Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1248/2019 10.12.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1248/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 10 dekabr 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadıq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Məhkum və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eynulla Vəliyev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-892/2017 nömrəli 04 avqust 2017-ci il tarixli hökmü ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatında olan və ünvan 2ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2, 177.2.2, 178.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddə tə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 17 (on yeddi) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 600 (altı yüz) manat cərimə cəzası hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək üzərində 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə və 600 (altı yüz) manat cərimə cəzası saxlanılmışdır. Təyin edilmiş azadlıqdan məhrum et mə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2017ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı X10 ilə aralarında olan qonşuluq əlaqələri ilə bağlı yaranmış etibarından sui-istifadə etməklə 09 oktyabr 2013-cı il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri,ünvan 2 ünvanda yerləşən aptekdə X3ə məxsus olan 01 ədəd dəyəri 695 manat təşkil edən “Samsung Qalaxy Note 3” markalı mobil telefonu danışmaq adı ilə alıb aldatmaqla çölə çıxıb gedərək zərərçəkmiş X5 695 manat məbləğində olan əmlakını ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, qeydiyyatda olduğu ünvan 1-də olan köhnə su qızdırıcını satmaq üçün 02 fevral 2017-ci il tarixdə, saat 18:52-də telefon əlaqəsi saxlayaraq danışıb 300 manata satacağı barədə razılaşdığı tanışı X3 yaşadığı ünvan 3 ünvana 9-a saat 23:30 radələrində gələrək mənzilə daxil olmuş, bundan sonra X7 dəhlizdə çibindən 100 manat çıxardıb su qızdırıcını həmin qiymətə ala biləcəyini və bundan artıq pulu olmadığını dedikdə sonuncuya acıqlanaraq onu aldatdığına və boş yerə evinə gətizdirdiyinə görə etirazını bildirib əsəbiləşərək sözlə mübahisə edərkən qızının ünvanına söyüş söyməsini bəhanə edərək X9u xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək məqsədi ilə dəhlizdə olan paltaryuyan maşının üstündəki dəmir materialdan olan borudan silah qismində istifadə edərək dəhlizdən qonaq otağına keçmək istəyən X9un baş nahiyəsinə bir neyə zərbə vurub alın nahiyəsində sağda sıyrıqlar, hər iki göz ətrafının və sağ əlin arxa səthinin qançırları və sağ əlin arxa səthinin əzilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan və başın sağ alın nahiyəsində, təpə nahiyəsində sağda, sağtəpə gicgah nahiyəsində və ənsə nahiyəsində hərəsində bir ədəd olmaqla əzilmiş yaralar, baş nahiyəsindəki yaralar nahiyəsində kəllə əsasına keçən kəllə tağı sümüklərinin qəlpəli və xətvari sınıqları, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə ölümə səbəb ola bilən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək X9u xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra o, X9u xuliqanlıq niyyəti ilə qəsdən öldürdükdən, yəni qəsdən həyatdan məhrum etdikdən sonra təkrarən özgənin əmlakını, yəni X9un əlində olan və vurulduqdan sonra yerə düşmüş 100 manat pulunu gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 fevral 2017ci il tarixdə saat 20:50 radələrində X10un işlədiyi ünvan 3 ünvanda yerləşən telefon satışı mağazasına gələrək X10dan dükanda olan bir ədəd “Samsung Note” markalı, bir ədəd “Samsung A 5” markalı və bir ədəd “Samsung Note 3” markalı mobil telefonları avtomaşında oturmuş müştəriyə göstərmək adı ilə götürərək avtomaşına əyləşib sürüb qaçaraq zərərçəkmiş X10un ümumilikdə 1.102 manat dəyərində olan əmlakını açıq talamaqla təkrarən soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hak imlər Qail Məmmədov (sədrlik edən və məruzəçi), Rizvan Səfərov və Abid Abdinbəyovdan ibarət tərkibdə) 1(103)-1567/17 nömrəli 26 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi təqsirli bilinməsinə dair hissədə ləğv edilərək, həmin hissədə cinayət təqibinə xitam verilmiş, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi X9un apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli qərarı ləğv edilsin və əməli CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı meyitin eksqumasiya olunması barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. Bundan başqa onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə xahişi əsassız olaraq təmin edilməmişdir. Həmçinin ona cəza təyin edilərkən ali hüquq təhsilli olması, himayəsində az yaşlı uşağının və xəstə anasının olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələri ni müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkumun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 120.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili meyitin eksqumasiya olunması barədə Məhkum vəsatətinin təmin edilməməsidir. Azə rbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar ve rilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür. İş materiallarından görünür ki, Məhkum “meyitin eksqumasiya olunub təkrar məhkəmə-tibbi ekspertiza keçirilməsi barədə” vəsatəti 01 avqust 2017-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən baxılmış və məhkəmə iclasında vəsatəti rədd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, vəsatətin təmin edilib-edilməməsi məhkəmənin səlahiyyətinə aiddir. Qanunla vəsatətə baxılmaması pozuntu hesab edilir və vəsatətin təmin edilməməsi əsası ilə qərarın ləğv edilməsinə isə yol verilmir. Kassasiya şikayətinin digər dəlili Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi və əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununl a bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.2.2 maddəsi ilə tövsif edilməsi üçün təqsirli şəxs tərəfindən zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmə hərəkətləri törədilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum qeydiyyatda olduğu ünvan 1-də olan köhnə su qızdırıcını satmaq üçün 02 fevral 2017-ci il tarixdə, saat 18:52-də telefon əlaqəsi saxlayaraq danışıb 300 manata satacağı barədə razılaşdığı tanışı X3 yaşadığı Bakı şəhəri, ünvan 3 ünvana saat 23:30 r adələrində gələrək mənzilə daxil olmuş, bundan sonra X7 dəhlizdə çibindən 100 manat çıxardıb su qızdırıcını həmin qiymətə ala biləcəyini və bundan artıq pulu olmadığını dedikdə sonuncuya acıqlanaraq onu aldatdığına və boş yerə evinə gətizdirdiyinə görə etirazını bildirib əsəbiləşərək sözlə mübahisə edərkən qızının ünvanına söyüş söyməsini bəhanə edərək X9u xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək məqsədi ilə dəhlizdə olan paltaryuyan maşının üstündəki dəmir materialdan olan borudan silah qismində istifadə edərək dəhlizdən qonaq otağına keçmək istəyən X9un baş nahiyəsinə bir neçə zərbə vurub alın nahiyəsində sağda sıyrıqlar, hər iki göz ətrafının və sağ əlin arxa səthinin qançırları və sağ əlin arxa səthinin əzilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vu rmayan və başın sağ alın nahiyəsində, təpə nahiyəsində sağda, sağ-təpə gicgah nahiyəsində və ənsə nahiyəsində hərəsində bir ədəd olmaqla əzilmiş yaralar, baş nahiyəsindəki yaralar nahiyəsində kəllə əsasına keçən kəllə tağı sümüklərinin qəlpəli və xətvari sınıqları, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə ölümə səbəb ola bilən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək X9u xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum həm ibtidai, həm də məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər m aterialları ilə tam təsdiq olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İşdən görünür ki, Məhkum zərərçəkmiş şəxs X7ni öldürməsi üçün heç bir əsaslı səbəb, yəni zərərçəkmiş şəxsin hər hansı bir qanuna zidd davranışı, yaxud başqa bir səbəb olmamışdır. Su qızdırıcının qiyməti barədə yaranmış narazılıq Məhkum də mir materialdan olan borudan silah qismində istifadə edərək X9un baş nahiyəsinə bir neçə zərbə vurmasına səbəb kimi qiymətləndirmək olmaz. İşin bu halı da belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum zərərçəkmiş şəxs X7ni heç bir əsaslı səbəb olmadan, məhz xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Odur ki, məhkumun əməli düzgün olaraq CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur və əməlin CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları q əbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X8 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı m addələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumun barəsindəki 26 dekabr 2017ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2017-ci il tarixli məhkum barəsind əki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1248/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1248/2019
10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver