Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1248/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2017-ci il 8 may tarixli, 1(103)-782/2017 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 1(103)782/2017 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 8 fevral tarixli, 1(101)-78/2017 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə, CM-in 32.4, 312.1-ci maddəsi i lə 3 (üç) il müddətinə, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-in 44.2.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum CM-in 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, CM-in 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-cü il 23 iyul tarixli hökmü ilə təyin edilmiş (qəti olaraq saxlanılmış) 6 il (doqquz) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, Məhkum 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə ezası təyin edilmiş, Məhkum 2015-ci il 28 noyabr tarixdən 2017-cı il 8 fevral tarixədək olan müddət ərzində həbsdə saxlanıld ığı və cəza çəkdiyi 1 (bir) il 2 (iki) 11 (on bir) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 10 (on) il 9 (doqquz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını "ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2017-ci il 8 fevral tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2017-ci il 8 may tarixli, 1(103)782/2017 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2017-ci il 8 may tarixli, 1(103)782/2017 nömrəli qərarından məhkum kassas iya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər İ.T.Hacıqayıbov (sədrlik edən), G.L.Rzayeva və F.A.Kərimovdan ibarət tərkibdə) 2019-cu il 12 mart tarixli, 1(102)-322/2019 nömrəli qərarı ilə Məhkum kassasiya şikayətini geri götürməsinə dair ərizəsi daxil oduğundan, kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2017-ci 8 may il tarixli, 1(103)-782/2017 nömrəli qərarından məhkum İ.Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 1(103)-782/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 2017-ci il 8 may tarixli, 1(103)-782/2017 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2017-ci il tarixdə qəbul edilməsinə baxmayaraq uzun müddət keçdikdən sonra hazırkı kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmiş və kassasiya şikayətinin verilmə müddətinin buraxılması ilə bağlı üzürlü səbəb göstərilməmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş dir. Müdafiəçi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-782/2017 saylı qərarından həqiqətən da uzun müddət keçmişdir. Lakin həmin müddətdə məhkəmələr dələduzluq işləri ilə bağlı qərarlar qəbul edərkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum Qərarına istinad etmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 11/2023 saylı qərarı ilə dəyişdirilmişdir. Yəni qeyd olunan əsaslara görə şikayət vermək hüququ xx.xx.2017-ci ildən deyil, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Plenum Qərarı qəbul edildikdən sonra yaranmış və buna görə də kassasiya şikayəti və kassasiya şikayəti vermə müddətinin bərpa olunması ilə bağlı vəsatə t verilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-782/2017 saylı qərarının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcə llənin 410.1-1ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Lakin 2020-ci il iyul ayının 15-dək qüvvədə olan Qanuna əsasən həmin müddət 18 ay müəyyən edilmişdir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti verilməsi üçün buraxılmış prose ssual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxı lmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanıolmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə i craatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Müdafiə tərəfi buraxılmış prosessual müddətin bərpa edilməsinin səbəbi kimi Məhkum olunduğu dövr ilə müqayisədə hazırda mövcud olan məhkəmə təcrübəsinin dəyişməsini, həmin məhkəmə təcrübəsinin dəyişməsinin Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında ifadə olunduğun u əsas götürməklə, yeni təcrübənin Məhkum münasibətdə də tətbiq edilməsinin mümkünlüyünü bildirmişdir. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin əsasla kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinin mümkünlüyü CPM-də nəzərdə tutulmamışdır. Eyni zamanda, qüvvədə olan qanunvericiliyin deyil, mövcud məhkəmə təcrübəsinin dəyişməsi Qanunun yüngülləşdirici halda geriyə şamil edilməsinə səbəb olmur. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə müdafiəçinin vəsatətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəm əsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikc ə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən h üquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X4rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması və kassasiya şikayətinin vaxtında verilməsinə maneə olan bir hal olmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay ətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 1(103)-782/2017 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1248/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1248/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver