Məhkəmə qərarları › İş №1(102)-1248/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1248/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1248/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumq ayıt Ağır Cinayətər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.X15yevadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (o n) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 iyul 2021-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə olan hissəsi üzrə isə dövlət ittihamçısının ittihamdan imtina etməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Hökmə əsasən Məhkum Təqsirləndirilən şəxs və telefon vasitəsi ilə tanış olub əlaqə saxladığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı X25 (X15) adlı şəxsin satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələrin 3.000 manat pul müqabilində ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə X25 (X15) adlı şəxsin istintaqa məlum olmayan şəxsin vasitəsi ilə 07 iyul 2021-ci il tarixdə göndərdiyi, ünvan4 ərazisində yerləşən Bakı Mühəndislik Universitetinin yaxınlığındakı əraziyə qoyulmuş, 09 ədəd bağlamada külli miqdarda ayrı -ayrılıqda 275 qram, 370 qram, 405 qram, 190 qram, 390 qram, 305 qram, 250 qram, 345 qram və 1.370 qram olmaqla ümumi çəkisi 3.900 qram olan külli miqdarda narkotik vasitə heroini, bir ədəd bağlamada çəkisi 310 qram külli miqdarda narkotik vasitə tiryəki, bir ədəd 9x19 mm. kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahını, onun komplekt hissəsi ilə olan içərisində zavod üsulu ilə istehsal edilmiş 16 ədəd 9x19 mm. kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı döyüş sursatı - patronlar olan iki ədəd darağı həmin tarixdə adı çəkilən ərazidən götürüb qanunsuz əldə etməklə, cinayətkar məqsəd üçün kirayə etdiyi ünvan 2 ünvanında yerləşən mənzilə daşıyaraq qanunsuz saxlamışdır. Daha sonra, X20 10 iyul 2021-ci il tarixdə saat 10 radələrində İran İslam Respu blikasının vətəndaşı X25 (X15) adlı şəxsin göstərişi ilə özündə satış üçün saxladığı həmin külli miqdarda yəni, 1.370 qram narkotik vasitə olan heroini ünvan5in qarşısında qrupun digər üzvü Təqsirləndirilən şəxs verməklə satmış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhkum kirayə etdiyi ünvan6-da saxlanılaraq video görüntü ilə həmin mənzilə keçirilmiş baxış zamanı qonaq otağında olan şkafın siyirməsindən 8 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 275 qram, 370 qram, 405 qram, 190 qram, 390 qram, 305 qram, 250 qram və 345 qram olmaqla ümumi çəkisi 2.530 qram olan külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bağlamada təmiz çəkisi 310 qram olan külli miqdarda narkotik vasit ə tiryək, bir ədəd 9x19 mm kalibrli "77744" nömrəli, atəşə yararlı yivli odlu döyüş silahı, onun komplekt hissəsi ilə olan içərisində zavod üsulu ilə istehsal edilmiş 16 ədəd 9x19 mm kalibrli, yivli odlu döyüş silahlarında istifadə edilməsi üçün yararlı döyüş sursatı - patronlar olan iki ədəd daraq aşkar olunaraq götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.X15yevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. Müdafiəçi4 kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək –1 may 2024-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 1 may 2024-cü il tarixli 3-16-17/33/2-1685/2024 nömrəli müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar