Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1246/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-60/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassa siya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1985-ci il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ”Neon” MMC-də mühafizəçi işləmiş, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-256/2020 nömrəli, 12 mart 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
3. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
4. Hökmdən Məhkum, Məhkum müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-628/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 1(101)-256/2020 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi üzrə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2021-ci il tarixli, 1(102)-878/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 09 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci maddələri ilə, Məhkum və Təqsirləndirilən şəxs2 hər birisinin Azərbaycan Respublikası CM-nin 32.5,120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-60/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)256/2020 nömrəli, 12 mart 20 20-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxıl anadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
12. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının və müdafiəçinin çıxışlarında bildirdikləri mövqelərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-60/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-60/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.