Məhkəmə qərarları › İş №1(102)-1247/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1247/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1247/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Aytac Səfa qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-c i il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin (sədrlik edən H.Səlimov) 22 dekabr 2021-ci il tarixli, 1(019)86/2021 saylı hökmü ilə, xx.xx.1987-ci ildə Zaqatala rayonunun Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın S/N: 005 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim İmanverdi Şükürov imzaladı, Hakim Gündüz Abbasov imzaladı, Hakim Akif Eyvazov imzaladı Məhkəmənin adı: Şəki Apellyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=88a06f6b22cf4d8e8347bf88685bc83e Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. məhdudlaşdırılması c əzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Məhkum üzərinə yaşayış yerini gecə saat 22:00-dən növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri nin qoyulması, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, hökmün icrasının təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 10 fevral 2021-ci il tarixdə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs Zaqatala rayonu Göyəm kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın ikinci siyirməsindən sonuncuya məxsus olan, üzərində şifrəsi yazılmış Azərbaycan Beynəlxalq Bankının plastik kartını gizli yolla ələ keçirib talayaraq 11 fevral 2021-ci il tarixdə axşam saat 21:00-da Zaqatala şəhəri Fikrət Əmirov küçəsi-14 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankına aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 466 manat, 16 fevral 2021-ci il tarixdə səhər saat 10:13-də Zaqatala şəhəri Fikrət Əmirov prospektində yerləşən "xxxx" QSC-yə aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 200 manat, 16 fevral 2021-ci il tarixdə “Asan Xidmət” Mərkəzinin qarşısındakı "xxxx" ASC-yə aid ATMə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 200 manat, 16 fevral 2021-ci il tarixdə günorta saat 12:11-də Balakən şəhəri Heydər Əliyev prospekti-98 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankına aid ATM-ə elektron məlumat daşıyıcısı olan həmin kartı daxil edərək 117 manat pulu, yəni ümumilikd ə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 983 (doqquz yüz səksən üç) manat məbləğində pulu elektron məlumat daşıyıcısı olan plastik kartdan istifadə etməklə gizli olaraq talayıb oğurlamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mat 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və A.M.Eyvazovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilərək, Balakən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(019)-86/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi CM-in 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMin 69.3-cü maddəsinə əsasən onun 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılaraq, Məhkum üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclas zalından həbs olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 01 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində ona təy in edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən ed ə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməmiş, dövlət ittihamçısı apellyasiya protesti vermiş və apellyasiya protesti apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təmin edilərək, hökmdə dəyişiklik edilmiş, məhkuma təyin edilmiş cəza sərtləşdirilərək ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları, Məhkum məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmu şdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa məhkəmə Məhkum cəmiyyətdə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkum əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuşdur. Göründüyü kimi Məhkum oğurluq cinayətini törətməsinə görə əvvəllər daha yüngül cəzaya məhkum olunmasına baxmayaraq, islah olunmayaraq yenidən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum edilməsini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsininin göstəricisi olan cinayəti saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətməsini nəzərə almamışdır. Halbuki, CM-in 34.8-ci maddəsində də qeyd edilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Göstərilən əsaslarla apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş cəzanı sərtləşdirərək azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən əsaslardan müəyyən edilir ki, Məhkum təyin edilmiş cəzanın sərtləşdirilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu kassasiya şikayətində göstərilməmişdir. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasi ya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 ma rt 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar