Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1240/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X10 və X2 ibarət tərkibdə) 30 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 01 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3- cü maddəsi ilə m əhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü Məhkum verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi QİCS-lə Mübarizə Mərkəzinin nəzdində olan X5 Proqramı Kabinetində qeydiyyatda olduğu üçün xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində metadon müalicə suyu qəbul etmək məqsədi ilə həmin ünvana gəlib orada qeydiyyatda olan tanışı Şahid1 və digər şəxslərlə birlikdə dayanıb növbə gözləyərkən eyni məqsədlə oraya gəlmiş tanışları Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən Şahid1 məxsus, lakin bir müddət əvvəl Zərərçəkmiş şəxs1 istifadəsində olan avtomo bildə qalmış mobil telefon və elektroşok cihazının sonuncu tərəfindən götürülüb qaytarılmaması ilə bağlı Şahid1la Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisənin əlbəyaxaya keçə biləcəyini görüb, onları aralaşdırdıqdan və metadon suyunu içdikdən sonra Zərərçəkmiş şəxs1 və Şahid1la söhbəti davam etdirmək üçün birlikdə bir qədər aralıda, həmin Mərkəzlə bir həyətdə olan Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Nəsimi rayon şöbəsinin yaxınlığına getmiş və Zərərçəkmiş şəxs1lə Şahid1 yenə də telefon mövzusunda yenidən mübahisə etdiklərini görüb onları sakitləşdirmək istəyərkən Zərərçəkmiş şəxs1 Şahid1 və onun ünvanına nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib əsəbləşmiş və qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağ ır zərər vurmaq məqsədi ilə yumruğunun alt hissəsi ilə onun baş nahiyəsinə zərbələr endirməklə təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs1 almış olduğu təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması ilə əlaqədar baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar nəticəsində inkişaf edən travmatik ödem səbəbindən 02 fevral 2021-ci il tarixdə, saat 00:05 radələrində yaşadığı ünvan 4 ünvanında ölmüş, bununla da o, Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdaf iəçinin kassasiya şikayətində göstərilir ki, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməkdə təqsirləndirilməsi əsassızdır. Məhkum Nizamı oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməyə görə ittiham verilə bilməz. Məhkum tərəfindən mərhum Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə zərbə endirilməsi ilə onun ölümü arasında heç bir əlaqə mövcud olmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb onun baş nahiyəsinin yıxılaraq asfalt zəminə dəyməsi səbəb olmuşdur. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, Məhkum əməlinin CM-in 124.1-ci maddəsi ilə tövsif edilməli olmasını nəzərə almamış, onun əməlini CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif etməmiş, nəticədə cinayət qanunu normasını düzgün tə tbiq etməmiş və Məhkum törətmədiyi cinayət əməlinin törədilməsində təqsirli bilərək ağır cəzaya məhkum etmişdir. Məhkəmə baş vermiş cinayət əməli bağlı aparılan istintaq zamanı bütün halları obyektiv, tam və hərtərəfli aparması prinsiplərini təmin etməmişdir. Belə ki, təqsirləndirilən şəxsin hərəkətləri ilə baş verən hadisənin nəticəsi arasında səbəbli əlaqə yoxdur. Məlum olmayan səbəblərdən təkrar ekspertiza təyin edilmiş və həmin ekspert rəyində isə mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici müayinəsi zamanı onun sifətində və başın ənsə nahiyəsində də hər hansı bir xəsarətin (qançır, sıynq. yara, hematoma və s.) aşkar olunmamasına və meyitin daxili müayinəsi zamanı onda baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan ləpə sümüyünün xətti sınığı və sagital tikişin aralanmasının aşkar olunmasını nəzərə alaraq demək olar ki, həmin xəsarət təqsirləndirilən şəxsin hadisə yerində əyani olaraq göstərdiyi şəraitdə, yəni boğaz nahiyəsinə endirilmiş zərbədən sonra onun əks istiqamətdə yıxılaraq başının təpə nahiyəsinin bərk konsistensiyalı geniş və hamar səthə (ola bilsin asfalta) zərblə dəyməsi nəticəsində deyil, daha çox fiziki göstəricilərə məxsus olan şəxsin yumruğunun alt hissəsi ilə təpə nahiyəsinə endirilmiş zərbənin təsirindən əmələ gəlməsinə uyğun gəldiyi qeyd edilmişdir. Halbuki, həm ibtidai istintaq həm məhkəmə istintaqı zamanı Məhkum tərəfindən mərhum Zərərçəkmiş şəxs1 təpə nahiyyəsinə zərbə endirilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı hadisəni birbaşa görmüş şahidlərin dindirilməsi zamanı Məhkum tərəfindən m ərhum Zərərçəkmiş şəxs1 təpə nahiyəsinə deyil, boğaz nahiyəsinə yalnız bir zərbə endirildiyi və onun yıxılaraq başını bərk şəkildə asfalt zəminə vurduğu öz təsdiqini tapmışdır. Hətta zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X8 ifadəsində eşitdiyinə görə qardaşının yığılaraq baş nahiyəsinin asfalt zəminə dəyməsi nəticəsində dünyasını dəyişdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi sübutları hərtərəfli və müqayisəli şərh etməmiş, bir sübutu qəbul edib, digər sübutu rədd edərkən mövqeyini əsaslandırmamışdır. Müdafiəçi kassasiya şikayətində Məhkumun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin məcəllənin 124.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin hədlərində cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkə mə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətin ə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Re spublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunm ası, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin h ökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət müh akimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusat ların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 153 №-li rəyinə əsasən Məhkum bədən səthində aşkar olunmuş xəsarətlər - sol almacıq nahiyəsinin yanıq yarası yüksək hərarətin (alovun) təsirindən, boyun nahiyəsinin səthi əzilmiş yarası, sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin və hər iki əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən sağ əlin 3-cü barmağının səthi kəsilmiş yarası iti uca və iti kənara malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, digər xəsarətlər isə müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişlər və sağlamlığ a zərə vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin qeyd etdiyi şəraitdə, yəni sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları bərk küt əşyalar arasında sıxılma (ola bilsin dişlər arasında) nəticəsində, sol almacıq nahiyəsinin İİİ dərəcəli termik yanıq yarası isti lampanın təsirindən, boyun nahiyəsinin səthi əzilmiş yarası barmaqlarının, dırnaqlarının təsirindən (ola bilsin qaşıma zamanı), sağ əlin İİİ barmaq səthi kəsilmiş yarası iti uca və iti kənara malik əşyanın təsirindən, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin və hər iki əlinin sıyrıqları isə müxtəlif şəraitlərdə, eləcə də insan bədən hissələrinin (əl, əl barmaqla rının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər. (İİ cild, iş vərəqə 163-165) Cinayət işinin materiallarında olan təkrar məhkəmə-tibb ekspertin xx.xx.2021-ci il tarixli, T152/2021 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, sağ said nahiyəsinin sıyrıqları, sağ baldır nahiyəsinin əzilmiş yaraları - bərk küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyəsinin kəsilmiş yarası, qarın və sol said nahiyəsinin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə iti kənarlı və ya iti uclu əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, dərəcəsinə görə canlı şəxslərdə baş beyinin yumuşaq qişasına, t oxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı, sagital tikişin aralanması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol said nahiyəsinin kəsilmiş yarası, qarın və sol said nahiyəsinin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə hər biri dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ said nahiyəsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətlərdən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, sağ said nahiy əsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları onun ölümündən ən azı 2-3 gün əvvəl, sol said nahiyəsinin kəsilmiş yarasl 5-7 gün əvvəl, qarın və sol said nahiyəsiniin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə 6 aydan az olmayan uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş digər xəsarətlərin lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ said nahiyəsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqları, ayaq və s.) təsirindən, sol said nahiyəsinin kəsilmiş yarası qarın və sol said nahiyəsinin kəsilmiş yaraların izləri olan çapıq toxumalar iti uclu və ya kənarlı əşyanın təsirindən əmələ gələ bilərdilər. Sağ baldır nahiyəsinin əzilmiş yaralarının onun öz boyu hündürl üyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici müayinəsi zamanı onun sifətində və başın ənsə nahiyəsində də hər hansı bir xəsarətin (qançır, sıyrıq, yara, hematoma və s.) aşkar olunmamasına və meyitin daxili müayinəsi zamanı onda baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanmasının aşkar olunmasını nəzərə alaraq demək olar ki, həmin xəsarət təqsirləndirilən şəxsin hadisə yerində əyani olaraq göstərdiyi şəraitdə, yəni boğaz nahiyəsinə endirilmiş zərbədən sonra onun əks istiqamətdə yıxılaraq başının təpə nahiyəsinin bərk konsistensiyalı geniş və hamar səthə (ola bilsin asfalta) zərblə dəyməsi nəticəsində dey il, daha çox fiziki göstəricilərə məxsus olan şəxsin yumruğunun alt hissəsi ilə təpə nahiyəsinə endirilim iş zərbənin təsirindən əmələ gəlməsinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması ilə əlaqədar yaranmış baş beyinin yumuşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar nəticəsində inkişaf edən travmatik ödem olmuşdur. Yetirilmiş zərbədən sonra yaranmış vəziyyət qıcolma tutması deyil, baş beyinə qansızmanın nəticəsidir. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2021-ci il tarixdə, saat 09.30-da başlamışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 baş beynində aşkar edilmiş xəsar ətlərin massivliyi nəzərə alınaraq həmin xəsarətlə onun vaxtında ixtisaslı tibb müayinəsinə yerləşdirilməsi belə ölümün qarşısını ala bilməzdi. Cinayət Məcəlləsinin 126.3-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş zərərin ağır nəticəsidir. Ona görə də təqsirkarın əməini CM-in 126.3-cü maddəsi ilə tövsif edərkən sağlamlığa vurulmuş zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Quliyev X7 Quliyevin sağlamlığına qəsdən ağır zərər vurmaq məqsədi ilə yumru ğunun alt hissəsi ilə onun baş nahiyəsinə zərbələr endirməklə təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan həyat üçün təhlükəli bədən xəsarətləri yetirmiş və həmin xəsarətlərlə Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurulmuşdur. Məhkum əməli sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarətdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, CM-in göstərilən maddəsində ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh olunan cin ayət subyekiv cəhətdən ehtiyatsızlıqla xarakterizə olunur və yuxarıda sadalananlardan göründüyü kimi hazırki cinayət işi üzrə məhkum tərəfindən mərhum zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurulmuşdur. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli zərərçəkmiş şəxsi ehtiyatsızlıqdan adam öldürməsi kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 124.1 ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzr ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edi lmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mü tləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istinta qında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi tö rədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayə t hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 124-cü maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materialların ı tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1240/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1240/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver