Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1249/2017 07.12.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-1249/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və müdafiəçi Sadıxov Əlimərdan Sadıx oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyriləri barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.S.Sadıxov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər Ə.N.Hacıyev və R.A.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2 və 234.4.3-cü maddələriilə təqsirli bilinib, Cinayət Məcəlləsinin180.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə, həmin məcəllənin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X2 CM-in 180.3.2, 228.2.2 maddələri ilə, X4 CM-in 180.3.2-ci maddəsi ilə, X5 CM-in 180.3.2, 228.4-cü maddələri ilə və X3 CM-in 228.2.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, lakin hazırda onların barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan bir qrup şəxslə əlbir olub zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun əmlakını açıq talama yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla soyğunçuluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamışdır. Belə ki, Məhkum özgənin əmlakını ələ k eçirmək məqsədi ilə X2, X4, X5 və qeyri şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə x xxxxxxxx 2013-cü ildə saat 08:10 radələrində Xaçmaz şəhəri Atatürk küçəsində Zərərçəkmiş şəxs xxx oğlunun yaşadığı ünvandan iş yerinə getdiyi zaman qeyri şəxslə Məhkum sonuncuya yaxınlaşaraq qeyri şəxs Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən yumruqla vurub, ona sağ gözün altında xətti səthi əzilmiş-cırılmış yara, sifətin sağ tərəfində gözün altında, almacıq və əng nahiyəsində qançır-hematoma, yəni, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək, Məhkum isə Zərərçəkmiş şəxs əlində daşıdığı torbanın içərisindəki 14.000 manat, milli pul vahidi ilə 18.825,6 manat dəyərində 24.000 ABŞ dolları, milli pul vahidi ilə 6.130,8 manat dəyərində 262.000 rus rublu və 1 ədəd 50 manat də yərində “Nokia N 73” markalı mobil telefonla birlikdə soyğunçuluq yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda cəmi 38.956 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa Məhkum xx xxxxxx 2014-cü ildə Bakı şəhəri Papanin adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3,578 qram çəkidə narkotik vasitə heroini əldə edib üstündə saxlamış, xx xxxxxx 2014-cü ildə saat 17:30da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Bakı şəhəri Səbail rayonu Rəsul Rza küçəsində yerləşən “Xəqani” ticarət mərkəzinin qaşısında saxlanılmış, keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ yan cibindən üstündə daş ıdığı həmin çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 180.3.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir Hökmdən Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.M.Həsənov (sədrlik edən və məruzəçi), V.C.Cəfərov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) xx xxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.S.Sadıxov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının Məhkum ilə bağlı hissədə ləğv edilməsini, Azərbayca n Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinə xitam verilməsini, həmin məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi CM-in 180.3.2-ci maddəsinin sanskiyası ilə nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Ə.S.Sadıxov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini tövsif edərkən cinayət qanununun normalarını düzgün tətbiq etməmiş, habelə onun şəxsiyyətinə və cinayət işinin hallarına uyğun cəza təyin olunmamışdır. Həmçinin Məhkum xx xxxxxx 2014-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-yə gətirildiyini, həmin idarədə psixi və fiziki təzyiqə məruz qaldığını, narkotik vasitənin ona məxsus olması barədə yalan ifadə verməyə məcbur olduğunu, psixi və fiziki təzyiqlərə məruz qalması barədə məhkəmə baxışı zamanı ifadə verməsinə baxmayaraq, nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsi tərəfindən onun bu ifadəsinin təkzib olunması üçün heç bir araşdırma aparılmadığını, bu barədə yalnız bir hal şahidinin dindirilməsi ilə kifayətlənildiyini göstərmişdir. Bundan başqa müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 180.3.2-ci maddəsi ilə olan ittihamla bağlı məhkumun özünü təqsirli bildiyindən əməlin tövsifi ilə bağlı heç bir mübahisə doğurmadığını lakin təyin edilmiş cəzanın ağır olduğunu və bu səbəbdən də Məhkum cəza təyin edilərkən onun ilk dəfə cinayət törətməsini, yol verdiyi cinayət əməli üzrə səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, əvvələr məhkumluq həyatı yaşamış şəxslərin təsiri altına düşməsini, kifayət qədər gənc olmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını və onu bağışlamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, xəstəliklərdən əziyyət çəkməsi və bu səbəbdən hərbi qulluğa yararsız hesab olunmasını, atasının vəfat etməsini, anasının tənha qalmasını əsas gətirərək həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.S.Sadıxovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qis mən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı Məhkum aid hissədə ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin 419.4cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun tələbinə görə sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilməsi nəticəsinə gəlmiş və ona göstərilən maddələrin sanskiyası həddində cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticləri düzgün hesab edərək hökmü dəyişdirmədən saxlamışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3.578 qram çəkidə narkotik vasitə heroini əldə etməsi nə ibtidai istintaq z amanı nə də birinci instansiya məhkəməsində kifayət qədər sübuta yetirilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə birinci instansiya məhkəməsinin hökmünü formal olaraq təsdiq etməklə dəyişdirmədən qüvvəsində saxlamışdır. Belə ki, Məhkum izahatında və ibtidai araşdırma zamanı verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu göstərsə də, o narkotik vasitə olan 5 qrama yaxın heroini 250 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, narkotik vasitənin ona məxsus olmadığını göstərmiş və Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Həmçinin Məhkum bu ifadəsini üzləşmə və sonrakı məhkəmə baxışları zamanı bir d aha təsdiq etmişdir. Birinci instansiyası məhkəməsi Məhkum ifadələri arasındakı ziddiyyəti aradan qaldırılmaq və düzgün nəticəyə gəlmək məqsədi ilə heç bir araşdırma aparmamış, narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsinin təkzib olunması üçün tutarlı heç bir dəlil gətirə bilməmiş, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən yeganə sübut isə məhkəmə iclasında dindirilmiş bir nəfər hal şahidinin ifadəsi olmuşdur. İşə apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya məhkəməsi apellyasiya şikayəti üzrə qismən məhkəmə istintaqı aparsa da belə, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə olan ittihamı mübahisələndirməsinə baxmayaraq yuxarıda göstərilən məsələlər ətrafında araşdırma aparmam ış və birinci instansiya məhkəməsinin buraxdığı nöqsanları təkrar edərək düzgün olmayan nəticəyə gəlmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, narkotik vasitələri və psixotrop maddələri qanunsuz satma dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. Bununla əlaqədar “narkotik vasitələrin, psixotrop maddələrin və ya onla rın prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmən təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, göstərilən qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə. narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlam a, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbldən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitə xırda bükümlər şəklində olmamış, onda satış məqsədi ilə narkotik vasitənin çəkilməsi üçün avadanlıq (tərəzi) aşkar edi lməmiş, onun qazanc və ya hər hansı mənfəət əldə edəcəyi həmçinin istehlakçı ilə arasında əvvəlcədən razılığın olması, narkotik vasitəni hansı qiymətə satacağı və satış məqsədi ilə əldə etməsini təsdiq edəcək digər hallar araşdırılıb sübuta yetirilməmişdir. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2014-cü il tarixli protokola əsasən Məhkum aşkar eilib-götürülmüş narkotik vasitə (heroin) satış üçün xırda bükümlərə deyil, cəmi bir ədəd sellofan bükümə qablaşdırılmışdır. (Cinayət işi 3-cü cild, 179-181-ci vərəqə) İş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar yalnız Mə hkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair təsdiq olunmuş əməliyyat məlumatına istinad etmələri əsassızdır. Əslində, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri Məhkum barəsində polis orqanına əməliyyat məlumatının daxil olması və narkotik vasitənin külli miqdar təşkil etməsi kimi faktlara əsaslandığından ehtimal üzərində qurulmuş subyektiv mülahizədir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. (Azərbaycan Respublikası CPM-in 351.2 mad dəsi). Qeyd olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlinin mövcud olan faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etməklə Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Beləliklə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə, yəni satış məqsədi ilə narkotik vasitəni əldə edilməsini təsdiq edən kifayət qədər sübutlar toplanmamış, bu fakt öz təsdiqini tapmamış və sonrakı məhkəmə baxışları zamanı bu xüsusata düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Məhkum qabqacadan bir qrup şəxslə əlbir olub zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun əmlakını açıq talama yolu ilə ələ ke çirirərək zərər çəkmiş şəxsə külli miqdarda (38.956 manat) ziyan vurmaqla soyuğunçuluq etmiş və bu hissədə onun əməli Azərbaycan Respublikası CM-in 180.3.2ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinə xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş xx xxxxxxx 2017-ci il tarixli qanunla edilmiş dəyişikliyə əsasən bu məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə, beş yüz min manatdan yuxarı məbləğ başa düşülür. Cinayət qanununun zamana görə qüvvəsini müəyyən edən Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə ə sasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Yəni, həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə habelə cəza çəkən yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bu səbəbdən Məhkum Azərbaycan Respublikası CM-in 180.3.2-ci maddəsi ilə törətdiyi əmələ yeni qanunverciliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 180.3.2 və 234.4.3-cü maddələri i lə məhkum olunmasına dair hissədə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilsin. Sədrlik edən: İlqar Qılıcov Hakimlər: İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-1249/2017
Ali Məhkəmə Qərar — İş №1(102)-1249/2017
07.12.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver