Məhkəmə qərarları › İş №1(102)-1247/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1247/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1247/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Məmmədov Babək Fərruxoğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 127.2.3, 305, 228.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 may 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədov Babək Fərrux oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən),R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) xx.xx.1984-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 2 28.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2014-cü il tarixli qərarına əsasən, ona Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 315.1, 66.5 və 66.3-cü maddələri ilə qəti olaraq, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan 1 il 6 ay 27 gün hissəsini çəkmək üçün 19 yanvar 2016-cı il tari xdə 3 saylı X25 Müəssisəsinə keçirilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1-də qeydiyyatda olub həmin ünvanda da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3, 305, 228.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ji maddəsinə əsasən, təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri xaric edilmişdir. Hökmlə həmçinin X9, X26, X27, X28, X29, X30, X31 və X32 təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: F.A.Qasımov, hakimlər: S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 305, 228.1, 221.3, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-cü maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə 5 (beş) il müddətə, Azərbaycan Respublikası CM-nın 29,120.2.2, 29,120.2.4, 29,120.2.7-cı maddələri ilə 14 (on dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edil miş, Məhkum Bakı şəhəri, Suraxanı Rayon məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 315.1, 66.5, 66.3-cü maddələri ilə qəti olaraq, təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 il 3 ay 3 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1 -ci maddəsinə əsasən, hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq, 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 27 aprel 2016-cı il tarixdən hesab edilməsi və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədov Babək Fərrux oğ lu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmünün ləğv edilməsini, ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 305, 228.1, 221.3, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin xaric edilərək əməlinin yalnız CM-nin 131.2-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İşin halları: Hökmə əsasən, X24 21 aprel 2016-cı il tarixdə, saat 01:02-də Bakı şəhərində X19 ilə X1 evində olarkən, X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ona əvvəllər başqa şəxsin ondan tələb etdiyi hər ay 3.000 manat pulu ödəməyi bildirib əks halda onun özünə və ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib təxirə salmadan onunla görüşməyi tələb etmiş, X13 isə hazırda evdə olduğunu bildirib həmin vaxtda görüşə bilmədiyini deyib səhərisi gün görüşəcəyini vəd edərək, tanışı Məhkum X14 əvvəllər məhkum olunduğunu, tək gəzmədiyini, gözlənilməz hərəkətlər etdiyini, onunla tək görüşməyin məqsədə uyğun olmadığını öyrənib görüşə gedərsə, gözlənilməz dava-dalaşa yol verməmək üçün yaxın yoldaşları ilə getmək barəsində Məhkum məsləhətini nəzərə alıb yaxın münasibətdə olduğu tanışları ilə birlikdə X16 Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranına qonaq kimi dəvət edib X24 ilə söhbət edib ondan pulun hansı əsasla tələb edildiyini aydınlaşdırmaq qərarına gələrək, Məhkum və X19 birlikdə X24 ilə görüşə getməyi qərarlaşdırıb tanışları X5, X10 və X20 isə yemək adı ilə həmin restorana dəvət edib bu şəxslərin məlumatı olmadan və onların razılıql arı soruşulmadan özü qanunsuz olaraq, başqa mənbədən əldə etdiyi atəş üçün yararlı, odlu-yivli silah «QA 82869» nömrəli, 7,62 mm çaplı «Naqan» sistemli tipli tapança ilə, Məhkum isə qanunsuz olaraq, başqa mənbədən əldə etdiyi atəş üçün yararlı, «RQ 7050» nömrəli, 9 mm çaplı «Makarov» tipli yivli-odlu silah tapança ilə silahlanıb Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranının 3 saylı otağına gəlib X17 olduqları yer barəsində məlumat verib sonuncunu oraya dəvət etmişdir. X24 da başqa mənbədən qanunsuz olaraq, soyuq silah olan bıçaq əldə edib üzərində gəzdirərək, bu barədə və görüşün məqsədini tanışı X2 bildirmədən sonuncuya Badamdar qəsəbəsində beş dəqiqəlik işinin olduğunu deyib onunla getməyi təklif edib X26ə birlikdə başqasının idarə etdiyi “Priori” markalı avtomobillə Badamdar qəsəbə si istiqamətində hərəkətdə olarkən, yolda X15 Badamdar qəsəbəsində maşınsız olduğunu bildirib maşın varsa, Badamdar qəsəbəsinə gəlib onu götürmək adı ilə X23 qəsəbəsinə yanacaqdoldurma stansiyasına çağırıb orada onunla görüşüb ona işin mahiyyətini bildirmədən “Bulaq” restoranında beş dəqiqəlik işinin olduğunu deyib X19dən onu oraya aparmağı xahiş etmişdir. X21 da idarə etdiyi başqa şəxsə məxsus maşınla X30u saat təxminən 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi-1 ünvanında yerləşən “Bulaq” restoranındakı 3 nömrəli otağa gətirmişdir. X24 otağa daxil olarkən, Məhkum “salam X30” dedikdən sonra X24 heç bir səbəb olmadan X13 tərəfindən məqsədli şəkildə ona qarşı tələ qurulduğu qənaətinə gəlib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizli k ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla X28yə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan- sağ yanağın və boyunun yan səthinin yuxarı 1/3nin sıyrıq-cızığı kimi xəsarətlər yetirmiş, X28 də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunun hərəkətlər edərək, qanunsuz olaraq əldə etdiyi, üzərində gəzdirdiyi və özündə saxladığı odlu silah olan «QA 82869» nömrəli, 7,62 mm çaplı «Naqan» tipli revolverdən atəş açaraq, X30a dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid- sol budun orta 1\3-nin yumşaq toxumalarını zədələyən ko r xəsarət yetirmiş, X3 və X21 da X24 ilə həmrəylik nümayiş etdirərək, yuxarıda göstərilən qaydada qrup halında həm restoranın otağının içərisində, həm də restoranın həyətində X7 və onunla birlikdə restorana gəlmiş şəxslərə qarşı zor tətbiq edib onlara qarşı zorakılıq hərəkətləri edərək, X15a sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən- döş qəfəsinin ön sağ yan səthinin və sağ kürəkaltı nahiyənin qançırları kimi, Məhkum küt əşyanın təsirindən törənməyə xarakterik sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən- sağ xarici qulaq keçəcəyi nahiyəsinin sıyrığı, döş qəfəsinin ön səthində sağ körpücükaltı nahiyənin qançırı, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, sağ əl pəncəsinin arxa səthinin qançırı və sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirmişlər. Məhkum, X11, X18, X28 isə X13 ilə həmrəylik nümayiş etdirərək, yuxarıda göstərilən qaydada qrup halında X24 ilə X2 və X15 zor tətbiq edib Məhkum qanunsuz əldə etdiyi, üzərində gəzdirdiyi və saxladığı odlu silah olan «RQ 7050» nömrəli, 9 mm çaplı «Makarov» tipli tapançadan ümumi təhlükəli üsulla atəş açaraq, X30a dərəcələrinə görə hər biri ayrı-ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid- döş qəfəsinin ön səthinin sağ yarısının və sağ saidin yumşaq toxumalarını zədələyib dəlib-keçən, X19ə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid - sağ əlin İ barmaq sümüklərinin çoxqəlpəli açıq sınığı və yumşaq toxumalarının zədələnm əsi ilə müşayiət olunan xəsarətlər yetirmiş, restoranın başqa müştərilərindən birinin restoranın həyətində saxladığı «CHEVROLET-Suburban» 006-T-064 dövlət nömrə nişanlı avtomaşının arxa sağ sərnişin qapısını zədələmiş, X21ə bərk küt əşyanın təsirindən törənməyə xarakterik dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid- başın tüklü hissəsində, sol təpə-gicgah nahiyəsinin və sağ mil-bilək oynağının arxa iç səthinin əzilmiş yaraları və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməyən- sol dirsək oynağının arxa bayır və arxa səthlərinin, sol saidin yuxarı 1\3-nin arxa-bayır səthinin, sağ əl pəncəsinin arxa səthində, İİ daraq-əsas falanqa oynağının, sol əl pəncəsinin V barmağının orta falanqasının arxa, İİ barmağı nın əsas falanqasının arxa-iç səthlərinin sıyrıqları kimi xəsarətlər yetirilib qərəzli xuliqanlıq hərəkətləri edərək, restoranın normal fəaliyyətini, restoranda olan vətəndaşların istirahətini qarşılıqlı şəkildə pozub restoranda qabların, divar kağızının, pərdənin və digər əşyaların məhv edilməsi nəticəsində restorana 416 manat məbləğində ziyan vurub hadisə yerindən qaçmışlar. X11 hadisə yerindən qaçdıqdan sonra təxminən 22 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, xalis çəkisi 7,28 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşıyıb gəzdirmiş, həmin tarixdə saat 22:30 radələrində o, ünvan 2 ünvanın qarşısında Səba il RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 41-ci Polis Bölməsinə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zamanı 2 ədəd kibrit qutusunda olan həmin narkotik vasitə onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Məhkum isə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 315.1, 66.5 və 66.3-cü maddələri ilə qəti olaraq, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib Bakı şəhəri, Nizami rayon məhkəmə sinin 28 dekabr 2015-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan hissəsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X25 Müəssisəsində çəkərkən, 19 aprel 2016-cı il tarixdə üç gün müddətinə qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 20, mənzil 125-də yaşayan ailə üzvləri ilə qısamüddətli görüşə getməsi barədə icazə almış, lakin 22 aprel 2016-cı il tarixdə icazə müddəti başa çatdıqdan sonra heç bir üzrlü səbəb olmadan geri qayıtmamış və bununla da, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi Məmmədov Babək Fərrux oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CP Mnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmələr tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Belə ki, hadisələr ehtiyatsızlıqdan baş vermişdir, Məhkum kimisə qəsdən vurmaq niyyəti olmamışdır və ona görə də onun əməlləri məhz Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa, Məhkum ehtiyatsızlıqdan başqasının sağlamlığına az ağır zərər vurduqdan sonra səmimi peşman olmasını, cinayətin açılmasında, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etməsini, eyni zamanda, maddi ziyanın əvəzi Məhkum tərəfindən tam olaraq ödənilməsi, bununla əlaqədar zərərçəkmiş şəxsin Məhkumla barışması və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmaması, həmçinin, Məhkum cinayət əməlini törətdikdən sonra məsu liyyətini sonradan dərk edən şüurlu insan kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, daimi yaşayış yeri var və yaşayış yeri üzrə Məhkum müsbət xarakterizə olunması, bundan əlavə, Məhkum evli və ailədə yeganə qazanc gətirən şəxs olması apellyasiya məhkəməsi tərəfindən cəza təyini zaman nəzərə alınmamışdır. Nəticədə Azərbaycan Respublikasının CM-nin 8-ci və 9-cu maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndinin tələblərini kobud surətdə pozulmaqla barəsində ədalətsiz qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 305, 228.1, 221.3, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələrinin xaric edilməsi, Məhkum əməllərinin yalnız Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsinə tövsif edilməsi, Məhkum (cəzasının çəkilmiş hissəsi nəzərə alınmaqla) barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarı dəyişdirilm ədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsəl ələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə müəyyən olunur ki,Məhkum hadisə törədilən vaxtda vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə odlu silah olan “Makarov” (PM) konstruksiyalı tapançanı nümayiş etdirməklə və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt ümumi: niyyətdən kənara çıxaraq xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürmək məqsədi ilə qanunsuz əldə etdiyi və üzərində gəzdirdiyi odlu silah olan «Makarov» (PM) konstruksiyalı tapançadan ümumi təhlükəli üsulla atəş açaraq X30a «döş qəfəsinin ön sətrinin sağ yarısının və sağ saidin yumu şaq toxumalarını zədələyərək dəlib-keçən», dərəcələrinə görə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid, X19ə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid «sağ əlin İ barmaq sümüklərinin çoxqəlpəli açıq sınığı və yumuşaq toxumaların zədələnməsi» ilə müşayiət olunan odlu silah yaralan yetirmiş, lakin silahda patronlar qurtardığından öz iradəsindən asılı olmayan səbəblərə görə X30u və X19i qəsdən öldürmə niyyətini başa çatdıra bilməmişdir. Açdığı nizamsız atəşlər nəticəsində restoranda qonaq kimi istirahət edən vətəndaşım idarə idarə etdiyi “CHEVROLET-Sunburban” 006-T-064 dövlət nömrə nişanlı avtomaşının arxa sağ sərnişin qapısı zədələnmişdir. Hadisə yerindən qa çarkən tapançanı və sandıqçanı tanışı X22, sonuncu saxlanılması üçün dostu X8 vermişdir. X19 şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadəsində göstərmişdir ki, X30ın qolundan və çiynindən güllə yarasının almasını görərək bilmişdir ki, onu bir neçə dəqiqə əvvəl X21lə birlikdə otağın qapısının ağzında görüşdüyü X16 adlı şəxs tapança ilə vurmuşdur. X21lə birlikdə olan şəxslərin sayı 7-8 nəfər olmuş, X21in əlində revolver, X16in əlində «Makar» tipli tapança var idi, X16 həmin tapança ilə atəş açırdı və X16in atəş açdığı tapançadan güllənin biri onun sağ əlinin baş barmağına dəymişdir. Azərbaycan Respublikası DİN-nın Kriminalistik Təhqiqatlar idarəsində keçirilmiş ballistik ekspertizasının 16/118 saylı 27 aprel 2016-cı il tarix\li rəyi ilə müəyyən edilmişdir ki, X8in yaşadığı m ənzildə aşkar edilmiş 1975-cı ildə zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli olmaqla «RQ 7050» №-li «Makarov» (PM) konstruksiyalı tapança atəş açmaq üçün yararlıdır və «Bulaq» kafesində hadisə yerinə baxış zamanı aşkar edilmiş 6 ədəd 9x18 mm kalibirli gilizlər, X14 bədənindən çıxarılmış 1 ədəd güllə həmin silahdan atılmışdır Məhkəmə ballistik ekspertizasının 27 iyun 2016-cı ıl tarixli, 16/1185 saylı rəyi ilə müəyyən edilmişdir ki, RQ-7050 №-li silah Rusiyanın icevsk silah zavodunda 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı-tapança yıvli odlu döyüş silahı olmaqla texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Bir ədəd sandıq, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruk siyalı silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat nəticəsində müəyyən olundu ki, ********* №-li cinayət işi üzrə hadisə yerindən götürülmüş 6 ədəd 9x18 mm kalibri gilzlər, 01 ədəd 9 mm kalibrli güllə və X12 bədənindən çıxarılmış 01 ədəd 9 mm kalibrli güllə tədqiqata təqdim edilmiş 9 mm kalibrli RQ-7050 nömrəli Makarov konstruksiyalı tapançadan atılmışdır. Tədqiqata təqdim edilmiş silah 1975-cı ildə zavod üsulu ilə i stehsal edilmiş 9 mm kalibrli olmaqla «RQ 7050» №-li, «Makarov» (PM) konstruksiyalı tapançadır-yivli odlu silahdır, sazdır, atəş açmaq üçün yararlıdır və tətiyi çəkmədən özü-özünə atəş açılmır. Təqdim edilmiş 1 (bir) ədəd predmet 8 ədəd 8 mm kalibrli patron tutumuna malik olan, «Makarov» (PM) konstruksiyalı tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Təqdim edilmiş 6 (altı) ədəd giliz 9 mm kalibrli olub həmin kalibrə malik olan «Makarov» və avtomatik «Steçkın» konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların hissələridir-gilizləridir. Həmin gilizlər «RQ 7050» №-li tapançadan atılmışdır. Təqdim edilmiş 2 ədəd güllə 9 mm kalibrli olub, həmin kalibrə malik olan «Makarov» və «Naqan» konstruksiyalı silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların hissələridir- güllələridir, Həmin güllələr «RQ 7050» №-li tapançadan atılmışdır. Təqdim edilmiş 9 mm kalibrli gilz və güllələr eyni zavodda hazırlanmışdır Məhkum məxsus şalvarın üzərində insan qanı aşkar olundu Tədqiq olunan bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız A antiqeni alındı və bu qan ləkələrinin ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən Məhkum və ya X6 məxsus olması inkar olunmur. Bundan başqa, məhkumlar X18in və X20ini fadələrindən, göstərilən ekspert rəylərindən təsdiq olunmuşdur ki. Məhkum hadisə vaxtı xuliqanlıq niyyəti ilə iki və ya daha çox şəxsi qəsd ən öldürmək məqsədi ilə qanunsuz əldə etdiyi və üzərində gəzdirdiyi odlu silah olan «Makarov» (PM) konstruksiyalı tapançadan ümumi təhlükəli üsulla atəş açaraq X30a «döş qəfəsinin ön səthinin sağ yarısının və sağ saidin yumuşaq toxumalarını zədələyərək dəlib-keçən», dərəcələrinə görə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid, X19ə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid «sağ əlin İ barmaq sümüklərinin çox qəlpəli açıq sınığı və yumuşaq toxumaların zədələnməsi» ilə müşayiət olunan odlu silah yaraları yetirmiş, lakin silahda patronlar qurtardığından öz iradəsindən asılı olmayan səbəblərə görə X30u və X19i qəsdən öldürmə niyyətini başa çatdıra bilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 8 və 10-cu bənlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tədbiqinə cəhd etməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsıf edilməsi üçün əsasdır Xuliqanlıq müvafiq icazəsi olmayan odlu və və soyuq silah tətbiq edilməsi ilə müşayiət edilməklə törədildikdə, təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında - Cinayət Məcəlləsinin 221.3 və 228.4-ci maddələri ilə tövsıf olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi Məhkum təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gələrək, onun t əqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsii üçün əsasların müəyyən edilməməsi qərarına gəlməklə düzgün nəticəyə gəlmişdir. Müdafiə tərəfinin məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı dəlilləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, işin digər obyektiv halları ilə təkzib olunur. Məhkum həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, Apellyasiya Məhkəməsisübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq etmiş, Məhkum əməlini CM-in305, 228.1, 221.3, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-cü maddələri ilə düzgün tövsif edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kollegiya qeyd edir ki, məhkəmə məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 58.3,8.1,41.2-ci maddələrinin tələblərini,habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 2 iyun tarixli qərarının tövsiyələrini,törədilmiş cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini,cəzalı yüngülləşdirən və ağırlaşdıran halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan hökm dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 305, 228.1, 221.3, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2018-ci il tarixli hökmü ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar