Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1242/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun, Məhkumlar Məhkum1 və Məhkum1 iştirakları ilə ** **** 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda y aşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), Şahid4 və T.Q.Hüseynov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 14 avqust 2020-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), M.Ə.Abbasov və Z.A.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü dəy işdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2020-ci ilin yanvar ayında qeyri-rəsmi nikahda yaşadığı Gürcüstan Respublikasının vətəndaşı Məhkum2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvündən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edilmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə “Zi lli” və “Moreschi” markalı 2 (iki) cüt ayaqqabının hər birinin daban hissəsində olan boşluqda gümüşü rəngli falqalara bükülməklə gömrük nəzarətindən gizlədilərək saxlanılmış cəmi 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 24,066 qram, 19,782 qram, 23,658 qram və 24,237 qram olmaqla, ümumilikdə külli miqdarda, cəmi təmiz çəkisi 91,743 qram təşkil edən narkotik vasitə heroini cinayətkar qrupun üzvü Məhkum2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, içərisində həmin narkotik vasitə olan bağlamanı Çexiya Respublikasının Praqa şəhərinə X1 adlı şəxsə göndərmək üçün 16 fevral 2020-ci il tarixdə, saat 17:00 radələrində cinayətkar qrupun üzvü Məhkum2 ilə birlikdə "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən 1 saylı poçt filialının Mərkəzi poçt şöbəsinə gedərək, or ada poçt bağlamasının invoys sənədində adını və ata adını təhrif edərək X3 adından, həmçinin əlaqə saxlanılması üçün istifadəsində olmayan mobil telefon nömrəsini qeyd etməklə CN23EMS nömrəli gömrük bəyannaməsi əsasında 1 (bir) ədəd eynək və 2 (iki) cüt ayaqqabı kimi bəyan edərək izləmə kodu EE002076850AZ olan həmin poçt bağlamasını “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Çexiya Respublikasına İvana Gorolova adlı şəxsə göndərmiş, qeyd olunan poçt bağlaması 18 fevral 2020-ci il tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanının Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edildiyi üçün yoxlama tətbiq edilmiş, xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış baxış zamanı külli miqdarda, cəmi təmiz çəkisi 91,743 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, heç bir cinayət törətməmişdir. Ona 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cəzasını yüngülləşdirən hallar nəzərə alınmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum1 ərizə təqdim edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizənin təsdiq edilməsi ilə ba ğlı Məhkum1, məhkumun ərizəsinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikay ətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1242/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1242/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver