Məhkəmə qərarları › İş №1(102)-1240/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1240/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1240/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənil məmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1052/2024 nömrəli 4 iyun 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1235/2024 nömrəli 6 mart 2024-cü il tarixli (hakimlər F.Ə.Qəniyevin sədrliyi ilə, M.M.Ağalarov və S.İ.Əliyevdən ibarət tərkibdə) hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il mü ddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1052/2024 nömrəli 4 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər S.X.Bəhramzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1235/2024 nömrəli 6 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 10 oktyabr 2023-cü il tarixdə səhər saat 08:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərin yaxınlığında istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq satış məqsədi olmadan 1 ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - təmiz çəkisi 2,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 09:10-da Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evin qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən həmin Polis B ölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - təmiz çəkisi 2,192 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 23.4.3cü maddələri ilə ittiham olunsa da, aşağı instansiya məhkəmələri tərəfindən o, CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, hazırki cinayət işi kobud qanun pozu ntuları ilə və təqsirləndirilən şəxsin prosessual və müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. İbtidai istintaq orqanı tərəfindən cinayətin motivi və törədilmə üsulu əsaslandırılmamışdır, birinci instansiya məhkəməsi ittihamın əsassız olmasına və iş materialları ilə təkzib edilməsinə baxmayaraq ittiham hökmü çıxarmışdır. Həm ibtidai istintaq zamanı istintaqın gedişatında, tərtib olunan protokollarda, ittiham aktında, həm də məhkəmə istintaqı zamanı kifayət qədər prosessual pozuntular mövcuddur. Lazımi istintaq hərəkətləri, məhkəmə zamanı isə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan Məhkum təqsirləndirilən şəxs elan edilmiş, sonradan isə şübhəli şəxs qismində onun barəsində istintaq hərəkətləri aparılmışdır. Belə ki, ilkin olaraq ibtidai istintaqın gedişatında ziddiyyə t təşkil edən məqamlar vardır. Ziddiyyətlər müəyyənləşdirilməmişdir. Bundan əlavə Məhkum müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkum bildirmişdir ki, o, müdafiəçini ilk dəfə yalnız xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə iclasında görmüşdür. O, müdafiəçinin iştirakı ilə heç bir istintaq hərəkətlərində iştirak etməyib. Müdafiəçi onunla heç bir sənədə eyni vaxtda imza etməyibdir, onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur, o, döyülmüş, şiddətə, işgəncəyə və hədəqorxuya məruz qaldığından iradəsinə zidd olaraq təhqiqatçının təqdim etdiyi sənədlərə oxumadan imza etmiş, kamera qarşısında onu saxlayan polis əməkdaşlarının məcbur etməsi və döyməsi nəticəsində qorxaraq guya narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Hüquqi məsələlər: Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ni qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, e kspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda tör ədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davra nışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qər arı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Flüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəfl ərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn əliliyinə və insan hüquqlarına hör mətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətlən dirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumin tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan Məhkum ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərin yaxınlığında 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 20 manat ödəyərək öz istifadəsi üçün alıb əldə edərək üzərində saxlamışdır. Həmin gün saat 09:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. O da könüllü olaraq polis əməkdaşları ilə birlikdə 6-cı Polis Bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifə ləri izah olunduqdan sonra öz razılığı ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, o da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli olan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, cibində saxlayaraq aşkar edilmiş bir ədəd bükümdəki kütlənin metamfetamin olduğunu və 10 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində fərdi yaşayış evlərinin qarşısında tanımadığı şəx sdən 20 manat müqabilində aldığını bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və 2,88 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadan protokol imzalarla təsdiq edilmişdir. O, heç kimlə cinayət əlaqəsinə girməmiş və psixotrop maddə satmamışdır. Həmin psixotrop maddəni ona satmış şəxsi tanımır, onun anket məlumatları və telefonu ona məlum deyil. O, heç kimlə cinayət əlaqəsinə girməmişdir. Yalnız narkotik vasitə və psixotrop maddə istifadə edəndir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki və ya psixi zor tətbiq olunmamışdır İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, Məhkum üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Məhkum əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Məhkum cibindən aşkar edilmiş kütlənin metamfetamin olduğunu, onu 10 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində fərdi yaşayış evlərin qarşısında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilm işdir Məhkəmə qərarlarında istinad edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası DİN-in Zərflər üçün №175” dairəvi möhür əksi, “Məhkum üzərindən aşkar olunmuş...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,192 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2,142 qram təşkil etmişdir. İ ş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2023cü il tarixli 7659 nömrəli rəyindən görünür ki, Məhkum psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2537 nömrəli məktubda göstərilmişdir ki, Məhkum xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir və tibbi müayinəsi zamanı onda xəsarət aşkar edilməmişdir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1 və Şahid2 Qüdrət oğlunu n ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, h azırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövq eyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1,234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən məhkumun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunsa da, iş materialları ilə məhkumun narkotik vasitənin satışı ilə məşğul olması sübut edil mir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1-1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun əməlində xüsusilə təhlükəli residivin olması, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr on ların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilm iş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci ma ddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətin də onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1052/2024 nömrəli 4 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar