Məhkəmə qərarları › İş №1(102)-1243/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1243/2019

08.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1243/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə və qeyrisinin təqsi rli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Ceyhun Bəşir oğlu) xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 13.03.2017-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş və cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük bağları massivində yerləşən fərdi evdə yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13.03.2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsin ə əsasən hazırki hökm üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 18.05.2017ci ildən 20.05.2017-ci il tarixədək 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin edilən cəzadan çıxılmış və məhkumun üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 06 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd o ğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Nəbiyev Hüseyn Əmir oğlundan ibarət tərkibdə) 26 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13.03.2017-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 18.05.2017-ci ildən 20.05.2017-ci il tarixədək 2 (iki) gün həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin edilən cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24.04.2017-ci il tarixdə, səhər saat 05 radələrində X1 Sumqayıt şəhəri Corat qəsəbəsində yerl əşən yaşadığı evin işıqlarının sönülü olduğunu görüb evdə olan şəxslərin yatmasına əmin olduqdan sonra giriş qapısının şüşəsini çıxararaq qapının arxasında olan açarla qapını açıb evə qanunsuz daxil olaraq dəhlizdəki X1un yatdığı divanın qarşısında olan jurnal masasının üstünə qoyulmuş sonuncuya məxsus 250 manat dəyərində 1 ədəd “HP” markalı Probook 4 modelli, İntel Core İ5 6 GB ram 15,6 LCD Windows 7, xüsusiyyətli notebooku, 120 manat dəyərində 1 ədəd “Samsunq” markalı, “SM-G 7102” modelli, plasmas metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, 8,0 meqa piksel rəqəmsal fotokameralı, mobil telefonu və üzərindəki 20 manat dəyərində ***-***-**-** nömrəli sim kartı və yaxınlıqda olan digər masanın üstündə olan 130 manat dəyərində 1 ədəd “Samsunq S 4” markalı mobil telefonu və üzərindəki 5 manat dəyərində ***-***-**-** nömrəli sim kartı ilə birlikdə gizli yolla talayaraq, X1a ümumilikdə 525 manat ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi cəza təyini zamanı cinayəti etiraf etməsi və səmimi peşmançılıq hissi keçirməsi, şəxsiyyəti, ailə vəziyyəti, barəsində şikayətçi olmaması və digər cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli b ilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi26 dekabr 2017-ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən Məhkum törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini və cinayət qanun normasına edilmiş dəyişiklikləri nəzərə almaqla ona uyğun cəza təyin etmişdir. Cəzanın ağırlı ğı ilə bağlı Məhkəmə Kollegiyası bildirir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəza, həmin maddənin sanksiyasına nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddindədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar