Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1244/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilm iş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamışdır. Məhkum xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşamışdır. 2. 12 dekabr 2022-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum Azərbaycan Respub likası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə yetkinlik yaşına çatmayan tanışı Məhkum narkotik vasitələrin satışından əldə edəcəyi gəlirdən müəyyən pay vermək vədi ilə sonuncunu Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə ağır cinayət hesab edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşımağa, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satmağa cəlb edib Məhkumla və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsin ə girərək yetkinlik yaşına çatmayan Məhkumla birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə “Maqa” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2716,011 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 423,474 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra yaşadığı ünvan 5 ünvanına daşıyaraq, həmin narkotik vasitə heroinin külli miqdarda 48,035 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdarda 37,107 qram hissəsini üzərində, narkotik vasitə heroinin külli miqdarda 2632,246 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdarda 372,832 qram hissəsini isə yaşadığı mənzildə saxlamaqla narkotik vasitə heroinin külli miqdar təşkil edən 35,730 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 13,535 qram hissəs ini istintaqa məlum olmayan vaxtda və yerdə satış üçün yetkinlik yaşına çatmayan Məhkum vermiş, Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Eldar Babayev küçəsi 53 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının qarşısında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən 9 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,556 qram, 10,836 qram, 3,918 qram, 0,958 qram, 9,303 qram, 7,748 qram, 1,828 qram, 2,955 qram, 7,933 qram olmaqla ümumi təmiz çəkisi 48,035 qram təşkil edən kust ar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 11 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 9,630 qram, 1,004 qram, 1,854 qram, 3,795 qram, 1,902 qram, 1,796 qram, 2,793 qram, 0,904 qram, 9,812 qram, 2,793 qram, 0,824 qram olmaqla ümumi təmiz çəkisi 37,107 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq 27 may 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman qonaq otağındakı masanın üzərindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1200 qram, 365 qram, 65 qram, 2,246 qram olmaqla ümumi təmiz çəkisi 2632,246 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 126 qram, 245 qram, 1,832 qram olmaqla ümumi təmiz çəkisi 372,832 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkum narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxsla birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə “Maqa” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2716,011 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 423,474 qram çəkidə psixotrop maddə metamfetamini əldə etd ikdən sonra Təqsirləndirilən şəxs tərəfindən ona satış üçün verilmiş narkotik vasitə heroinin külli miqdar təşkil edən 35,730 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 13,535 qram hissəsini istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq sonuncudan əldə edib, özündə saxlamaqla daşımış, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2022-ci il tarixdə, saat 20:10-da “Bazarstore” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Eldar Babayev küçəsi 18/21 ünvanda yerləşən “Bazarstore” mağazasının qarşısında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərində daşıdığı qara rəngli əl çantasının içərisindən 12 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 8,090 qram, 0,790 qram, 1,851 qram, 4,669 qram, 0,786 qram, 2,815 qram, 2,812 qram, 2,815 qram, 1,504 qram 4,509 qram, 2,261 qram, 2,828 qram olmaqla ümumi təmiz çəkisi 35,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 6,710 qram, 0,282 qram, 0,506 qram, 2,787 qram, 0,181 qram, 0,754 qram, 0,591 qram, 0,963 qram olmaqla ümumilikdə təmiz çəkisi 13,535 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. 3. 26 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs və Məhkum cinay ət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-567/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü ilə: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 may 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CPM”) 42.1.1-ci maddəsinə əsasən bəraət verilməsi; Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsəllər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin həddində cinayət qanunun normalarına uyğun daha ağır cəza təyin edilməklə, habelə Məhkum Azərbaycan Respublikası CM-n in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı özünümüdafiə xarakterli və məsuliyyətdən yayınma məqsədi güdən ifadələr vermiş, Məhkum yaşı barədə məlumat vermədiyini və Təqsirləndirilən şəxs isə sonuncunun yaşından məlumatsız olduğunu göstərmişlər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,... Raul görünüşcə yaşlı göründüyündən ona onun yaşı maraqlı gəlməmiş, Rauldan yaşının neçə olduğunu nə vaxtsa soruşmamış, Raul özü də bu bar ədə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs Məhkum maddi gəlir verməklə onu ələ almış və onu cinayət törətməyə cəlb etmişdir. Habelə, məhkəmə baxışı Məhkum zahiri əlamətlərinə diqqət yetirdikdə, onu yetkinlik yaşına çatmayan şəxsə oxşaması da diqqətdən yayınmamışdır. Lakin bütün bu hallara baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə bəraət vermişdir. Habelə, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə təyin edilmiş cəza onların şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Təqsirləndirilən şəxslər səmimi şəkildə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını bildirmiş və fəal şəkildə “ağ ölümün” yayılmasında iştirak etdiklərini qeyd etmişlər. Təqsirləndirilən şəxslər nark otik vasitənin alverini özlərinə peşə seçmiş və bu cinayətin törədilməsindən hər hansı bir peşmançılıq çəkməmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-567/2023 nömrəli, 11 may 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlayaraq, məhkəmə tərəfindən qərar qəbul edilərkən cinayət işi üzrə toplanılmış sübutla rın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilib tədqiq edilmədiyini, nəticədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə əsassız olaraq bəraət verildiyini qeyd etmişdir. Həmçinin, hər iki məhkum edilmiş şəxsə cinayətin ağırlığına və onların şəxsiyyətinə uyğun olmayan cəzanın təyin edildiyini hesab edir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilm əsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilə n hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin m addədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz qərar qəbul edildiyini, eləcə də hər iki məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olduğunu iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM- nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Kassasiya protestində ilk növbədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, məhkəmələrin ona əsassız olaraq bəraət verilməsi iddia edilir.
18. Bu iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü m addəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2 ), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
24. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bü tün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
26. Kassasiya müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktların ın bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Məhkə mə kollegiyası kassasiya protestində təsvir edilən, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin müraciətin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin əsaslandığı dəlillərin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edərək, verilmiş protestin dəlillərinə münasib ətdə qiymətləndirilmə aparmaqla, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmədiyi qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum cinayətin törədilməsi zamanı yetkinlik yaşına çatmayan şəxs olması müəyyən olunsa da, lakin Təqsirləndirilən şəxs onun yetkinlik yaşına çatmaması barədə hər hansı məlumatının olması müəyyən olunmamışdır. Əksinə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış, biri digər ilə uzlaşan sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Məhkum yetkinlik yaşına çatmamasından ümumiyyətlə məlumatsız olmuşdur.
30. Məhkəmələrin gəldiyi həmin qənaət həmçin in yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarının tövsiyələrinə də uyğun olmuşdur. Belə ki, sözügedən rəhbər sənəddə məhkəmələrə tövsiyə edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqında işlərə baxılarkən, cinayətin iştirakçısı olan yetkinlik yaşına çatan şəxslə yeniyetmə arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Yetkinlik yaşına çatmayan şəxsin cinayət törədilməsində və ya cəmiyyətə qarşı qanunazidd digər hərəkətlərə cəlb edilməsində yetkinlik yaşına çatmış şəxsin rolunun müəyyən olunması üçün qeyd olunan göstəricilərin mühüm əhəmiyyəti ola bilər. Yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilmədiyi halda, o, Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz (“Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 6, § 8, 30 iyun 2008-ci il).
31. Cinayət işinin materialları ilə müəyyən edilir ki, 07 noyabr 2022-ci il tarixli ittiham aktına əsasən Təqsirləndirilən şəxs qarşı yalnız Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələ ri ilə ittiham irəli sürülsə də, Bakı şəhəri Nəsimi rayon prokurorunun 11 noyabr 2022-ci il tarixli qərarına əsasən cinayət işi onun əməlində yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayət tərkibinin olubolmamasının müəyyən edilməsi üçün əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmışdır.
32. Bundan sonra aparılmış əlavə istintaq zamanı Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq Məhkum cinayətin törədilməsinə cəlb etmədiyini, eləcə də Məhkum yaşını bilmədiyini göstərmişdir. Həmçinin, əlavə ibtidai istintaq aparılması zamanı tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli üzləşdirməyə aid dindirmə protokolundan görünür ki, Məhkum da Təqsirləndirilən şəxs onun hansı yaşda olmasının bilmədiyini, Rəşada neçə yaşının olmasını demədiyini, Rəşadın on a narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir təklif və ya vəd vermədiyini, özünün Rəşada narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmaq istəyində olduğu məzmunlu ifadə vermişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən yalnız Məhkum cinayətin törədilməsi zamanı yetkinlik yaşına çatmayan şəxs olmasını əsas götürməklə, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə də ittiham irəli sürülmüşdür.
33. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə təqsirli bilməyərək, Raul görünüşcə yaşlı göründüyündən ona Raulun yaşının maraqlı gəlmədiyini, Rauldan yaşının neçə olduğunu nə vaxtsa soruşmadığını qeyd etmişdir. Eləcə də Məhkum da ifadəsi ndə “Rəşad” adlı şəxsin onun yaşını bilməməsini qeyd etmişdir.
34. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
35. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələ lərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
36. Baxılan cinayət işinin hallarından göründüyü kimi, hətta əlavə istintaq hərəkətlərinin aparılmasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsini təsdiqləyən heç bir sübut əldə edilib verilən ittihamın bu hissədə əsası olaraq məhkəmələrə təqdim edilməmişdir. Hazırki kassasiya protestində də məhkəmələrin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi üzrə bəraət verilməsinə dair gəldikləri nəticənin səhv olduğu iddia edilsə də, bu nəti cənin əksini təsdiqləyən hər hansı yetərli dəlil gətirilməmiş və heç bir konkret sübuta istinad edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestini şərhi verilən hissədə formal mülahizələrə əsaslanan kassasiya müraciəti kimi qiymətləndirməklə əsassız hesab edir və məhkəmələrin qənaəti ilə razılaşır.
37. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın yüngül olması ilə bağlı kassasiya protestinin dəlillərini də müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
38. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə gö rə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
40. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunu r. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
41. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaq la təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
42. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
43. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
44. Azərbaycan Re spublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
45. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
46. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
47. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutu lmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyas iya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
48. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntul arı aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
49. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar məhkum Təqsirləndirilən şəxs və Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
50. Belə ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
51. Məh kum Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
52. Həmin cəzaları təyin edərkən, məhkəmələr məhkumların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, onların şəxsiyyətini səciyyələndirən halları, məhkum Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Məhkum cəzasını yüngülləşdirən hallar olaraq cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, əməlindən səmimi peşman olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə almışlar.
53. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edilməsinə aid məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir, onlar barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir.
54. Beləliklə, hazırki kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
55. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
56. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıd ır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1402/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.