Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1249/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum1 müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.1, 29.120.2.7 və 221.3-cü maddələri ilə, Məhkum2 CM-nin 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmək də təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29, 120.2.2, 29.120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilinin həbsxanada, cəzasının qalan hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3inaları» bina 7, mənzil 97 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hö km edilmişdir. Hökmlə digər şəxs X10 da məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X1 ibarət tərkibdə) 17 mart 2022ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti, həmçinin təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qismən, yəni, Məhkum1 və Məhkum2 aid hissədə ləğv olunmuşdur. Məhkum1 və Məhkum2 elan olunmuş ittiha mdan CM-nin 29,120.2.2-ci maddəsi xaric olunmuşdur. Məhkum1 CM-nin 120.2.2-ci madəsi ilə tövsif olunmuş əməli CM- nin 120.1-ci maddəsinə tövsif olunmuş və o, CM-nin 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 29,120.2.1 və 29.120.2.7-ci maddələri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddə tə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 03 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş c əzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 26 iyul 2020-ci il tarixdən hesablanması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən Məhkum1 və Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.7 və 221.3-cü maddələri ilə verilmiş ittihama əsasən o, bir qrup şəxs halında, xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyat məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, bir şəxsi xuliqanlıq niyyəti ilə tək, digər bir şəxsi isə xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə bir qrup şəxs halmda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Məhkum1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X5 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu x anımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X7 və Məhkum2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhəri, “Bakcell Arena” adlanan ərazidə görüşərək, Rəman Mirzəyevin döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarım aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, ona niyyəti barədə məlumat vermədən avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, sonuncuya məxsus “Chevrolet Malibu” markalı, Məhkum2 isə H.Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektindı yerləşən “Bazarstore” mağazasının yanına gəlib orada Rəman Mirzəyevl ə görüşmüşlər. Bundan sonra, Məhkum1 onunla gələn şəxslərlə və Rəman Mirzəyevlə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X20 və qonşuluqda yaşayan, Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Rəman Mirzəyevə həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ətrafda çoxsaylı vətəndaşla rın yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıq hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, heç bir başqa səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb- açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, bununla mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarm boşluğuna nüfuz edən, sol kürək n ahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan X28 Məmmədova zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Rəman Mirzəyevin niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, öz növbəsində üzərində gəzdirdiyi kəsicideşici xassəyə malik silah qismində istifadə etdiyi bıçaq götürmüş dostu Məhkum2la hərəkətlərini qarşılıqlı uzlaşdıraraq xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə bir qrup şəxs halında hər ikisi bıçaqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona bir daha həyat üçün təhlükəli olan sağlamlığa ağı r zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralan” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Məhkum2la birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Daha sonra Məhkum1 öz zorakı hərəkətlərini davam etdirərək, qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X14 eyni, yəni xuliqanlıq niyyəti ilə, özünə qarşı heç bir real təhlükə olmadığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismi ndə heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla onu qəsdən öldürmək məqsədilə zərbələr endirib, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbi i əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya aid “sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları”, həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan “sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan sonra, Məhkum1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsin ə baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və döş qəfəsi nahiyələrinə bıçaqla ardıcıl zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətini yetirmiş, lakin yetirdiyi xəsarətlər daxilə nüfuz etmədiyi ndən, habelə növbəti zərbələri dalaşmada qarışıqlıq yaranması səbəbindən endirməyə imkan tapmaması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayətin törədilməsinə yönələn hərəkətlərini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Bütün bunlarla, yəni Məhkum1 Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi, Zərərçəkmiş şəxs2 bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 isə bilavasitə özü xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhdlər etməsi ilə iki və daha çox şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə verilmiş ittihama əsasən o, bir qrup şəxs halında xuliqa nlıq niyyətilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqaniıq etmişdir. Belə ki, Məhkum2 25 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Məhkum1 onun mobil telefonuna zəng edib yaxın dostunun oğlu X4 Abşeron rayonu Xırdalan şəhərində haqsız döyülməsi ilə bağlı onu döyən şəxslə məsələni aydınlaşdırmaq üçün onunla birlikdə Xırdalan şəhərinə getməyi təklif edəndən sonra evdən zərurət yarandıqda silah qismində istifadə etmək üçün soyuq silah hesab edilməyən, tiyəsi 7 sm olan, açılıb-qatlan an, deşici-kəsıci xassəyə malik qara rəngli bıçağını götürüb Məhkum1 və digər tanışı X7 ilə “Bakcell Arena” adlanan ərazidə görüşüb həmin məsələsini aydınlaşdırmaqda birgə razılığa gəldikdən sonra Məhkum1 Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün dəvət etdiyi və onların niyyətləri barədə məlumatı olmayan dostu Şahid1 ilə sonuncuya məxsus “Chevrolet Malibu” markalı, o, Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib Rəman Mirzəyevlə görüşmüşlər Bundan sonra, o, qeyd olunan şəxslərlə və Rəman Mirzəyevlə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı M əmmədov X20 və qonşuluqda yaşayan, Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Rəman Mirzəyevə həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində, ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı açıqca etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib, birgəyaşayış qaydalarım və əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai tə hlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla qərəzli hərəkətlər edib, üzərində olan kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb- qatlanan bıçağını istifadəyə hazır vəziyyətə gətirərək Məhkum1 bıçaqla zor göstərib Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onların xuliqaniıq hərəkətlərinə qoşulan X21 Məmmədova zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Rəman Mirzəyevin niyyəti ilə əhatə olunmayan, bununla belə Məhkum1l ə Zərərçəkmiş şəxs2 xuliqaniıq niyyəti ilə qəsdən öldürülməsinə yönələn hərəkətlərini Məhkum1lə qarşılıqlı uzlaşdıraraq əlindəki bıçaqla hər ikisi yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Məhkum1lə birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqaniıq niyyətilə qəsdən adam öldürməyə cəhd e tmişdir. Bundan sonra, Məhkum2, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymamaqla, ictimai qaydanı kobud surətdə pozan, ona qarşı açıqca etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, birgəyaşayış qaydalarını və əxlaq nonnalarını kobud surətdə pozub, şəxsiyyətini ətrafdakılann və qarşı tərəfin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində insan sağlamlığına zərər yetirə bilən alətdən, yəni bıçaqdan istifadə etməklə qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş ş əxs3 ona təpik atması zamanı üzərinə gedib əlindəki bıçaqla sonuncunun üzərinə gedib zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan "‘sağ budun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları kimi xəsarət yetirməklə xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, münaqişədə iştirak etmiş və əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum1 və Məhkum2 davranışları hüquqa zidd olmuş, yəni üzərlərində bıçaqla hadisə yerinə gəlmələri və dalaşma başlayan kimi heç bir əsaslı səbəb olmadan bıçaqdan istifadə etmələri onların niyyətlərini biruzə vermiş, habelə belə hərəkətlər küçədə vətəndaşların gözü qarşısında ictimai qaydanın pozulması ilə cəmiyyətə açıq aşkar hörmətsizliklə müşayət olu nmuşdur. Odur ki, ibtidai istintaq və birinci instansiya məhkəməsi tərəfindən hər iki şəxsin əməlində xuliqanlıq niyyətinin olması düzgün müəyyən edilmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi hər iki təqsirləndirilən şəxsin əməlində xuliqanlıq motivini istisna edib, onları xuliqanlıq cinayətində təqsirli bilərkən əməlin tövsifi ilə bağlı ziddiyyətli nəticəyə gəlmişdir. İrəli sürülən ittihamın mahiyyətindən görünür ki, Məhkum1 Məhkum2la birlikdə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, tək halda isə Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edərkən, Zərərçəkmiş şəxs1 isə eyni motivlə öldürərkən, eyni zamanda xuliqanlıq cinayətini də törətmişlər. Hadisənin təhlilindən görünür ki, qəsdən adan adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri xuliqanlıq cinayəti ilə eyni zaman kəsiyində baş verir, hadisələr paralel cərəyan edir. Başqa sözlə, təqsirləndirilən şəxslərin əməlləri cinayətlərin ideal məcmusunu yaradır, onlar bir əməllə iki obyektə qəsd edirlər. Həyat və sağlamlıq əleyhinə cinayət törətməklə bərabər, ictimai təhlükəsizlik əleyhinə də qəsd etmiş olurlar. Sumqayıt Apellyasiya Məhkəməsi hazırki iş üzrə əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmə qəsdən adam öldürmə və öldürməyə cəhd cinayətinin motivini şəxsi ədavət kimi müəyyən edərkən eyni zaman kəsiyində baş vermiş digər cinayəti xuliqanlıq kimi qəbul etmişdir. Halbuki, xuliqanlıq cinayətinin motivi qeyd olunduğu kimi xuliqanlıq niyyəti ilə törədilən cinayətlərdə olduğu kimidir. Məhkəmənin mövqeyindən belə anlaşılır ki, ideal məcmuya daxil olan cinayətlərdən biri şəxsi ədavət hissin dən, digəri isə xuliqanlıq niyyətindən yaranmışdır. Təqsirləndirilən şəxslər eyni vaxtda törətdikləri cinayətlərdə müxtəlif motivlə hərəkət etmişlər. Beləliklə, məhkəmənin təqsirləndirilən şəxslərin cinayət törədərkən hansı motivlə hərəkət etmələri ilə bağlı mövqeyi ziddiyyətli olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərək cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin əməli əsassız olaraq CM-nin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmədən, sadə qəsdən adam öldürməyə tövsif edilmişdir. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.2, 29, 120.2.1, 29, 120.2.7, 221,3-cü maddələri, Məhkum2 CM-in 29,120.2.1, 29,120.2.2 və 221,3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçilərin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məs ələ məhkumlar- Məhkum1 və Məhkum2 əməllərinin tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 29,120.2.1 və 221.3-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar-Məhkum1 və Məhkum2 qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayət əməllərində xuliqanlıq niyyətinin olmaması ilə bağlı yekun nətic əyə gələrkən apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum1 və Məhkum2 əməllərini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, məhkumların törətdikləri qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayət əməllərində xuliqanlıq niyyətinin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiya məhkəməsinin məhkum olunmuş şəxslə r Məhkum1 və Məhkum2 elan edilmiş ittihamdan xuliqanlıq niyyəti ilə adam öldürməyə dair CM-in 120.2.2ci maddəsini xaric edilməsinin ittihamın iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmamasına dair dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmiş və məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 elan edilmiş ittihamdan CM-nin 29,120.2.2-ci maddəsinin xaric edilməsi və Məhkum1 əməlinin CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə səhv nəticəyə gəlmişdir. İş materiallarından müəyyən olunduğu kimi, ibtidai araşdırma orqanı Məhkum1 CMnin 120.2.2, 29,120.2.1,29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələri ilə ittiham elan etmişdi r ona görə ki, o, bir qrup şəxs halında, xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, digər bir şəxsi xuliqanlıq niyyəti ilə tək, digər bir şəxsi isə xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı Məhkum2 CM-nin 29,120.2.1, 29,120.2.2, və 221.3-cü maddələri ilə ittiham elan etmişdir ona görə ki, o, bir qrup ş əxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Rəman Mirzəyevin atası ilə cəzaçəkmə müəssisəsində birgə cəza çəkib azadlığa çıxdıqdan sonra münasibətləri davam etmiş, Rəmanı da atasına görə tanımış və indiyə kimi cəmi bir neçə dəfə görmüş, Hüseynağa Yaqubovu isə orta məktəb vaxtlarından tanım ış, onunla münasibətləri yaxşı olmuş, hətta onunla dostluq da etmiş, azadlığa çıxdıqdan sonra üzərində bıçaq gəzdirdiyindən Hüseynağanın məlumatı olmuş və ona dost hədiyyəsi olaraq qara rəngli bıçaq vermişdir. Məhkum2 isə təxminən 3-4 ildir ki, tanımış, əqidələri və dini təfəkkürləri üst-üstə düşdüyü üçün yaxın dost olmuş, Şahid1 isə orta məktəbdən ilk sinifdən tanımış, belə ki, onunla eyni sinifdə oxumuş və sinif yoldaşı olmuş, İlqar xaraktercə sakit təbiətli biri olmaqla mübahisəyə meylli bir insan olmamış, hətta İlqar ona bir neçə dəfə üzərində bıçaq gəzdirməyinə irad bildirmiş, lakin ehtiyatı əldən verməmək üçün daim üzərində bıçaq olmuşdur. 25 iyul 2020-ci il tarixdə saatını dəqiq xatırlamasa da, havanın qaralmağına 1 saat yarım qalmış Rəman onun 055 ***-**** saylı mobil nömrəsinə zən g etmiş, Rəmanla münasibəti olduğu üçün ailə qurmağa hazırlaşdığını bilmiş, belə ki, o, təxminən 8 ay əvvəl ona zəng edəndə bir qızla ailə qurmaq məqsədilə tanış olduğunu, könüllü olaraq qaçdıqlarını, amma ailəsinin məlumatı olmadığını bildirmiş, lakin Rəmanın atası Sərraf Mirzəyevlə münasibəti olduğu üçün bu şad xəbəri ona demiş, atası da bu xəbəri normal qarşılamışdır. Rəmanla telefonla danışanda o titrəyişli səslə Xırdalanda yanındakı qızın yanında küçədə onu bir nəfərin vurduğunu demiş, onun qaçırdığı qızla Xırdalan şəhərində yaşadığını bildiyi üçün həmin qızın yanında onu vurduqlarını zənn etmiş, Rəman ona həmin qızın rəfiqəsigilə gedib gəlməsini gözləyən zaman bir nəfərin onlara yaxınlaşıb qapının ağzında dayanmamalarını, yanında xanım olduğu üçün bir az irəli gedib dayanıb xanımının rəfiqəsigilin evinə tərəfə getməyə başlayan vaxt həmin şəxsin yenidən ona yaxınlaşıb «sizə demədim keçin o tərəfə» deyib onu başı ilə vurduğunu, xanımının ona köməklik göstərib birlikdə hadisə yerindən uzaqlaşdıqlarını demişdir. Rəmanın ona zəng etməkdə məqsədi ailəsinin yanında səbəbsiz yerə vurulmasına görə bir böyük qardaş kimi gedib həmin şəxslə söhbət etməsi olmuş, Rəmandan telefonda: «Həmin şəxs nə səbəbdən səni vura bilər?»,- deyə soruşanda o, xanımının onun köynəyini düzəltdiyinə görə ola bilsin ki, həmin şəxsin onları səhv başa düşdüyünü demiş, Rəmana: "Narahat olma, gəlib söhbət edəcəm”,- deyə cavab vermiş, amma özlüyündə gedib normal insan kimi söhbət edib qayıtmağı və Rəmanın da ürəyinin sakitləşəcəyini düşünmüşdür. Birinci məhkumluğundan indiyə qədər ehtiyat məqsədilə həmiş ə üstündə bıçaq olmuş, həmin vaxt da üstündə Hüseynağanın hədiyyə etdiyi dəstəyi və tiyəsi qara rəngli, dəstəyinin üzərində deşiklər olan bıçaq olmuş, söhbəti aydınlaşdırmaq üçün avtomobili olan dostu Hüseynağaya zəng etsə də, o, cavab vermədiyi üçün avtomobili olan digər dostu Şahid1 zəng edib onu Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o, da 20 dəqiqəlik işi olduğunu, onsuz da virusa görə Pirşağı qəsəbəsində yaşadığını, yolüstü onu da düşürə biləcəyini demişdir. İlqarı gözləyən zaman Hüseynağa zəng edib «onsuz yanına gəlirdim, yoldaydım deyə cavab verə bilmədim» deyib harada olduğunu soruşanda ona «Bakcell Arena»-nın yanında olduğunu bildirmiş, İlqar və Hüseynağa gələnədək məsələ aydınlaşdırmağa getdiyindən dostu Məhkum2 zəng edib söhbətə getdikləri üçün ona «həyatdır, hər şey ola bilər, dəstəmazlı gəl» demiş, çünki ikisi də dinə qulluq etdikləri üçün dəstəmazın onları bəladan qoruyacağını, məntiqli qərar verməyə kömək edəcəyini düşünmüşdür. Hüseynağa yanına tez çatdığı üçün mövzu aydınlaşdırmağa gedəcəklərini bilmiş, yəni Rəmanın ona telefonda dediklərini danışanda o, da "gedib söhbəti aydınlaşdırarıq” deyə bildirmiş, amma İlqar yanlarına gələndə məsələ barədə ona məlumat verməmiş, artıq onu geri qaytararsa ayıb olacağını və onu aparıb Rəmanın dava etdiyi yerə düşürüb getməsini düşünmüşdür. Bir müddət sonra Yaşar da gəlmiş, avtomobillərə minəndə dostu İlqarın «Chevrolet Malibu» markalı maşını olduğu üçün onu görənlərin daha hörmətlə qarşılamalarını istədiyi üçün İlqarın avtomobili ilə, Yaşar isə Hüseynağaya məxsus «VAZ 21015» markalı avtomobillə Xırdalan şə hərində "AaAf” parkın yanındakı «Bazarstore» marketinin yanına getmişlər. İlqar sonuna qədər nəyə və hara onu apardığını bilməmiş, Rəmanla danışanda həyəcanlı olduğunu hiss etdiyini güman etmiş, lakin avtomobildə artıq Rəmanla danışarkən ancaq yolu ondan soruşmuşdur. Saat 21 radələrində Rəmanla "AAAF” parkın yanında "Bazarstore” mağazasının avtodayanacağında görüşüb onu uşaqlarla tanış etmiş, İlqara: "Sən artıq get, yolundan qalma, avtomobilimiz var”,- deyib onu onlarla söhbət etməyə dəvət etməmiş və belə fikri olmamış, ona görə də onun getməsini istəmişdir. Rəman mübahisə etdiyi yerin aralıda olduğunu bildirib ora avtomobillə getmək lazım olduğunu deyəndə İlqara: "Sən get, biz Hüseynağanın avtomobili ilə gedərik”,- deyəndə İlqar: "Aparım düşürüm, sonra gedərəm”,- deyə cavab verib getməyin ayıb olduğunu düşündüyü üçün yanlarında qalmış və Rəman da İlqarın avtomobilinə minib yolu göstərmişdir. Rəmana onları görəndə 15-20 metr qabaqcadan deməsini istəmiş, lakin həmin küçəyə çatanda Rəman maşından saqqalı bir oğlanı göstərib onu vuran şəxs olduğunu deyəndə həmin şəxsin tək dayanmadığını və yanında başqa bir nəfərin də olduğunu görmüşdür. Bu vaxt avtomobili idarə edən dostu İlqara: "Dayanma, sağa dön, düz get və sonra dönüb geri qayıdarsan”,- demiş, İlqar və Hüseynağa avtomobilləri bir az irəliyə sürüb geriyə dönüb gəldikləri küçəyə qayıdıb həmin saqqallı oğlandan təxminən 50 metr aralıda avtomobilləri saxlamış və piyada şəkildə həmin şəxslərə yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman qabaqda o özü, yanında Rəman və Yaşar olmuş, Rəmanın göstərdiyi sonradan adının Xəlil olduğunu b ildiyi şəxs tək olmamış, yanında sonradan adlarını bildiyi Bahadur və qardaşı Məmməd də olmuş, Hüseynağa və İlqar isə təxminən 2 dəqiqə sonra onlara çatmışlar. Məqsədinin dava olmadığını bildirmək üçün həmin şəxsə çatanda onlarla mülayim formada salamlaşıb Xəlili göstərib: «Rəman, bu qaqaş səni vurub?»- deyə soruşanda Rəman başını yelləmiş, Xəlilə: «Olar bir az qapıdan kənarda söhbət edək?»,- deyə müraciət etmiş, Xəlil də: «Ürəyiniz hara istəyir, keçək»,- deyə cavab vermişdir. Həmin vaxt qabaqda o özü getmiş, Rəman da yanında olmuş, o birilər də arxada gəlmiş, Hüseynağa da arxada olmuşdur. Orada olanlar hamısı bir-iki addım atdıqdan sonra Xəlil «görürəm hamınız paltarlarınızı soyunub gəlirsiz» deyə söz atmış, hava isti olduğu üçün onlardan üst geyimi olan gödəkcəsini çıxaran yalnız Rəman olduğu üçün ona: «Kimsə paltarını çıxarıbsa deməli hava istidi»,- deyə cavab vermişdir. Bu vaxt Xəlil səsi uca vəziyyətdə: «Bilirsən bu nə edib? bura nəyə gəldiyinizi bilirsiz?»,- deyə sual verəndə ona elə bunu aydınlaşdırmaq üçün gəldiklərini deyib onu niyə vurduğunu soruşmuş, bu sözündən sonra Xəlil: «Kamera var, gəlin gedək göstərim, onda bilərsiniz»,- deyəndə kamera olduğu üçün söhbətin sülhlə həll olunacağını düşünüb «gəlin gedək» deyə bildirmişdir. Bu vaxt Rəmanın Xəlili göstərən zaman onun yanında dayanmış, sonradan adının Bahadur olduğunu bildiyi şəxs: «Dayanın, əgər sizi kameradakı görüntülərlə səhv çıxarsaq, sizin hamınızın..»,- deyəndə onun sözünü onlar tərəfdə olanlar sözünü yarımçıq qoyub yüksək tonla: «Səsini aşağı sal»,- demiş, onun bu sözü kameraya baxmağa getmələrinə mane çilik törətmişdir. İradlarından sonra Xəlilgil daha da üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, onunla gələn uşaqlara: «Sakit olun, kamera var, baxaq hər şey aydın olacaq»,- deyə müraciət edib ərkyana Xəlilin qolundan tutub: «Qaqa, kameraya baxaq»,- deyib söhbəti sakitləşdirməyə çalışmış, eyni vaxtda onu qardaşını və Bahaduru sakitləşdirməyə çağırmışdır. Xəlillə üzbəüz qaldığı üçün, o ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarın kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoymuş, lakin həmin vaxt o karıxıb şoklu üzlə ona baxıb əlini bel hissəsində saxlasa da, oradan heç nə çıxarmamış, yəni onun əlində əvvəl bıçaq olmamışdır. Onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb özünün üstündə olan bıçağı çıxaranda bu vaxt Xəlil bıçağı görüb qaçmış, hətta həmin vaxt qaçdı ğına görə bir nəfərin azaldığını düşünmüş, onun qaçdığına baxanda gözü ortalıqda Xəlilin qardaşı Məmmədə sataşmış, ətrafında isə Hüseynağa ilə Rəman olmuş və onlar ondan təxminən 5-6 metr aralıda əlbəyaxa dava etmişlər. Sonra sağ tərəfinə baxanda İlqarın Bahadura arxadan yaxınlaşdığını görmüş, İlqar Bahadurun əlində bıçaq olduğu üçün onu zərərsizləşdirmək məqsədilə tutub yerə atmış, sonra da Bahadur İlqarın üstünə yıxıldığı üçün onlara yaxınlaşanda Bahadurun bıçağının dəstəyinin parıltısını görmüş, sonra əli ilə Bahadurun çiynindən tutub onu İlqarın altına fırladıb geri çəkilmiş, İlqar onu sıxıb saxladığından artıq Bahadurun heç kimə xəsarət yetirməyəcəyini görüb dava olan kütlə tərəfə qayıtmışdır. X8 üz-üzə dayanaraq bir-birini vurduqlarını, həmin vaxt Hüseynağanın əlində parıltılı bır əş ya ilə əlini cəld şəkildə zərbələr yetirdiyini görmüş, onun əli yumruq kimi gedib-gəlməmiş, yəni həmin əşya ilə Məmmədə bıçaqla vuran kimi hərəkətlər etmiş, Hüseynağa Məmmədə zərbə yetirib dala çəkilən vaxt Məmməd də ləng hərəkətləri ilə Hüseynağaya əlində parlaq bir əşya ilə zərbələr vurmaq kimi hərəkətlər etmişdir. Onlar tərəfə gedəndə kimsə onu boruya oxşar, lakin nə olduğunu görmədiyi alətlə boyun nahiyəsinə vurmuş, lakin kimin vurduğunu görməmiş, arxaya baxanda isə həmin adam əlində bıçaq görüb geri çəkilmişdir. Özünü toplayıb kütləyə tərəf gedib sağ tərəfdə Xəlili əlində bıçaqla görmüş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən bıçaq zərəbələri vurmuş, Xəlilə bıçaq zərbələrini ancaq o vurmuş, Xəlili ondan başqa heç kim bıçaqla vurmamış, Xəlilə ondan başqa heç kim xəsa rət yetirməmiş, həmin vaxt yenə də ona arxadan belinə nəsə dəysə də, qaranlıq olduğu üçün kim olduğunu görməmişdir. Bu vaxt sonradan Xəlilin qardaşı olduğunu öyrəndiyi hündürboylu Məmmədlə çiyin-çiyinə dəyib bir-birlərinə baxmış, Məmməd onu vurmaq istəyəndə əlində bıçağı dəqiq görmüş, ondan cəld tərpənib əlindəki bıçaqla onun sol çiyin tərəfinə bir zərbə endirib geri çəkiləndə bir dəfə də yüngül bir zərbə ilə sol çiynindən vurmuş, həmin vaxt Məmməd də onun ürək nahiyəsindən bıçaqla vurub geri çəkilmişdir. Sonra o, uşaqlara «davay maşına» deyə göstəriş vermiş, həmçinin qarşı tərəf də geriyə çəkilmiş, həmin vaxt taqətini itirib yerə yıxılıb kürəyi üstə uzanıb özünü itirdiyini hiss etmiş, bir anlıq Xəlilin üstünə addımladığını və əlində mətbəx bıçağına bənzər bıçaq olduğunu görüb özünü toplay ıb ayağa qalxmış və əlindəki bıçaqla onu qarşılamağa hazırlaşmış, lakin Xəlil onun yaralı olduğunu görüb: "Ölürsən, ay bədbəxt”,- deyib arxaya çəkilmiş, o, da Xəlilə: "Elə sən də yaxşı vəziyyətdə deyilsən”,- deyə cavab verib avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Bir qədər çəkiləndən sonra daş üstündə durmuş "VAZ-2106” markalı avtomobilə söykənib üzü maşınlar tərəfə baxanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görmüş, bir az gücünü toplayıb həmin yerdə olan şəxsə doğru gedəndə artıq İlqar və Yaşar da yanında olmuş, həmin adamı çevirəndə Hüseynağa olduğunu, can verdiyini və xırıldadığını görmüşdür. İlqarla birlikdə onu qaldırmaq istəsələr də, ikisi də yaralı olduqlarından onu qaldıra bilməyib İlqara gücü olmadığını demişdir. Bu vaxt Rəman onun yanına gəlib onun köynəyini cırıb ya rasına baxmış, həmin vaxt ürək nahiyəsindən qan gəlmiş, Rəman Hüseynağanın cibindən açarı götürüb onun avtomobilini sürüb Hüseynağanın yanına sürmüş, İlqar da öz avtomobilinin açarını itirdiyi üçün dava başlayan yerə gedib tapıb yanlarına qayıtmışdır. Onu İlqar, Rəman və Yaşar köməkləşib İlqarın avtomobilin arxa hissəsinə otuzdurmuş, sonra Yaşara və Rəmana Hüseynağanı avtomobilə qoyub arxalarınca gəlmələrini demiş, bundan sonra İlqar onu öz avtomobili ilə Respublika Klinik Xəstəxanasına çatdırandan sonra da oradan onu və İlqarı təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 ona Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3- cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü ancaq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Məhkum1 təxminən 4-5 ildir tanımış və onunla yaxın dost münasibəti olmuşdur. 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində Tural ona zəng edərək "8-ci km” bazarının qarşısındakı "Heydər Əliyev” adına parka gəlməyini xahiş etmiş, ondan nə olduğunu soruşanda o, ona: "Xeyir olar inşallah, sən evdən çıxanda dəstəmaz al”,- demiş, o, da dəstəmaz alıb oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi 3 sm olan açılıb-bağlanan qara rəngli bıçağı götürüb cibinə qoyub evdən çıxmış, həmin bıçağı həmişə üzərində gəzdirsə də, Turalın onu hara və nəyə dəvət etdiyini bilməmişdir. Təxminən 40 dəqiqə sonra Tural ilə təyin olunan yerdə görüşəndə Turalın yanında tanıdığ ı, onun tanışları Hüseynağa və İlqar da olmuş, nə məsələ olduğunu Turaldan soruşduqda o, ona Rəman adlı tanışının Xırdalan şəhərində problemi yarandığını və köməyə ehtiyacı olduğunu, yəni Rəmanın küçədə həyat yoldaşı ilə olarkən həmin küçədə yaşayan bir kişinin onlara sataşdığını və bu səbəbdən aralarında problem yarandığını demiş, Rəmanı şəxsən tanımasa da, onun haqqında Turaldan əvvəlcədən eşitmiş, Rəmanın əvvəlcədən qız qaçırdığını və bunun üçün problem yaşadığını Turaldan öyrənmişdir. Onlar iki avtomobillə oradan Xırdalan şəhərinə yola düşmüş, avtomobildən biri “VAZ-2l015” markalı minik avtomobili Hüseynağaya, digəri isə “Chevrolet” markalı minik avtomobili İlqara məxsus olmuş, o, Hüseynağanın, Tural isə İlqarın avtomobilində Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərində “BazarStore” marketinin yanında Rəmanla görüşəndə məsələ onlara aydın olmuş, həmin vaxt Rəman Turalın dediyini onlara təsdiqləyərək həyat yoldaşı ilə kirayə ev axtardığını və bu məqsədlə ona sataşılan ərazidə bir nəfər şəxslə mübahisəsi olduğunu, yəni həmin şəxsin ona kəllə ilə baş nahiyəsindən vurduğunu demişdir. Rəmana: “Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq”,- deyib əl-qol atıb məsələni şişirtməməsini, yəni sadəcə söhbətə getdiklərini bildirmiş və bundan sonra söhbəti sakit formada həll etmək üçün Rəmanla mübahisə yaradan şəxslərin yaşadığı ünvana getmiş, amma Xırdalan şəhərini tanımadığından həmin evin harada yerləşdiyini bilməmişdir. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarand ığını demiş, həmin iki şəxsdən biri Xəlil, digəri isə adını sonradan bildiyi Bahadur olduğunu, onlarla salamlaşdıqdan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiniz niyə gəlmisiniz? (nəlayiq ifadə işlədib) söhbətinə gəlmisiniz?”, - demiş, sonra Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək: “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiniz?”, deyə bildirmiş, həmin vaxt onun cavabını Rəman özü verib: “Hava istidir, onun üçün soyunmuşam”, - demişdir. Xəlilə gülə-gülə bir az səbirli və təmkinli olmasını deyib qıraqda söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: “Olar birinizlə çəkilək bir qırağa söhbət edək”, - deyəndə ona Tural ilə danışmağı təklif etmişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt onların, yəni onun, Hüseynağanın, Rəmanın və İlqarın yanında tək qalan Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın...”, - deyib nalayiq ifadə işlətmişdir. Bundan sonra onun yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmış, artıq dava düşəcəyini hiss edib yenə də yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlayıb aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlil Rəmanın yanındakı qızı nəlayiq sözlə adlandırsa da, Rəman onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatanda yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşmış və arala rında davadalaş başlamış, hamı bir-birinə təpikyumruq vurmuş, o özü isə tək ortada qalıb kimi ayırmaq lazım olduğunu bilməmiş, Məmməd yaxınlaşanda bir ağsaqqal kişi olduğu üçün ayırmağa gəldiyini zənn etmişdir. Bir anlıq Bahadurla üz-üzə gələndə onun sol əlində bıçaq olduğunu və üstünə hücum etmək istədiyini görmüş, Bahadur onun sinə nahiyəsindən təpiklə vurduğundan zərbənin təsirindən yerə yıxılıb sağ dirsəyini əzmiş, yerdə olmağından istifadə edərək Bahadur üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istəmiş, o, da bunun qarşısını almış, yəni sol əli ilə onun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başlamış, həmin vaxt sol əlindən xəsarət almışdır. Bu vaxt Bahadur onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurmuş, o, da sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirmiş, hətta xırçıltısını da eşitmiş, bundan sonra Bahadur geri çəkiləndə arxaya gedərək ayağı ilişib yerə yıxılmış, yanı üstə oturaraq onun üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etmiş, o, da onun üstünə daha getməmişdir. Bahadurdan bir neçə addım aralaşaraq yoldaşlarını axtarmağa başlamış, həmin vaxt Rəmanı yanında, Tural və İlqarı ayaq üstə görmüş, yenidən Bahadurun üstünə gəlməməsi üçün o, hələ də yerdə oturmuşdur. Turalın qolundan tutub özünə tərəf çəkərək onu oradan uzaqlaşdırmaq istəyəndə onun sinə nahiyəsində xəsarət olduğunu görmüş, sonra da İlqarı qolundan tutub eynı şəkildə aralaşdıranda onun da sinə nahiyəsind ə xəsarət olmuş, sonra bir az aralaşdıqdan sonra Hüseynağanı görmədiyi üçün onu soruşanda Rəman ona əli ilə göstərib yerdə olduğunu demişdir. Hamını geri çəkərək orada hadisə vaxtı daşlar üzərində olan «VAZ-2106» markalı avtomobilin yanında Hüseynağanı yerdə dizləri üstə, ayaqları qatlanmış, başı arxa vəziyyətdə görüb qucaqlayanda onun ağzından və burnundan qan gəlmiş və o xırıldamışdır. Geri baxanda Turalı da qeyd etdiyi «VAZ-2106» markalı avtomobilə halsız, sanki huşunu itirən vəziyyətdə söykəndiyini görmüş, Hüseynağaya kömək etmək istəsə də, ona artıq onun öldüyü deyilmiş, o, da onun başını buraxıb digərlərinə yardım etmişdir. Ətrafa yığışan qonşulardan təcili tibbi yardım xidmətinə zəng etməyi xahiş edəndə artıq məlumat verildiyi deyilmiş, Hüseynağanın yanında bir müddət durub təcili y ardım gəlməsini gözləyəndə də orada olan tanımadığı bir qadın onun qanlı əlini sarımış, elə həmin vaxtda Turalın yerə yıxıldığını görmüşdür. Rəman Hüseynağaya məxsus "VAZ- 21015” markalı avtomobilə minib yanlarına sürmüş, Hüseynağanı qaldırmağa cəhd etsə də, artıq təcili yardım avtomobili gəldiyi üçün Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş, bundan sonra Hüseynağanı buraxıb onun avtomobilinə əyləşib Rəmanla birlikdə Respublika Klinik Xəstəxanasına getmiş və bundan sonra Rəmanı görməmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilərək yaralı əli sarınmışdır. Rəmanın yaşlı kişi tərəfindən yoldaşının yanında vurulması ona inandırıcı görünmədiyi üçün onun əl-qol atmasına ehtimal olmasa da, onu tanımadığından: "Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq, əl-qol atıb məsələni şişirtmə”,demişdir. Əvvəlki ifadəsində Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığın, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdaf iə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirdiyini, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getdiyini göstərmişdir. Lakin həmin gün ifadə verəndə şokda olmuş, hadisənin və Hüseynağanın ölməsinin təsirindən özündə olmamış, tutulmağının və ailə-uşağın fikrində olduğundan həmin formada ifadə vermiş, hadisə vaxtı iştirak edən şəxslərin adlarını da daha sonra bilmiş və buna görə də elə formada ifadə vermişdir. O, Bahadurdan başqa heç kimi bıçaqla vurmamış, Xəlilin bədəni üzərindəki xəsarətlərin heç biri onun tərəfindən yetirilməmiş, Xəlilə kim tərəfindən xəsarət yetirilidyini bilmir, ümumiyyətlə dava zamanı Xəlillə üz-üzə gəlməmi ş, Xəlilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uşaq yaşından qan xəstəliyindən, 10 oktyabr 2019-cu ildən isə vərəm xəstəliyindən əziyyət çəkmiş, fərdi qaydada sürücülük edərək dolanışığını təmin etmişdir. 25 iyul 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən təxminən 1015 metr aralıda sağ tərəfdə tək dayandığı vaxt evin qarşısında tanımadığı bir qızla bir oğlan dayanmış, həmin vaxt evinin qarşısında olan transformatorun yanındakı işıq dirəyinin yanında olanda həmin qızın oğlanın paltarını düzəltdiyini, yəni əli ilə koftanın boğaz və ətək nahiyəsinə düzəliş verdiyini görmüş, bunu normal qarşılasa da, onların bu hərəkəti evinin qarşısında davam etdirib deyib -gülməyə başladıqları üçün onlardan evin qarşısından getmələrini tələb etmiş, həmin qız oğlanın onun əri olduğunu deyəndə onlara qapısından uzaqlaşmalarını istəmişdir. Onlar bir az irəli gedib dayananda təxminən 1-2 dəqiqə sonra oğlanın yanındakı qız qonşu Simuzərgilin evi istiqamətində hərəkət etməyə başlamış və oğlanı tək görüb etdiyi əxlaqsız hərəkətlərə öz iradını bildirmək üçün ona yaxınlaşıb ona niyə bu cür hərəkətləri etməsi barədə sual verdikdə: "Nə qışqırırsan”, deyə cavab verdiyi üçün onun bu sözlərinə əsəbiləşib sağ əli ilə onun boğazından tutaraq divara sıxmış və alın nahiyəsi ilə onun başına yüngül kəllə vurub ayılmasını bildirmişdir. Bu vaxt həmin oğlanın yanındakı xanım uzaqdan söyüş söyə-söyə ona doğru gəlməyə başlamış, oğlan isə ona doğru getmiş, həmin oğlana yanındakı xan ımı götürüb cəhənnəm olub getmələrini deyib evə doğru getmiş, lakin həmin xanım uca səslə qışqırdığı üçün səsinə qonşular da küçəyə çıxmış, bir müddət sonra o, onun ünvanına nalayiq ifadələr işlətməyə başlasa da, qadın olduğu üçün: "Yaxşı da, get-get”,- deyə cavab vermiş, lakin həmin qadın sakitləşməyib mərhum atası və anasının ünvanına nalayiq ifadələr işlətmiş, bu vaxt əsəblərinə hakim ola bilməyib həmin qadına nə deyirsə özünə aid olmasını deyib söyüş söymüşdür. Bir müddət sonra həmin oğlan əlini telefona atıb: "Sənə gününü göstərəcəm”, deyib zəng etmiş, sonradan qonşulardan eşitdiyinə görə həmin qızla oğlan "102” xidmətinə zəng etmişlər. Artıq aralarında təxminən 600 metrdən çox məsafə olduğundan onlar ondan uzaqlaşmış, qardaşı Məmməd də hadisə baş verəndən sonra küçəyə çıxanda ona baş verənləri danışmışdır. Təxminən saat 22 radələrində evinin qabağında qardaşı Məmmədlə oturduqları vaxt qonşu Bahadur da küçədə olmuş, qardaşı Məmmədlə söhbət edən vaxt az əvvəl dalaşdığı, sonradan adının Rəman olduğunu bildiyi şəxs 4-5 nəfərlə onun yanına yaxınlaşmış, onlardan biri, sonradan adının Tural olduğunu bildiyi şəxs Rəmana: "Səni vuran budur?”, deyib ona kənara keçib söhbət etməyi təklif etmiş, ətrafa fikir verəndə küçənin başında onların avtomobillərini də görmüş, amma hava qaranlıq olduğu üçün avtomobillərin markasını və rəngini dəqiq görə bilməmişdir. Bu vaxt qardaşı Məmməd də yaxınlaşmış, o, qardaşı və söhbətə gələnlər yaşadığı evdən uzaqlaşıb evi ilə üzbəüz olan marketin sağ tərəfindəki boşluğa doğru, yəni onların avtomobilləri saxladığı istiqamətdə getmiş, onların hərəkəti ndən bir az əvvəl həmin oğlanı niyə vurmağını öyrənmək istədiklərini başa düşmüş və bu məqsədlə onlara: "Sizlərdən biri gəlsin, kameraya baxaq, hər şey aydın olacaq”,- demişdir. Onlardan Tural irəli gəlsə də, necə olduğunu özü də başa düşmədən aralarında mübahisə yaranmış, ani olaraq Tural bıçaq çıxardanda bıçağın havada olduğunu görüb 5-6 addım geriyə çəkiləndə kürəyinə bir neçə bıçaq zərbəsi vurulmuş və bu vaxt nəfəsi sanki boşa getmiş, Tural da onu təqib etməyə davam etmişdir. Özündə olmadığı üçün həmin vaxt nə baş verdiyini dəqiq xatırlamamış, amma üstündə bıçaq olmadığı üçün evi ilə üzbəüz olan Raminin marketinə gedib əlinə bir əşya keçirtmək istəsə də, Ramin onu mağazadan qovmuş, bu zaman balıq ovuna apardığı bıçağın özünə məxsus "Opel” markalı avtomobilin yük hissəsində olduğunu x atırlayıb avtomobilin yük yerini açıb dəstəyi ağ rəngli bıçağı götürmüş, lakin yük yerində olan digər bıçağı götürməmişdir. Özünü və qardaşını müdafiə etmək üçün həmin şəxslərə doğru getmiş, bu vaxt qardaşı oradakı şəxslərlə əlbəyaxada olmuş və onun bədənindən qan axmış, bıçağı havada hərləsə də, bıçağın kimə dəydiyini bilməmişdir. Həmin şəxslər bir-birinə geri çəkilməyi bildirmiş, geri çəkiləndə yenə də sinəsinə bıçaqla zərbələr vurulmuş, lakin özündə olmadığı üçün kimin vurduğunu dəqiq bilməmiş, bir az özünü toplayanda qardaşı Məmmədi evin yaxınlığında görmüş və o, köynəyini dartıb çıxardanda kürəyindən qan axmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb avtomobilini işə salıb Məmmədi maşına əyləşdirib Respublika Klinik Xəstəxanasına gətirmiş, davada istifadə etdiyi bıçağı da öz yerinə, yəni avtomobilinin yük yerinə atmış, sonradan qardaşı Məmməd aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və özü də xəsarətləri ilə bağlı həbs olunana qədər xəstəxanada müalicə almışdır; hadisə vaxtı Məmmədin əlində bıçaq olmağını görməmiş, amma onun üzərində bıçaq olduğunu güman etmiş, çünki o, üzərində bıçaq gəzdirən olmuş, hətta mərhum qardaşı Məmmədin dava zamanı butulka şüşə ilə istintaq zamanı adı Hüseynağa olduğunu öyrəndiyi şəxsə baş nahiyəsindən vurmasını dəqiq xatırlamış, həmin butulkanı da Məmməd yaxınlıqda yerdən götürmüşdür. İlkin olaraq dava başlayanda Bahadur yanında olmamış, amma ola bilsin ki, davanın sonrakı mərhələsində kömək məqsədi ilə gəlmiş, hadisə vaxtı Bahadur: "Kamerada sizi səhv çıxartsaq onda sizin ağzınızı...”,- məzmunlu ifadə işlətməmiş, oğlanla qız onun evini n qarşısında etik normaya uyğun olmayan hərəkətlər etdiyini deyəndən sonra elə bu vaxt dava başlamışdır. Hadisə başlayanda üzərində bıçaq olmamış, ilkin olaraq söhbətə gələn şəxslər bıçaq çıxartmış, hadisə vaxtı o, heç kimi vurmamış, ola bilsin ki, bıçağı özünü müdafiə məqsədi ilə havada hərləyəndə onlardan kimsə xəsarət almışdır, Məhkum2 üstlərinə gələn şəxslərin içindən digərlərinə nisbətən yaşlı olduğu üçün xatırlamış, onunla üzbəüz qalmamış, həmin vaxt kimin konkret nə etdiyini dəqiq xatırlamamış, kameraya baxmağı təklif etdikdən sonra Tural və yanında gələn şəxslər səhv çıxacaqlarını başa düşüb söhbəti davaya çevirmiş, ilkin olaraq dava başlamazdan əvvəl Tural birinci bıçaq çıxarıb onu arxadan vurmağa başlamış, daha sonra qarışıqlıq baş vermiş və o, həmin vaxt üzərində bıçaq olmadığı üçün gedib dava zamanı istifadə etdiyi bıçağı avtomobilinin yük hissəsindən götürərək dava olan yerə qayıtmış, bıçağı götürməyə gedəndə artıq bir neçə dəfə bıçaqla bel nahiyəsindən vurulmuş, dava olduğu kütləyə qayıdandan sonra da onu bir neçə dəfə kimsə sinə nahiyəsindən bıçaqla vurmuş, həmin vaxt mərhum qardaşı Məmməd də dava edən kütlənin mərkəzində olmuş və o, da artıq bıçaqla vurulmuşdur. Bir anlıq: "Neynədiniz?”- deyərək qaçanda və üstünə gələn şəxsləri qovanda onlardan birinin yerdə uzandığını görsə də, onun üzünü görməmiş, çünki artıq qaranlıq olmuş, həmin vaxt üstlərinə gələn şəxslər artıq uzaqlaşmağa başlamış və dava səngimiş, sonra qardaşı Məmməd olan yerə qaçanda onu qanlı vəziyyətdə görüb əynindəki köynəyini çıxarıb avtomobilə atmış və onun özünə kömək edib öz avtomobilinə otu zdurub X25 aparmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, baş vermiş hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində məhz Zərərçəkmiş şəxs3 təşəbbüsü ilə (yəni onun məhkum olunmuş şəxslərə nalayiq ifadə işlətməsinə görə baş vermiş mübahisə və dalaşmanın nəticəsi olaraq) başlanmışdır. Lakin istər ibtidai istintaq, istərsədə birinci instansiya məhkəməsi yuxarda qeyd olunan faktiki halları nəzərə almamış, şəxsi münasibətlər zəminində baş vermiş hadisəni əsassız olaraq xuiqanlq niyyəti ilə törədilmiş cinayət əməli kimi qiymətləndirməklə məhkum olunmuş şəxs Məhkum1 əməlini əsassız olarq CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə tövsif etmiş, ibtidai istintaq orqanı isə məhkum olunmuş şəxs Məhkum2 qarşı həmçinin qeyd olunan sonuncu maddə ilə ittiham irəli sürmüşdür. Kassasiya məh kəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxslərin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarların niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş faktiki hallara və iş üzrə tədqiq olunmuş sübutların müqayiləsi təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, İslam Səfərli küçəsi 283 saylı fərdi yaşayış evinin yaxınlığında baş vermiş hadisəni şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş hadisə kimi qiymətləndirərək məhkum olunmuş şəxs Məhkum1 Zərərçəkmiş şəxs1 q əsdən öldürməsi və Zərərçəkmiş şəxs3 isə bilavasitə özü qəsdən öldürməyə cəhdlər etməsi kimi, yəni CMnin 120.1 və 29,120.1-ci maddələri ilə müəyyən olunmuş cinayət əməli kimi qiymətləndirilməsi və həmin əsaslarla da məhkum olunmuş şəxs Məhkum1 əməlinin qeyd olunan maddələrlə tövsif etməsi, o cümlədən ittiham orqanının məhkum olunmuş şəxs Məhkum2 qarşı həmçinin CM-nin 29,120.2.2-ci maddəsi ilə ittiham irəli sürməsinin əsassız olması barədə nəticəyə gəlsə də, onun bu qənaəti kifayət qədər əsaslandırılmış, işin faktiki hallarına uyğun olan inandırıcı qənaət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, "İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əməl ə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmam asını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət işləri və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası CM-nin 221 və 126.2.4-cü maddələrinin tətbiq maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. "Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hömətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini) qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salma ğa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və c əmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət qa nunvericiliyinə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə həyata keçirilən ictimai təhlükəli əməl dedikdə, heç bir səbəb olmadan və ya cüzi bir səbəbdən törədilmiş, insanın şəxsiyyətinə və ya onun əmlakına yönəlmiş qəsdən edilən hərəkətlər başa düşülməlidir. Bununla yan aşı, təqsirli şəxsin mübahisə, savaşma və ya dalaşma zəminində onun zorakı hərəkətlər törətməsi zamanı niyyətinin düzgün müəyyən edilməsi üçün kimin mübahisə və dava-dalaşın yaratmasının təşəbbüskarı olması, konfliktə təhrik etmək üçün hüquqazidd hərəkətlərin törədilməsinə bəhanənin gətirilməsinin təşəbbüskarının kimin olmasının aydınlaşdırılması vacibdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarlarının müddəalarına istinad edərək hesab edir ki, məhkumlar tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə işin müəyyən edilmiş hallara və məhkəmə istintaqında araşdırılan sübutlara düzgün hüquqi qiymət verməmiş və hesab etmişdir ki, məhkum olu nmuş şəxslər Məhkum1 və Məhkum2 hərəkətlərində xuliqanlıq niyyəti, yəni özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstəmək, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, o cümlədən cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunan əlamətlər mövcud olmamışdır. Lakin iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum1 öz tanışları X7 və Məhkum2 və Rəman Mirzəyevlə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Mə mmədov X20 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Rəman Mirzəyevin həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və qarşılıqlı dalaşma prosesində heç bir əsaslı səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb-açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə so nuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan X28 Məmmədova zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Rəman Mirzəyevin niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, heç bir əsaslı səbəb olmadan qəsdən adam öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 bıçaq zərbələri vuraraq, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən adam öldürməyə cəhd etmişdir. Daha sonra Məhkum1 öz zorakı hərəkətlərini davam etdirərək, qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X14 əsaslı səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmad ığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismində heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə zərbələr endirib, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya və həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu qəsdən öldürmüşdür; bundan sonra, Məhkum1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsinə baxmayaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs3 qəsdən öldürməyə cəhd etmişdir. Məhkum2 Məhkum1 və digər tanışı X7 ilə və Rəman Mirzəyevlə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsindəki 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Məmmədov X20 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Rəman Mirzəyevin həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində ən kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb-qatlanan bıçağ ını istifadəyə hazır vəziyyətə gətirərək qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 ona təpik atması zamanı əlindəki bıçaqla sonuncuya zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkum1lə Zərərçəkmiş şəxs2 qəsdən öldürülməsinə yönələn hərəkətlərini Məhkum1lə qarşılıqlı uzlaşdıraraq əlindəki bıçaqla hər ikisi yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən adam öldürməyə cəhd etmişdir. Kassasiya məhkəmə kollegiyası baş vermiş hadisənin təsvir olunmuş hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən məhkumların qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayət əm əllərində xuliqanlıq niyyətinin olmaması barədə işinin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və bununla əlaqədar məhkumların əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş halları, hadisənin mexanizmini, baş vermə şəraitini nəzərə alıb məhkəmə istintaqında tədqiq olunmuş sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə tərəfləri arasında baş vermiş münaqişənin şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verməsi, nəticədə məhkumların əməllərində xuliqanlın niyyətinin olmaması barədə gəldiyi nəticə inandırıcı, qənaətbəxş hesab edilə bilməz. Belə ki,CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən ed ilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə ( obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya di gər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hök münün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 qəsdən adam öldürmə və ya qəsdən adam öldürməyə cəhd cinayət əməllərində xuliqanlıq niyyətinin olmaması barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən c inayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM- nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və Məhkum1 əməlini tövsif edən apellyasiya inst ansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə məhkumların əməllərinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxarır. Məhk əmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Sumq ayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2022-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 münasibətdə kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1249/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1249/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver