Məhkəmə qərarları › İş №1(102)-1243/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1243/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1243/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər оğlu və Abdulov Rəşad Məhərrəm ooğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Abdullayev Aydın Məmməd oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.1, 120.2.5, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə və ona CM-in 307.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Abdullayev Aydın Məmməd oğlu tərəfindən verilmiş həmin şikayətə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı A ğır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) Məhkum, 18 oktyabr 1984-cü il tarixdə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, Xaçmaz rayonunun Ağ-Yazı Buduq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 120.2.1, 120.2.5, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.1, 120.2.5, 120.2.11-ci maddələri ilə 19 (on doqquz) il müddətə, CM-in 181.3.2 və 181.3.3-cü maddələri ilə 15 (on beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən to plamaq yolu ilə qəti olaraq cinayətlərin məcmusu üzrə cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 307.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da CM-in 120.2.1, 120.2.5, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum edilmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs2 7 fevral 2016-cı il tarixdə, saat 04 radələrində Xaçmaz rayonu, Ağyazı-Buduq kəndində həmkəndlisi X1 əmlakını ələ keçirmək məqsədilə yaşadığı evə qanunsuz girərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib həyatdan qəsdən məhrum etmək niyyəti ilə yerə yıxaraq əlləri ilə ağız və burun dəliklərini qapadıb boğduqdan qısa müddət sonra sonuncunun huşunu itirib hərəkətsiz vəziyyətə düşməsinə görə öldüyünü zənn edərək, onun gödəkçəsinin cibindən və çantasından cəmi 11.000 manat nağd puldan ibarət əmlakını ələ keçirməsini, cinayətin izini itirmək məqsədilə özü ilə gətirdiyi 5 litrlik plastik qabda olan yanacağı evin müxtəlif hissələrinə töküb odlamaqla yanğın zamanı yaranmış toksiki qazların təsiri ilə aşkar surətdə köməksiz vəziyyətdə olan X6nı zəhərləyərək xüsusi amansızlıqla qəsdən öldürməsini və ümumilikdə 5.400 manat dəyəri ndə özgənin əmlakını ümumi təhlükəli üsulla yandırmaqla qəsdən məhv etməsini Təqsirləndirilən şəxs2 özündən öyrənib yəqinliklə bildiyinə baxmayaraq, sonuncu tərəfindən əldə edilən 11.000 manat nağd puldan ibarət əmlakdan ona verdiyi 5.000 manatı alaraq qeyd olunan xüsusilə ağır cinayət barədə məlumat verməmişdir. Bundan başqa, Məhkum 2015-ci ilin iyun ayında ünvan 1 ünvanında yaşadığı evdə müxtəlif çeşidli malların topdan və pərakəndə satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə basqın edib qəsdən öldürməklə külli miqdarda əmlakını ələ keçirmək məqsədilə dayısı Təqsirləndirilən şəxs1 və tanışı Xaçmaz rayonu, Ağ-Yazı Buduq kənd sakini Təqsirləndirilən şəxs2 ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub basqının plan və detallarını öz aralarında müzakirə edərək vəzifə bölgüsü ap armaqla törədiləcək cinayətdə istifadə edilməsi üçün əldə etdiyi ov bıçağını özünə məxsus “Daewoo Centra” markalı **PC-*** qeydiyyat nişanlı avtomaşının yük yerinə qoymaqla, vəzifə bölgüsünə əsasən 15 iyun 2016-cı il tarixdə saat 20-21 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin avtomaşında Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gedib, yük yerindən ov bıçağını götürərək mal almaq bəhanəsi ilə evin həyətyanı sahəsinə daxil olduqdan və kənar şəxslərin girməməsi üçün giriş darvazasının qapısını Təqsirləndirilən şəxs2 içəridən kilidlədikdən sonra həyətdəki anbarın qapısı qarşısında dayanmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hücum edərək silah qismində istifadə etdiyi bıçaqla həyat üçün vacib olan boyun nahiyəsinə bir neçə dəfə zərbə endirməklə qəsdən boyunun sağ ön yan səthində yerləşən ümumi yuxu arteriyasını, onun şaxəsini və traxeyanı zədələyən 5 ədəd deşilmiş-kəsilmiş yara və boyunun arxa səthində sağ bazu oynağı nahiyəsinin iki ədəd qançırı ilə müşayiət olunan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs1 tamah məqsədilə və quldurluqla əlaqədar qəsdən öldürmüş, anbarda yerləşən rəfin yuxarı gözündə kağız qutuda olan 560 manatı, Zərərçəkmiş şəxs1 istifadəsində olan 120 manat dəyərində “Nokia” markalı mobil telefonu, daha sonra isə evin birinci mərtəbəsinin giriş qapısının üstündə olan cəmi 30 manat dəyərində açar toplusunu götürüb birinci və ikinci mərtəbələrdə yerləşən otaqların qapılarını açaraq yaşayış sahəsinə qanunsuz olaraq girməklə, birinci mərtəbədə televizor altlığının ikinci gözündə yerləşən iki ədəd qutudan həmin dövrün rəsmi məzənnəsi ilə 287.280 manata bərabər 190.000 ABŞ dollarını, ikinci mərtəbədəki otaqdan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 məxsus 900 manat dəyərində bir ədəd qızıl üzüyü tapıb götürmüş, qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən verdiyi məsləhətlərə müvafiq olaraq cinayətin izini itirmək məqsədilə televizor altlığının birinci gözündən həmin evdə quraşdırılmış kamera görüntülərini qeydə alan 400 manat dəyərində sərt diskli yaddaş blokunu və peyk antenasının cəmi 150 manat dəyərində iki ədəd tünerini, ümumilikdə 289.440 manat məbləğində külli miqdarda əmlakı ələ keçirmiş və saat 21:43-də telefonla əlaqə saxladıqları Təqsirləndirilən şəxs1 onları Xaçmaz şəhəri, R.Behbudov küçəsində “Topxana” adlı restoranın yaxınlığında gözlədiyin i dəqiqləşdirərək, Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə gedib Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla yaşadığı Xaçmaz rayonu, Ağ-Yazı Buduq kəndinə qayıtmış, əldə edilmiş pullar qrup üzvləri arasında bölündükdən sonra Təqsirləndirilən şəxs2la birlikdə yaddaş blokunu, tünerləri, evin açarlarını və cinayətdə istifadə etdikləri bıçağı Samur-Abşeron su kanalının Arzu kəndindən keçən hissəsinə ataraq 2016-cı ilin iyun ayının sonlarınadək Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, Yeni Voxr küçəsində qeyri-rəsmi nikah münasibətində olduğu Şahid35 evində gizlənməklə, ələ keçirilmiş əmlakdan sonuncuya üzük və gündəlik xərclərinin ödənilməsi üçün 10.000 ABŞ dolları verilmiş, 10.000 manata “Mersedes-Benz B klass” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı və 33.000 manata “BMW X6” m arkalı **KA-*** dövlət qeydiyyat nişanlı avtomobillər, Təqsirləndirilən şəxs2 8.000 manata “VAZ21214” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil, 600 manata “İ-Phone 5” markalı mobil telefon, 80 manata “Mİ-Fİ” aparatı, özünə 1000 manata “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 3.900 manat ilkin ödənişlə “Mercedes E240” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmış, 38.863 manat qrup üzvlərinin özlərinin və qohumlarının ayrı-ayrı fiziki və hüquqi şəxslərə əvvəlcədən olan borclarının, 1.995 manat müxtəlif xidmət haqlarının ödənilməsinə, qalan məbləğlər digər məqsədlərə sərf edilmişdir. Hökmdən dövlət ittihamçısı Tarverdiyev Anar Şəmsəddin oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X14, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Əsədov İlham Fərhad oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Quliyeva Aytən Qəhrəman qızı, Məhkum və onun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 2 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının2 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tə rəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Abdıyev Telman Xanlar oğlu tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsirov İnqilab Maşallah oğlu (sədrlik edən və məruzəçi) Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 24 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 5 dekabr 2023-cü il tarixdə Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyab r 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək əməlinin CM-nin 120.2.1, 120.2.5, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrindən CM-in 194.2.4 və 307.1-ci maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 29 dekabr 2023-cü il tarixli qərarı ilə məhkumun vəsatəti təmin edilməmiş, onun Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti və müdafiəçisi A.M.Abdullayev kassasiya şikayətinə əlavə verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: CPM-in bir sıra maddələrinə və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həbs olunduqdan sonra bir çox xəstəliklərdən – keçirilmiş KBT qalıq əlamətləri, asteno-nevrotik sindromu, stenokardiya, onurğa fəqərəsində yırtıqdan əziyyət çəkmiş, dəfələrlə müayinə və müalicə olunmuş, hal-hazırda da cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xİdmətin 9 saylı cəzaçəkmə müəssisəsinin tibb hissəsində qeydiyyatdadır. Şikayət müəllifi həmçinin bildirmişdir ki, səhhətində olan ciddi problemlərlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına verdiyi vəsatətə əlavə edilməsi üçün 9 saylı cəzaçəkmə müəssisəsinin tibb hissəsinə arayış verilməsi ilə bağlı müraciət etsə də müraciəti cavabsız qalmış, bu səbəbdən də xəstəliyi ilə bağlı məhkəmələrə heç bir arayış təqdim edə bilməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarını, cinayət qanunun normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamadan kassasiya şikay əti vermə müddətinin bərpası barədə verdiyi vəsatətini təmin etməmişdir. CPM-in bir sıra müddəalarına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının normalarının şərhi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən müdafiəçi A.M.Abdullayev kassasiya şikayətinə oxşar məzmunlu olan həmin şikayətinə əlavəsində qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyası Məhkum kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatətinə baxılmasına formal yanaşmış, bununla əlaqədar prosessual qanunvericilikdə təsbit edilmiş normaları dar çərçivədə, hərfi mənada qiymətləndirmiş, psixi və fiziki pozuntulardan əziyyət ç əkməsini nəzərə almamış, onun ağır xəstəliyinin olmaması, fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər halın baş verməsi barədə iş materiallarında heç bir sənədin olmadığına əsaslanaraq kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. İş materiallarından görünür ki, Məhkum xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş, əvvəllər cinayət törətməmiş, Zərərçəkmiş şəxs1 qətlə yetirmədiyini hər bir məhkəmə prosesində bildirmişdir. İş üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar o, və digər proses iştirakçıları tərəfindən birmənalı qiymətləndirilməmiş, istintaq və məhkəmə prosesləri zamanı cavablandırılmamış suallar şübhə doğurmuş və Məhkum edilməsində məhkəmə səhvinin olması istisna edilmir. Belə bir vəziyyət Məhkum zahirən özünü büruzə verməyən dərin psixi sarsıntı keçirmədiyini deməyə əsas vermir. Bundan başqa, məhkumluq həyatı sürməmiş şəxsin 20 il azadlıqdan məhrum edilməklə, cəzasının ilk 5 ilini həbsxanada keçirməsini, çox ağır həbsxana rejiminə adaptasiya olunmasının onun üçün fövqəladə hadisə və iradəsindən asılı olmayan bir hal kimi qiymətləndirilməməsi məntiqsizdir. Bununla yanaşı, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi hökmü təsdiq etdikdən sonra, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən perspektivsiz hesab edilərək kassasiya şikayəti verilməmiş, sonrakı mərhələlərdə belə bir hüquqdan istifadə edilməsinə müdafiə tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkum kassasiya şikayəti verməsi, bu şikayətin verilməsində, şikayəti vermə müddətinin bərpas ında təkidli olması, onun bu hüquqdan məlumatsızlığı və müddətin buraxılmasının nəticələrindən xəbərsiz olması ilə izah oluna bilər. Bu səbəbdən, Məhkum kassasiya şikayəti vermə hüququ, nəticədə barəsində ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu hesab olunmalıdır. Hüquqlarını müdafiə etdiyi şəxs bunu başa düşdükdən, həmçinin həbsxana şəraiti imkan verdikdən sonra, kompyüterin və hətta çap makinasının olmadığı yerdə, lakin hakimlərin oxuyacağı ümidi ilə çap hərflərlə kassasiya şikayəti və müddətin bərpası barədə vəsatət, vəsatət təmin edilmədikdə bu barədə qərardan şikayət tərtib edərək əlyazma şəklində məhkəməyə göndərmişdir. Bütün bunlar, apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Beləliklə, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatə tə baxarkən və qərar qəbul edərkən apellyasiya instansiyası məhkəməsi formal olaraq buraxılmış müddətin riyazi hesablanmasına deyil, həmin müddətin bərpa edilməməsinin şəxsin ədalətli məhkəmə baxışı hüququnu pozub-pozmadığına diqqət yetirməli idi. Odur ki, bütün bunlar Məhkum tərəfindən müddətin buraxılmasının üzürlü səbəblərdən baş veməsi kimi qiymətləndirilməlidir və onun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan prosedurlar çərçivəsində ədalətli məhkəmə baxışı hüququ təmin olunmalıdır. Kassasiya şikayətinə əlavədə göstərdiyi bu hallara əsaslanaraq müdafiəçi A.M.Abdullayev kassasiya şikayəti ilə birlikdə ona etdiyi əlavənin də təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini və kassasiya şikayət inin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin olumamasını və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya müraciətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarınn bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzar ətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM- in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansi ya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxa rı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməs i, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. CPM-in 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şi kayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarında” müəyyən ed ilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ona apellyasiya instansiyası məhkəməsinin qərarının verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarı Məhkum və onun müdafi əçisi R.M.Mirmehdizadənin iştirakı ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarının surəti 4 oktyabr 2019-cu il tarixli 1(105)-247/2019 saylı məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna, müdafiəçi R.M.Mirmehdizadəyə və Məhkum şəxsi işinə əlavə olunması və məhkuma təqdim edilməsi üçün sonuncunun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş, 25 oktyabr 2019-cu il tarixdə isə həmin qərar icraya qəbul edilmişdir. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan Məhkum kassasiya şikayəti verməsi üçün müəyyən olunmuş 18 aylıq proses sual müddətin axımı 25 oktyabr 2019-cu il tarixdən başlamış və 25 aprel 2021-ci il tarixdə isə başa çatmışdır. Məhkum isə yalnız 5 dekabr 2023-cü il tarixdə, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarının qəbul edildiyi vaxtdan 4 (dörd) il 2 (iki) ay 3 (üç) gün sonra həmin qərardan kassasiya şikayəti verərək bu şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət qaldırmış, vəsatətində isə göstərilən müddəti buraxmasının səbəblərini səhhətində yaranmış ciddi problemlərlə əlaqələndirmiş, lakin bu halı təsdiq edən müvafiq sənədləri öz vəsatətinə əlavə etməmiş, belə sənədlər həmçinin kassasiya instansiyası məhkəməsinə də təqdim olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət işinin materia llarında olan Azərbaycan Respublikası Ali Məhkməsinin Cinayət Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarından, habelə 2 oktyabr 2019-cu il tarixli qərardan verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxılmasına dair həmin tarixli məhkəmə iclas protokolundan görünür ki, 16 mart 2020-ci il tarixli müqaviləyə və bu müqaviləyə uyğun olaraq verilmiş həmin tarixli order əsasında Məhkum hüquqlarının müdafiəsini həyata keçirən vəkil R.M.Mirmehdizadə qeyd olunan 24 iyun 2020-ci il tarixdə keçirilmiş kassasiya müraciətlərinə məhkəmə baxışı iclasında iştirak etmiş, lakin ona göstərilən orderlə müvafiq səlahiyyətlər verilməsinə baxmayaraq, istər bu iclasdan əvvəl, istərsə onun keçirilməsindən sonra apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməmişdir. Halb uki, apellyasiya icraatı zamanı da məhkəmə iclaslarında və 2 oktyabr 2019-cu il tarixli qərarın elan olunmasında iştirak etmiş müdafiəçi R.M.Mirmehdizadənin hüquqlarını müdafiə etdiyi şəxslə, hətta sonuncu xəstə olsa belə, razılaşdırmaqla və yaxud bundan asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində öz prosessual hüquqlarından istifadə etməyərək belə şikayətlə kassasiya instansiyası məhkəməsinə müraciət etməmişdir. Bu hallar isə ona dəlalət edir ki, Məhkum özünün həm şəxsən, həm də müdafiəçisinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün heç bir məhdudi yyət olmamış, lakin o, özü də qanunvericilikdə nəzərdə tutulmuş məhkəməyə təkrar müraciət etmək hüququndan heç bir səbəb olmadan istifadə etməmişdir. Məhkumun 29 dekabr 2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayətində isə, o, hər hansı bir başqa səbəblərə istinad etməmiş, onun kassasiya şikayətinin verilməsi üçün müddəti belə səbəblərdən buraxılmasını təsdiq edən müvafiq sənədləri isə həmin şikayətinə əlavə etməmişdir. Halbuki, CPM-nin 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Eyni zamanda CPM-in 411.2-ci maddəsinin tələbinə və mənasına görə, kassasiya şika yətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək həmçinin vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya pr otestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasın da və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə baxmayaraq, 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə yalnız özünün müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. İş materiallarından, o cümlədən Məhkum vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o d eməkdir ki, Məhkum 2 oktyabr 2019-cu il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 29 dekabr 2023-cü il tarixli qərardan verdiyi kassasiya şikayətinin və müda fiəçisi A.M.Abdullayevin həmin şikayətə verdiyi əlavənin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə müdafiəçi A.M.Abdullayevin və kassasiya müraciətlərinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan verilmiş kassasiya müraciətəri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar