Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1247/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3, tərcüməçi Türkan Bəndər qızı Rüstəmovan ın (Qasımovanın) iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 02 noyabr 2022-ci il tarixli, 1(005)-36/2022 nömrəli hökmü ilə xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 30 6.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 08 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək tutulduğu cəmi 1 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəx s Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Məhkum cavabdeh kimi 30800 (otuz min səkkiz yüz) ABŞ dolları məbləğində pul borcunu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə və 30 (otuz) manat məbləğində ödənilməmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qüvvəyə minmiş 19 noyabr 2018-ci il tarixli 2(011)-7308/2018 saylı qətnaməsinin icrası təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqəda r 10 gün müddətində verilmiş vaxtda yerinə yetirmədiyi halda inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 26 fevral 2020-ci il tarixli 3(011)-373/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə bildiriş təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərərçəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əm lakını ələ keçirmə məqsədilə 12 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi 12-də yerləşən obyektdə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək ona məxsus 01 ədəd 12000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə X3 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs3 12000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 29 fevral 2020-ci i l tarixdə ünvan 3 ünvanında yerləşən “N Studio” qadın salonunda Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 28000 manat dəyərində «Epiray Mantis» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə Şahid6 5000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs2 28000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə 24 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədzadə küçəsi ev 57, 36 saylı mənzilin qarşısında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus 01 ədəd 16000 manat dəyərində «3D Max» markalı lazer aparatını hər ay razılaşdıqları məbləğdə pul vəsaitini vaxtı-vaxtında ödəməklə gözəllik salonunda istifadə etməsi üçün icarəyə götürmək istədiyini yalandan deyib az miqdarda ilkin ödəniş etmiş, lakin verdiyi vədə əməl etməyib lazer aparatını icarəyə götürdükdən sonra pul əldə etməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 4000 manat müqabilində sataraq Zərərçəkmiş şəxs1 16000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Günay Axundova) 14 fevral 2023-cü il tarixli, 1(103)-240/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 08 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək tutulduğu cəmi 1 (bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 2 (iki ) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkumnun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, törətdiyi əməldən peşmandır. Həmçinin cinayətlə bağlı zərərçəkmiş şəxsin heç bir şikayətinin olmamasını nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini və ya azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını ö yrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin mə zmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzalar ın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhk əməsinin bu qərarı ilə razılaşmayaraq, talanmış əmlakların zərərçəkmiş şəxslərə qaytarılmasını nəzərə alaraq, cəza müddətini azaltmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hi ssəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Xəatai Rayon Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə AR CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2013-cü il tarixli qərarı ilə 27 dekabr 2012-ci il tarixli hökm dəyişdirilmiş, CM-in 69.4-cü maddəsi tətbiq edilərək 1000 manat cərimə cəzası təyin edilmişdir. Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 dekabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 04 noyabr 2019-cu ildə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi məhkuma əvvəlki hökmü ilə analoji cinayət əməlinə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islah təsiri yetərli olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin halları və onun şəx siyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb cəzanı yüngülləşdirərək yuxarıda göstərilən hədlərdə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəza həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici h allar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1247/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1247/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver