Məhkəmə qərarları › İş №1(102)-1249/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1249/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1249/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımov Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1989-cu ildə Lənkəran rayonunun Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, "xxxx" MMC-də nəzarətçi işləmiş, Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarından məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), A.İ.Paşayev və Ə.Q.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 1 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 9 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 1 (bir) il 9 (doqquz) ay müddətə endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azad lıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hər birinə münasibətdə yüngülləşdirilərək 1 (bir) il 9 (doqquz) ay müddətə endirilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəy yən edilmişdir ki, Məhkum 2021-ci il iyunun 24-də tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlər edərək aralarında baş vermiş mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti yetirdikləri zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təzyiq etmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən mobil telefon vasitəsi ilə hadisə yerinə çağırıldıqdan sonra 2021-ci il iyunun 24-də saat 18:30 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanının qarşısına gəlib ona qarşı heç bir qanunsuz əməllərə yol verilmədiyi halda xuliqanlıq edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı qəsdən qərəzli hərəkətlər edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək küçədəki çoxsaylı vətəndaşların gözü qarşısında idmançı bədən quruluşuna malik olub özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq qəsdən xuliqanlıq hərəkətləri etmiş, daha sonra özünü əvvəllər tanımadığı və onunla heç bir münasibəti olmayan Zərərçəkmiş şəxs1 fövqündə qoyaraq üstünlüyünü nümay iş etdirmək məqsədi ilə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaq məqsədi ilə sonuncunun üzərinə hücum edib qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncunu yerə yıxdıqdan sonra uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yenidən yumruq və təpik zərbələri vurmağa davam edib sonuncuya təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıqlar olan insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər, xayaların və xayalığın qapalı travması, hər iki xayada damarlarda doluqanlılıq, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və trombozu, qaraciyərdə şok əlamətləri kəskin venoz doluqanlılıq kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 qısa müddət sonra almış olduğu xayaların və xayalığın küt travması, damarların doluqanlılığı, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması, damarların trombozu nəticəsində yaranmış travmatik şokdan hadisə yerində ölmüş, bu əməlləri ilə Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Kassasiya şikayə tinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü və apelyasiya instansiyası məhkəməsinin qərarı mötəbər sübutlara deyil, hadisənin mexanizminin saxtalaşdırılması hesabına əldə edilmiş sübutlara istinad edilməklə qəbul edilmişdir. Belə ki, hadisə mexanizmindən görünür ki, baş vermiş xuliqanlıq hadisəsi birinci epizod üzrə məhz Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, ikinci epizod üzrə isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən törədil mişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 445 saylı rəyinə görə Təqsirləndirilən şəxs1 bədən səthində boynun, döş qəfəsinin, sağ və sol bazunun qançırları, sol bazunun səthi əzilmiş yarası, sol dirsək oynağının arxa səthinin, sol çiyin qurşağının arxa səthinin, döş qəfəsinin arxa səthinin, budun, sol diz oynağının, qarnın ön divarının sıyrıqları kimi xəsarətlərin hadısənin baş verdiyi xx.xx.2021-ci il tarixə uyğun gəldikləri göstərilmişdir. MTE-nın xx.xx.2021-ci il tarixli 446 saylı rəyinə görə müayinə zamanı Məhkum bədən səthində sağ və sol dirsək nahiyələrinin, sol mil bilək oynağının sıyrıqları kimi xəsarətlərin olması və xəsarətlərin 3 nəfər şəxslərin əl ilə ayaq ilə başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla yetirilməsini bildirdiyi göstərilmişdir. Bunlar tam saxtalaşdırılmış rəy və ifadələrdirlər. Faktiki olaraq Məhkum Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində ekspertə təqdim olunsa da, ekspert onu müayinə etməmiş, belə bir xəsarətlər barədə ekspertə heç nə bildirməmiş və onun bədən səthində heç bir xəsarətlər olmamışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 447 saylı rəyinə görə Təqsirləndirilən şəxs2 bədən səthində sağ ənsənin və burnun yumşaq toxumalarının şişkinliyi halında əzilməsi-qançırları, sağ bazunun, sol və sağ dirsək oynaqlarının, sağ baldırın sıyrıqları ilə nəticələnmiş xəsarətlərin olmaları və həmin xəsarətlərin küt əşyanın( əşyaların ) təsirindən yetirilmələri təsdiqlənmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 459 saylı rəyinə görə Zərərçəkmiş şəxs3 bədən səthin də sağ bazunun qançırları və sol saidin sıyrıqları kimi, məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 474 saylı rəyinə görə Zərərçəkmiş şəxs2 bədən səthində isə sol bazunun orta 1/3-nin qançırları kimi xəsarətlərin olması və bu xəsarətlərin küt əşyanın (əşyaların) təsirindən yaranması göstərilmişdir. Müdafiəçi fikrincə, həmin xəsarətlərin onların qarşılıqlı olaraq Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə dalaşmaları zamanı alması faktı düzgün qiymətləndirilməyərək, onların özünü müdafiə etməsi zamanı almaları nəticəsinə gəlinmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, hadisə İlə bağlı naməlum şəxslər tərəfindən lentə alınaraq internet səhifələrinə yerləşdirilimiş video görüntülərdən tam aydın görünür ki, istintaqçı tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şə xs2 həqiqətə uyğun olmayan saxta ifadələrinə əsaslanmaqla təqsirli olmayan şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu isə qərəzli mövqe olub obyektiv həqiqətin aşkarlanmasına istintaqın tam və hərtərəfli qiymətləndirilməsinə xidmət etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədən səthində çox saylı (müvafiq olaraq 11 və 5-dən çox) xəsarətlər mövcud olduğu, xuliqanlıq hərəkətlərinin məhz onlara qarşı yönəldildiyi halda işin istintaqı tam ayrı məcrada təqsirsiz şəxslərə (yəni onlara) ittihamların elan olunmasına yönəldilmişdir. Müdafiəçi3 onun müvəqqəti saxlanma təcridxanasında müayinə edildiyi, bədən səthində heç bir xəsarətin olmadığını, ekspertə kimlər tərəfindənsə ona zor tətbiq olunmasını bildirmədiyi, həmin xəsarətlərin adi idmanla məşğul olduğu zam an almasını, hadisə yerində də heç kimlə dalaşmadığını bildirmişdir. Müdafiə tərəfi olaraq hər 3 müdafiəçi və təqsirləndirilən şəxslər meyitin ekskumasiya olunaraq məhkəmə-tibbi ekspertizasına təqdim olunması barədə vəsatətlər versələr də, bu vəsatətlər təmin olunmamışdır. Çünki ittiham tərəfinin saxta əsassız qanuna zidd ittihamı həmin rəyə söykənmişdir. Bu vəsatət təmin olunmuş olunsaydı, məlum olardı ki, həqiqətən mərhum Zərərçəkmiş şəxs1 meyiti daxili müayinə edilməmiş və ölümün səbəbi barədə verilmiş rəy saxtadır. Bu rəyin saxta olması isə irəli sürülmüş ittihamın da saxta olmasını təsdiqləmiş olardı. Hadisənin baş vermə anını əks etdirən videogörüntülərdən tam görünür ki, Zərərçəkmiş şəxs1 adi vəziyyətdə dayandığı yerdə qəflətən yerə yıxılır, onun üstünə heç kim yıxılmamış, əksinə, o na yardım edilməsinə cəhdlər edilir. Müdafiəçi3 ona hər hansı fiziki zor tətbiq etməsi halları olmadığı videogörüntülərdən də görünmədiyi halda, belə saxta ittihamların ona qarşı irəli sürülməsi ədalətsizlik və qanuna ziddir. Məhkəmə-tibb ekspertizasının Nərimanov rayon MTE PA ET TB publik hüququ şəxsin iş üzrə Zərərçəkmiş şəxs1 müayinəsi və ölümünə səbəb infarktın olmasını müəyyən etməsinə dair ilkin rəy isə ümumiyyətlə cinayət işinə əlavə olunmamışdır. Çünki həmin rəy obyektiv həqiqətin müəyyən olunmasına xidmət etmiş olardı, bu səbəbdən də cinayət işinin tövsifi uzun müddət ərzində yubadılmışdır. Saxta rəy əldə edildikdən sonra buna ittiham olunan əməl kimi qiymət verilmişdir. Bu isə bütün mənada qanunvericiliyin pozulmasına xidmət edir. Ölümün infarkt nəticəsində baş verməsi isə mərhum ağır şəkərli diabet xəstəliyindən əzab çəkməsinin bariz əlamətlərindəndir. Bundan başqa mərhumun epilepsiya xəstəsi olması faktı isə diqqət mərkəzindən kənarda saxlanılmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs3 mərhum Zərərçəkmiş şəxs1 hadisədə əvvəl Şamaxı rayonundan qayıtdıqları, yolda yeyib içdiklərini bildirməsi, Zərərçəkmiş şəxs1 yerə yıxılan zaman isə yenə axşamkı kimi sudurqası tutdu deməsi kimi hallar ifadələrində əksini tapmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası v erilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş k

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar