Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-124/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlu iştirakları ilə, Ağdaş Ra yon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: F.H.Nəsibov) Məhkum-xx xxxxx 1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Orta Qəsil kəndində yaşayan, barəsində xx xxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bil inərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Məhkum Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Ağdaş Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıq dan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində «xxxx» MMc-nin Ağdaş YDM-nin həyətində həmin müəssisədə kassir-operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs qarşı heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə sonuncunun baş nahiyəsinin sol tərəfindən qəsdən bir dəfə yumruqla vuraraq onun üzərində zor tətbiq edilməsi ilə müşayət olunan xuliqanlıq hərəkətləri etmiş, daha sonra qərəzli hərəkətl ərini davam etdirərək silah qismində istifadə etdiyi YDM-nin həyətində təmizlik işləri aparmaq üçün nəzərdə tutulmuş süpürgənin dəmir tutacağı ilə sonuncunun sağ əlindən və kürək nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin geniş qançırı, sağ əlin İ daraq falanqa oynağının qançırı, sağ əlin İ daraq falanqa oynağının əzilməsi ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri ilə işin halları arasında əsaslı zidiyyətlər var. Belə ki, qərəzli olaraq ssenariləşdirilən işin hallarına görə Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyülməsi, ictimai qaydanın kobut surətdə pozulması, zərərçəkmişin baş nahiyyəsindən yumruqla vurulması, onun üzərində zor tətbiq edilmə si ilə müşayət olunan xuliqanlıq hərəkətlərinin edilməsi göstərilsə də, məhkum və zərərçəkmiş şəxsin hadisə barədə verdiyi ifadələrində qeyd edilən xüsusatlara istinad edilmir. O cümlədən işin hallarında Məhkum daha sonra qərəzli hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi YDM-nin həyətində təmizlik işləri aparılması üçün nəzərdə tutulmuş süpürgənin dəmir tutacağı ilə sonuncuya sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etməsi kimi xüsusatlar da nə iş matrialları, nə də tərəflərin ifadələri ilə təsdiq edilmir. Məhkum qərəzli hərəkətlərinin nədən yaranması istintaq və məhkəmə baxışları zamanı aydınlaşdırılmamışdır. İşin hallarını Məhkum ifadələri ilə əlaqələndirdikdə isə müəyyən olunur ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs ilə hər hansı bir ədavəti, düşmənçiliyi olmamış, əksinə onun tərəfini saxlamaq niyyəti ilə məsələyə müdaxilə etmişdir. Aralarında olan anlaşılmazlıq yüngül mübahisəyə səbəb olmuşdur. Yaranmış mübahisə Məhkum maşına oturaraq təxminən 20 m kənarlaşmasından sonra zərərçəkmiş Rəşidin əlində süpürgə ilə onun üzərinə gəlməsi ilə daha da gərgin vəziyyətin yaranmasına səbəb olmuşdur. Bu xüsusatların məhkəmə baxışı zamanı aydınlaşdırılmasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin istintaq tərəfindən CM-nin 221.3. maddəsi ilə tövsüf edilməsinə və məhkəmə tərəfindən də ittihamın sübut edilməsinə əsas Məhkum Zərərçəkmiş şəxs zor tətbiq etməsi və daha sonra qərəzli hərəkətlərini davam etdirməklə silah qismində istifadə etdiyi təmizlik işləri üçün nəzərdə tutulmuş süpürgə ilə zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsində ifadə olunduğu qeyd edilmişdir. İlk olaraq zərərçəkmişə tətbiq edilən zorun hansı hərəkətlərlə edildiyinə dair hər hansı bir sübut və əsas yoxdur. Məhkum tərəfindən zərərçəkmiş şəxsin onun üzərinə süpürgə ilə hücum çəkərək gəldiyi halda süpürgəni alaraq onun üzərinə atması halı bir fakt kimi təsdiq olsa belə, bu hərəkətin qərəzli olaraq etməsi yetərli və əsaslı sübutlarla təsdiq edilməyənə qədər Məhkum təqsirliliyindən söhbət gedə bilməz. İşin hallarında silah qismində istifadə edilmiş süpürgəyə silah kimi qiymət verilməsi yalnış qənaət olmuşdur. Eyni zamanda Məhkum ona qarşı müqavimət göstərmək məqsədilə istifadə edilən süpürgədən zərərçəkmiş şəxsə qarşı istifadəsi onun həmin süpürgədən silah kimi istifadə etm ək məqsədinin olması anlamına gəlməyə əsas vermir. Məhkəmə araşdırılması zamanı Məhkum ictimai qaydanı kobut surətdə pozması, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması araşdırılmamış və müəyyən edilməmişdir. Belə olan halda Məhkum əməlinə xüliqanlıq kimi qiymət verilə bilməzdi. Çünki, iş materiallarından müəyyən olunur ki, Məhkum zərərçəkmişlə münasibətləri hadisə baş verən ana qədər normal olmuş, ədavətləri və düşmənçilikləri olmamış, bu səbəbdən də onun zərərçəkmiş şəxslə olan münasibətləri cəmiyyətə qarşı hörmətsizlik və ictimai qaydanın kobud surətdə pozulması kimi qəbul edilə bilməz. Məhkum əməlində AR CM-nin 221.3. maddəsinin tərkibi olmaması apellyasiya məhkəmə kollegiyasının qərarının hüquqi məsələlərlə bağlı hissəsində yer almış şahid ifadələri ilə də təsdiq edilir. Məhkəmə kollegiyası qərarının əsaslandırıcı hissəsində iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanı təmin etmək məqsədilə xx.xx.2019-cu il saat 22:-dan 24:00-a qədər olan “xxxx” MMC-nin video görüntülərini tələb etmiş və həmin görüntülərin saxlama müddəti bitdiyindən silindiyi bildirilmişdir. Halbu ki, həmin görüntülər istintaqı aparan müstəntiq tərəfindən baxılmış və həmin görüntülər başlanılmış cinayət işini və verilmiş ittihamı inkar etdiyindən işi aparan müstəntiq tərəfindən tələb edilərək iş materiallarına əlavə edilməmişdir. Məhkəmədə işi araşdırılarkən nəzərə alınmamışdır ki, hazırki cinayət işinin başlanıİmasına səbəb “xxxx” MMC-nin rəhbərliyinin Zərərçəkmiş şəxs oğluna təzyiq və təsir edərək polisə şikayət etməsi olmuşdur. Zərərçəkmiş şəxs də işlədiyi yerin rəhbərliyin in bu göstərişini onlardan asılı olduğu üçün etmişdir. Bu xüsusat zərərçəkmiş şəxsin ifadələrində birmənalı olaraq göstərilmişdir. Məhs bu səbəbdən də hadisə baş verəndən sonra nə işi araşdıran müstəntiq nə də “xxxx” MMC tərəfindən həmin görüntülər saxlanılmamışdır. Çünki, həmin görüntülər Məhkum'hazırki cinayət işində təqsirsizliyini bəyan edir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən qeyd edilən görüntülərin sorğu əsasında tələb edilməsi zərurəti qərarda əsaslandırılarkən zərurətin işin tam, hərtərəfli və obyektiv aparılması zərurətindən irəli gəldiyini qeyd etmişdir. Çünki, iş üzrə toplanılmış sübutlar və xüsusilə də şahid ifadələri işin halları ilə əhəmiyyətli dərəcədə zidiyyət təşkil edir. Məhkəmə kollegiyası bu görüntülərin əldə edilməsinin mümkünsüzlüyü halında aydınlaşdırılması m ümkün olmayan halları təqsirləndirilən şəxsin ziyanına şərh etmişdir. Çünki, bu barədə zidiyyətli məqamların təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi barədə qərarda hər hansı bir əsaslandırma yoxdur. Məhkəmə kollegiyası qərarının əsaslandırıcı hissəsində belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduğu və bir-birini tamamladığı üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edildiyi qeyd edilmişdir. Məhkəmə qərarında qeyd edildiyi kimi heç də bütün sübutlar bir birini tamamlamır və bu sübutlar işin hallarına uyğun deyildir. Belə ki, ilk öncə işin hallarını formalaşdıran şahid ifadələrinə nəzər yetirək. Heç bir şahid ifadəsi Məhkum baş vermiş hadisədə zərərçəkmiş şəxsə zor tətbiq edilməsini və onun hərəkətlərinin qərəzli olmasını təsdiq etmir. Bu fakt hətta zərərçəkmiş şəxsin özünün də ifadəsində Məhkumla olan hadisə zamanı və hadisədən öncəki münasibətlərini açıqlayarkən bildirmişdir. Şahid ifadələrində hadisənin əvvəlindən bütün cəhdlərin (zərərçəkmiş şəxs dediyimiz Zərərçəkmiş şəxs Məhkum etiraz olaraq maşının qapısına təpiyin vurulmasından başlamış süpürgə ilə Məhkum üzərinə çekilən hücuma qədər) Mahir Mahirli tərəfindən edilməsi bildirilirsə bu işin halları ilə uyğunluq təşkil etmir və Məhkum tərəfindən ictimai qaydanın kobud şəkildə pozulması və onun qərəzli hərəkətlərini təsdiq etmir Məhkəmə kollegiyas ı qərarını əsaslandırarkən Məhkum xuliqanlıq cinayətini etməsini qənaətini Məhkum özünün istintaq zamanı və 1-ci instansiya məhkəməsi zamanı təqsirli bilməsi ilə əsaslandırmış, daha sonra iş üzrə istintaq zamanı toplanılmış sübutların məhkəmə baxışları zamanı tam, hərtərəfli və obyektiv araşdırıldığını, Məhkum qeyd edilən cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun nəticəyə gəlindiyini göstərmişdir. Məhkum cinayəti etiraf etməsi məhkəmə tərəfindən onun təqsirli olması qənaətinə gəlməyə əsas vermir. AR CPM-nin 126.6. maddəsinin tələbinə görə “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər”. İş üzrə sübutların məcmusu Məhkum təqsirliliyini sübut etmir. Qeyd olunanları nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarını ləğv edərək işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayara q, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum qərəzli hərəkətlərinin nədən yaranması istintaq və məhkəmə baxışları zamanı aydınlaşdırılmamışdır. Yaranmış mübahisə Məhkum maşına oturaraq təxminən 20 m kənarlaşmasından sonra zərərçəkmiş Rəşidin əlində süpürgə ilə onun üzərinə gəlməsi ilə daha da gərgin vəziyyətin yaranmasına səbəb olmuşdur. Məhkum tərəfindən zərərçəkmiş şəxsin onun üzərinə süpürgə ilə hücum çəkərək gəldiyi halda süpürgəni alaraq onun üzərinə atması halı bir fakt kimi təsdiq olsa belə, bu hərəkətin qərəzli olaraq etməsi yetərli və əsaslı sübutlarla təsdiq edilməyənə qədər Məhkum təqsirliliyindən söhbət gedə bilməz. İşin hallarında silah qismində istifadə edilmiş süpürgəyə silah kimi qiymət verilməsi yalnış qənaət olmuşdur. Mə hkum ictimai qaydanı kobut surətdə pozması, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması araşdırılmamış və müəyyən edilməmişdir. Belə olan halda Məhkum əməlinə xüliqanlıq kimi qiymət verilə bilməzdi. Məhkum cinayəti etiraf etməsi məhkəmə tərəfindən onun təqsirli olması qənaətinə gəlməyə əsas vermir. AR CPM-nin 126.6-cı maddəsinin tələbinə görə “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər”. İş üzrə sübutların məcmusu Məhkum təqsirliliyini sübut etmir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək elan edilmiş ittihamın məzmununa tam uyğun ifadə vermişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında isə o, özünü qismən təqsirli bilərək ifadəsində dəyişikliklər etmiş və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Cinayət işinə baxmış məhkəmələr düzgün olaraq onunu cinayət işinin faktiki hallarına uyğun ifadəsini, digər sübutlarla da uyğunluq təşkil etdiyindən onun təqsirliliyini təsdiq edən sübut kimi qiymətləndirmişlər. Başqa sözlər Məhkum cinayəti etiraf ifadəsi Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq, yalnız iş üzrə toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublik ası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş və toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs qarşı qərəzli hərəkətləri heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər söyərək öz şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoymaqla başlanmışdır. Məhkum tərəfindən cinayət əməlinin törədilməsində silah qismində istifadə edilmiş alət əslində süpürgənin başqasına xəsarət yetirilməsi üçün istifadə oluna bilən qolu (sapı, tutacağı) olan dəmir borudur. Həmin alətə silah kimi qiymət verilməsi cinayət işinin faktiki halına tam uyğun olmuşdur. Göstərilənlərlə bağlı da kassasiya şikayətinin dəlili əsassızdır. Kassasiya ş ikayətində göstərilmişdir ki, Məhkum ictimai qaydanı kobud surətdə pozması, onun cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması araşdırılmamış və müəyyən edilməmişdir. Belə olan halda Məhkum əməlinə xuliqanlıq kimi qiymət verilə bilməzdi. Çünki, iş materiallarından müəyyən olunur ki, Məhkum zərərçəkmişlə münasibətləri hadisə baş verən ana qədər normal olmuş, ədavətləri və düşmənçilikləri olmamış, bu səbəbdən də onun zərərçəkmiş şəxslə olan münasibətləri cəmiyyətə qarşı hörmətsizlik və ictimai qaydanın kobud surətdə pozulması kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum zərərçəkmişlə münasibətlərinin hadisə baş verən ana qədər normal olması, ədavətlərinin və düşmənçiliklərinin olmaması, hadisə vaxtı cəmiyyətə qarşı hörmətsizlik etməsini və ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan davranışını istisna edən hal kimi qiymətləndirilə bilməz. Mübahisənin və münaqişənin şəxsi münasibətlər zəminində olması isə əksinə xuliqanlıq kimi qiymətləndirilməyən haldır. Lakin hazırkı iş üzrə münaqişə şəxsi münasibətlər zəminində baş verməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilidə əsassızdır. Müdafiəçinin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının əsaslılığını şübhə altına ala biləcək başqa mötəbər dəlillər göstərilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum X2 müdafiə və ə dalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Məmmədzadə Ramil Tarix oğlunun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-124/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-124/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver