Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1246/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, X7, X2 və Həsənov Ehtimad Elləz oğlunun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-29/2025 nömrəl i 27 yanvar 2025-ci il tarixli qərarından zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən: E.Vəliyev) 1(075)-10/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli hökmü ilə X8, X3 və X6 178.2.1-ci və 178.2.4-cü maddələri ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.B.İsayev (sədrlik edən), İ.H.Şükürov və X.C.Səmədov) 1(107)-29/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti verilməmiş hesab edilməmiş və baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmi ş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi H.Əlişanovun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İttiham aktından görünür ki, X12, X4 və X9 qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xeyli miqdarda özgənin əmlakını tamah niyyətilə dələduzluq yolu ilə ələ keçirməklə qəsdən dələduzluq cinayət əməllərini törətməkdə təqsirləndirilmişlər. Şəki Rayon Məhkəməsinin 1(075)-10/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli hökmü ilə X8, X3 və X6 178.2.1-ci və 178.2.4-cü maddələri ilə bəraət verilmişdir. Cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi ilə müəyyən edilmiş tələblər yerinə yetirilməmişdir. Mə hkəmə qərarından görünür ki, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC məhkəməyə ərizə göndərərək Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(075)-10/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxıldığından müddətin bərpa olunması məsələsinə baxılmasına zərurət olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş m üddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Odur ki, apelyasiya şikayətinin verilməmiş hesab edilməsi və baxılmamış saxlanılmış dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-29/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1246/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1246/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver