Məhkəmə qərarları › İş №1(102)-1245/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1245/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1245/2022 10.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-1/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1972-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2dır. 2. 19 may 2018-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası” CM) 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 iyun 2018-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsi Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 26 yanvar 2016-cı ildən 15 avqust 2017-ci il tarixədək Bank olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin Problemli kreditlər üzrə departament müdiri vəzifəsində işləyərkən 01 fevral 2016-cı il tarixli vəzifə təlimatına əsasən Cəmiyyətin filiallarından kredit götürüb kredit ödənişlərini gecikdirən müştərilərlə ödəmələrin həyata keçirilməsi üçün profilaktiki söhbətlər aparmağa və gecikdirilmiş kreditlərin ödənilməsini təşkil etməyə məsul vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi Şahid1 müştərilərdən birinin sonuncu barəsində şikayət ərizəsi yazıb Qəb ələ rayon prokurorluğuna göndərməsi haqqında yalan məlumat verərək inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 1000 ABŞ dolları maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib Şahid1 ona olan inam və etimadından istifadə etməklə 28 dekabr 2016-cı il tarixdə ondan 1000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1766 (bir min yeddi yüz altmış altı) manat pulu Qəbələ şəhərində alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Şahid1 təhrik etmişdir. Bundan əlavə o, təkrarən 18 yanvar 2017-ci il tarixdə Şahid1 barəsində Cəmiyyətin Şəki filialının müştəriləri Şahid3 və Şahid4 şikayət ərizələrini, eləcə də həmin filialın problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Şahid2 izahatını Şəki rayon prokurorluğuna göndərilməsi barədə yalan məlumat verərək inandırmaqla şikayət ərizələrini Şəki rayon prokurorluğundan Qəbələ rayon prokurorluğuna verdirəcəyini, araşdırmanı aparan rayon prokurorluqlarının vəzifəli şəxslərinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün maddi nemət vermək adı ilə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək 21 yanvar 2017-ci il tarixdə Qəbələ şəhərində 5 00 manat, həmin tarixdə Şəki şəhərində 500 manat, 02 fevral 2017-ci il tarixdə “Viator Mikrokredit Azərbaycan" MMC-nin Şəki filialında Şahid1 xidməti iş otağında 1200 manat, həmin ayın sonuna kimi Şəki şəhərində müxtəlif ünvanlarda hər dəfə 100 manat olmaqla 200 manat, 2017-ci ilin mart ayının əvvəllərində isə qeyd edilən Cəmiyyətin Şəki filialının müdiri Şahid5 vasitəsi ilə Şəki şəhərində 100 manat, ümumilikdə 2500 manat pulunu vahid qəsdlə alaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid1 qarşı təkrar dələduzluq etmiş, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Şahid1 təkrar təhrik etmişdir. Bundan əlavə o, təkrarən qeyd olunan vəzifədə işləyərkən Cəmiyyətin Şəki filialının problemli kreditlər üzrə mütəxəssisi vəzifəsində işləmiş Şahid2 barəsində Şəki rayon prokurorluğuna ünvanlanmış Cəmiyyətin Şəki filialının müştəriləri Şahid3 və Şahid4 şikayət ərizələrinin olduğunu, həmin ərizələri Qəbələ rayon prokurorluğuna təqdim etdiyini yalandan bildirib inandırmaqla araşdırmanı aparan rayon prokurorluğunun vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə hərəkətlərin edilməsi, yəni qərar qəbul olunması üçün 500 manat maddi neməti rüşvət kimi verməklə həmin məsələni həll etdirəcəyini yalandan vəd verib 2017-ci ilin fevral ayında ondan 500 manat pulu Yevlax rayonunda “Xaldan dairəsi” adlanan yerdə almış, bu əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərək ətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla şəxsən rüşvət verməyə Sədyar Musayevi təkrar təhrik etmişdir.

5. Şəki Ağir Cinayətlər Məhkəməsinin 1(091)-84/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri dörd min manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə üç min manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq beş min manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu bir ay on doqquz gün nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzasının yüngülləşdirilməsi və üzərində qəti olaraq dörd min manat cərimə cəzasının saxlanılması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi vəkil Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Şəki Ağir Cinayətlər Məhkəməsinin 1(091)- 84/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əlavə cəzanın Şəki Ağir Cinayətlər Məhkəməsinin 1(091)-84/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş dörd min manat cərimə cəzası ilə toplanması və onun qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə dörd min manat cərimə cəzasına məhkum edilməsi, hökmün baxılmış apelyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyasının 1(102)-542/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir.

8. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi vəkil Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)187/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti qismən təmin edilmiş, Şəki Ağir Cinayətlər Məhkəməsinin 1(091)-84/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əlavə cəzanın Şəki Ağir Cinayətlər Məhkəməsinin 1(091)-84/2018 nömrəli, 27 iyun 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş dörd min manat cərimə cəzası ilə toplanması və onun qəti olaraq iki il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə dörd min manat cərimə cəzasına məhkum edilməsi, hökmün baxılmış apelyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Həmin qərardan Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t kollegiyasının 1(102)277/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-187/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-1/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri üzrə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 ay 19 gün həbsdə olması nəzərə alınaraq onun üz ərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilatı və sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 4 (dörd) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

12. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilmiş, məhkəmə kollegiyasından cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

1. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

2. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən m addi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

3. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilmiş, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-1/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərarını yoxlayıb, araşdır manın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühü m vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təy in edərkən məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin cəzanın mövcud olan yüngülləşdirici hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin tə qdim edilməsi və müvafiq surətdə müdafiəsini qurması üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiyası məhkəməsinin hökmünü dəyişdirmiş və cinayət işinin hallarına uyğun ədalətli qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası tərəfl ərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-1/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-1/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərarı onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar