Məhkəmə qərarları › İş №1(102)-1244/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1244/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1244/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X18 qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Bəraət almiş şəxs – Məhkum, Müdafiəçi – Müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Anar Ələkbərov tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) 29 dekabr 2021ci il tarixli hökmü ilə xx xxxxxx 1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, Məhkum dövlət büdcəsinə ödəməkdən yayındırılaraq ödənilməmiş ******* (bir milyon iyirmi üç min yüz iyirmi) manat 26 (iyirmi altı) qəpik məbləğində vergilər maddi ziyan qismində tutularaq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: Hökmə əsasən Bayramov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN:**********) təsisçisi və rəhbəri olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyal arı özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 92, 98, 103.1, 104, 105.1, 130.1, 130.2, 149, 150, 151, 153, 154, 159, 161, 166, 173, 174, 175, 177, 178, 196, 197, 198, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına cari bəyannamələr təqdim edib ödəməməklə, təqdim etdiyi bəyannamələrə biləbilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən, 1053120,26 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, təsisçisi və fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMC-nin adından İ və İİ səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmək məqsədi ilə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş FHN/54-00707 nömrəli xüsusi razılıq (lisenziya) əsasında Respublikanın Göy-göl, Şəki və Zaqatala rayonlarında apardığı təmir-tikinti işlərinə görə cəmiyyətin "xxxx" ASC-də olan AZ61İBAZ******************** USD, AZ71İBAZ******************** AZN və AZ41İBAZ******************** EUR saylı hesablaş mahesablarına daxil olan pul vəsaitlərindən 2012-ci il üzrə gəliri 5287967,27 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 4406639,39 manat, əldə etdiyi mənfəəti 881327,88 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 176265,58 manat olduğu halda, qeyd olunan ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 5287967,27 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 5001400,38 manat, əldə etdiyi mənfəətini 72012,33 manat və ödəməli olduğu mənfəət vergisini 14402,47 manat göstərərək, 161863,11 manat; 2013-cü il üzrə gəliri 19648959,14 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 16374132,62 manat, əldə etdiyi mənfəəti 3274826,52 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 654965,30 manat olduğu hal da, qeyd olunan ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 11860738,63 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 11240203,98 manat, əldə etdiyi mənfəətini 78761,00 manat və ödəməli olduğu mənfəət vergisini 15752,20 manat göstərərək, 639213,10 manat; 2015-ci il üzrə gəlirini 341527,57 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcini 284606,31 manat, əldə etdiyi mənfəətini 56921,26 manat və ödəməli olduğu mənfəət vergisini 11384,25 manat bəyan edib, 2846,06 manat ödəməklə, 8538,19 manat, cəmi 809614,40 manat mənfəət vergisini; Bundan başqa, o, təsisçisi və fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMCnin adından Göy-göl, Şəki və Zaqatala rayonlarında apardığı təmir-tikinti işlərinə cəlb etdiyi işçi qüvvəsinin gördüyü işlərə görə 2013-cü ilin 2-ci rübü üzrə ödədiyi 1129158,71 manat əmək haqqı məbləğini 25328,17 manat göstərərək, 1103830,54 manat əmək haqqından 14 faiz dərəcə ilə 154536,28 manat; 3-cü rüb üzrə ödədiyi 564904,39 manat əmək haqqı məbləğini 33097,65 manat göstərərək, 531806,74 manat əmək haqqından 74452,94 manat; 4-cü rüb üzrə ödədiyi 83476,17 manat əmək haqqı məbləğini 29232,12 manat göstərərək, 54244,05 manat əmək haqqından 7594,17 manat, cəmi 236583,39 manat ödəmə mənbəyində tutulan vergini; Bundan əlavə, o, təsisçisi və fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMCnin adından 2015-ci ilin may ayı üzrə işçilərə ödədiyi 2900,0 manat əmək haqqından, 406,0 manat, iyun ayı üzrə 2900,0 manat əmək haqqından 406,00 manat, iyul ayı üzrə 7642,86 manat əmək haqqından 1070,00 ma nat, avqust ayı üzrə 7100,0 manat əmək haqqından 994,00 manat, sentyabr ayı üzrə 7060,0 manat əmək haqqından 988,40 manat, oktyabr ayı üzrə 2484,08 manat əmək haqqından 347,77 manat, noyabr ayı üzrə 2000,0 manat əmək haqqından 280,00 manat, dekabr ayı üzrə 2000,0 manat əmək haqqından 280,00 manat, 2016-cı ilin yanvar ayı üzrə 4963,36 manat əmək haqqından 694,87 manat, fevral ayı üzrə 4610,93 manat əmək haqqından 645,53 manat, mart ayı üzrə 1029,15 manat əmək haqqından 144,08 manat, aprel ayı üzrə 704,0 manat əmək haqqından 98,56 manat, may ayı üzrə 690,0 manat əmək haqqından 96,60 manat, iyun ayı üzrə 690,0 manat əmək haqqından 96,60 manat, avqust ayı üzrə 996,0 manat əmək haqqından 139,44 manat, cəmi isə 47770,36 manat əmək haqqında 14 faiz dərəcə ilə 6687,85 manat muzdlu işlə əlaqədar öd əmə mənbəyində tutulan vergini ödənilməsi üçün bəyan etməsinə baxmayaraq, cəmi 6687,85 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini; Habelə, o, təsisçisi və fəaliyyətinə faktiki olaraq rəhbərlik etdiyi "xxxx" MMC-nin 2015-ci ilin sonuna qalıq dəyəri 41455,24 manat olan əmlaka görə 1 faiz dərəcə ilə 414,56 manat əmlak vergisi bəyan edib, 179,94 manat ödəməklə, cəmi 234,62 manat əmlak vergisini, ümumilikdə isə külli miqdar təşkil edən, 1053120,26 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ( hakimlər, X13 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə) 1(103)-459/2022 saylı, 19 aprel 2022-ci il tarixli hökmü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilərək Məhkum əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş, iş üzrə mülki iddia baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan dövlət ittihamçısı Anar Ələkbərov kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş etmişdir. Həmçinin mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən araşdırma tar. hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, CinayətProsessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. İttihamın əsasının 2012-2013, 2015-ci illər üzrə mənfəət, 2013-cü il 2-4-cü rüblər üzrə ÖMV, 2015-ci il may-dekabr, 2016-cı il yanvar-avqust MÖMV təşkil etməsinə baxmayaraq, məhkəmə əsaslandırma hissəsində Məhkum ifadəsinə müraciət edərək göstərmişdir ki, o, cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının nəticələri ilə razı deyil, xərci təsdiq edən bütün sənədlər yoxlamaya təqdim edilməsinə baxmayaraq yoxlama zamanı həmin sənədlər nəzərə alınmamışdır. MMC tərəfindən xx.xx.2014-cü ildə təqdim edilmiş 2014-cü ilin fevral ayının ƏDV bəyannaməsində və xx.xx.2014-cü ildə təqdim edilmiş 2014-cü ilin mart ayının ƏDV bəyannaməsində səyyar vergi yoxlamasının kənarlaşma kimi aşkar etdiyi ƏDV məbləğləri (cəmi 1.489.585,45 manat) vergi ödəyicisi tərəfindən cari bəyannamələr ilə bəyan edilmiş və dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanının “Səyyar vergi yoxlamasının keçiri lməsi haqqında” xx.xx.2014-cü il tarixli **********717614 nömrəli qərarı ilə "xxxx" MMC-də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2015-ci il tarixli **********827252 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması nəticəsində MMC tərəfindən yoxlanılan dövr üzrə mənfəət vergisinin 2012-ci il üzrə 161.863,11 manat, 2013-cü il üzrə 639.213,10 manat, ƏDV-nin 2013-cü il üzrə 1.401.879,68 manat, ÖMV-nin 236.583,39 manat azaldılması aşkar edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli ******** **903078 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi barəsində 1.470.911,93 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-459/2021 nömrəli hökmü ləğv edilərək mülki iddia məbləği tam məbləğdə təmin olunmalı və Məhkum 1.023.120,26 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyan (vergi) ondan tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Anar Ələkbərov onunla əsaslandırır ki, Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ləğv edilmək lə, iş yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni baxışa təyin edilməlidir. Belə ki, Hesab edirəm ki, məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli hökmü çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən, həmin hökm ləğv olunmalı və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəm ə kollegiyası bəraət hökmündə nəticəyə gəlmək üçün ittiham tərəfinin əsaslandırılmış bütün sübutlarına lazımınca qiymət verməmiş, ittiham sübutlarının rədd edilməsinin ağlabatan motivlərini göstərməmişdir. Məhkəmənin iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizalarının rəylərinə istinad etməklə Məhkum bəraət verilməsi ilə bağlı mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, həmin rəylər işin faktiki hallarını əks etdirməmiş, kifayət qədər əsaslı olmamış və istinad olunan sübutlar qeyri-mötəbər olmuşdur. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2021 və 31,03.2022-ci il tarixli rəyləri faktiki olaraq biri digərini təkrarlamış, hər iki rəydə ittiham aktının tərtib olunduğu dövrdən sonrakı vaxtda müəssisə tərəfindən əmlak vergisi, MÖMV və mənfəət vergisi üzrə ödənişlər aparılması və həmin ödənişlərdən sonra müəssisənin əmlak vergisi, MÖMV və mənfəət vergisi üzrə borcunun müəyyən edilməməsi qeyd olunmuşdur. Qeyd olunan iki rəydə, həmçinin göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (ödəniş qəbzlərinə) əsasən, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış vergi məbləğləri müəyyən olunmur. Tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan cəmi 15.460,66 manat vergi borcu məbləği müəyyən olunur (mənfəət vergisi 2015 - 8.538.19 manat, əmlak vergisi 2015 - 234.62 manat, MÖMV - 6.687.85 manat). İttihamda göstərilən 1.053.120.26 manat verginin isə, 1.037.6 59.60 manatının tutulma müddəti Vergi Məcəlləsinin tələblərinə əsasən keçmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövcud qənaətinin əsasını həmin ekspert rəyləri təşkil etdiyindən, rəylərdə istinad edilən dəlillərin təhlili olduqca əhəmiyyətlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cina yət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və mülki iddiaçı VN-in Bakı Lokal Gəlirlər İdarəsinin kassasiya şikayətinin başlıca dəlilləri apellyasiya məhkəməsi tərəfindən X6 ittiham üzrə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassatorların dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadə verərək göstərmişdir ki, cəmiyyətin 2012-2013-cü illər üzrə fəaliyyəti dövründə xərclərini təsdiq edən bütün sənədlərinin mövcud olmasına baxmayaraq yoxlama zamanı həmin sənədlər nəzərə alınmamışdır. Bu səbəbdən cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda göstərilənlərlə razı deyil. Həmin sənədləri istintaqa təqdim etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2014-cü ildə təqdim edilmiş 2014-cü ilin fevral ayının ƏDY bəyannaməsində və xx.xx.2014-cü ildə təqdim edilmiş 2014-cü ilin mart ayının ƏDV bəyannaməsində səyyar vergi yoxlamasının kənarlaşma kimi aşkar etdiyi ƏDV məbləğləri (cəmi 1.489.585,45 manat) vergi ödəyicisi tərəfindən cari bəyannamələr ilə bəyan edilmiş və dövlət büdcəsinə ödənilmişdir. Səyyar vergi yoxlaması aktı xx.xx.2015-ci il tarixdə tamamlansa da vergi ödəyicisinin cari bəyannamələri nəzərə alınmamışdır. Cinayət işi materiallarından görünür ki, "xxxx" MMC tərəfindən 2012-ci ilin cari X2 Xərclər hissəsində göstərdiyi xərclər əldə etdiyi e_VHF ilə, yəni rəsmi ciddi hesabat sənədləri ilə təsdiq edilir. Buna baxmayaraq, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşı vergi ödəyicisi tərəfindən sənədlərin (o cümlədən yerinə yetirilən təmir-tikinti işlərir sərf edilən mal materialların uçotu və silgisi haqqında material hesabatlarının yoxlamaya təqdim edilmədiyini əsas götürərək, 2012-ci il üzrə mənfəət vergisini müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarını tətbiq etməyərək vergi ödəyicisinin xərclərini 20% (faiz) azaltmışdır. Cinayət işi materiallarından görünü r ki, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci ildə təqdim edilmiş 2014-cü ilin X2 səyyar vergi yoxlamasının 2013-cü ilin mənfəət vergisi üzrə kənarlaşma kimi aşkar etdiyi 7.788.220,45 manat gəlir məbləği vergi ödəyici tərəfindən 2014-cü ilin cari X2 bəyan edilmişdir. Səyyar vergi yoxlaması aktı xx.xx.2015-ci il tarixdə tamamlansa da, vergi ödəyicisinin təqdim etdiyi 2014-cü ilin cari Mənfəət vergi bəyannaməsi nəzərə alınmamışdır. Bununla da, Vergi Məcəlləsinin tələbləri istintaq orqanı tərəfində nəzərə alınmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən 2013-cü ilin cari X2 Xərclər hissəsində göstərdiyi xərclərin 10.298.512,0 manat hissəsi əldə etdiyi e_VHF ilə, yəni rəsmi ciddi hesabat sənədləri ilə təsdiq edilir. Eyni zamanda, 2013-cü ildə “Alış Aktları” ilə 9.6 24.442.0 manat xərcləri vardır. "Alış Aktları” nda alınmış malların ölçü vahidi, miqdar vahidin qiyməti və cəmi məbləği barədə bütün məlumatlar qeyd edilmişdir. "xxxx" MMC tərəfindən Göygöl, Şəki və Zaqatala rayonlarında inşa edilən olimpiya komplekslərinin tikintisinə hansı miqdarda və dəyərdə, mal-materialın istifadə edilməsini müəyyən etmək üçün səyyar vergi yoxlaması zamanı araşdırma aparılmamış və ya bunun üçün mütəxəssis dəvət edilməmişdir. Səyyar vergi yoxlaması zamanı "xxxx" MMC tərəfindən görülmüş tikinti işlərinə cəlb olunmuş işçilərin faktiki sayının və əmək haqqlarının müəyyən edilməsi üçün “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət olunmuş və xx.xx.2015-ci il tarixli mütəxəssis rəyi alnımışdır. Həmin rəyə əsasən yoxlama dövründə işçilərə verilən əmək haqqının 1.689,881,33 manat və ödəməli olduğu ÖMV-nin isə 14% (faiz dərəcə ilə 236.583.39 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan “Azərekspertiza” Birliyinin xx.xx.2015-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəy tərtib edilərkən smeta sənədləri üçün 1984-cü ilin norma və qiymətlə əsasında tərtib edilmiş SSRİ Dövlət Tikinti Komitəsinin xx.xx.1990cı il tarixli 10/992 nömrə məktubunda verilmiş izahata əsaslanmışdır. Halbuki bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2015- ci il tarixli 13638 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin xərc sənədləri barədə məlumatlar ekspert tədqiqatına təqdim edilməmişdir. Bundan başqa, ödəmə mənbəyindən tutulan vergi ilə bağlı ekspert şərti rəy vermişdir. Göründüyü kimi ekpert şərti, natamam və əsassız rəy vermişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2019-cu ildə yazılı göstəriş verilmişdir. Lakin həmin məcburi göstərişlər qanuna zidd olaraq nəzərə alınmamışdır. Həmin göstərişdə aşağıdakılar qeyd edilmişdir: - "xxxx" MMC-nin təsisçisi Məhkum istintaqa təqdim etdiyi, cəmiyyətin 2012-2013-cü illər üzrə fəaliyyəti dövrünə aid xərc sənədləri ibtidai istintaqla araşdırılmalı, təqdim edilmiş sənədlərdə qeyd olunan xərclərin görülmüş təmir-tikinti işlərinə sərf edilib-edilməməsi məsələsinə münasibət bildirilməlidir. Bundan başqa, istintaqın xx.xx.2019-cu il tarixli, **********561100 nömrəli sorğusuna Departamentin Təşkilat-analitik və preventive tədbirlər idarəsinin cavab məktubundan görünür ki, “Azərsənaye İnşaat" MMC-nin xx.xx.2019 -cu il tarixə əsas vergilər üzrə borcu 1.149.533,99 manatdır. Cəmiyyət tərəfindən təqdim edilmiş 2014-cü ilin fevral və mart aylarının ƏDV bəyannamələrində səyyar vergi yoxlamasının kənarlaşma kimi aşkar etdiyi ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən cari bəyannamələr ilə bəyan edildiyini nəzərə alaraq, həmin hissədə araşdırma aparılmalı, cəmiyyət tərəfindən kənarlaşma kimi qeyd olunmuş 1.401.879,68 manat ƏDV məbləğinin dövlət büdcəsinə ödənildiyi nəzərə alınmalıdır."xxxx" MMC tərəfindən 2012-ci ilin cari X2 Xərclər hissəsində göstərdiyi xərclərin əldə etdiyi e_VHF ilə, yəni rəsmi ciddi hesabat sənədləri ilə təsdiq edildiyi nəzərə alınmalı, səyyar vergi yoxlamasının 2012- ci il üzrə mənfəət vergisini müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tətbiq edilməsinin əsassızlığı ilə əlaqədar istintaqçı tərəfindən bu fakta hüquqi qiymət verilməlidir. Lakin bu faktlara heç bir hüquqi qiymət verilməmişdir. Səyyar vergi yoxlamasının 2013-cü ilin mənfəət vergisi üzrə kənarlaşma kimi aşkar etdiyi 7.788.220.45 manat gəlir məbləğinin "xxxx" MMC tərəfindən təqdim edilmiş 2014-cü ilin X2 bəyan edildiyini, "xxxx" MMC tərəfindən 2013-cü ilin cari X2 Xərclər hissəsində göstərdiyi xərclərin 10.298.512,0 manat hissəsinin əldə etdiyi e_VHF ilə, yəni rəsmi ciddi hesabat sənədləri ilə təsdiq edildiyini, eyni zamanda 2013-cü ildə “Alış Aktları” ilə 9.624.442,0 manat xərclərinin olduğunu, “Alış Aktları”nda alınmış malların ölçü vahidi miqdarı, vahidin qiyməti və cəmi məbləği barədə bütün məlumatların qeyd edildiyini, cəmiyyət tərəfindən faktiki olaraq G öygöl, Şəki və Zaqatala rayonlarında olimpiya idman komplekslərinin inşa edildiyini nəzərə alaraq, həmin xüsusatlara hüquqi qiymət verilməli, cəmiyyətin mövcud və faktiki xərcləri nəzərə alınmalı həmin hesablamalara yenidən baxılmalıdır. “Azərsənaye İnşaat" MMC-nin işçilərinin aylar üzrə dəqiq sayı müəyyən edilməli, Göygöl, Şəki və Zaqatala rayonlarında olimpiya idman komplekslərinin tikintisinə kənar şəxslərin cəlb edilib edilməməsi, əgər cəlb edilibsə onların şəxsiyyəti, onlara aylar üzrə ödənilən əmək haqları müəyyən edilməli, həmin şəxslər cinayət işi üzrə şahid qismində dindirilməli və yalnız bundan sonra ödəmə mənbəyində tutulan verginin yenidən hesablanmasi aparılmalıdır. Qeyd olunan hallar araşdırıldıqdan sonra təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və ekspertiza rə yi alınmalı və cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Yazılı göstəriş təqdim edildikdən sonra Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2019-cı il tarixli qərarı ilə cinayət işi üzrə istintaq müddəti 4-cü dəfə 13 ayadək - xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin rəisi Ziya Təhməzov tərəfindən cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi tutulan əməliyyatların aparıldığı vaxt” adlanan 166-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmət lər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə iddia müddəti bitdiyi vaxt; natura şəklində aparıldıqda, habelə barter edildikdə - aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən, bu mad dənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Baş Prokurorun 1-ci müavini R.Usubovun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, səyyar vergi yoxlaması ilə aparılmış hesablaşmaların ibtidai istintaq zamanı öz təsdiqini tapmadığını, Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi tutulan əməliyyatların aparıldığı vaxt” adlanan 166-cı maddəsınin xx.xx.2020-ci il tarixdən yeni redaksiyada qüvvədə olmasını, əlavə dəyər vergisi üzrə vergi ödəyicisinin qanunvericiliyə əməl etmə vəziyyətinin qanunvericiliklə bir daha təsdiq edildiyini, mənfəət vergisi üzrə əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarının tə tbiq edildiyini və əsassız hesablamalar aparıldığını, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinə “Malların alış aktı” adlanan 71-2-ci maddənin əlavə edildiyini, ödəmə mənbəyindən tutulan verginin təsdiq edilməsi üçün yazılı göstərişdə qeyd olunanların icra edilmədiyini nəzərə alaraq, cinayət işi üzrə ibtidai istintaqın dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli, iş üzrə icraat təzələnməli, “Azərsənaye inşaat" MMC-nin ƏDV üzrə öhdəliklərinin yerinə yetirildiyi nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməli idi. Lakin ibtidai istintaq orqanı tərəfindən yuxarı prokurorun qərarına biganə yanaşılmış, qərara zidd olaraq ona ittiham irəli sürülmüş, o həbs olunmuşdur. Həmin qərar Baş Prokuror tərəfindən ləğv edilməmişdir, qüvvədədir. Belə olan halda həmin qərarın icrası və qərarda göstərilənlərin müstəntiq tərəfindən nəzərə alınması CPM-nin 85-ci maddəsinin tələblərinə görə məcburidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 209. 209.2.2 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Sonradan verdiyi "xxxx" MMC-də aparılmış səyyar vergi yoxlaması və yoxlamanın nəticəsinə dair tərtib ed ilmiş səyyar vergi yoxlaması aktının nəticələrindən məlumatı olmasına baxmayaraq, həmin hesablamalarla razı deyil. Belə ki, "xxxx" MMC-nin fəaliyyəti dövründə bütün xərc sənədlərinin olmasına baxmayaraq, yoxlama zamanı həmin xərc sənədləri nəzərə alınmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları tətbiq edilməklə, müəssisəyə mənfəət vergisi, həmçinin, rəhbəri olduğu müəssisədə ödəmə mənbəyində tutulan verginin yoxlanılması zamanı yoxlama tərəfindən mütəxəssis təyin edilmiş, həmin mütəxəssis rəyinə və Dövlət Statistika Komitəsinin müvafiq məktubuna əsasən müəssisəyə ödəmə mənbəyində tutulan vergi hesablanmış, lakin, cəmiyyətdə işləmiş işçilərə verilmiş aylıq əmək haqqından hər biri üçün ayrı ayrılıqda 14 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan verginin hesablanar aq, vaxtında dövlət büdcəsinə ödənilməsi təmin edildiyi üçün cəmiyyətə hesablanmış ödəmə mənbəyində tutulan vergi və kameral vergi yoxlaması ilə hesablanmış digər vergilərlə də, razı deyil, müəssisənin fəaliyyəti üzrə bütün vergi hesabatları vaxtında aidiyyəti üzrə təqdim edilərək, vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Müəssisənin fəaliyyəti üzrə bütün vergi hesabatları vaxtında aidiyyəti üzrə təqdim edilərək, vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 09 iyul 2015-ci il tarixli, 13638 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənələrə əsasən "xxxx" MMC-i üzrə xx.xx.2012-ci il ta rixdən xx.xx.2014-cü il tarixədəx olan dövrdə aparılmış əməliyyatlara görə 419.089,75 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: ƏDV üzrə 1.401.879,68 manat; - mənfəət vergisi üzrə 801.076,21 manat; İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2016-cı il tarixli, 26378 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənələrə əsasən, tədqim edilmiş cinayət işi materiallarında olan "xxxx" MMC-nin şəxsi şəxsi hesab vərəqəsi və bəyannamə məlumatlarından nəzərə alınmalqa cari bəyannmə ilə hesablanmış ödənilməli olan borc məbləği 91.523,96 manat məbləğində olunur, o cümlədən; - MÖMV üzrə ------------------------- 6.687,85 manat; - ƏD V üzrə ---------------------------- 76 063,30 manat; - Əmlak vergisi üzrə ------------------------- 234,62 manat; - Torpaq vergisi üzrə ---------------------------- 8.538,19 manat; Göründüyü kimi hər iki halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin istintaq orqanının "xxxx" MMC-də dövlət büdcəsinə az hesablanmış vergilərin növləri və məbləğləri dövlər üzrə müəyyən edilməsi barədə sualına cavabı fərqli və ziddiyətli olmuşdur. Ziddiyətin biridə, eyni suala fərqli nəticələrin verilməsində başqa, 09 iyul 2015-ci il tarixli 13638 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində 419089,75 manat məbləbğində vergilərin dövlət büdcəsinə az hesablanması qeyd edilərək, bu məbləğə ƏDV üzrə 1.401.879,68 manat və mənfəət vergisi üzrə 801.076,21 manat vergilən yayı nma məbləğlərin daxil olması qeyd edilmişdir. Halbuki bu iki məbləğinin cəmi 419089,75 manatdan daha çox təşkil edir Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 124.1 -ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 146.1 -ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda çıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühaki mə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işi hərtərəfli araşdırıb X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə ekspert rəyləri, mülki iddiaçının, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və apellyasiya baxışı zamanı da bu sübutlara hansı səbəblərdən üstünlük verməsin hökmdə göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam u yğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin hökmünü ləğv edilməsi barədə nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış və kifayət qədər əsaslandırmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 -ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində və mülki iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli X8 barəsində olan hökmü kassasiya protestinə və mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar