Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1240/2020 05.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Həsənli-Məmmədova Nailə Əli qızının katibliyi, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Türkmənistan Respublikasının Bezmein şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunma mış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim Q.Hacıyev) Məhkum CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər: F.K.Soltanov (sədrlik edən), T.S.Kərimov və İ.H.Əhmədov) zərərçəkmiş şə xsin apellyasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum əməlində CM-in 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 263.1 -ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur ondan ötrü ki, o, xx xxxxxx 2017-ci il tarixdə saat 18:14-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili FİRD markalı ** ZB *** yarımqoşqu ilə birlikdə İmişli ra yonu ərazisində ikinci dərəcəli torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yolunun 103-cü kilometrliyinə doğru 20-25 km/saat sürətlə hərəkət etdirərək həmin yola çıxan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş, nəticədə torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yoluna çıxmış, həmin vaxt Hacıqabul-Horadiz yolu ilə Hacıqabul istiqamətində düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz 180” minik mark alı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi FİRD markalı ** ZB *** yarımqoşqunun sol yan hissəsi ilə toqquşmuş və Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yol- nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz 180” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, həmin avtomobildə sərnişin kimi olan X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz 180” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9740 manat, X7 məxsus HRD markalı ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşquya 4000 manat məbləğində maddi ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri: Zər ərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əsassız olaraq bəraət verilmişdir, Məhkum hərəkətləri ilə avtomobillərin toqquşması nəticəsində baş vermiş hadisə arasında səbəbli əlaqənin olmaması barədə gəldiyi nəticə əsassızdır və mülahizələrlə istinadən çıxarılmışdır. Belə ki, Məhkum öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyini ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda və görə biləcəyi halda, onları görməmiş, yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur, nəticədə hadisənin baş verməsinə səbəb olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayə t qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi qe yd edir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzg ün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan sübutlar Məhkum xeyrinə həll olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə idarə etdiyi HRD markalı ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu ərazisində yerləşən işıq müəssəsinə yük gətirib boşaltmış və saat 18 radələrində həmin müəssisədən boş vəziyyətdə Hacıqabul-Horadiz yoluna çıxan əlavə yolla hərəkət edərək gəlib yolun kənarında dayanmışdır. Sonra avtomobili hərəkətə gətirərək Hacıq abul-Horadiz yoluna daxil olmuşdur. Avtomobili qabağa və arxa bir nəçə dəfə hərəkət etdirib öz yoluna tam düzəlmiş və avtomobili hərəkətə gətirib irəliyə hərəkət etdirərkən avtomobilin yarımqoşqusunun sol yan hissəsinə nəyinsə dəydiyini eşitmişdir. O, avtomobili yolun sağ ehtiyat hissəsi tərəfində saxlayıb avtomobildən yerə düşmüş və “Mersedes Benz 180” markalı avtomobilin sürücüsü və sərnişinin xəsarət aldıqlarını görmüş və onları hadisə yerində olan digər şəxslərlə birlikdə xəstəxanaya yola salmışlar. İş üzrə keçirilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 7044 saylı rəyində göstərilmişdir ki,
1. DAF XF95 markalı 99FM58S dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbay can Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Mercedes Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, müstəntiq Fuad Mehmanovun xx.xx.2018-ci il tarixli qərarı ilə Mersedes-Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsi nin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğuna görə o, CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və istintaqdan gizləndiyinə görə ittiham elan edilməsi üçün barəsində axtarış barədə qərar qəbul edilmiş və cinayət işi ayrılmışdır. Bundan başqa Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilənləri nəzərə almaqla, işin obyektiv həllinə nail olmasından ötrü keçirilmiş xx xxxxxxx 2019-cu il tarixli, 19110 saylı təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Məhkum idarə etdiyi DAF XF95 markalı, yarımqoşqulu avtomobili yol kəsişməsində dayandırdığı yerdən hərəkət etdirərək Hacıqabul-Horadiz yoluna daxil olmağa başladığı andan t oqquşmaya kimi 37 saniyə vaxt keçmişdir, Mercedes markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 617 metrdir, Mercedes markalı avtomobilin sürətinin videoyazıda eyni istiqamətdə hərəkəti qeydə alınmış nəqliyyat vasitələrindən daha sürətli hərəkətdə olduğunu demək olar. xx xxxx 2020-ci il tarixli, əlavə komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Mercedes Benz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin videokameranın görüş sahəsinə daxil olduğu andan əyləc işıq siqnalının yandığı ana qədər olan orta sürəti V= 121,6 + - 5 km/saat təşkil edir; 14 02 2020-ci il tarixdə məhkəmə eksprementi zamanı müəyyəmedilmişdir ki, mövcud yol şəraitində DAF XF 95 markalı avtomobilin ikinci dərəcəli yolun hərəkət hissəsinin sol kənarından hərəkətə başlayar aq baş yola daxıl olub bir başa sağa döğru (Bakı istiqamətində) dönməyə texniki imkanına malik olmuşdur; Aparılmış hesabatdan məlum olduğu kimi, DAF XF95L daxil olduğu anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən 1249,7 metr aralı məsafədə olması və DAF XF95 markalı avtomobilin texniki cəhətdən manevr imkanları,o cümlədən DAF XF95 markalı avtomobilin dönmə radiusundan düzgün formada istifadə etməklə 37 saniyə vaxt ərzində markalı avtomobil həmin yola daxil olub hərəkətini icazə verilən istiqamətdə davam etdirə bilər; Sürücü Məhkum idarə etdiyi DAF XF95 markalı, yanmqoşqulu avtomobili yol kəsişməsində dayandırdığı yerdən hərəkətə başladığı anda Mercedes Benz 180 markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 1249,7 metrdir. Sübutlara istinadən məhkəmə kollegiyası hesab edir ki, Məhkum idarə etdiyi “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobil ikinci dərəcəli yoldan çıxıb baş yola daxil olmaq üçün hərəkətə başladığı anda Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən həmin avtomobilin dayanması üçün tələb edilən 41,6 metrlik məsafədən 14 dəfə çox olan 1249,7 metr aralı məsafədə olduğundan, avtomobillər arasında olan bu məsafə də öz-özlüyündə «Yol hərəkəti haqqında» Qanununun tələblərinə riayət olunması halında onların hərəkəti üçün hər hansı bir təhlükəli şəraitin yaranmasını istisna edir, belə ki, Məhkum Bakı istiqamətinə getmək üçün idarə etdiyi “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yolla baş yolun kəsişməsində 4,466 saniyə dayandıqdan sonra sağa dönmək üçün baş yolda, yol zolağlarını ayıran 1.1 üfuqi nişanlama xəttini kəsib keçməklə avtomobili irəliyə və arxaya sərbəst hərəkət etdirib dönmə əməliyyatını təhlükəsiz başa çatdıra bilməzdi. Apelyasiya instansiya məhkəməsi cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində, həm də qismən istintaq aparılmaqla keçirilmiş məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirib müəyyən etmişdir ki, Məhkum xx xxxxxx 2017-ci il tarixdə saat 18:13:19-dan 18:14:11-dək olan zaman kəsiyində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz, həmin anda qabaq və arxa qabarit işıqları yanılı vəziyyətdə olan və kifayət qədər böyük məsafədən görünən “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə, HRD ma rkalı ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə İmişli rayonu ərazisində ikinci dərəcəli torpaq yoldan Hacıqabul-Horadiz baş yolunun 103-cü kilometrliyi hissəsinə çıxmaq üçün yol kəsişməsində 0:00:04:400 saniyə dayandıqdan sonra sağa, yəni Bakı istiqamətinə dönməkdən ötrü hərəkətə başlamış, 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək əks istiqamətli yolun sağ kənarına çatıb, avtomobili dayanıdırıb arxaya doğru hərəkət etdirmiş və yenidən sağa doğru istiqamətlənib, dönmə əməliyyatım başa çatdırıb hərəkət istiqamətinə tam düzəlmiş olduğu anda, yəni 0:00:041:466 saniyədə Hacıqabul-Horadiz yolu ilə Bakı istiqamətində düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs, yolun həmin hissəsində müəyyən olunmuş 60 km/saat sürət həddini aşaraq 121,6 km/saat sürətlə idarə etdiyi “Mersedes Benz 18 0” minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi HRD markalı ** ZB *** yarımqoşqunun sol yan tərəfinin arxa hissəsi ilə toqquşmuşdur. DAF XF95 markalı ** FM *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil, Hacıqabul-Horadiz yoluna çıxmaq üçün hərəkətə başladığı andan Mersedes Benz markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma anına kimi keçən zaman müddəti...t= 37,066 saniyə (41,466 - 4,400), Mercedes Benz markalı 30- BG-811 dövlət qeydiyyat nişanlı avtomobilin videokameranın görüş sahəsinə daxil olduğu andan əyləc işıq siqnalının yandığı ana qədər olan orta sürəti 121,6 km/saat təşkil etmişdir. xx xxxxxxx 2019-cu il tarixli, 19110 saylı təkrar komisyon məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının rəyi üzrə aparılmış tədqiqata əsa sən 60 km/saat sürətlə hərəkətdə olan Mercedes Benz 180 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması üçün tələb edilən məsafə 41,6 metr olduğundan, eyni şəraitdə və eyni yüklə 121,6 km/saat sürətlə hərəkətdə olan eyni avtomobilin dayanması üçün tələb olunan məsafə 84,3 (121,6 km/saat: 60 km/saat x 41.6 m) metr təşkil edir. Sürücü Məhkum idarə etdiyi DAF XF95 markalı, yarımqoşqulu avtomobil yol kəsişməsində dayandığı yerdən hərəkətə başladığı anda Mercedes Benz 180 markalı avtomobil toqquşma yerindən 1249,7 metr aralı məsafədə olmuşdur ki, bu da sözügedən Mercedes Benz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması üçün tələb edilən məsafədən, yəni 84,3 metrdən 14 dəfə çoxdur. Göründüyü kimi Məhkum idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yo la çıxması, eləcə də bundan sonra dönmə əməliyyatının həyata keçirilməsi və başa çatdırılması üzrə etdiyi hərəkətlər hər hansı bir nəticəyə, o cümlədən təhlükəli şəraitin yaranmasına və hadisənin baş verməsinə səbəb olmamışdır. Belə olan halda Mercedes Benz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “DAF XF95” yük markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin, HRD markalı ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşması nəticəsində baş vermiş cinayət hadisəsi ilə sürücü Məhkum hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş olmur ki, bu da onun cinayət məsuliyyətini istisna edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tam əsaslı olaraq hesab etmişlər ki, Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cina yət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X8rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlili k, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törət məkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məh kəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq əməlində cinayət tərkibi olmaması əsası ilə Məhkum bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayar aq həmin şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya şikayətinə onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.