Məhkəmə qərarları › İş №1(102)-1241/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1241/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1241/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıxov Əlimərdan Sadıx oğlunun iştirakları ilə, Məhkum Möhübbət oğluna Azər baycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 1(101)-163/2019 nömrəli (hakimlər Ə.Seyidov (sədrlik edən), A.Məcidov və Z.Ağayevdən ibarət tərkibdə) hökmü ilə xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, xxx-də pasport qeydiyyatında olan xxx firmalarının faktiki rəhbəri rəhbəri olmuş Məhkum Möhübbət oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələ ri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə bağlı ona cəza təyin edilməmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilmişdir. Hökmlə həmçinin «Azərətsüdticarət» İcarə Topdansatış Birliyinin mühasibi X10 və “RİÇ” firmasının direktoru X3 mülki iddiaları bütövlükdə təmin edilərək Məhkum Möhübbət oğlundan ümumilikdə 1.071359,80 AZN (bir milyon yetmiş bir min üç yüz əlli doqquz manat səksən qəpik) tutularaq 396.359,80 AZN (üç yüz doxsan ata min üç yüz ota doqquz manat satan qəpik) «Azərətsüdticarət» İcarə Topdansatış Birliyinə (VÖEN-**********), 615.000 AZN (altı yüz yetmiş beş min manat) isə “Riç” firmasına (VÖEN-**********) ödənilməsi qərara alınmış, iş üzrə digər zərərçəkmiş şəxslər “Azərbaqqaliyə” TTK-ya və X12 gələcəkdə mülki mühakimə icraatı qaydasında şikayət etmək hüquqları izah edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum Möhübbət oğlunun müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə və həmin apellyasiya şikayətinə əlavəyə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli 1(103)15/2023 nömrəli hökmü ilə (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Möhübbət oğluna A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2ci maddələri ilə elan olunmuş ittiham üzrə müvafiq olaraq əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Möhübbət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli ilə təqsirləndirilir ona görə ki, o, dələduzluq, yəni bir qrup şəxslə qabaqcadan əlbir olub, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə edərək, dələduzluq, yəni təkrar qaba qcadan bir qrup şəxslə əlbir olub aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, dövlət əmlakını ələ keçirmək məqsədilə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, faktiki rəhbərlik etdiyi «A i A» firması ilə Ticarət Nazirliyinin «Azərbaqqaliyə» TTK arasında 02 avqust 1996-cı il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, firmaya 5 milyard 498 milyon 929 min manat məbləğində 2 min 199,5 ton konsiqnasiya şərti ilə şəkər tozu alaraq mənimsəmiş, nəticədə «Azərbaqqaliyə» TTK-na 830 milyon 180 min manat (166.036,0 AZN) məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayə t əlaqəsinə girərək, faktiki rəhbərlik etdiyi «Emil-96» firması adından Ticarət Nazirliyinin «Azərbaqqaliyə» TTK-dan 29 noyabr - 12 dekabr 1996-cı il tarixlərdə firmaya 3 milyard 505 milyon manat məbləğində 1 min 402,1 ton şəkər tozu almış, həmin şəkər tozunu mənimsəməklə, «Azərbaqqalliyə» TTK-na 1 milyard 729 milyon 201 manat (345.840,20 AZN) məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan sonra o, külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək faktiki rəhbərlik etdiyi «Titanus» firmasına Ticarət Nazirliyinin «Azərbaqqaliyə» TTK-dan xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 2 milyard 890 milyon 298 min manat məbləğində 1 min 402,1 ton şəkər tozu alaraq mənimsəyərək, «Azərbaqqaliyə» TTK-na 1 milyard 694 m in 948 min manat (338.989,60 AZN) məbləğində külli miqdarda ziyan vurmuşdur. Daha sonra o, faktiki rəhbərlik etdiyi «Alfa-ST» firmasına «Azərbaqqaliyə» TTKdan xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə 1 milyard 521 milyon 843 min manat məbləğində 608 ton 700 kq şəkər tozu alaraq mənimsəmiş, nəticədə dövlətə 754 milyon 324 min manat (150.864,80 AZN) məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, Ticarət Nazirliyinin «Azərbətsüdticarət» İTB-nin ünvanına 25.03.98-ci il tarixdə İtaliya Respublikasının «X24» firmasından daxil olmuş 376.473 ABŞ dolları dəyərində ət konservlərinə görə Bakı Baş Gömrük İdarəsinə 556 milyon 540 min 808 manat məbləğində gömrük rüsumunun ödənilməsində müvəqqəti maliyyə çətinlikləri olan «Azərbətsüdticarət» İTB-nin «Qeoseym» firmasına ünvanlanmış xx.xx.1998-ci i l tarixli məktubundan istifadə edərək, o, faktiki rəhbərlik etdiyi «Qeoseym» firmasının hesablaşma hesabı olan «Bakinvestbank» kommersiya bankının ştampını istifadə edərək, guya gömrük idarəsinə 556 milyon 540 min 808 manat məbləğində pul vəsaiti Bakı Baş Gömrük İdarəsinə Birliyin əvəzinə köçürülməsi haqqında xx.xx.1998-ci il tarixli saxta ödəniş tapşırıqları tərtib edib Gömrük idarəsinə təqdim edərək ət konservlərinin bəyan edilməsinə nail olmuş, bundan sonra həmin bəyannaməni «Azərbətsüdticarət» İTB-nə təqdim etmiş, xx.xx.1998-ci il tarixdə «Azərbətsüdticarət» İTB-nin hesabından 500 milyon manatı (100.000,0 AZN) «Qeoseym» firmasının hesablaşma hesabına köçürtdürmüş, həmin vəsaiti o, rəhbərlik etdiyi «Bakfininvest» kommersiya bankının banklararası borc hesabına «Sığorta» kommersiya bankın a köçürməklə ələ keçirmiş, bununla da dövlət büdcəsinə çatası külli miqdarda vəsaiti mənimsəmişdir. Daha sonra o, qabaqcadan bir qrup şəxslə əlbir olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirmək «Altay-NV» firmasının sənədlərini əldə edərək, kərə yağının konsiqnasiya şərtləri ilə satılması haqqında «Azərbətsüdticarət» İTB ilə xx.xx.1997-ci il tarixli müqavilə bağlamış, tanışı X4 adına xx.xx.1997-ci il tarixli 05 saylı və xx.xx.1997-ci il tarixli 07 saylı etibarnamələr tərtib etmiş, həmin etibarnamə əsasında «Azərbətsüdticarət» İTB-dən 1 milyard 481 milyon 799 min manat (296.359,80 AZN) dəyərində 150 ton kərə yağı alaraq mənimsəmiş, nəticədə dövlətə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, 30 aprel 1998-ci il tarixdə dələduzluq yolu i lə özgə əmlakı ələ keçirmək məqsədilə «RİÇ» firması ilə «Azərbaqqaliyə» TTK arasında şəkər tozunun alqısatqı müqaviləsinin bağlanmasına nail olmuş, həmin müqavilə əsasında saxta sənədlər tərtib etməklə 1998-ci ilin aprel-may aylannda 3 milyard 375 milyon manat (675.000,0 AZN) dəyərində 1250 ton şəkər tozu alaraq mənimsəmiş, nəticədə «RİÇ» firmasına külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, «A i A» firmasının faktiki rəhbəri olaraq, «Azərbaqqaliyə» TTK ilə bağlanmış müqavilə əsasında «Azərbaqqaliyə» TTK-na 1998-ci ilin dekabr ayında Ukrayna Respublikasından daxil olmuş 46 vaqonda 3045 ton şəkər tozu bəyan edilməsini üzərinə götürərək, həmin şəkər tozu faktiki bəyan edilmədiyi və şəkər tozuna görə gömrük rüsumu ödənilmədiyi halda, onun guya bəyan edilməsi haqqında saxta 04.02.99-cu i l tarixdə ******* saylı yük gömrük bəyannaməsi hazırlatdıraraq, 1 milyard 597 milyon 813 min 758 manat məbləğində gömrük rüsumunun ödənilməsini göstərmiş və həmin bəyannaməni «Azərbaqqaliyə» TTK-na təqdim etmişdir. Bundan sonra o, «Azərbaqqaliyə» TTK-dan faktiki rəhbəri olduğu «Afa» firmasının adına 5 milyard 357 milyon 022 min manat (1.071.404,40 AZN) dəyərində 3648,8 ton şəkər tozu alıb mənimsəyərək, nəticədə «Azərbaqqaliyə» TTK-na 4 milyard 485 milyon 118 min 940 manat (897.023,79 AZN) məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, «A i A» firmasının adından «Azərbaqqaliyə» TTK ilə 01 saylı 03 yanvar 1999-cu il tarixdə icarə müqaviləsi bağlayaraq, bir ay müddətində icarəyə anbar götürmüş, 1999-cu ilin yanvar ayında ABŞ «lnfikorp LTD» firması ilə Rusiya Federasiyasının Çeçeni stan Respublikasının sakini X15 ilə bağlanmış 14 yanvar 1998-ci il tarixli 08 saylı kontrakt əsasında Azərbaycana idxal edilmiş Ukrayna mənşəli 440 min ABŞ dolları (410.960,0 AZN) məbləğində olan 1225 ton 930 kq şəkər tozunu almaq adı ilə həmin anbara qəbul edib, istintaqla müəyyən edilməmiş şəxslərə sataraq, əldə edilən vəsaiti mənimsəmiş, nəticədə R.Arsamakova külli miqdarda ziyan vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilsə belə, məhkəmə yalnız təqsirlənd irilən şəxsin formal şəkildə dindirilməsi ilə kifayətlənərək faktiki ittihamı şübhə altına qoyan hər hansı bir yeni məlumat (dəlil, sübut) əldə etməmişdir. Məhkəmə ilk dörd epizoduna qiymət verərkən hökmdə qeyd etmişdir ki, Məhkumla «Azərbaqqaliyyə» TTK arasında şəkər tozunun alqı-satıqısı ilə bağlı işgüzar münasibətlər mövcüd olmuş, TTK-nın Məhkum rəhbərlik etdiyi şirkətlərə şəkər tozu veməkdə özünün də qazanc əldə etmək niyyəti olmuş və bununla belə tərəflərin arasında mülki mübahisə yaranmışdır. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş «Azərbaqqaliyə» TTKnın direktoru Şahid1 ifadələrində bağlanmış müqavilələr əsasında Məhkum aldığı malların dəyərini qismən ödəyərək qalan məbləğləri ödəmədiyi səbəbindən «Azərbaqqaliyə» TTKna 4.485.118.000.940 AZM (898.023,80 AZN) manat məbləğində ziyan vurduğunu göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş «Azərbaqqaliyə» TTK-nın işçiləri X26, X18, X19 və qeyriləri Şahid1 ifadəsini təsdiq etmişlər. Bundan əlavə iş üzrə şahid qismində dindirilmiş X20 ifadəsində Məhkum «Azərətsüd» İTB-nin ünvanına 25.03.98-ci il tarixdə İtaliya Respublikasının «Andcelo 0/7 Korporation» firmasından daxil olmuş 376.473 ABŞ dolları dəyərində ət konservlərinə görə Bakı Baş Gömrük İdarəsinə 556.540.808 AZM məbləğində gömrük rüsumunun ödənilməsində müvəqqəti maliyyə çətinlikləri olan «Azərətsüd» İTB-nin «Qeoseym» firmasına ünvanlanmış 11.06.98-ci il tarixli məktubundan istifadə edərək, faktiki rəhbərlik etdiyi «Qeoseym» firmasının hesablaşma hesabı olan «Bakinvestbank» kommersiya bankının ştampından istifadə edərək, guya gömrük idarəsinə 556.540.808 AZM məbləğində pul vəsaiti Bakı Baş Gömrük İdarəsinə Birliyin əvəzinə köçürülməsi haqqında xx.xx.1998-ci il tarixli saxta ödəniş tapşırıqları tərtib edib Gömrük idarəsinə təqdim etdiyini, ət konservlərinin bəyan edilməsinə nail olduğunu, bundan sonra həmin bəyannaməni «Azərətsüd» İTB-nə təqdim etdiyini, xx.xx.1998-ci il tarixdə «Azərbətsüd» İTB-nin hesabından 500.000.000 AZM «Qeoseym» firmasının hesablaşma hesabına köçürüldüyünü, həmin vəsaitin onun tərəfindən rəhbərlik etdiyi «Bakflninvest» kommersiya bankının banklararası borc hesabına «Sığorta» kommersiya bankına köçürməklə ələ keçirdiyini, bununla da dövlət büdcəsinə çatası külli miqdarda vəsaiti mənimsədiyini; habelə Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənini əmlakını ələ keçirmək məqsəd i ilə «Altay-NV» firmasının sənədlərini əldə etdiyini, kərə yağının konsiqnasiya şərtləri ilə satılması haqqında «Azərbətsüd» İTB ilə 13.01,1997-ci il tarixli müqavilə bağladığını, tanışı X4 adına 13.01,1997-ci il tarixli 05 saylı və xx.xx.1997-ci il tarixli 07 saylı etibarnamələr tərtib etdiyini, həmin etibarnamələr əsasında «Azərbətsüd» İTB-dən 1.481.799.000 AZM dəyərində 150 ton kərə yağı sataraq mənimsədiyini, nəticədə dövlətə külli miqdarda ziyan vurduğunu təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş «Azərətsüd» İTB-nin direktorunun müavini Şahid2, baş mühasibi X9 və qeyriləri X14 ifadəsini təsdiq etmişlər. Digər bir epizod üzrə iş materiallarından göründüyü kimi, X7 410.960 manat dələduzluq yolu ilə ələ keçirilməsi faktı istintaq zamanı müəyyən edilmiş, həmin Bu epizod üzrə ci nayət təqibi prokurorun təşəbbüsü ilə başlanmış, X7 isə tapılıb dindirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası 10 yanvar 2023-cü il tarixli hökmü çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. K assasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun göstərilən maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı sübuta yetirildiyini bildirib, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Sadıxov Əlimərdan Sadıx oğlu çıxış edərək, məhkumun uzun müddət ölkə ərazisində olmadığını, heç bir cinayət pozuntusuna yol vermədiyini, “Riç” firma sının məhkumla bağlı kassasiya şikayəti vermədiyini, apellyasiya məhkəməsinin də haqlı qərar qəbul etdiyini bildirib, kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən m üəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Birinci instansiya məhkəməsi Məhkum Möhübbət oğluna ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsədə, məhkəmə iclasında zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla qeyd olunan cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq, sübut ları təkrar tədqiq edərək, o cümlədən, təqsirləndirilən və zərərçəkmiş şəxsi təkrar dindirərək və digər sübutları nəzərdən keçirib tədqiq edərək haqlı olaraq müəyyən etmişdir ki, Məhkum Möhübbət oğluna verilmiş ittiham üzrə əməldə cinayət tərkibi yoxdur və onun təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya protestində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısın ın kassasiya protestində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvə zsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və s.) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əm lakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Protestdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla z iddiyyət təşkil etmir. İttihamın ilk dörd epizodu kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarına və kassasiya protestinin dəlillərinə parallel nəzər yetirdikdə müəyyən edir ki, iş üzrə şahid qismində dindirilmiş «Azərbaqqaliyə» TTK-nın dikektoru Şahid1 ifadələrində Məhkum Möhübbət oğlunun aralarında olan 02 avqust 1996-cı il tarixli müqavilə əsasında icra etməli olduğu öhdəlikləri lazımınca icra etməməsi səbəbindən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə rəhbəri olduğu «Azərbaqqaliyə» TTK-yə ziyan vurduğunu qeyd etsə də, şahid qismində dindirilmiş digər şəxslər «Azərbaqqaliyə» TTK-nın işçiləri X26, X18, X19 və qeyriləri Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə versələr də Məhkum Möhübbət oğlunun faktiki rəhbərlik etdiyi şirkətlərlə (“A i A”, “Emil-96”, “Titanus” və “Alfa-ST” firmaları ilə), «Azərbaqqaliyyə» Topdansatış Ticarət Kontoru arasında şəkər tozunun alqı-satqısı ilə bağlı alqı-satqı münasibətlərin, yəni işgüzar münasibətlərin olduğu, o cümlədən Şahid1 ibtidai istintaq zamanı verdiyi və ittiham aktında təsvir edilmiş ifadəsi ilə ittihamın məzmununun ziddiyyətli olduğu, həmçinin ibtidai istintaq zamanı Məhkum Möhübbət oğlunun Ramiz Cəfərovla və Şahid1la üzləşdirilmə istintaq hərəkətinin həyata keçirilməsi səbəbindən Məhkum Möhübbət oğluna elan olunmuş ittiham üzrə əməldə cinayət tərkibinin olmasına, onun təqsirliliyini təsdiq olunmasına münasibətdə qeyd olunan ifadələr mötəbər hesab edilə bilməz. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət m ühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətlən dirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində t əsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlinir ki, ilk dörd epizodu üzrə qeyd edilməlidir ki, «Azərbaqqaliyyə» TTK Məhkum rəhbərlik etdiyi şirkətlərə şəkər tozu veməkdə özünün də qazanc əldə etmək niyyəti olmuş və belə münasibətlərin müqavilə münasibətlərindən yaranan mübahisələr kimi mülki qaydada da həll olunması mümkün idi. O cümlədən, kassasiya məhkəmə kollegiyası ittihamın beşinci epizod üzrə saxta ödəniş tapşırığı əsasında ət konservlərinin ölkəyə necə buraxılmasının, o cümlədən səkkizinci epizod üzrə gömrük rüsümu ödənilmədiyi halda həmin malların ölkəyə necə buraxılmasının aydın olmaması, altıncı epizod üzrə Məhkum Möhübbət oğlunun “AltayNV” f irmasına faktiki rəhbərlik etmədiyi və bununla da həmin firmanın Məhkum aidiyyatının olmaması, habelə həmin epizod üzrə adı keçən Ağakamil Ağayev adlı şəxsin ümumiyyətlə müəyyən olunmaması və cinayət işi üzrə şahid qismində dindirilməməsinin epizodun həqiqiliyini şübhə altına aldığı barədə apellyasiya məhkəməsinin fikirləri ilə razılaşır. Sonuncu epizod üzrə X7 ümumiyyətlə zərərçəkmiş şəxs qismində tanınmaması, nə zərərçəkmiş şəxs qismində, nə də ki şahid qismində ibtidai istintaq zamanı dindirilməməsi Məhkum Möhübbət oğlunun təqsirliliyinin sübuta yetirilməməsinə əsas verir. Məhkum Möhübbət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham yalnız zərəçəkmiş şəxslərin ifadələri üzərində qurulmuşdur, həmin ittihamlar bir-birini tamamlamayan eh timallarla və ziddiyyətlərlə müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş sübutlar Məhkum Möhübbət oğlunun təqsirli bilinməsi üçün kifayət etmir və mötəbərliyi sual altındadır. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Məhkum Möhübbət oğlunun əməlində cinayət tərkibinin olmasını, habelə təqsirliliyini sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Möhübbət oğluna Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 3 20.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə - yəni iki əsasla bəraət verilməsi verilməsi məsələsinə də qiymət verərkən müəyyən olunur ki, verilmiş ittiham üzrə müvafiq olaraq bəzi epizodlar üzrə Məhkum əməlində ümumiyyətlə cinayət tərkibi olmaması, digər epizodların isə sübuta yetirilməməsi əsası müəyyən olunur. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Məhkum Möhübbət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsi cinayətprosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyi sübuta yetirilməsinə və əməldə cinayət tərkibinin olmasına dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər Məhkum Möhübbət oğlunun barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddə alarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa, həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələ rin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edi lməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində apelyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və hökmün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasi ya instansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Möhübbət oğlunun təqsirliliyinin sübuta yetirilməməsi və əməlində cinayət tərkibinin olmaması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Möhübbət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsi nə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar