Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1239/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun iştirakları ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan, hazırda həbsdə saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 1(106)-800/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Camalov Etibar Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(099)-430/2021 nömrəli hökmü ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), C.C.Nəbiyev və M.V.Məmmədov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq h üququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 fevral 2021-ci ildən 04 fevral 2021-ci ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 fevral 2021-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli 1(106)-50/2022 nömrəli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Tağıyev Azər Məmmədtağı oğlu tərəfindən verilmi ş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(099)-430/2021 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edilmiş, Məhkum CM-in 311.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 178.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş aza dlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 02 fevral 2021-ci ildən 04 fevral 2021-ci ilədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021 ci il tarixli, 1(099)-430/2021 saylı il tarixli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli, 1(102)-968/2022 nömrəli qərarı ilə əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər Ə.Ə.Novruzov və T.L.Kazımovdan ibarət məhkəmə tərkibi). Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), R.M.Cəfərov və Z.A.Zeynalov ) apellyasiya şikayəti təmin edilməmiş, məhkum müdafiəçisi Tağıyev Azər Məmmədtağı oğlu verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2014-cü il tarixli hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Camalov Etibar Əli oğlu kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 01 iyun 2018-ci il tarixli şt-35 nömrəli əmri ilə Nazirliyin tabeliyində olan “Saatlı Gənclər Evi” sosia l xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilib 17 oktyabr 2019cu il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2016-cı il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydalarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin nizamnaməsinə əsasən, Gənclər evinin işini təşkil etmək və ona rəhbərlik etmək, həmin müəssisənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, müəyyən edilmiş qaydada Gənclər evinin aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbeh tə dbirləri görmək, əmr və sərəncamlar formasında qeyrinormativ hüquqi aktlar qəbul etmək və onların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək, həmin müəssisənin adından etibarnaməsiz fəaliyyət göstərmək, oranı təmsil etmək və müvafiq sənədlər imzalamaq, iş planlarının tərtib olunmasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni 1983-cü il təvəllüdlü Saatlı şəhər sakini Şahid1 sonuncunu “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində 1 (bir) ştat vahidi ilə xadimə vəzifəsinə işə qəbul etmək müqabilində 2018-ci ilin avqust ayında ünvan 1 ünvanında yerləşən həmin müəssisənin inzibati binasındakı xidməti otağında 1000 ma nat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, cinayət əməlinin davamı olaraq razılaşmalarına əsasən Şahid1 ilə 2018-ci ilin sentyabr ayının əvvəlində ünvan 2 ünvanında yerləşən Saatlı rayon prokurorluğunun inzibati binasının yaxınlığında görüşməyi qərarlaşdıraraq qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu X ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21074” minik markalı avtomaşınla həmin yerə gələrək, Şahid1 800 manat məbləğində pulu vasitəçi qismində istifadə etdiyi Xa verməsini söylədikdən sonra sonuncu tərəfindən cinayət barəsində əvvəlcədən məlumatı olmayan Xa təqdim edilən həmin məbləğdə maddi nemət olan pulu özü üçün dolayı yolla rüşvət qismində almış, habelə razılaşmalarına əsasən Şahid1 ona rüşvət qismində verməli olduğu 20 0 manat məbləğində maddi nemət olan pulu 2018-ci ilin dekabr ayında “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində yerləşən xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alaraq onun direktoru olduğu həmin müəssisədə xadimə vəzifəsinə təyin edilməsi barədə 10 sentyabr 2018-ci il tarixli, 19 saylı əmr vermişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi özü üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni 1998-ci il təvəllüdlü Saatlı şəhər sakini Şahid2 “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin ştat cədvəlində kompyuter mütəxəssisi vəzifəsi nəzərdə tutulmadığı halda həmin vəzifəyə işə qəbu l etmək müqabilində sonuncunun anası Şahid1 2018-ci ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin inzibati binasındakı xidməti otağında şəxsən 2000 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla rüşvət qismində istəmiş və cinayət əməlinin davamı olaraq razılaşmalarına əsasən Şahid1 2018-ci ilin dekabr ayı ərzində xidməti otağında istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı tarixlərdə rüşvət qismində verdiyi 500, 1000 və 500 manat, cəmi 2000 manat məbləğində maddi nemət olan pulu təkrarən özü üçün şəxsən rüşvət qismində almış, lakin Şahid2 işə qəbul etməyərək əmək müqaviləsi (kontraktı) olmadan həmin müəssisədə müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Kassasiya şikayətinin dəlilləri: M əhkum müdafiəçisi Camalov Etibar Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Müdafiəçi hesab edir ki, Məhkum cinayət əməli təkrarən, rəhbər vəzifəli şəxs kimi özü üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət görə rüşvət alma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələrinə ilə tövsif edilməli idi. Həmçinin müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların, o cümlədən onun himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, ailəsinə ye ganə qazanc gətirən şəxs olması nəzərə alınmadan ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli dəyişdirilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin maddələrlə azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətindən görünür ki, müdafiəçi Etibar Camalov Məhkum əməli Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələri ilə deyil, 311.3.2-ci maddəsi ilə tövsif edilməklə məhkəmələr tərəfindən cinayət əməlinin hüquqi tövsifində səhvə yol verildiyini və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Lakin, öyrənilmiş iş materiallarından müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 311.3.2-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı (təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə) Məhkum müdafiəçisi Azər Tağıyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(099)430/2021 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli 1(106)-50/2022 nömrəli qərarı ilə qismən təmin edildikdən, Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələrinə tövsif edildikdən sonra apellyasiya məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarından verilmiş, əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin C inayət kollegiyası tərəfindən Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərə baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 311.1 və 178.2.3-cü maddələrinə dəyişdirilməsini (müdafiə tərəfinin hazırkı kassasiya şikayətində məhkumun əməlinin tövsifi ilə bağlı iddiası) sübutlarla uzlaşmayan qanunsuz, əsassız nəticə hesab etmiş, dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmış, cinayət-prosessual qanunun 416.1.15 maddələrində nəzərdə tutulmuş əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir (Ali Məhkəmənin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarı). Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 04 oktyabr 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarı ilə həll edilmiş məsələlərin (əməli tövsifi bağlı qənaətini) hazırki kassasiya baxışında başqa cür həll edilməsi, o cümlədən Məhkum əməlinin tövsifi üçün (kassatorun məhkəmələr tərəfindən müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmədiyi halda) qanuni əsaslar tapmır, eyni zamanda həmin qərarda əks olunmuş (apellyasiya məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarında t əkrarlanmış) məhkəmə kollegiyasının dəlillərinin hazırki qərarda təkrar təsvir edilməsinə zərurət görmür. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Müdafiəçi Etibar Camalov tərəfindən kassasiya şikayətində irəli sürülmüş Məhkum cəzasının həddindən artıq ağır olması barədə iddiaya və cəzanın yüngülləşdirilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də ra zılaşmaq üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azal dılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə tə sir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Kollegiya onu qeyd edir ki, sözügedən iddianın əksinə olaraq, birinci instansiya məhkəməsinin Məhkum himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, ilk dəfə məhkum olması kimi cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların olmamasından çıxış etməklə ona təqsirli bilindiyi maddələrin saksiyalarında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddində (CM-in 311.3.2-cü maddəsilə) cəza təyin etməsindən, apellyasiya məhkəməsinin isə təyin olunmuş cəzanı dəyişdirilmədən saxlamasından və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, Məhkum cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayət lərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Bu səbəblərdən məhkəmə kollegiyası Məhkum cəzasının yüngülləşdirilməsini, o cümlədən Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında azaldılmasını mümkün saymır. Yuxarıda qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci ma ddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya məhkumun müdafiəçisi Qasımov Feyzulla Sabir oğlunun - kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Camalov Etibar Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 04 oktyabr 2022-ci il tarixli, 1(106)-800/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Camalov Etibar Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 1(106)-800/2022 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1239/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1239/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver