Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-124/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Əbdülkərim oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Əbdülkərim oğlu və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təq sirli bilinərək 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 ay 5 gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 il 4 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Q.X.Babayev, hakimlər: M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 ay 5 gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 il 4 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 2012-ci ilin sentyabr ayın da X6 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs 2002-ci ildə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş qardaşı X4 və onun qaynı X2 çəkilməmiş qalan cəzadan azad olunmalarını 24.000 (iyirmi dörd) manat müqabilində iki ay ərzində həll edəcəyini vəd edib onu inandıraraq bu məqsədlə Zərərçəkmiş şəxs Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində 2012-ci ilin sentyabr ayının axırlarında 8000 (səkkiz min) manat, 2012-ci ilin oktyabr ayının birinci on günündə 5000 (beş min) manat, 11 oktyabr 2012-ci ildən 18 oktyabr 2012-ci ilə kimi müddət ərzində 5000 (beş min) manat, 25 oktyabr 2012-ci ildə 4000 (dörd min) manat, sonuncu dəfə 2012-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs yaşadı ğı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məmmədyarov küçəsi,-ev 35 ünvanın yaxınlığında 2000 (iki min) manat - cəmi 24.000 (iyirmi dörd min) manat pul alaraq vədinə əməl etməməklə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs Əbdülkərim oğlu və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs verilmiş sınaq müddəti götürülməklə, cəzasının real olaraq azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması xahiş olunur. Zərərçəkmiş şəxs və onun nümayəndəs i qeyd edirlər ki, apellyasiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olmasını nəzərə almayaraq qeyri-obyektiv və ədalətsiz qərar qəbul etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsində olduğu kimi təqsirləndirilən tərəfindən ona dəymiş maddi ziyanın ödənilməməsinə əhəmiyyət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qəbul etdiyi qərar ədalətsiz olduğundan kassasiya qaydasında ləğv olunmalı və ona qanunda nəzərdə tutulan daha ağır cəza təyin edilməlidir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək 2 il sınaq müddəti təyin edilsin hissəsində dəyişiklik edilərək sınaq müddətinin azaldılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, artıq müəyyən edilmiş sınaq müddətinin çox bir hissəsi başa çatmışdır. Bu müddət ərzində o heç bir qanun pozuntusuna yol verməmişdir. Həmçinin qeyd edir ki, o, əməlindən səmimi olaraq peşmandır və faktiki olaraq zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bu işə əlavə edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tə min edilməməsi barədə Zərərçəkmiş şəxs, onun nümayəndəsi R7 və dövlət ittihamçısı R6, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi T6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər ha nsı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanın faktiki olaraq ödənilməməsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə barəsində CM-in 70-ci maddəsi tətbiq edilib, cəzasının şərti hesab edilməklə təyin edilmiş sınaq müddətinin azaldılması xahiş olunur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini əsaslı sayaraq, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Mə cəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə sə bəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmə lər cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikd ə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 21 iyun 2017-ci il tarixli ərizəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxsin təqdim etdiyi ərizəni qəbul edərkən dəymiş ziyanın real olaraq ödənilməsini aydınlaşdırmamışdır. Zərərçəkmiş şəxs Əbdülkərim oğlu və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəyəcəklərini öhdələrinə götürdüyündən o, ərizə yazmış, lakin vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə dəymiş ziyanın zərərçəkmiş şəxsə rea l olaraq ödənilib-ödənilməməsini araşdırmalı olduğu halda, bunu etməmiş, məhkəmə qərarında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmamasını və cəzasını yüngülləşdirən halların toplusu ilə yanaşı, əsassız olaraq törətdiyi dələduzluq cinayəti üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın onun tərəfindən tam ödənildiyi nəticəsinə gələrək, cəzasının yüngülləşdirilməsi üçün kifayət qədər əhəmiyyət kəsb etdiyini və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını mümkün və məqsədə müvafiq hesab etmişdir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan və onları əsassız hesab edən, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən veri lmiş kassasiya şikayətinin dəlilləri ilə isə razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə al ınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqın da qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-124/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-124/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver