Məhkəmə qərarları › İş №1(102)-124/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-124/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-124/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafi əçi iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyun 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 09 avqust 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniten siar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən 74,7 kv metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın 40.000 ABŞ dolları məbləğində pula alacağını vəd edib inandırmaqla aldadaraq, 2007-ci ilin iyun ayının 19-da Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında sonuncun un yaşadığı mənzildə 20.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 15.600 manat, 2007-ci ilin iyun ayının 28-də Zərərçəkmiş şəxs2 arvadı Şahid7 “Bank Standart”-ın ünvan 5 ünvanında yerləşən filialının içərisində 20.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 15.600 manat pulu ələ keçirib, Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə ******* nömrəli çıxarışla Şahid6 adına rəsmiləşdirilmiş, faktiki Zərərçəkmiş şəxs2 sahibliyində olan həmin qeyri yaşayış sahəsini sonuncunun ailəsində olan problemlər səbəbindən 24 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmla kın Dövlət Reyestrindən ******* nömrəli çıxarışı öz adına rəsmiləşdirərək, 04 mart 2016-cı il tarixdə obyektin faktiki sahibi Zərərçəkmiş şəxs2 xəbəri olmadan həmin ünvan 3 ünvanında yerləşən 74,7 kv metr olan 129.978 manat dəyərində olan qeyriyaşayış sahəsini Şahid16 ünvan 6 ünvanında yerləşən 3 saylı Notariat Kontorunda 24.000 manata satıb onunla alğı-satqı müqaviləsi bağlayıb, həmin qeyri yaşayış sahəsini Şahid15 adına sənədləşdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 külli miqdarda cəmi 161.178 (yüz altmış bir min yüz yetmiş səkkiz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.

4. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə digəri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 guya tanışı Şahid12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mühəndis vəzifəsində işlədiyini yalandan bildirməklə aldadıb, guya onu geniş əlaqələrə malik şəxs kimi təqdim edib, həmin əlaqələri vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış’' alacağına yalandan vəd verib inandırmaqla aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Star Praga" restoranının qarşısında Zərərçəkmiş şəxs1 40.000 manat pul alıb həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 40.000 (qırx min) manat maddi ziyan vurmaql a dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X7 (sədrlik edən), X6 və X2 ibarət məhkəmə tərkibində) 28 noyabr 2022-ci il tarixli, 1(101)-1503/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 31 oktyabr 2019-cu il tarixdən 02 noyabr 2019-cu il tarixədək həbsdə olduğu 2 (iki) gün müddətin nəzərə alınması və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) ğün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» q ətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı tarixdən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi müəyyən edilmişdir.

6. Hökmdən narazı qalan məhkum olunmuş şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(101)-1503/2022 nömrəli hökmünün ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 8 iyu n 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(101)-1503/2022 nömrəli hökmünün Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

9. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsi hakimin heç bir sübutla təsdiq edilmə yən şəxsi mülahizəsidir və eyni zamanda ziddiyyətlidir. Məhkəmə Məhkum təzyiq və hədə-qorxu yolu ilə alınan xx.xx.2018-ci il tarixli qəbz barəsində öz mülahizəsinə uyğun tamamilə səhv qiymət verməklə, işin mahiyyətini və qəbzin mahiyyətini təhrif etmişdir. Məhkum ifadəsində dəfələrlə göstərilmişdir ki, Dmirti Yaqubov və Çingiz onu “Həzi Aslanov” metrosunun yanına aparmışlar, oradakı kafedə idmançı formasında olan şəxslərlə hədə-qorxu gəlmişlər və 30 000 manat əvəzinə 40 000 manatın verilməsi barəsində ondan qəbz almışlar. Məhz bu səbəbdən də qəbzin məzmununda “pul almışam”, “2 aya sənəd hazır etməyə söz vermişəm” hadisənin keçmişdə baş veriyi kimi yazılıbdır. Məhkum ona hədə-qorxu gəlməsi haqqındakı şikayəti və şikayət üzrə araşdırılmanın aparılması barəsində ilk dəfə sənədlərin bir qismi mənim tərəfimdən əldə edildikdən sonra istintaqa vəsatət verilibdir. Eyni zamanda, hədə-qorxu ilə tələb etmənin baş verdiyi kafeyə baxışın keçirilməsi, kafedəki işçilərinin dindirilməsi və sair istintaq hərəkətinin aparılması barisində vəsatət verilsə də, istintaq tərəfindən heç bir istintaq hərəkəti qəsdən aparılmamışdır. İstintaq sadəcə, Dmitri və Çingizin səthi ifadələrini almaqla kifayətlənmişdir. İş materialından da görünür ki, onların ifadələri mənim vəsatətimdən sonra alınmışdır. Mənim vəsatətimə qədər, Məhkum hədə qorxu gəlinməsi barəsindəki şikayətimə dair heç bir istintaq hərəkəti yoxdur. Qərarin məzmunundan belə başa düşülür ki, məhkəmə işdə olan bütün hallara deyil, yalnız heç bir sübutla təsdiq edilməyən ifadələrə istinad edibdir ki, bu da kobud qanun pozuntusudur.

10. Müəllif eyni zamanda qeyd edir ki, qərarda ünvan 9 ünvanda yerləşən, 74 kv.m sahəsi olan qeyri-yaşayı sahəsinə Zərərçəkmiş şəxs2 mülkiyyət hüququ tanınır. Qərarda belə əsaslandırılır ki, Zərərçəkmiş şəxs2 həmin sahəni təmir etdirmiş (təsdiqedici sübut yoxdur), sahiblik etmiş (sübut yoxdur), nikah mübahisəsi səbəbindən öz adına rəsmiləşdirməkdən yayınmışdır. Məhkəmə rəsmi dövlət qeydiyyatına alınmış rəsmi sənədlərin heç birinə istinad etməyərək, yalnız Zərərçəkmiş şəxs2 heç bir sübutla təsdiq edilməyən şifahi ifadəsinə əsaslanmaqla kobud qanun pozuntusuna yol verib. Qərada qeyd edilən həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda heç bir sübutla təsdiq edilmir.

11. Həmçinin qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, guya nikah mübahisəsinə görə Zərərçəkmiş şəxs2 ə mlakı öz adəma rəsmiləşdiriməyibdir. Məhkəmənin sadəcə Zərərçəkmiş şəxs2 sübutla təsdiq edilməyən, yalnız şifahi ifadəsinə inanması açıq-aşkar qərəzli mövqedir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, o arvadı ilə nikahını 2006-cı ildə pozubdur. Omlak isə Şahid6 tərəfindən 2007-ci ildə özəlləşdirilibdi. Zərərçəkmiş şəxs2 əmlakın heç bir aidiyyatı olmamışdır. Belə olan halda, məhkəmənin nikah münasibətini sübut edilmiş hal kimi əsas götürülməsi tamamilə absurddur.

12. Həmçinin, qərarda Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilir. Məhkəmə həmin normaya da düzgün istinad etməyib və səlahiyyətini aşaraq normanın tələbini özünəməxs şəkildə şərh edibdir. Beləki, 2008-ci ildə bağlanmış alğı-satqı müqaviləsində Zərərçəkmiş şəxs2 tərəf ol mamışdır ki, alğı-satqının etibarsız hesab etmək hüququ yaransın. Mülki Məcəllənin həmin maddəsində düzünə olaraq göstərilir ki, əqdi mübahisələndirməyə hüququ olan şəxs onu mübahisələndirə bilər. Mülki qanunvericiliyin tələbinə görə C. Quliyevin belə bir hüuqu yoxdur. Belə bir hüquq əmlakın mülkiyyətçisi Şahid6 aiddir. Belə olan halda, məhkəmənin nəyə görə MM-in 337-ci maddəsinə istinad etməsi aydın deyildir. Əqdin etibarsız hesab edilməsi cinayət kollegiyasının səlahiyyəti deyildir və alğı-satqı müqaviləsi mülki mübahisə qaydasında etibarsız hesab edilməyibdir, bu gün də qüvvədədir.

13. Bununla da, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 4 16.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyun 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsindəki cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı hər iki Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda etiraz ərizəsi verilərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

15. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçıları nın çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə bax ılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassı z olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

24. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyun 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

26. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

28. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törəd ilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

29. Cinayət-Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

30. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkumun müdafi əçisinin arqumentlərini əsassız hesab edir.

31. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəs inin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

34. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olun muş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

35. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, Məhkum təzyiq və hədə-qorxu yolu ilə alınan xx.xx.2018-ci il tarixli qəbz barəsində cinayət işində yetirincə sübut olması, lakin məhkəmələr tərəfindən həmin məsələlərə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən qismən məhkəmə istintaqı keçirməklə qəbul edilmiş apellyasiya instansiyas ı məhkəməsinin qərarında həmin məsələlərə cinayət işi materiallarında öz əksini tapan sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri belə söyləməyə əsas verir ki, müdafiə tərəfi fikri daha çox Məhkum təqsirsizliyinə, onların cinayət təqibini istisna edən inandırıcı və “ağlabatan” hallara deyil, prosessual məsələlərə yönəltməklə ittihamı şübhə altına almağa çalışmışdır.

36. Kassasiya kollegiyası müdafiə tərəfinin şikayətdə göstərdiyi “xx.xx.2018-ci il tarixli qəbz barəsində öz mülahizəsinə uyğun tamamilə səhv qiymət verməklə, işin mahiyyətini və qəbzin mahiyyətini təhrif etmişdir. Məhkum ifadəsində dəfələrlə göstərilmişdir ki, Dmirti Yaqubov və Çingiz onu “Həzi Aslanov” metrosunun yan ına aparmışlar, oradakı kafedə idmançı formasında olan şəxslərlə hədə-qorxu gəlmişlər və 30 000 manat əvəzinə 40 000 manatın verilməsi barəsində ondan qəbz almışlar. Məhz bu səbəbdən də qəbzin məzmununda “pul almışam”, “2 aya sənəd hazır etməyə söz vermişəm” hadisənin keçmişdə baş veriyi kimi yazılıbdır”, “qərarda Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilir. Məhkəmə həmin normaya da düzgün istinad etməyib və səlahiyyətini aşaraq normanın tələbini özünəməxs şəkildə şərh edibdir” və digər dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından da müəyyən edilir ki, hazırki kassasiya şikayətinin dəılilləri ilə eynilik təşkil edən apellyasiuya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırlması məqsədi ilə apellyasiya instansiya məhkəməsi tərəfindən qismən məhkəmə istinqatı ilə məhkəmə baxışı keçirilmiş, müdafiə tərəfinin dəlilləri bir-bir araşdırılaraq hüquqi qiymət verilmişdir. Müdafiəçi tərəfindən məhkəmənin Mülki Məcəllənin 337-ci maddəsinin tələbini özünəməxs şəkildə şərh edilməsi iddia edilsə də, apellyasiya instansiya məhkəməsinin yekun qərarından da göründüyü kimi sözügedən yanaşma məhkəmənin subyektiv mülahizəsi deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında öz əksini tapan müddəalardır. Həmçinin qeyd edilir ki, müdafiəçi tərəfindən şikayətin dəlilləri təkrarlanmaqla, şikayətdə apelyasiya instansiya məhkəməsinin qənaətini təkzib edəcək hər hansı sübuta əsaslanılm amışdır. Əksinə olaraq, müdafiə tərəfindən məhkəmənin mövqeyinin subyektiv mülahizələrlə təkzibi görüntüsü yaradılmışdır. 37 Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

38. Beləliklə, məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

39. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyun 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyun 2023-cü il tarixli, 1(103)-536/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar