Məhkəmə qərarları › İş №1(102)-1245/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1245/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1245/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2018-ci il tarixli qərarından məhkum X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mikayılov Eldar Əli (sədrlik edən), Abbasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) 15 dekabr 2017-ci il tarixli hökmü ilə xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X6, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 144-1.2.4-1-ci maddəsi ilə nəzərdə tutulan cin ayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 iyun 2017-ci il tarixdən 06 iyun 2017-ci il tarixədək iş üzrə ibtidai istintaq zamanı DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin MSY-də saxlanıldığı cəmi 2 (iki) gün müddəti onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 15 dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Fai q Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 27 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2018-ci il tarixli qərarından məhkum X6 cəzasının çəkilməmiş qalan hissəsini alternativ cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X6 2016-cı ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, “Qış Parkı” yaxınlığında yerləşməklə ünvanı istintaq zamanı müəyyən edilməmiş mənzildə öz tanışı X5 Türkiyə Respublikasının İğdır şəhərində işə düzəldəcəyi adı ilə aldatma yolu ilə tamah niyyəti ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikası nın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Mədinə İbrahimova razılığını bildirdikdən sonra Arifə Abbaszadə ona yol bileti təşkil edərək 07 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini özü ilə birlikdə Sədərək sərhəd-nəzarət məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparmış, 09 sentyabr 2016-cı il tarixdə qeyd edilən şəhərdə “Göy Qurşağı” istirahət mərkəzində 2016-cı ilin oktyabr ayının ortalarınadək nəzarəti altında kişi müştəriləri ilə müxtəlif pul ödənişləri müqabilində görüşdürüb mütəmadi olaraq zor tətbiq etməklə cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində ilk məhkumluğunun olmasını, ürək çatışmazlığından əziyyət çə kməsini, “hepatit” xəstəsi olduğunu, əməlindən səmimi peşman olmasını qeyd edərək cəzasının çəkilməmiş qalan hissəsini həbslə bağlı olmayan alternativ cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkum X6 cinayət əməlinin hüquq i tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsini həbslə bağlı olmayan alternativ cəza növü ilə əvəz edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs iri nəzərə alınır. Bakı Ağır Cinayətlər Məhkəməsi 15 dekabr 2017-ci il tarixli hökmü ilə məhkum X3 cəza təyin edərkən onun ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarı da sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra X2 davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğu müəyyən edilmədiyindən məhkuma azadlıqdan məhrum olunma ilə əlaqədar olmayan cəza təyin edilməsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci madd əsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X2 məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar