Məhkəmə qərarları › İş №1(102)-1244/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1244/2019

17.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1244/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Kazım oğlu Əliyev və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə; Ləman Həmzəğa qızı Mehrəliyevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rahib Salmanov, hakimlər Mayıl Bayramov və Azər Orucovdan ibarət tərkibdə), Məhkum, 24 iyul 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 09 mart 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək ona məxsus Bakı şəhəri, ************************saylı binada yerləşən 28 saylı mənzili satdığına görə pulunun olduğunu bilərək qısa müddət ərzində qaytaracağını R8ya qardaşı Zərərçəkmiş şəxs vasitəsi ilə bildirərək R8 aldadıb 27.000 ABŞ dolları ekvivalentində 21.060 manat pulunu 28 noyabr 2014-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, ************************** saylı yaşayış binasının həyətində qardaşı Zər ərçəkmiş şəxs vasitəsi ilə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən, zərərçəkmiş şəxs R8ya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus, lakin bacısı oğlu X4 adına olan Bakı şəhəri, ************************* saylı binada yerləşən ******* saylı mənzili 110.000 ABŞ dolları ekvivalentində-85.800 manata satmağa ona köməklik göstərəcəyinə yalandan vəd verib aldadaraq, həmin mənzili 05 fevral 2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 14 saylı notariat kontorunda ilkin alqı-satqı müqaviləsi əsasında X3 təxminən 63.000 ABŞ dolları ekvivalentində 47.420 manata satıb verdiyi vədə əməl etmədən əldə etdiyi p ulları əvəzsiz olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs külli miqdara maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələblərinə əsasən Məhkum əməli CM-in 178.3.2-ci maddəsindən CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə təqsirli bi linərək ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Tahir Kazımov, hakimlər Hafiz Nəsibov və Əli Seyfəliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə o, ailəvi dost olmuşdur və 2010-cu ildən 2015-ci ilin fevral ayına qədər məşğul olduğu biznes fəalliyətində birlikdə qazanc əldə etmişlər. Bir-birilərinə qarşı heç vaxt narazılıqları olmayıb. Məhkəmənin qərarında göstərilən 47.420 manat dəyərində olan 2 otaqlı mansard tipli mənzili və 21.060 manat bacısının pulunu aldatmaq yolu ilə ələ keçirmək niyyəti olmayıb. Kassator ona verilən cəzanın həddən artıq çox olduğunu, ilk məhkumluğunu, himayəsində iki uşağının olduğunu, ailənin yeganə qazanc gətirəni olduğunu, verilmiş cəzanın yarıdan çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsində olduğu müddətdə rejim qaydalarına tam əməl etdiyini, şikayətçiyə ödəniş etdiyini, həbsdən çıxdıqdan sonra hər ay şikayətçiyə ödəniş etmək niyyətində olduğunu nəzərə alaraq ona verilən cəzanın qanunda nəzərdə tutulmuş ən yüngül cəza növü ilə əvəz edilməsini və barəsində humanist qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin qismən təmin olunması və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəaları tətbiq edilməklə cəzasının yüngülləşdirilməsi barədə Dövlət ittihamçısı və kassasiya şikayətinin təmin olunması barədə Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakılara əsasən məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 16 mart 2018-ci il tarixli qərarı dəyişdirilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində ona verilən cəzanın həddən artıq çox olduğunu, ilk məhkumluğunu, himayəsində iki uşağının olduğunu, ailənin yeganə qazanc gətirəni olduğunu, verilmiş cəzanın yarıdan çoxunun çəkdiyini, cəzaçəkmə müəssisəsində olduğu müddətdə rejim qaydalarına tam əməl etdiyini, şikayətçiyə ödəniş etdiyini, həbsdən çıxdıqdan sonra hər ay şikayətçiyə ödəniş etmək niyyətində olduğunu nəzərə alaraq ona verilən cəzanın qanunda nəzərdə tutulmuş ən yüngül cəza növü ilə əvəz edilməsini, barəsində humanist qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr Məhkum barəsində işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarında göstəri lmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tələblərinə əsasən Məhkum əməli CM-in 178.3.2-ci maddəsindən CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə təqsirli bilinərək ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası kassatorun ona verilmiş cəzanın qanunda nəzərdə tutulmuş ən yüngül cəza növü ilə əvəz edil məsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apelly asiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi Məhkum əməllərini haqlı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Lakin Məhkum əməli 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununun təsiri altına düşdüyündən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməli və ona bu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddi təyin edilməlidir”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində gəldiyi nəticə ilə razılaşır, lakin aşağıdakıl ara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və Məhkum cəzasının yüngülləşdirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 26 sentyabr 2019-cu il tarixdə ünvan 2ş ərizəsindən görünür ki, Məhkum oğlu X5 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə nağd pulla ödənilmiş, odur ki, onun Məhkum qarşı heç bir iddia və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bundan başqa, işə kassasiya instansiyası məhkəməsində baxılanadək iş üzrə digər zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı 08 oktyabr 2019-cu il tarixdə ünvan 2ş ərizəsindən görünür ki, məhkumun X5 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə nağd pulla ödənilmiş, ona görə də onun Məhkum qarşı heç bir iddia və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxışında bildirdi ki, məhkumun oğlu tərəfindən ona vurulmuş maddi zərər tam ödənilmiş, onun Məhkum qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Ona görə də məhkəmə kollegiyasından məhkumun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İşin hallarından müəyyən olunur ki, Məhkum dələduzluq yolu ilə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 47.420 manat, R8n isə 21.060 manat pullarını ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmas ı cəzanı yüngülləşdirən halların sırasına daxildir. Qeyd edildiyi kimi, zərərçəkmiş şəxslərə vurulmuş zərər tam ödənilmiş və sonuncular notariat qaydasında təsdiq edilmiş ərizələri ilə bu faktı təsdiq etmiş və məhkuma qarşı heç bir iddia və maddi tələblərinin olmadıqlarını göstərmişlər. Odur ki, məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və məhz bu səbəbdən Məhkum Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilmə sini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı nın 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır. Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarın şəxsiyyətinin dəyişən təhlükəliliyinə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin “xüsusi çəkisini” nəzərə almağa imkan verir. Avropa İnsan Hüquqları Məhk əməsi özünün bir çox qərarlarında ( “Delcourt Belçikaya qarşı” işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” işi üzrə 01 oktyabr 1982ci il tarixli qərarı; “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Kollegiya qeyd edir ki, cəza sitəm xarakteri daşımamalı və şəxsin islah olunaraq yenidən tam yararlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Sərt cəza heç də həmişə cəzanın qanunla müəyyən olunmuş məqsədinə çatmağa xidmət etmir. Cəza təyin edilərkən iş üzrə bütün hallar müzakirə edilərək nəzərə alınmalı və nəticədə ədalətin təntənəsi aşkar görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Məhkum əvvə llər cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkum edilməmişdir və o, 09 mart 2017-ci il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkir. Kollegiya vurğulamağı zəruri hesab edir ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Kollegiya qeyd edir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslərə vurulan zərərin kö nüllü olaraq tamamilə ödənilməsi onun törətdiyi cinayətə tənqidi münasibətini ifadə etməklə yanaşı, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ailəli, ali təhsilli olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alaraq, iş üzrə dəymiş zərərin könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərərək və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olu nmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün kassasiya şikayətinin qismən təmin edilməsini, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab edir və bu nəticənin qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanun vericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, göstərilən qərarın isə dəyişdirilməsi və məhkumun cəzasının yüngülləşdirilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2018-ci i l tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 08 (səkkiz) aya endirilsin. Cəzasının əvvəli hökmdə göstərildiyi vaxtdan, yəni 09 mart 2017-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar