Məhkəmə qərarları › İş №1(102)-1248/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1248/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1248/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən veri lmiş kassasiya protestinə, zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1954-cü il tarixdə Tovuz rayonu, Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 29 sentyabr 2021-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin in Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3hdud Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN: **********) təsisçisi və direktoru vəzifəsində işləyərkən, müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1,78.3, 82.1, 82.4, 85.1, 98, 103, 104, 105, 130.1, 130.2, 149.2, 150, 152.1, 159, 161, 173, 174, 177, 180, 196, 197, 201 və 202-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək "xxxx" MMCdə külli miqdar təşkil edən 1.816.101,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum təsisçisi və direktoru olduğu "xxxx" MMC-də 2015-ci il üzrə ümumi gəlir 11 272 207,00 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərclər 2 114 193,91 manat, vergiyə cəlb edilməli mənfəət 9 158 013,09 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 1 831 602,62 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində ümumi gəliri 11 272 207,00 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərcləri 11 267 427,00 manat, vergiyə cəlb edilməli mənfəəti 4 780,00 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 956,00 manat bəyan etməklə, həmin il üzrə ödəmələr və azalmalar nəzərə alınmaqla, 1 560 161,98 manat; - 2016-cı il üzrə ümumi gəlir 2 763 802,00 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərclər 2 671 029,00 manat, vergiyə cəlb edilməli mənfəət 92 773,00 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 18 554,60 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 18 554,60 manat; - 2017-ci il üzrə ümumi gəlir 93 606,70 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərclər 3 477,00 manat, vergiyə cəlb edilməli mənfəət 90 129,70 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənf əət vergisi 18 025,94 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 18025,94 manat, cəmi 1 596 742,52 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, təsisçisi və direktoru olduğu "xxxx" MMC-də 2016-cı ilin mart ayı üzrə ƏDV tutulan dövriyyə 63 841,61 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 11 491,49 manat, büdcəyə ödənilməli ƏDV 11 491,49 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 11 491,49 manat; - həmin ilin aprel ayı üzrə ƏDV tutulan dövriyyə 56 913,61 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 10 244,45 manat, büdcəyə ödənilməli ƏDV 10 244,45 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 10 244,45 manat; - may ayı üzrə ƏDV tutulan dövriyyə 146 026,22 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 26 284,72 manat, büdcəyə ödənilməli ƏDV 26 284,72 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 26 284,72 manat; - iyun ayı üzrə ƏDV tutulan dövriyyə 53 785,89 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 9 681,46 manat, büdcəyə ödənilməli ƏDV 9 681,46 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 9 681,46 manat; - iyul ayı üzrə ƏDV tutulan dövriyyə 299 902,84 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 53 982,51 manat, büdcəyə ödənilməli ƏDV 53 982,51 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 53 982,51 manat; - avqust ayı üzrə ƏDV tutulan dövriyyə 33 565,56 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 6 041,80 manat, büdcəyə ödənilməli ƏDV 6 041,80 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 6 041,80 manat; - sentyabr ayı üzrə ƏDV tutulan dövriyyə 75 873,28 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 13 657,19 manat, büdcəyə ödənilməli ƏDV 13 657,19 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsind ə qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 13 657,19 manat; - oktyabr ayı üzrə ƏDV tutulan dövriyyə 27 032,89 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 4 865,92 manat, büdcəyə ödənilməli ƏDV 4 865,92 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 4 865,92 manat; - noyabr ayı üzrə ƏDV tutulan dövriyyə 206 696,73 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 37 205,41 manat, büdcəyə ödənilməli ƏDV 37 205,41 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 37 205,41 manat; - dekabr ayı üzrə ƏDV tutulan dövriyyə 31 697,39 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 5 705,53 manat, büdcəyə ödənilməl i ƏDV 5 705,53 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 5 705,53 manat; - 2017-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyə 4 680,00 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 842,40 manat, büdcəyə ödənilməli ƏDV 842,40 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 842,40 manat; - həmin ilin may ayı üzrə ƏDV tutulan dövriyyə 8 926,72 manat, həmin dövriyyədən 18 faiz dərəcə ilə ƏDV 1 606,81 manat, büdcəyə ödənilməli ƏDV 1 606,81 manat məbləğində olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 1 606,81 manat, cəmi 181 609,69 m anat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, təsisçisi və direktoru olduğu "xxxx" MMC-də 2016-cı ilin 1- ci rübü üzrə ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb edilən dövriyyə 900,00 manat, 14 faiz dərəcə ilə ÖMV 126,00 manat, büdcəyə ödənilməli ÖMV 126,00 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 126,0 manat; - həmin ilin 2-ci rübü üzrə ÖMV-yə cəlb edilən dövriyyə 900,00 manat, 14 faiz dərəcə ilə ÖMV 126,00 manat, büdcəyə ödənilməli ÖMV 126,00 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 126,0 manat; - 3-cü rüb üzrə ÖMV-yə cəlb edilən dövriyyə 900,00 manat, 14 faiz dərəcə ilə ÖMV 126,0 manat, büdcəyə ödən ilməli ÖMV 126,00 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 126,0 manat; - 4-cü rüb üzrə ÖMV-yə cəlb edilən dövriyyə 900,00 manat, 14 faiz dərəcə ilə ÖMV 126,0 manat, büdcəyə ödənilməli ÖMV 126,00 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 126,0 manat; - 2017-ci ilin 1-ci rübü üzrə ÖMV-yə cəlb edilən dövriyyə 38 376,00 manat, 14 faiz dərəcə ilə ÖMV 3 837,60 manat, büdcəyə ödənilməli ÖMV 3 837,60 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 3 837,60 manat, cəmi 4341,60 manat məbləğində ÖMV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, təsisçisi və direktoru olduğu "xxxx" MMC-də 2016-cı ilin mart ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - həmin ilin aprel ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - may ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 17 00,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - iyun ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - iyul ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - avqust ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - sentyabr ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - oktyabr ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - noyabr ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238.0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - dekabr ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edil ən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - 2017-ci ilin yanvar üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1700,00 manat, 14 faiz dərəcə ilə MÖMV 238,00 manat, büdcəyə ödənilməli MÖMV 238,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 238,00 manat, - həmin ilin fevral üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə (MÖMV) cəlb edilən dövriyyə 1 150,00 manat, 14 faiz dərəcə ilə MÖMV 161,00 manat, büdcəyə ödənilməli MÖMV 161,0 manat olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi MÖMV bəyannaməsində qeyd edilən məbləğləri bəyan edib ödəməyərək, 161,00 manat, cəmi 2779,0 manat məbləğində MÖMV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, tə sisçisi və direktoru olduğu "xxxx" MMC-nin 2017-ci il üzrə balansında olan əmlakının ilin əvvəlinə qalıq dəyəri 1 616 270,00 manat, həmin ilin sonuna qalıq dəyəri 1 503 131,00 manat, vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 1 503 131,00 manat, büdcəyə ödənilməli əmlak vergisi 15 597,01 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi əmlak vergisi bəyannaməsində müəssisənin balansında olan əmlakının ilin əvvəlinə qalıq dəyərini 1 737 925,00 manat, həmin ilin sonuna qalıq dəyərini 1 616 270,00 manat, vergiyə cəlb olunan əmlakın qalıq dəyərini 0,00 manat, büdcəyə ödənilməli əmlak vergisini 0,00 manat göstərməklə, 15 597.01 manat; - 2018-ci il üzrə balansında olan əmlakının ilin əvvəlinə qalıq dəyəri 1 503 131,00 manat, həmin ilin sonuna qalıq dəyəri 1 503 131,00 manat, vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 1 503 131,00 manat, büdcəyə ödənilməli əmlak vergisi 15 031,31 manat olduğu halda, həmin il üzrə vergi orqanına əmlak vergisi bəyannaməsi təqdim etməyərək, 15 031.31 manat, cəmi 30628,32 manat məbləğində hüquqi şəxsin əmlak vergisini, ümumilikdə 1.816.101,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-23/2022 nömrəli, 01 iyul 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il (iki) müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm əsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustağlığında saxlanıldığı 09 ay 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 il (iki) müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 08 ay 13 gün (iki il səkkiz ay on üç gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiq olunması və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 il (iki) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, mülki iddianın qismən təmin edilməklə ondan 360.238,74 manat (üç yüz altmış min iki yüz otuz səkkiz manat 74 qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ibtidai istintaq zamanı irəli sürülmüş ittihamda göstərilən ödəməkdən yayındırılmış vergilərin məbləğinin endirilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair hissələrdə ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum verilmiş ittiham üzrə olmaqla (1.816.101,13 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırma) Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib əsas cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Həmin hökmdən həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(004)-23/2022 saylı hökmünün qismən - mülki iddianın təmin edilməyən hissəsində ləğv edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi və Məhkum tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması nəticəsində vurulan ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməs i barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: iş üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı əsasında məhkəmə-muhasibatlıq ekspertizası təyin edilmiş və qərardad əsasında Azərbayca n Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiqat aparılaraq xx.xx.2022-ci il tarixli 9/1627 nömrəli ekspert rəyi tərtib olunmuşdur. Qeyd edilən ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək, hökmün qəbul edilməsi və mülki iddianın tanınması zamanı əsas sübut kimi nəzərə alınmışdır. Ekspert rəyində Məhkum rəhbəri olduğu "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə məbləği 360.238,74 manat olduğu qeyd edilmişdir. Həmçinin ekspertiza rəyində qeyd edilmişdir ki, gəlir və ya xərc məbləği tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2015-ci il üzrə hesablanmalı olan mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələbləri nəzərə almaqla Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarında təsbit olunmuş qaydaya əsasən hesablanmalıdır. Vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır, yəni, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi qeyd edilən maddələrdə gəlir və xərclərin tam olması ilə bağlı hər hansı tələb yoxdur. Lakin ekspertlər öz səlahiyyətlərini aşaraq Vergi Məcəlləsinin maddəsini tövsif etməyə çalış mış, mühasibatlıq ekspertizası rəyi əvəzinə maddənin tətbiqinə dair hüquqi rəy verərək iş üzrə yanlış nəticəyə gəlmişlər. Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tətbiqi ilə bağlı məsələlər hüquqi məsələlər olduğundan ekspertlərin rəydə bu barədə qeyd etdikləri məhkəmənin səlahiyyətlərinə müdaxilədir və bu cür prosessual pozuntularla verilmiş rəyin mötəbər sübut kimi qiymətləndirilməsi tam əsassızdır. Vergi orqanı tərəfindən 2015-ci ildə dövriyyənin 11.272.207,9 manat, cəmi xərclərin 1.978.853,5 manat təşkil etdiyinə görə gəlirdən xərclər və ödənilmiş 956,00 manat çıxıldıqdan sonra 1.830.646,62 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanı tərəfindən hesablama aparılan zaman gəlirlər və rəsmi sənədlər əsasında öz təsdiqini tapan xərclər yəni, əmək haqqı xərcləri, məc buri sosial sığorta ayırmaları, əldə edilmiş elektron vergi hesab fakturaları üzrə xərclər, əldə edilmiş yük gömrük bəyənnamələri üzrə xərclər, ÖMV bəyənnamələri üzrə xərclər nəzərə alınmışdır. Vergi ödəyicisinin gəlirlərini və xərclərini təsdiq edən rəsmi məlumatlar olduğundan vergilər Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən hesablanmışdır. Odur ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsindən yayındırılmış vergilərin Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit olunmuş əlaqəli məlumatlara əsasən hesablanması mümkün olduğu üçün şərti rentabellik normaları əsasında hesablamaların aparılması tamamilə əsassızdır. Göründüyü kimi, ekspert tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış (və ya qərəzli aparılmış), Vergi Məcəlləsinin normaları yanlış tətbiq edilmiş və nəticədə işin fakti ki hallarına uyğun olmayan əsassız rəy verilmişdir. Məhkəmə istintaqı zamanı alınmış ekspert rəyinin doğruluğuna şübhələr olduğundan tərəfimizdən və dövlət ittihamçısı tərəfindən təkrar ekspertizanın keçirilməsi haqqında vəsatətlər verilsə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 267.2-ci maddəsinin tələbləri pozulmaqla hər iki vəsatət təmin edilməyərək rədd edilmişdir. Eləcə də məhkəmə öz hökmündə verilmiş vəsatətlərin rədd edilməsini əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə tərəfindən prosessual pozuntularla verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək nəticədə iş üzrə işin mahiyyətinə uyğun olmayan, prosessual pozuntularla müşayiət olunan qanunsuz və əsassız qərar qəbul edilmişdir. İbtidai istintaq dövründə verilmiş eskpertiza rəyi he ç bir halda əsassız və qanunsuz ola bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən rəy ekspert qarşısında 4 qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Əksinə, məhkəmə istintaqı dövrünüdə isə ekspertlər onlar qarşısında qoyulmuş suallara konkret cavab verməmiş, məhkəmə mühasibatlıq rəyindən daha çox səlahiyyətlərini aşaraq hüquqi rəy vermişdir. Yuxarıda qeyd edildiyi kimi hər hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəməmühasibatlıq ekspertizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Odur ki, prosessual pozuntularla müşayiət ol unan, daha çox hüquqi rəyi xatırladan məhkəmə istintaqı zamanı verilmiş mühasibatlıq ekspertizası rəyləri deyil, ibtidai istintaq zamanı verilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli idi.

6. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 1(004)-23/2022 saylı hökmünün ondan borcun tutulması hissəsində ləğv edilməsini və daha az məbləğdə borcun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən ondan borcun tutulması hissəsində əsaslı deyildir, vəsait reallığı tam əks etdirmir. Cinayət işinin materialları ilə sübut olunur ki, “İlqar-7.T " MMC (VÖEN: ********** ) Məhkum tərəfindən fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etlmiş, vergi və digər icbari ödənişləri vaxtında ödəmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti xx.xx.2016-cı il tarixli Vergilərin hesablanması barədə **********871000 №-li Qərarla bəyannamə təqdim edilməməsinə görə 2015-ci il dövrü üzrə analoji olaraq 1831602.81 manat mənfəət vergisi hesablamışdır. xx.xx.2016-cı il tarixdə tərəflərindən 2015-ci il dövrü üzrə cari mənfəət vergisi bəyannaməsi təqdim edilmiş hesablanmış kamerala azalma verilmişdir. Vergi orqanı tərəflərindən təqdim olunmuş mənfəət vergisi bəyannaməsininə yenidən kameral hesablama aparmışdır. Belə ki, xx.xx.2016-cı il tarixli ver gilərin hesablanması haqqında **********812500 nömrəli Qərarla cəmiyyətə 1831602.63 manat mənfəət vergisi hesablanmışdır. Bundan əvvəl xx.xx.2016-cı il tarixində kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərmişdir. Məktubda göstərilir ki, “Tərəfinizdən 2015-ci il üçün “Mənfəət vergisi bəyannaməsi" təqdim edilmədiyi üçün araşdırma aparılmış və vergi orqanında olan uçot baza məlumatlarına əsasən 2015-ci ildə dövriyyənizin 11 272 207.9 manat, cəmi xərclərinizin (əmək haqqı xərcləri, məcburi sosial sığorta ayırmaları, əldə edilmiş e-vhf-lar üzrə xərclər, əldə edilmiş YGB-lar üzrə xərclər, ÖMV bəyannamələri üzrə çəkilmiş xərclər) 1 978 853,5 manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisininə göndərilmiş məktub və hesablanmış mə nfəət vergisinin məbləğindən aydın olur ki, vergi orqanı ********.09 manat gəlirin əldə edilməsinə 1 978 853.5 manat xərc hesablamışdır. xx.xx.2016-cı il tarixdə tərəflərindən 2015-ci il dövrü üzrə cari mənfəət Vergisi bəyannaməsi təqdim edilmiş hesablanmış kamerala azalma verilmişdir. Lakin yenidən 2015-ci il dövrü üzrə xx.xx.2016-cı il tarixli vergilərin hesablanması haqqında 162OO2O3658125OO nömrəli Qərarla cəmiyyətə 1831602.63 manat mənfəət vergisi hesablamışdır. Onun öz hesablamalarına görə vergi borcu 100 000 manatdan artıq deyil.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-23/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, mülki iddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinay ət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, həmçinin əsassız olaraq məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ilə razılaşmışdır. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, mülki iddiaçı onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 202 2-ci il tarixli qərarının ləğv edilməsi, mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası C PM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və əsassız olaraq məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Mülki iddiaçı kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətlədirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Bel ə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların mü dafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, hər iki kassasiya müraciətində istinad edilən məsələlər kassastorların əvvələr apellyasiya instansiyası məhkəməsi qarşında qaldırdığı dəlillərlə eynilik təşkil edir, bu dəllilərə hər iki aşağı instansiya məhkəməsi tərəfindən artıq ətraflı münasibət bildirilərək c avablandırma verilmiş, kassasiya müraciətlərinin müəllifləri həmin məhkəmə qərarlarında müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı baxılan kassasiya müracitələrinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamand a mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hər iki aşağı instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi y oxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərarlar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1692/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar