Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1241/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Azad Məcidov) xx xxxxxx 1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri 150 nömrəli orta məktəbdə texniki işçi kimi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Şahid2 küçəsi ev 27-də qeydiyyatda olan və Bxx yaşamış, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bili nərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 09 iyun 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumlar Məhkum2 və Məhkum1, habelə Məhkum1 müdafiəçisi Babazadə Ruhsarə Vəli qızı və Məhkum2 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 01 senytyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü Məhkum2 münasibətdə dəyişdirilmiş, Məhkum2 təqsirli bilindi yi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, yaxın münasibətlərdə olduğu Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olub narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə barədə cinayət əlaqəsinə girərək tamah niyyətilə bir qrup şəxs halında 2020-ci ilin iyun ayının əvvəllərində Məhkum2 işlədiyi ünvan 1 ünvanında olan «Molekul» aptekində sonuncudan hər konvalyutda 10 ədəd həb olmaqla, cəmi 08 ədəd kon- valyutda, cəmi 80 ədəd həbdən ibarət təsiredici maddə 18 qram təşkil edən «Royal225 (tramadol hydrochloride tablets 225)» adlı külli miqdar tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlamaqla daşıyaraq, 06 iyun 2020-ci il tarixdə həmin güclü təsir edən maddələri ünvan 2 ünvanının qarşısında tanışı Şahid8 50 manat pul müqabilində satdıqdan sonra 08 iyun 2020-ci ildə «28 May» metrosunda olarkən, Şahid8 Metropolitenin polis şöbəsinin əməkdaşı tərəfi ndən saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən hər konvalyutda 10 ədəd həb olmaqla ümumilikdə 08 ədəd konvalyutda, cəmi 80 ədəd həbdən ibarət təsiredici maddəsi 18 qram təşkil edən «Royal-225 (tramadol hydrochloride tablets 225)» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Məhkum1 tamah niyyəti ilə yaxın münasibətlərdə olduğu Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olub narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma, o cümlədən həmin maddələrin müxtəlif şəxslərə satılmasından birgə qazanc əldə etmə bar ədə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 09 iyun 2020-ci ildə Məhkum2 işlədiyi ünvan 1-də olan «Molekul» aptekində sonuncudan hər konvalyutda 10 ədəd həb olmaqla 90 ədəd konvalyutda cəmi 900 ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qram təşkil edən «Royal 225 (tramadol hydrochloride tablets 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatını; bir konvalyutda 10 ədəd, digərində 08 ədəd kapsul olmaqla, ümumilikdə 02 ədəd konvalyutda, cəmi 18 ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram təşkil edən «Tramadol 50mq05 18 do 052023» adlı güclü təsir edən dərman preparatını; 05 ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı və hər konvalyutda 14 ədəd kapsul olmaqla 04 ədəd konvalyutda, cəmi 56 ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən «Paden–300 (preqabalin) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlamaqla daşımış, 10 iyun 2020-ci ildə Bakı şəhər Baş polis idarəsinə bilavasitə tabe olan Bakı Metropolitenin polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu Həsən Bəy ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə aparılmaqla, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli qadın əl çantasının içərisindən hər bir konvalyutda 10 ədəd həb olmaqla 90 ədəd konvalyutda cəmi 900 ədəd həbdən ibarət təsiredici maddəsi 202,5 qr am təşkil edən «Royal 225 (tramadol hydrochloride tablets 225) 6 20» adlı külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı; bir konvalyutda 10 ədəd, digərində 08 ədəd kapsul olmaqla, cəmi 02 ədəd konvalyutda, ümumi 18 ədəd kapsuldan ibarət ümumi miqdarı 0,9 qram «Tramadol 50 mq 05 18 do 052023» adlı güclü təsir edən dərman preparatı və hər konvalyutda 14 ədəd kapsul olmaqla 04 ədəd konvalyutda, cəmi 56 ədəd kapsulda təsiredici maddəsi 16,8 qram təşkil edən «Paden–300 ( preqabalin ) 08 20» adlı külli miqdarda preqabalin tərkibli güclü təsir edən dərman preparatı aşkar olunaraq götürüldükdən sonra, yaranmış təxirəsalınmaz istintaq zərurəti ilə bağlı 10 iyun 2020-ci ildə Bakı Metropolitenin polis şöbəsinin əməkdaşı tərəfindən Məhkum1 müvəqqəti kirayədə yaşadığı B akı şəhəri Yasamal rayonu Həsən Bəy ünvan 4 ünvanında axtarış istintaq hərəkəti aparılmış və mənzilin yataq otağında olan çarpayının sol tərəfində yerləşən əşya dolabının içərisindən 05 ədəd ampulda təsiredici maddəsi 0,5 qram təşkil edən «Tramadol kalseks (tramadol hidroxlorid) 100 mq/2ml 06 2023» adlı tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatı aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Cəza təyini haqqında qanunvericiliyin normaları düzgün olaraq təbiq edilməmişdir. Belə ki, məhkəmələr onun əməlindən peşman olmasını, 2-ci qrup əlil olduğunu, ürək-damar xəstəliyindən əziyyət çəkdiyini, qız övladının rəhmətə getdiyini, digər övladının isə onun himayəsində olduğunu və kimsəsiz qaldığını nəzərə almadan ağır cəza təyin etmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin qərarının dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzası təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının Məhkum1 aid hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarını n dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərar ını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində həddindən artıq ağır cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz əldə edilmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrin də göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, təyin edilmiş cəzanın yüngülləşdirilməsi və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şə xs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi ha llarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəl illərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükə liliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum1 aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiy a şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarı Məhkum1 aid hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1241/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1241/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver