərək tədqiq edilmiş X8 ifadəsində göstərmişdir ki, 14 may 2018-ci il tarixdə onlar ailəvi X2ın idarə etdiyi “Mercedes E-class” markalı **-OE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərinə atasının evinə qonaq gəlmişlər. Onlar Bakı şəhərindən çıxan zaman özlərinə məxsus 7850 manat pulu götürüb avtomobilin saxlanc yerinə qoyub gətirmişlər ki, Gəncə şəhərində alverlə məşğul olsunlar. 15 may 2018-ci il tarixdə saat təxminən 22 radələrində X2ın telefonuna zəng gəlmiş, o, kiminləsə danışdıqdan sonra bir adamla görüşüb qayıdacağını deyib getmişdir. Həmin günü saat təxminən 24 radələrində X2 evə gələndə sifətində qan ləkələrinin olmasını və halının pis olmasını görmüşlər. X2 ona X1, X5 və digər adlarınını bilmədiyi şəxslərin onu Gəncə şəhəri, Natəvan küçəsi yaxınlığında yerləşən “çəkillik” adlanan əraziyə aparıb, ondan 11.000 manat pul verməsini tələb edər ək avtomobilini əlindən aldıqlarını və pulu verəndə avtomobili qaytaracaqlarını demişdir. Buna görə də o, polisin 102 xidmətinə zəng edib bu barədə polisə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 may 2018ci il tarixdə saat təxminən 22 radələrində onlar birlikdə “çəkillik” deyilən yerə gəlmişlər, orada təxminən 7-8 nəfər tanımadığı şəxslər olmuşdur. O, təxminən 1-2 metr aralıda dayanmış, həmin şəxslərdən tanımadığı, adını sonradan bildiyi X1 adlı şəxs X2ı kənara çəkib 11.000 manat pul istəmiş, sonra X adlı şəxsin ünvanına dediyi sözlərə cavab verməsini demiş, X2 da nəsə deyəndən sonra X1 onun sifətinə yumruqla vurub yerə yıxmış və orada olan şəxslər X2ı təpiklə və yumruqla vurub döymüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 13 may 2018-ci il tarixdə qardaşı oğlu X2 Bakı şəhərində olan zaman ona 14 may 2018-ci il tarixdə Gəncə şəhərinə gedəcəyini, ondan 4300 manat borc pul istədiyini, gedib Gəncədən mal gətirib restorana verəcəyini bildirmişdir. 15 may 2018-ci il tarixdə gecə saatlarında X2ın arvadı ona zəng edib Gəncə şəhərində X2ı döydüklərini demişdir. Sonradan o, X2ın özü ilə danışandan sonra X2 ona demişdir ki, guya kiməsə borcunun olması səbəbindən onu Gəncə şəhərində çəkillik adlanan yerdə döyüb, 11000 manat pul tələb edərək avtomobilini almışlar və avtomobilin salonunda saxlanc yerində olan 7850 manat pulu da götürmüşlər. Məhkəmədə tədqiq edilən təqs irləndirilən şəxslərin ifadələrinin yerində yoxlanılması barədə 21,30 və 31 avqust 2018-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum3, Məhkum2 və Məhkum4 ifadələrində qeyd etdikləri xüsusatları əyani şəkildə istintaq orqanına göstərmişlər. Yəni, məhkumların ibtidai istintaqdakı ifadələrinin həqiqiliyi onların ifadələrinin yerində yoxlanması istintaq hərəkəti ilə də yoxlanılmışdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu və 11-ci bəndlərində izah edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hər əkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsi n. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət işi üzrə məhkumlar məhkəmə iclasındakı ifadələrində hadisə yerində olduqlarını etiraf etsələr də zərərçəkmiş şəxsi döymədiklərini göstərmişlər. Zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin məhkəmə iclasında tədqiq olunmuş i btidai istintaqdakı ifadələri, şahidlərin ifadələri ilə sübut olunmuşdur ki, barələrində kassasiya şikayəti verilmiş şəxslər cinayətin digər iştirakçıları ilə aralarında qabaqcadan əldə olunmuş razılaşmaya əsasən hadisə yerinə gəlmiş, digərləri ilə zərərçəkmiş şəxsi yumruq və təpiklə vuraraq sağ göz ətrafı nahiyənin yumşaq toxmalarının əzniyi, hemotoması, alın, burun nahiyələrinin qançırları ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib döyməklə əmlakının ələ keçirilməsi və hədəqorxu ilə tələb edilməsi cinayət əməllərini törətmişlər. Bu hallar həm də cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb məhkəmə iclası nda tədqiq olunmuş digər sübutların məcmusu ilə də sübut olunmuşdur. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum4, Məhkum1, Məhkum2 və Məhkum3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qər ar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum4 müdafiəçisi-vəkil Qəhrəmanov Zabil Köçəri oğlunun, Məhkum1 müdafiəçisi-vəkil Həsənov Ramil Zahid oğlunun, Məhkum2 müdafiəçisi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlunun və Məhkum3 müdafiəçisi-vəkil Qasımov Azər Zabil oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum4, Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə
Məhkəmə qərarları › İş №1(102)-1239/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1239/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver