Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1244/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Azər Paşayev və İradə Həsənzadə) 24 sentyabr 2020-ci il tarixli 1(101)131/2020 nömrəli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azə rbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 178.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzanı çəkdikdən sonra Məhkum Azərbaycan Respublikasının hüdudların dan kənara məcburi çıxarılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 03 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları X2baqcadan əlbir olmuş bir qrup şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X5 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi m əqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkəl ərdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik olduğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui- istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan sonra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin Rusiya Federasiyasının Moskva şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, aralarında baş tutmuş telefon danışığı zamanı sonuncuya Qa zaxıstanda tütün məmulatlarının satışından yaxşı gəlir əldə edildiyini, Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin məhsulları Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək, satışını təmin edəcəyinə və əldə edilmiş gəlirdən ona göndərəcəyinə dair yalan vəd verərək inandırıb, təkrarən sonuncunun etibarından sui-istifadə etməklə, Zərərçəkmiş şəxs Dubaydan aldığı və 2018-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Hacı Şahid1 tanışına məxsus olmaqla, İran İslam Respublikasında beynəlxalq yükdaşıma xidməti göstərən “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən "xxxx" şirkətinə göndərdiyi 1.200.000 ABŞ dolları dəyərində tütün məmulatları və 2018-ci ilin aprel ayında həmin malların Gömrük Postundan keçirilməsi üçün 250.000 AB Ş dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs ortaq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 04 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü Məhkum CM-in 206.3.2 və 178.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafi əçisi Müdafiəçi5, Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımov) 05 yanvar 2022-ci il tarixli, 1(102)-75/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli, 1(103)-149/2021 saylı qərarı Məhkum aid hissədə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavələr qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədi m Babayev) 05 avqust 2022-ci il tarixli 1(103)-628/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli, 1(101)-131/2020 saylı hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Məhkum təqsirli bilindiyi 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm iş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 24 avqust 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı çəkdikdən sonra Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına tə yin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti, verərək Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkumun barəsində iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hökmü Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı 1.450.000 ABŞ dolları məbləğində dələduzluq etməsi epizodu üzrə bəraət verilməsinə dair hissədə ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi məlum olmayan başqa bir cinayət təqibinin hər hansı mərhələsinə aid olan sənədlərə istinad etməsi tamamilə əsasızdır. Belə mühakimələrin hazırkı işə hər hansı bir bağlılığını müəyyən etmək mümkün deyil. Kassator hesab edir ki, məhkəmə kollegiyasının göstərdiyi faktlardan həmçinin belə bir nəticə çıxır ki, həmin dövrdə Qazaxıstan Respublikasına tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə keçirilməsi halları mövcud olmuşdur. Bu hal isə Zərərçəkmiş şəxs bu barədə verdiyi ifadəsini, yəni Rinat Tursuntayeviçin tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə Qazaxıstan Resp ublikasına aparmasını təsdiq edir. Məhkəmə kollegiyası həmçinin tütün məmulatlarının Zərərçəkmiş şəxs məxsus olmasının öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Halbuki bu fakt, Zərərçəkmiş şəxs öz ifadəsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 ifadələri ilə tam olaraq təsdiqini tapmışdır. Məhkəmə kollegiyası şahidlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi ifadələrdə ziddiyyət olmasına istinad edərək onların mötəbərliliyini şübhə altına almışdır. Məhkəmənin ziddiyyət adlandırdığı hallar şahidlərin əvvəllər pulun hissə-hissə verilməsi barədə ifadə verməməsi, lakin apellyasiya məhkəməsində pulun hissə -hissə olmaqla verilməsi barədə ifadə verməsi ilə bağlı olmuşdur. Kassatorun fikrincə bu hal ziddiyyət kimi qiymətləndirilə bilməz. Şahidlər əvvəllər də i fadələrində pulun verilməsi barədə məlumat vermiş, apellyasiya məhkəməsində də bu halı təsdiq etmişlər. Eyni zamanda onlar pulun tam olaraq verilməsi barədə də ifadələr verməmişlər. İndiki halda şahidlərin pulun hissəhissə verilməsi kimi ifadələri əlavə məlumat xarakteri daşımaqla ziddiyyət anlamına gəlmir. Məhkəmə kollegiyası şahid ifadələrini şübhə altına alarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrini sübut kimi qiymətləndirilmədiyini qeyd etmişdir. Lakin məhkəmə kollegiyası iş üzrə mühüm şahidlərdən olan Şahid1 ifadələrinə hər hansı bir münasibət göstərməmişdir. Halbuki Şahid1 1.450.000 ABŞ dolları məbləğində dələduzluq edilməsi epizodu üzrə baş vermiş bütün hadisələrin mərkəzində olmuş və ittihamı təsdiq edən ifadələr vermişdir. Bundan əlavə məhkəmə kollegiyası Tə qsirləndirilən şəxs1 ifadəsində göstərdiyi Rəfayıl Hümbətovun şəxsiyyətini müəyyən edilməsi və həqiqətin müəyyən edilməsi məqsədi ilə sonuncunu dindirilməsinə cəhd etməmişdir. Halbuki Məhkum Zərərçəkmiş şəxs məxsus həmin tütün məmulatlarının Rəfayıl Hümbətovun mallarının müqabilində sonuncuya verməsi barədə Təqsirləndirilən şəxs1 özü məlumat vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsini və əməlin baş verməsinə şübhə ilə yanaşdığı təqdirdə Rəfayıl Hümbətovun şəxsiyyətini müəyyən edib dindirməli, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmiş “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” prinsipini təmin etməli idi. Bundan başqa o da qeyd edilməlidir ki, məhkəmə kollegiyası ittiham hökmünü çıxardığı epizod üzrə Məhkum 275.000 ABŞ dolları məblə ğində dələduzluq etməkdə təqsirli bilmişdir. Həmin epizod üzrə də vurulmuş ziyan Şahab adlı şəxsin vasitəsilə tekstil məmulatlarının keçirilməsi üçün lazım olan 275.000 ABŞ dollarının ələ keçirilməsi ilə əlaqədar olmuşdur. Başqa sözlə məhkəmə kollegiyası təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında pul mübadiləsinin olmasını və bu mübadilənin Şahab adlı şəxsin vasitəsi ilə həyata keçirildiyini qəbul etmişdir. Eyni üsullarla törədilən, eyni sübutlarla təsdiq olunan bir epizod üzrə məhkəmə kollegiyasının ittiham hökmü çıxarması ikinci epizod üzrə isə bəraət verməsi ziddiyyətli nəticələri təşkil edir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxsi CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilərkən əməlin törədildiyi vaxt qüvvədə olmuş (7 ildən 12 ilədək azadlıqdan məhrumetmə) yaxud, hazırda qüvvədə olan (5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə) sanksiya daxilində cəza təyin etdiyini göstərməmişdir. Bu baxımdan təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ədalətliliyini qiymətləndirmək qeyri mümkündür. Yəni, əməlin törədildiyi vaxt nəzərə alınarsa 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası sanksiyanın aşağı həddi kimi, qanunun tətbiq edildiyi vaxt nəzərə alınarsa 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası sanksiyanın yuxarı həddi kimi nəzərdən keçirilə bilər. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hökmü Məhkum Zərərçəkmiş şəxs qarşı 1.450.000 ABŞ dolları məbləğ ində dələduzluq etməsi epizodu üzrə bəraət verilməsinə dair hissəsi əsassızdır. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsə 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə bəraət verərkən cinayət işinin materiallarında olan sənədlərə əsasən 2018-ci ilin yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrdə Mangistau vilayəti üzrə dövlət gəlirləri Departamentinin Morport gömrük postunun fəaliyyət zonasına saxta mal-müşayiət sənədlərindən istifadə edilməsi ilə, malların qanuni olaraq BƏƏ-dən və İran İslam Respublikasından gətirilməsi adı ilə “Too Khan Tulpar" MMC-nin ünvanına İrandan tranzitlə göndərilməsi və “emal edilmiş daş” və “polipropilen qırıntıları” adı ilə rəsmiləşdirilmiş 51 konteyner tütün mallar keçirilməsi faktına istinad etmişdir. Məhkəmə kollegiyası bu fakt a istinad edərək hazırkı işə aidiyyəti olmayan fikirlər irəli sürmüşdür. Məhkəmənin mülahizəsinə görə əgər Zərərçəkmiş şəxs məxsus olan konteynerlərlə Qazaxıstanda aşkar edilmiş konteynerlər arasında hər hansı bir bağlılıq yoxdursa onda, Zərərçəkmiş şəxs tərəfindən hər hansı bir mal göndərilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin dövrdə Qazaxıstana göndərilmiş tütün məmulatları yalnız 51 konteynerdən ibarət olmamışdır, ən azından cinayət işinin materiallarında belə bir sübut mövcud deyil. Cinayət təqibi orqanları tərəfindən faktların aşkar edilməməsi, həmin faktların baş verməməsi nəticəsinə gəlməyə əsas verə bilməz. Məhkəmə kollegiyası onu da diqqətə çatırmışdır ki, “Mors Tarding and Constraktion Company", “Al Tariq Al Zahabi RG Trading”, “Taksini Trading LCC” şirkətlərindən Qazaxıs tan Respublikasında olan "xxxx" MMC-yə göndərilmiş tütün məmulatları ilə bağlı xüsusilə külli miqdarda iqtisadi qaçaqmalçılıq faktı üzrə cinayət təqibi həyata keçirilir və həmin malların Zərərçəkmiş şəxs aidiyyətinin olması müəyyən edildiyi halda sonuncunun qeyd olunan cinayət işi üzrə proses iştirakçısı qismində keçməsini labüd edir ki, öyrənilmiş cinayət işi materiallarında bununla bağlı Azərbaycan Respublikası hüququ mühafizə orqanlarına hər hansı rəsmi sənədin daxil olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının nəticəsi məlum olmayan başqa bir cinayət təqibinin hər hansı mərhələsinə aid olan sənədlərə istinad etməsi də tamamilə əsasızdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi Rəfayıl Hümbətovun şəxsiyyətinin müəyyən edilməsi və həqiqətin müəyyən edilməs i məqsədi ilə sonuncunu dindirilməsinə cəhd etməmişdir. Halbuki Məhkum Zərərçəkmiş şəxs məxsus həmin tütün məmulatlarının Rəfayıl Hümbətovun mallarının müqabilində sonuncuya verməsi barədə Təqsirləndirilən şəxs1 özü məlumat vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsini və əməlin baş verməsinə şübhə ilə yanaşdığı təqdirdə Rəfayıl Hümbətovun şəxsiyyətini müəyyən edib dindirməli. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmiş “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” prinsipini təmin etməli idi. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə təqsirli bilərkən əməlin törədildiyi vaxt qüvvədə olmuş (7 ildən 12 ilədək azadlıqdan məhrumetmə) yaxud, hazırda qüvvədə olan (5 ildən 10 10 il ədək müddətə azadlıqdan məhrumetmə) sanksiya daxilində cəza təyin etdiyini göstərməmişdir. Bu baxımdan təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ədalətliliyini qiymətləndirmək qeyri mümkündür. Yəni, əməlin törədildiyi vaxt nəzərə alınarsa 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası sanksiyanın aşağı həddi kimi, qanunun tətbiq edildiyi vaxt nəzərə alınarsa 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası sanksiyanın yuxarı həddi kimi nəzərdən keçirilə bilər. Bu baxımından məhkəmənin qərarı təyin etdiyi cəzanın həddinə münasibətdə hüquqi müəyyənlik prinsiplərinə cavab verməməklə həm ittiham həm də müdafiə tərəfindən mübahisələndirilməsini mümkünsüz etmişdir. Göstərilənlərə əsasən hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı Məhkum 1.450.00 0 ABŞ dolları məbləğində dələduzluq etməsi epizodu üzrə bəraət verilməsinə dair hissədə ləğv olunaraq cinayət işi yeni apellyasiya baxışına teyin edilməsini xahiş etmişdir. Müdafiəçinin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavələri onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmü Məhkum təqsirli bilindiyi ittiham hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və 125-ci maddəsinin Vİİ hissəsinin, Cinayət-Prosessual Məcəlləsinin 21.2, 21.3, 28, 32, 33, 125.1, 125.2.1, 125.2.7, 143-146, 349, 350, 351 və 353-cü maddələrinə zidd olmaqla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarının tələbləri pozulmuşdur. İttihamın sübut olunması, şübhələrin aradan qaldırılması üçün İran İslam Respublikası vətəndaşı kimi göstərilən Şahabın heç olmasa şəxsiyyətinin, əlaqə telefon nömrələrinin müəyyən edilməsi, guya Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayonu “Çin" restoranı yaxınlığında 275.000 ABŞ dollarını qəbul edən şəxsin şəxsiyyətinin, əlaqə telefon nömrələrinin müəyyən edilməsi və qeyd olunan şəxslərin dindirilmələri zəruri olsa da, həmin şəxslər müəyyən edilməmiş və dindirilməmişdir. Həmçinin ifadələrin yerində yoxlanması istintaq hərəkətinin keçirilməsi və telefon anten məlumatlarının əldə edilməsi barədə xahişlərlə vəsatətlər versək də, ifadələrin yerində yoxlanması keçirilməmiş, 200.000 və 75.000 ABŞ dolları pulun verildiyi yeri nə Təqsirləndirilən şəxs2, nə də ki Təqsirləndirilən şəxs1 göstərə bilməmişlər. Həmçinin, ittihamda göstərilən tarixlərdə - vaxtda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayonunda yerləşən Çin restoranı yaxınlığında olmaları telefon anten məlumatları ilə müəyyən edilməmişdir. Göründüyü kimi, ittihamın sübut olunmasına şübhə mövcuddur və həmin şübhə aradan qaldırılmadan Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 200.000 ABŞ dollarını və 75.000 ABŞ dollarını Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına göndərmələrini Bakı Apellyasiya Məhkəməsi hökm üzrə ittihamda əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları il ə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyətini göstərmişdir. Zərərçəkmiş şəxs 275.000 ABŞ dollarının mənbəyini zəruri sənədlərlə göstərmədiyini nəzərə alsaq, hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçiri lməsi, külli miqdarda törədildikdə cinayət əməlini törətmələrinin ittihamda göstərib onların barəsində cinayət təqibinin başlanması üçün heç bir tədbir görməmişdir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq faktı üzrə Qazaxıstan Respublikası hüquq-mühafizə orqanlarına ifadə verərkən tekstil mallarının kimə məxsus olduğunu bilmədiklərini göstərmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmündən görünür ki, qeyd olunan 4 yük avtomobilində qaçaqmalçılıq yolu ilə Qazaxıstan Respublikası Gömrük sərhədindən keçirilmiş tekstil malları Zərərçəkmiş şəxs məxsusdur. Faktiki olaraq, Qazaxıstan Respublikasından daxil olmuş beynəlxalq tapşırıq icra edilməmiş, Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilməmişdir. Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyası göstərilən şübhələri aradan qaldırmaq əvəzinə Məhkum ibtidai araşdırma zamanı guya İlkin və Malik barəsində Qazaxıstan Respublikasında başlanmış cinayət təqibi üzrə hüquqlarının müdafiəsi üçün müdafiəçiyə qonorar kimi 275.000 ABŞ dolları pul verilməli olduğu barədə Malikdən eşitdiyini ifadəsində göstərməsini qismən etiraf kimi qəbul etmiş və bunu özünü müdafiə kimi qiymətləndirib ağlabatan hesab etməmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və ya tərəfindən Məhkum təqsirsizliyinə dair təqdim edildiyi dəlillərə düzgün və qanuna müvafiq qiymət verilməmiş, vəsatətlərinə baxılmamış, bu da Məhkum təqsirsizliyinə dair məsələnin həll edilməsinə öz mənfi təsirini göstərmişdir. İş materiallarında 275.000 ABŞ dolları pulun kimə verilməsi, kimin vasitəsilə Məhkum verilməsi araşdırılmamışdır. Qanunsuz olaraq külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına köçürülməsi araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası sonuncu dəfə işə baxıb hökm qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayətin kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərarına diqqət yetirmədən sübhələri aradan qaldırmamışdır. Bundan əlavə hökmdə külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasından qanunsuz yolla köçürülməsi araşdırılmamışdır. Azərbaycan Respublikasında qanunsuz pul köçürməsi fəaliyyətinin mövcudluğunu hökmündə əks etdirən məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası işin mate riallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndəsinin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud süb utlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin başlıca dəlilləri Zərərçəkmiş şəxs qarşı 1.450.000 ABŞ dolları məbləğində dələduzluq etməsi epizodu üzrə Məhkum bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə istintaqı zamanı Məhkum 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə təqsiri sübuta yetirilməmişdir. Belə ki, i ş materiallarında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində sözü gedən tütün məhsullarının ona məxsus olması barədə göstərsə də, bunu təsdiq etmək üçün heç bir rəsmi sənəd təqdim etməmiş və belə sənədlərin mövcud olmadığını bildirmişdir. Qazaxıstan Respublikasının Prokurorluğundan göndərilmiş və cinayət işi materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, 2018-ci ilin yanvar ayının 31dən fevral ayının 19-na qədər olan dövrdə Mangistau vilayəti üzrə dövlət gəlirləri Departamentinin Morport gömrük postunun fəaliyyət zonasına saxta mal-müşayiət sənədlərindən istifadə edilməsi ilə, malların qanuni olaraq BƏƏ-d ən və İran İslam Respublikasında gətirilməsi adı ilə "xxxx" MMC-nin ünvanına İrandan tranzitlə göndərilmiş “emal edilmiş daş” və “polipropilen qırıntıları” adı ilə rəsmiləşdirilmiş 51 konteyner tütün mallar keçirilmişdir. Lakin, ibtidai araşdırma orqanı tərəfindən Məhkum həmin epizod üzrə ittiham irəli sürülərkən Zərərçəkmiş şəxs ona aid olduğunu bildirdiyi 12 konteyner tütün məhsullarının, "xxxx" MMC-nin ünvanına İrandan tranzitlə göndərilməsi və həmin 12 konteynerin Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən aşkara çıxardığı qaçaqmalçılıqda göndərilmiş 51 konteynerlər arasında olması ilə bağlı heç bir sübuta istinad edilməmişdir. Bundan başqa, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, göstərilən tütün məhsulları “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Ak tau şəhərində yerləşən "xxxx" şirkətinə göndərilmişdir. Qazaxıstan Respublikasının Prokurorluğundan göndərilmiş materiallardan isə yük göndərən şirkətlərin “Aseman Faraz Afzal Commercial EXP & İMP” və “ Sepid Cargo Transportation” olduğu görünür və həmin malların “Asan Seyir” firması vasitəsi ilə göndərilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Digər tərəfdən cinayət işi materiallarında 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində tütün məmulatlarının alınması ilə bağlı Zərərçəkmiş şəxs sifarişçi kimi istehsalçı şirkət ilə müqaviləsi olmasına, sonuncunun BƏƏ-nin “Mors Tarding and Constraktion Company”, “Al Tariq Al Zahabi RG Trading”, “Taksini Trading LCC” şirkətləri ilə hər hansı bağlılığı olmasına, ümumiyyətlə qeyd olunan miqdarda tütün məhsullarının Zərərçəkmi ş şəxs məxsus olmasını və ittihamda göstərilən vaxt Qazaxıstan Respublikasının gömrüyündən keçirilməsini təsdiq edə biləcək hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə 250.000 ABŞ dolları pulun Məhkum verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, Məhkum qarşı həmin epizod üzrə irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da Azərbaycan Respublikası CPM-in 144, 145 və 146-cı maddəsinin tələblə rini pozmuşdur. Belə ki, həm ibtidai araşdırma dövründə, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı Məhkum 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün Zərərçəkmiş şəxs 250.000 ABŞ dollarının pulun alınması inkar etməklə yanaşı, həmin pulun ona göndərilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum Zərərçəkmiş şəxs 250.000 ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə əldə edilməsi barədə ittihamın sübutları – Zərərçəkmiş şəxs, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri tədqiq edərək müəyyən etmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər pulun göndərilməsi vaxtı və halları barədə ziddiyyətli və ittihamla uzlaşmayan məlumatlar vermişlər. Məhkəmə kollegiyası 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Zərərçəkmiş şəxs məxsus olması və Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi mötəbər sübutlarla təsdiq olmadığı, 250.000 ABŞ dolları pulun Məhkum verilməsi ilə bağlı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdikləri ifadələrin isə ziddiyyətli olduğu halda əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlil ləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutlara qiymət verməklə nəticəyə gəlmişdir ki, həmin sübutlar Məhkum 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə təqsirinin olmasına dair ye kun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cinayət işi üzrə toplanmış sübutların qiymətləndirməsini qanunun yuxarıda qeyd edilən normaların tələblərinə uyğun aparması ilə əlaqədar məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Odur ki, kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin Məhkum 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizodu üzrə əsassız olaraq bəraət verilməsi barədə dəlili əsassızdır. Kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin Məhkum CM-in 178.3.2-ci maddəsinin cinayət törətdiyi və ya hökm çıxardığı zaman qüvvədə olmuş redaksiyasına əsasən cəzanın təyin edilməsi barədə hökmdə göstərilməməsinə dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunun tələblərinə görə Məhk um CM-in 178.3.2-ci maddəsinin cinayət törətdiyi zaman qüvvədə olmuş redaksiyasına əsasən cəzanın təyin edilməsinə yol verilmir. Belə ki, cinayət törətdiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Hazırda qüvvədə olan CM-in 178.3.2-ci maddəsində 5 ildən 10 ilədək müddətdə cəza nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkumun vəziyyəti yaxşılaşır və məhkəmənin hökmündə bu barədə konkret göstəriş olmasa da, CM-in 10.3-cü maddəsinə əsasən Məhkum cəza hazırda qüvvədə olan cinayət qanuna əsasən təyin edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə tövsif edərkən və ona həmin maddə ilə hazırda qüvvədə olan qanuna əsasən cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər k ateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Məhkum ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası (5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum CM-in 178.3.2-ci maddəsi təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına, məhkumun şəxsiyyətinə və CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun gəlir. Məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin başl ıca dəlili ondan ibarətdir ki, Məhkum dələduzluq əməlini törətməsi sübuta yetirilməmiş, lakin buna baxmayaraq məhkəmə tərəfindən onun barəsində əsassız və qanunsuz olaraq CM-in 178.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməllərini 178.3.2-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol ve rmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəy yənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tu tulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – iş üzrə digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan sonuncu apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qi ymətləndirmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair sonuncu apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələbl ərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların sonuncu apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmam ış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sonuncu apellyasiya instansiyasında apellyasiy a şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə qanunsuz olaraq külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına köçürülməsi araşdırmamış və işin bu halına hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna m alikdir. Müdafiəçi tərəfindən qaldırıldığı məsələlər hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla heç bir bağlılıq yoxdur. Pulun köçürülməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürülməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmə tərəfindən pulun köçürülməsi ilə əlaqədar araşdırmanın aparılmaması və həmin hallara hüquqi qiymət verilməməsi Məhkum elan edilmiş ittihamda təqsirliliyi müəyyən edilməsinə təsir edən kobud qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, a pellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavələr təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1244/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1244/2023
03.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver