Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-124/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4, -vəfat etmiş Məhkum hüquqi varisi X5, onun müdafiəçisi-vəkil Yusi fov Ceyhun Salman oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və S.İ.Əliyevdən ibarət tərkibdə) Məhkum-xx xxxx 1946-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu S.Rüstəmov küçəsi 3/6 mənzil 16-da qeydiyyatda olmuş və xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilərək cavabdeh Məhkum vurulmuş maddi ziyan olan 325.000 (üç yüz iyirimi beş min) manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia tələbinin mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilməsi, iddianın təmini tədbiri haqqında ərizə təmin edilməsi, Məhkum məxsus "Mercedes GLK300" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 duracağına yerləşdirilməsi, Məhkum məxsus
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evi;
2. Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1, ev 3/6, mənzil 4 və
3. Bakı şəhəri, S.Rüstəmov küçəsi, ev 3/6, mənzil 16-da yerləşən əmlaklara həbs qoyulması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçi rmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, «XXX» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs «X21» xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarmış, qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məq sədi ilə tanışı «XXX» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs onun iş birliyində olduğu «X18 Sənaye və Ticarət LTD» şirkətinin sahibi, Türkiyə Respublikası vətəndaşı XX tərəfindən Lerik rayonunda su-kanalizasiya işlərinin görülməsi üçün Turkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borular üçün tələb olunan gömrük rüsumunu az məbləğdə ödəməklə avtomaşınları tez bir zamanda buraxdıracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla, həmin şirkətin «XX»dakı hesabından götürülərək Zərərçəkmiş şəxs verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvələrində şirkətin sahibi XX və onunla iş birliyində olan fərdi sahibkar X10 iştirakları ilə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs almış, avtomaşınların gömrük məntəqəsindən buraxılmadığını görən XX verdiyi 300.000 manat pulu Zərərçəkmiş şəxs tələb edərək geri almış, bununla da Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum, onun müdafiəçisi-vəkil X11 və Zərərçəkmiş şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, Məhkum Zərər çəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu, M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarıb, qalan 25.000 manat pulu isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin epizod üzrə cəza təyin edilməmiş, məhkumun cəzası endirilərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müd afiəçisi-vəkil Yusifov Ceyhun Salman oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Məhkum elan edilmiş ittihamlar üzrə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Yusifov Ceyhun Salman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci epizodla bağlı cinayət işinin materiallarında 2011-ci ildə “X21” tərəfindən məktəb tikintisi ilə bağlı tenderin elan edilməsi, oraya müraciətlərin edilməsi barədə hər hansı sübut cinayət işinin materiallarına əlavə edilməmişdir. Həmin hal üzrə yeganə şahid olan X14 məhkəmə iclasında dindirilməmişdir. İkinci epizod üzrə ittiham tərəfi şahidlər XXin, XXin, XXın ifadələrini və Türkiyə vətəndaşı XXın müraciətini əsas götürmüşdür. Zərərçəkmiş şəxs ərizə ilə polisə müraciət edərkən bildirmi şdir ki, 300000 manatı Xə verərkən otaqda XX, XX və XX olmuşlar. Lakin məhkəmə iclasında suallara cavab verərkən Həsənov X7 Abuzərlinin orada olmadığını göstərmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsini dəyişməsinə hüquqi qiymt verməmişdir. pulun verilməsi zamanı iştirak etdiyi bildirilən XXin isə həmin ünvanda olması şübhə doğurur, belə ki, o məhkəmə iclasında Məhkum ofisinin yerini, həmin ofisdə olan əşyalar barədə düzgün ifadə verə bilməmişdir. Zərərçəkmiş şəxs həm ərizəsində və həm də ifadələrində bildirmişdir ki, gömrükdə 40 ədəd TİR gözlədiyindən, onların sürücüləri də narazılıq edirmiş, bəziləri hətta səfirliyə şikayət etməyi düşünürmüşlər. Həmin sürücülərdən heç olmasa biri məhkəmə iclasında dindirilməmişdir. 40 ədəd TİR-ların gömrükdən keçirilməsi ilə bağlı məhkəməyə gömrük orqan ından hər hansı sənəd tələb edilib təqdim edilməmişdir. Verilmiş ifadələrdən görünür ki, Məhkum verilən 300000 manat “X” şirkətinin nümayəndəsi XXın olmuşdur. Pul məbləği də onun iştirakı ilə verilmişdir. Ona görə də XX məhkəmə iclasında dindirilməli olduğu halda dindirilməmişdir. Məhkum verilmiş pul məbləğinin “xxxx” şirkətinin XX ASC-dəki hesabından çıxarılması ilə bağlı ifadələrin həqiqiliyinin yoxlanması barədə vəsatətləri də təmin edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə vəfat etmiş Məhkum hüquqi varisinin və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin, onun nümayəndəsini n və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyy ən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri məhkəmə iclasında iştirakları təmin edilməmiş şahidlər XXin və Türkiyə Respublikasının vətəndaşı XXın məhkəmə iclasında dindirilməməsi, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamsı barədədir. Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəx sin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. CPM-nin 25.2 və 25.3-cü maddələrinə əsasən Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin materialları nda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrindən müəyyən edilir ki, 50000 manat pulun Məhkum verilməsini təsdiq edə biləcək yeganə şahid zərərçəkmiş şəxsin özündən başqa X12r. X14 ibtidai istintaq zamanı dindirilərkən Məhkum pulun verilməsində iştirakını təsdiq etdiyi müstəntiq tərəfindən tərtib edilmiş dindirmə protokolunda göstərilmişdir. Lakin, məhkəmə iclaslarına çağırılsa da birinci instansiya məhkəməsinə xəstə olması və istintaqdakı ifadəsini təsdiq etməsi barədə teleqram göndərmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bundan sonra da apellyasiya instansiya məhkəməsi tərəfindən ona göndərilmiş bildirişlər vasitəsilə onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada şahidin məhkəmə iclasında iştirakın ın təmin edilməsi üçün tədbir görülməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (b) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq. Göründüyü kimi cinayət işi üzrə şahid X8 məhkəmə iclasında dindirilməsi həm Azərbaycan Respublikası CPM-nin və həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərindəndir və bu tələblər məhkəmə iclasında işə baxılarkən təmin edilməmişdir. Bundan başqa məhkuma elan edilmiş ittihamın ikinci ep izodu üzrə, zərər çəkmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Türkiyə Respublikasının vətəndaşı XX özünə məxsus “X” şirkətinin kassasından götürülmüş 300000 manat pulun Məhkum verilməsində bilavasitə iştirak etmişdir. Türkiyə Respublikasının vətəndaşı XX da bu halın aradırılması məqsədi ilə məhkəmə iclasında dindirilməmişdir. Onun Türkiyə Respublikasından göndərdiyi yazılı müraciət notarial təsdiq olunmuş olsa da belə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Türkiyə Respublikasının vətəndaşı X13 Respublikasından göndərdiyi yazılı müraciəti beləmötəbərlik tələbinə cavab verən sübut kimi qəbul edilməzdir. Belə müraciət qanunda nəzərdə tutulmuş qaydada əldə edilmiş şahid ifadəsinə bərabər tutula bilməz. Digər tərəfdən həmin şahidin məhkəmə iclasında dindirilməməsi təqsirləndirilən şəxsin onun dindirmək imkanına malik olmaq hüququnu pozmuşdur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında xx xxxxxx 1992-ci il tarixli müqavilənin şərtlərinə görə digər dövlətin ərazisində yaşayan şahidlərin məhkəmə iclasına çağırılması və ya onun iştirakını təmin etmək mümkün olmadıqda həmin ölkənin müvafiq orqanları tərəfindən həmin şahidin dindirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Cinayət işinə baxmış məhkəmələr Türkiyə Respublikasının vətəndaşı XXın məhkəmə iclasında iştirakını təmin edil məsi üçün qanunda və göstərilən müqavilədə nəzərdə tutulmuş tədbirləri görməmiş və ya onun Türkiyə Respublikasının məhkəmə orqanları vasitəsilə şahid qismində dindirilməsini təmin edilməsi üçün tədbirlər görməmişlər. Bundan başqa kassasiya şikayətində göstərilən işin obyektiv həlli üçün vacib olan digər hallar da, “xxxx” şirkətinin XX ASC-dəki hesabından 300000 manat pulun çıxarılıbçıxarılmaması, əgər çıxarılmışsa çıxarılma vaxtı müəyyən edilməmiş, Turkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borular üçün gömrük rüsumunun ödənilməsi ilə bağlı hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlar A zərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq, yekun nəticəyə gəlməyə imkan verməyən həddə tam hərtərəfli və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Cinayət işi üzrə qərar ləğv edilərək yeni apellyasiya baxışına təyin edildiyindən kassasiya şi kayətinin məhkuma bəraət verilməsinə dair dəlilləri yeni apellyasiya baxışı zamanı, qərarın təsviri hissəsində göstərilən hallarala yanaşı yoxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Yusifov Ceyhun Salman oğlu kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Yusifov Ceyhun Salman oğlunun kassasiya şikayətinə münasibətdə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına