Məhkəmə qərarları › İş №1(102)-1245/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1245/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1245/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.T.Rzayeva (sədrlik edən və məruzəçi), F.Z.Hümbətov və H.S.Əliyev) xx.xx.2022-ci il tarixli 1(124)-367/2022 nömrəli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 32.5,206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasın a, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 22 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətini törətmiş, eləcə də qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbayca n Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirmə cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, Məhkum sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin 470 manat, yaxud üçdən bir hissəsinin ona verilməsi müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 22 fevral 2022-ci il tarixd ə bir qrup şəxs halında naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Monza” şadlıq sarayının yaxınlığında qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş külli miqdarda ümumi təmiz çəkisi 35,899 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş külli miqdarda ümum i təmiz çəkisi 10,175 qram çəkidə ağ rəngli, kristallik formada olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə həmin 35,899 qram çəkidə narkotik vasitə olan heroin və 10,175 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.M.Əhmədov (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və N.Ə.Rzayev) 05 aprel 2023-cü il tarixli 1(105)-201/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1(124)-367/2022 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli 1(105)-201/2023 nömrəli qərarının ləğv edilməsini, təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, üzərində aşkar olunmuş narkotik vasitə ölkə daxilində baş vermiş, lakin ona, əsassız olaraq CM-in 206-cı maddəsi ilə ittiham verilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxı şlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlar kifayət qədər araşdırılmamış və nəticədə o, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı əsassız olaraq CM-in 206.2-ci maddəsi ilə də təqsirli bilinmişdir. Göründüyü kimi məhkum Malik Hüseyinov ona qarşı irəli sürülmüş ittihamda özünü CM-in 206-cı maddəsi ilə təqsirsiz olması barədə dəlilini irəli sürmüşdür. Məhkəmə kollegiyası qe yd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbayca n Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. İbtidai istintaq orqanı şübhəli şəxs Məhkum ilkin izahat və ifadəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, o, hadisədən 10 gün öncə İran İslam Respublikasının vətəndaşı (bundan sonra İİR vətəndaşı) ilə tanış olmuş, sonuncu ilə daima danışıqlar aparmış, sonuncu tərəfindən qoyulan (gizlədilən) narkotikləri qoyduğu yerdən götürərək dediyi yerlərə aparmasını və bu xidmətin müqabilində ona həmin narkotik vasitənin (aparılan, daşınılan) 30%-ini ona verəcəyi barədə bildirmələrinə görə Məhkum CM-in 206.3.2-ci mad dəsi ilə ittiham verilmişdir. İbtidai istintaq bu nəticəyə gələrkən, Məhkum telefonuna baxış nəticəsində fotoşəkillər qalereyasında olan qəbzlərə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir k, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübut, yəni, 20 may 2022-ci il tarixli “telefona baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərin məhkəmə istintaqı zamanı tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum məxsus “Samsung A12” mobil telefonuna və həmin telefonda olan “whatsapp” proqramına baxış keçirilmişdir. Baxış nəticəsində Məhkum tərəfindən “whatsapp” proqramı vasitəsilə müxtəlif kart nömrələrinə pul vəsaitinin göndərilməsini əks etdirən çeklərin fotoşəkillərinin göndərildiyi müəyyən edilmiş dir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən 01 fevral 2022-ci il tarixdə 160 AZN, 05 fevral 2022-ci il tarixdə 320 AZN, 07 fevral 2022-ci il tarixə 440 AZN və 21 fevral 2022-ci il tarixdə 470 AZN məbləğində pul vəsaitinin göndərilməsi barədə çeklərin şəkilləri whatsapp proqramı vasitəsilə göndərilmişdir. Lakin cinayət işi materiallarından olan ibtidai istintaq zamanı sübutlardan biri olan telefona baxış keçirilməsi barədə protokolda, sözü güdən məbləğlərin, 4159********4413, 415974******1032 və 4169********5114 nömrəli kartlara mədaxil etmələri barədə qəbzlər olsa da, həmin kartların kimə məxsus olması, yəni göndərilən pulun kim tərəfindən qəbul olunması araşdırılmamışdır. Bundan əlavə iş materiallarındakı sübutlara əsasən Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən onun İİR-ın vətəndaşı ilə iş birliyinin olması qeyd edilsə də, onun İİR-ın vətəndaşı ilə sözü gedən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təsdiq edən bir sübut mövcud deyil. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə verilmiş ittiham hökmü yalnız, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünün vermiş olduğu ifadəyə əsasən çıxarılmışdır. Göründüyü kimi işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Məhkə mə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsində Məhkum xahiş edilmişdir ki, onun təqsirli bilindiyi CM-in 32.5,206.2-ci maddəsi ilə icraata xitam verilsin. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə aşağı instansiya məhkəməsi tərəfindən araşdırmadığı sübutları təkrarən araşdırmayaraq biri nci instansiya məhkəməsinin yol verdiyi nöqsanları təkrarlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi old uğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndi rilən şəxsin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 144 və 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə dig ərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal də rəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin Məhkum apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti q ismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar q əbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar