Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1241/2019 22.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1241/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 22 oktyabr 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi X5 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X13 tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X7 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) 1(016)-52/2018 nömrəli 20 noyabr 2018-ci il tarixli hökmü ilə xx xxx 1961-ci il tarixdə Kürdəmir rayonu, Şüşün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kürdəmir rayon, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şüşün kəndində qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat v asitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 25 iyul 2018-ci il tarixdə, saat 11-30 radələrində Ağsu - Kürdəmir avtomobil yolunun Çiyni kəndindən keçən 14-cü kilometrliyində, “AB seriyalı,********* nömrəli” sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 220 CDİ” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsini n 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobil ilə manevr hərəkətləri (tormozlama, yerdəyişmə, dönmə və s.) vaxtında icra etməli kimi tələblərini pozaraq avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilən 90 km/saat sürətindən yüksək, 100 km/saat sürətlə idarə etdiyindən hərəkət istiqamətində idarəetməni itirərək yolun sağ tərəfindəki səkinin üzərində d ayanmış piyadalar xx.xx.1965-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs1 və xx.xx.1971-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ənsə təpə sümüklərinin açıq sınığı, ənsə nahiyəsinin yarası, beyin qırışları altına və mədəciklərinə qansızma, sağ baldır sümüklərinin açıq sınığı, kürək nahiyəsinin, sol dirsək nahiyəsinin, burunüstü nahiyənin sıyrıqları, hər iki göz ətrafı nahiyəsinin hematoması xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olub sağlamlığına ağır dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölümünə, Zərərçəkmiş şəxs1 isə sol ayağın 2-4-cü barmaqlarının açıq sınıqları və 1-3-5-ci barmaqların qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsar ətləri almasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.A.Eyvazov (sədrlik edən və məruzəçi), E.R.Əliyev və Ş.İ.Şükürovdan ibarət tərkibdə) 1(107)-38/2019 nömrəli 01 may 2019-cu tarixli qərarı ilə Ağsu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilsin və məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbu l edilsin, həmçinin bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilsin və məhkuma təyin olunmuş cəzanın ağırlaşdırlması barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi X13 onunla əsaslandırır ki, məhkuma təyin edilmiş cəza onun şəxsiyyətinə uyğun deyil. Belə ki, Məhkum əvvəllər məhkum olunmamışdır, törətdiyi cinayət əməlini səmimi peşmançılıqla bütün məhkəmə iclaslarında etiraf etmişdir, həbs edildiyi günə kimi zəruri zəhmətlə məşğul olmuşdur, iş və yaşayış yerlərindən müsbət xarakterizə olunur. Məhkum hadisədən dərhal sonra Ağsu rayon Mərkəzi xəstəxanasına telefonla zəng edərək təcili tibbi yardım üçün həkim çağırmış, təcili yardım maşını gəldikdən sonra isə orada olan digər şəxslərin və tibb işçilərinin köməkliyi ilə həm xəsarət almış şəxs olan sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 və həm də mərhum Zərərçəkmiş şəxs2 meyitini Ağsu rayon Mərkəzi xəstəxanasına aparmışdır. Sonra isə həm Zərərçəkmiş şəxs1 ilkin müalicə xərclərini, həm də meyidin Gəncə şəhərinə aparılması üçün zəruri olan xərcləri çəkmişdir. Bundan başqa, Məhkum yaxın qohumları iki dəfə Gəncə şəhərinə gedərək mərhum Zərərçəkmiş şəxs2 yas mərasimində iştirak etmişlər və yas mərasimlərinin və məzarüstü daşların salınması üçün xərcləri ödəmək istədiklərini təklif etmişlər. Lakin zərərçəkmişin hüquqi varisi və mərhum Zərərçəkmiş şəxs2 digər yaxın qohumları onların təklifini qəbul etməmişlər. Məhkəmə iclaslarında və eləcə də məhkəmə iclaslarının keçiriləcəyi günlər arasında da barışıq üçün və zərərçəkmiş şəxsin hüquqi varisinin çəkdiyi bütün xərclərin ödənilməsi üçün Məhkum yaxın qohumları tərəfindən dəfələrlə cəhd edilsə də bu nəticəsiz qalmışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X11 onunla əsaslandırır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş hökm və qərar qanunsuz və əsassızdır. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 263.2-ci maddəsində nəzərdə tutulan sanksiya çərçivəsində 5 il 6 ay müddətinə cəza təyin edilməli olduğu qənaətinə gəlmək üçün, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırılan halların mövcud olmadığına və yüngülləşd irici halların mövcud olduğuna istinad etmişlər. İlk öncə təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməmişdir. Onun baş vermiş hadisə ilə bağlı həm ibtidai istintaqa, həm də məhkəmədə verdiyi ifadələrinin düzgün olmaması iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilib. Belə ki, təqsirləndirilən şəxs ifadələrində onun qarşısına digər avtomobilin çıxdığını bildirsə də, iş üzrə izahatı alınmış zərərçəkmiş şəxs, eləcə də hadisənin şahidi X4 və Ağsu RPŞ DYPB-nin YPX inspektoru X9 verdiyi məlumatlardan da aydın olur ki, hadisə baş verdiyi vaxt yolda başqa maşın olmayıb, təqsirləndirilən şəxsin yoluna heç bir maşın çıxmayıb və onun normal hərəkətinə mane olan heç bir predmet mövcud olmayıb. Bu isə, zərərçəkmiş şəxsin öz əməlini səmimi etiraf etməsi kimi qiymətləndirilə bilməz. Bund an başqa təqsirləndirilən şəxs onunla barışmağa heç vaxt cəhd etməyib, heç bir maddi yardım və ya mənəvi dəstək olmaq üçün cəhd etməyib. Həmçinin, təqsirləndirilən şəxsin iki nəfər piyadanı vurduğunu nəqliyyat vasitəsindən düşəndən sonra gördüyü ilə bağlı dedikləri də həqiqətə uyğun deyil. Çünki, təqsirləndirilən şəxs zərərçəkmişləri nəqliyyat vasitəsinin ön hissəsi ilə vurub, toqquşma zamanı yüksək səs çıxıb. Günün işıqlı vaxtı nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkmişləri görməməsi qeyri-mümkün idi. Bundan başqa apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin digər zərərçəkmiş şəxs X8 ilə barışmasını, hazırki iş üzrə təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Halbuki, təqsirləndirilən şəxsin digər zərərçəkmiş şəxs X8 ilə barışması hazır ki iş üzrə onun vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirilə bilməzdi. Çünki, baş vermiş hadisə nəticəsində digər zərərçəkmiş şəxs X4 sağlamlığına az ağır zərər vurulmuşdur. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hal kimi göstərdikləri əsaslardan, əslində, heç biri mövcud deyil. Sadəcə olaraq, məhkəmələr, təqsirləndirilən şəxsə AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin etməmək üçün, onun vəziyyətini yüngülləşdirən hansısa halların mövcudluğu görüntüsünü yaratmağa çalışmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olu nmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş ü zrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinin başlıca dəlili Məhkum ağır cəzanın təyin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin başlıca dəlili isə məhkuma təyin olunmuş cəzanın yüngül olmasıldır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2- ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını təyin edərkən, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol- nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalar ını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4 -cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvəsində saxlayarkən Məhkum cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini düzgün nəzərə almış, CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını əsaslandırmış, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən də ona təqsirli maddəsinin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Belə cəzanı isə nə ağır, nə də yüngül cəza hesab etmək olmaz. İşin materiallarında da təyin olunmuş cəzanın aşağı endirilməsi və yaxud ağırlaşdırılması üçün heç bir qanuni əsas müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələ blərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1241/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1241/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver