Məhkəmə qərarları › İş №1(102)-1246/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1246/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1246/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Bədəlov F uad Murad oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(124)-270/2023 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1960-cı il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, suba y, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 7 aprel 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçi Bədəlov Fuad Murad oğlu tərəfin dən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli 1(105)-442/2023 nömrəli (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023cü il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayə tlər Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 7 aprel 2022-ci il tarixdə saat 09 radələrində anadangəlmə uşaq serebral iflic xəstəsi, İ qrup əlil olduğundan sərbəst şəkildə hərəkət edə bilməyən və ailə üzvlərinin köməyinə möhtac olan fiziki məhdudiyyətli bacısı Zərərçəkmiş şəxs və qardaşı Şahid1 ilə birlikdə yaşadığı ünvanında yerləşən 10 nömrəli mənzilin qonaq otağında olarkən qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs təbii ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış oturacağa əyləşdirib, çörək almaq üçün mənzildən çıxmasından sonra mənzildə bacısı Zərərçəkmiş şəxs ilə tək qalmasından istifadə edərək, sonuncunun ünvan 2 ünvanında yerləşən mənzilinə qardaşı Şahid1 ilə köçərək yaşamaq istəməsi ilə bağlı mübahisələrini təkrar başlatmış, mübahisə zamanı bacısının artıq sabahısı, yəni 8 aprel 2022-ci il tarixində yaşadıqları mənzildən gedəcəyinə qəti şəkildə əmin olduğundan, mübahisənin davamında həmin anda yaşadıqları mənzilin qonaq otağında təbii ehtiyaclarını ödəmək üçün xüsusi hazırlanmış oturacaqda oturaq vəziyyətdə olan və fiziki məhdudiyyətli olduğundan heç bir müqavimət göstərmək, özünü müdafiə etmək iqtidarında olmayan bacısı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı, dəstəyinin uzunluğu 14 sm və tiyəsinin uzunluğu 20 sm olan çapacağının kəsici-çapıcı hissəsi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən xüsusi amansızlıqla, yəni bacısı Zərərçəkmiş şəxs xüsusi iztirablar verməsini dərk edərək çox saylı zərbələr vuraraq ənsə sümüyünün sağ hissəsinin qəlpəli sınığı kimi sağlamlığa ağır zərərvuran, sol əlin İİ barmağının orta falanqasının amputasiyası kimi sağlamlığa az ağır zərərvuran, açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə-təpə nahiyyəsinin sol hissəsinin 3 (üç) ədəd, boyun nahiyyəsinin yuxarı 1/3-nin arxa səthinin 1 (bir) ədəd, sağ qulaq seyvanın 1 (bir) ədəd kəsilmiş-əzilmiş yaraları kimi sağlamlığa yüngül zərərvuran və hər iki çiyin nahiyyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu gördüyündən öz cinayətkar niyyətinə çatdığını düşünüb zərbələr vurmağı dayandırmış, daha sonra yaşadıqları mənzildə qardaşı Şahid1 məxsus olan geyim əşyalarını mənzilin giriş qapısına, yəni binanın dəhlizin ə atdıqdan sonra mənzilin qapısını içəridən kilidləmiş və bir neçə dəqiqə sonra gələn qardaşı Şahid1 mənzilin qapısını döyməsinə baxmayaraq, qapını açmamış, davamında Zərərçəkmiş şəxs öldürməkdə ifadə olunan öz cinayətkar niyyətini başa çatdırmaq üçün yaşadıqları mənzilə təbii qazın dolmasından ötrü mətbəxdə olan qaz sobasının plitələrinə gələn qazı açmış, lakin onun pis hadisə törədə biləcəyindən ehtiyatlanan qardaşı Nümayəndə həmin mənzilə gələn qaz xəttini çöldən bağlaması və artıq hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən qapını açmayacağı təqdirdə mənzilin kilidini qırıb içəri daxil olacaqlarını bildirmələrindən sonra qapını açması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək, xüsusi amansızlıqla özü üçün aşkar surətdə kömə ksiz vəziyyətdə olan bacısı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələrinə xitam verilməli, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrindən, Azərbaycan Respublikasının CM-in 127-ci və ya 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs Məhkum bacısı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Onun niyyəti bacısı Zərərçəkmiş şəxs vurmaqda məqsədi bacısının gözünü qorxutmaq olmuşdur. Ona görə ki, bacısının qardaşı Şahid1 ilə Sumqayıt şəhəri, 2-ci m ikrorayonda yerləşən bir otaqlı mənzilə köçməsini istəmirmiş. Bilirmiş ki, bacısı onunla yaşadığı ünvan 10-dan getdikdən sonra digər qardaşı Nümayəndə onu həmin evdən çıxarıb çölə atacaqdır. Bacısı Zərərçəkmiş şəxs, qardaşları Şahid1 və Nümayəndə hər gün onu təhqir etdiklərindən artıq canından bezibmiş. Uzun müddət aralarında olan dava-dalaş onun əsəblərini pozduğundan o, xx.xx.2022-ci il tarixdə özündən çıxmış və bacısına balta ilə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs Məhkum bacısı Zərərçəkmiş şəxs öldürmək imkanı olsa da, o, bacısını öldürmək istəməmiş, sadəcə olaraq ani bir vaxtda əsəbləşdiyindən onu qorxutmaq üçün balta ilə vurmuşdur. Həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlər həyat və sağlamlıq üçün təhlükəli xəsarətlər hesab edilmir. Belə olan ha lda o qənaətə gəlmək olur ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi onun bacısı Zərərçəkmiş şəxs öldürmək kimi niyyəti olmaması öz təsdiqini tapır. Odur ki, qeyd olunanlara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələrindən, CM-in 127-ci və ya 126.1-ci maddəsinə tövsif edilməsi, bu mümkün olmadıqda isə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilərək istinad edilən əməllərə düzgün hüquqi qiymət verilməsi üçün işin yenidən apellyasiya instansiya məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Bədəlov Fuad Murad oğlu çıxış edərək, məhkumun bacısını öldü rmək niyyəti olmadığını, məqsədinin bacısını sadəcə qorxutmaq olduğunu bildirib, məhkumun yaşını da nəzərə alıb verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, niyyətinin bacısını öldürmək olmadığını, sadəcə qorxutmaq üçün ona xəsarət yetirdiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya inst ansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyət lərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, onun əməlinin düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıla rı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirl i olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün ə saslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətl əndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsində özünü qismən təqsirli bilinməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında” 7 aprel 2022-ci il tarixli protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertiza tədqiqinə dair 10 may 2022-ci il tarixli 559 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eksperti za və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmətibbi ekspertiza tədqiqinə dair 8 oktyabr 2022-ci il tarixli 20/559 nömrəli əlavə ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin maddi sübutun məhkəmə-kriminalistik tədqiqinə dair 19 oktyabr 2022-ci il tarixli 532/2022 MTKŞ nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair 24 may 2022ci il tarixli 284/2022-MTBŞ nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Məhkum komisyon kompleks amb ulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 6 iyul 2022-ci il tarixli 1772 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Zərərçəkmiş şəxs komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 30 iyul 2022-ci il tarixli 2012 nömrəli ekspert rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cinayət işinin materiallarını, iş üzrə toplanılmış sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum özünü müdafiə etmək iqtidarında olmayan bacısı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çapacağının kəsici-çapıcı hissəsi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən xüsusi amansızlıqla, yəni bacısı Zərərçəkmiş şəxs xüsusi iztirablar verməsini dərk edərək çox saylı zərbələr vuraraq xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu gördüyündən öz cinayətkar niyyətinə çatdığını düşünüb zərbələr vurmağı dayandırmış və daha sonra artıq hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən qapını açmayacağı təqdirdə mənzilin kilidin i qırıb içəri daxil olacaqlarını bildirmələrindən sonra qapını açması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək, xüsusi amansızlıqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan bacısı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə ibtidai istintaq orqanın və aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarına əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Plenum qərarında, o cümlədən qeyd olunmuşdur ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçü n aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin öl üm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd olunan normaların tələblərinə əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan bacısı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respu blikası CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və ona əlavəyə baxılması zamanı apellyasiya məhkəməsi tərəfin dən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü madd əsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası təyin edilmiş cəza barədə aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq h esab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqq ət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzə rdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar