Məhkəmə qərarları › İş №1(102)-1240/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1240/2018

30.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1240/2018 30.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “30” avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkumun müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (hakim N.F.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.M.Cəfərov, O.Y.Cəlilov) Məhkum (xx xx 1992-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Astara şəhəri, Kələdənhə qəsəbəsi, ev-1 də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublik ası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən, təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən təyin olunmuş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası üzrə, çəkilməmiş qalan əlavə cəza tamamilə və əsas cəzanın çəkilməmiş qalan 10 ay 16 gün hissəsi yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan İsmət adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, külli miqdar təşkil edən 1 kiloqram heroin və 400 qram tiryəkdən ibarət narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində realizə edilməsi barədə əvvəcədən razılığa gəlmi ş və bu məqsədlə İsmət adlı şəxs İİR-dan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitəni keçirdikdən sonra, 2016-cı ilin may ayında, istintaqa məlum olmayan vaxtda, külli miqdar hesab edilən, 02 ədəd sellofan torbada olan külli miqdar təşkil edən 1 kiloqram heroin və 400 qram çəkidə tiryək narkotik vasitələri Astara rayonunun Kələdənhə qəsəbəsində əldə etməklə daşıyıb yaşadığı evin həyətində saxlamış, qabaqcadan əlbir olan İsmət adlı şəxslə razılaşdıqları kimi satış məqsəi ilə xx xx 2016-cı il tarixdə, saat 10:30 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində həmin narkotik vasitələri daşıyıb şərti alıcı X1 27.000 manat müqabilində satmasını razılaşdırıb sonuncu tərəfindən həmin pul vəsaitinin 1.900 manatını beh kimi qəbul edib narkotik vasitəni s atdıqdan dərhal sona Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Q.Dosiyev, hakimlər Z.B.Babayev və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.3cü maddələri ilə təyin edilmiş cəzası 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəza sı hazırki qərarla CM-nin 234.4.1 və 234.3-cü maddələri təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətləin məcmusu üzrə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən təyin olunmuş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası üzrə, çəkilməmiş qalan əlavə cəza tamamilə və əsas cəzanın çəkilməmiş qalan 10 ay 16 gün hissəsi hazırki qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 11 (on bir) il 06 (altı ay) müddətinə azadlıqd an məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayətlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar