Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1244/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə məhkum edilməsin ə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 1(104)-365/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən), Roman Ələkbərli və Abdulla Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 22 may tarixli, 1(100)-120/2024 nömrəli hökmü ilə xx.xx.1968-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X8 və Şəhərsalma Baş İdarəsinin Hüquq Sektorunun böyük məsləhətçisi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 2ində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cə za çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-nin 93.1.2ci maddəsinə əsasən onun ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 2024-cü il 27 noyabr tarixli, 1(104)-365/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Həmin məhkəmənin mövqeyinə görə Məhkum məlum olmayan vaxt və mənbədən məlum olmayan çəkidə külli miqdar narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 31 yanvar 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında saat 22 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhərində saxlanılıb, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə hal şahidləri və müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 (üç) ədəd, sağ yan cibindən isə 2 (iki) ədəd olmaqla ayrı-ayrılıqda çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram, 2,112 qram olmaqla ümumi təmiz çəkisi 11,679 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Məhkum məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq yivli odlu döyüş silahlarının sursatı hesab edilən naməlum sayda patron əldə edərək yaşadığı evdə saxlamış, 3 fevral 2023-cü il tarixdə saat 10:30 dəqiqədən həmin gün saat 11:17 dəqiqəyədək məhkəmə qərarına əsasən yaşadığı Bərdə şəhəri, ünvan 2ində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı yataq otağındakı termo tipli mebel dəstinin siyirməsindən 01 (bir) ədəd zavod üsullu ilə hazırlanmış, pistonu mərkəzdən alışan 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik patronluğunun uzunluğu 39 mm olan “Калашников” konstruksiyalı “AK-74” (“AKC-774”, “AKC- 74У”) markalı avtomat silahlarda “РПКС-74” markalı əl pulemyotlarında və s. yivili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatı olan patron aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə təqsirli bilindiyi CM-nin 234.1-1 və 228.1-ci maddələri üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39 və 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliİiyinin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Apellyasiya Məhkəməsi apellyasiya şikayətində qeyd edilmiş dəlilləri təhlil etməmiş, CPM-in tələbləri ilə əlaqəli şəkildə şərh etməmişdir. Birinci instansiya məhkə məsində çıxarılmış hökmün CM-in 228.1-ci maddəsinə münasibətdə bir ədəd avtomat gülləsinin məhz ona məxsus olması, onun tərəfindən daşınması, saxlanmasını təsdiq edən heç bir sübut növü omadığı halda ona əsassız ittiham verilməsi və barəsində ittiham hökmü çıxarılmasına münasibət bildirməmişdir. X9 Məhkəməsinin Cinayət kollegiyası tərəfindən işə baxılarkan göstərilən pozuntulara heç bir hüquqi qiymət verilməmişdir. Daha sonra qeyd etmək zəruridir ki, təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilməsində iştirak etmiş hal şahidinin əvvəllər dəfələrlə hal şahidi qismində polis orqanları ilə “işgüzar" əməkdaşlıq etməsinə münasibətdə də pozuntulara yol verilməsinə münasibət bildirməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 2024-cü il 27 noyabr tarixli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüqu qi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya in stansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 -ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələblə ri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tə rəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmə dən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 22 may tarixli, 1(100)-120/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 1(104)-365/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1244/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1244/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver