Məhkəmə qərarları › İş №1(102)-1249/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1249/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1249/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhk əməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəmənin 12 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, 15 avqust 1984-cü il tarixdə Min gəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Mingəçevir Şəhər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cümaddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 144.2.1, 144.2.3, 144.2.6-cı maddələri ilə 05 (beş) il müddətə, CM-nin 182.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq isə onun 20 aprel 2019-cu il tarixdən 27 sentyabr 2019-cu il tarixədək ev dustaqlığında olduğu 05 (beş) ay 07 (yeddi) gün ona təyin olunmuş həmin cəzadan çıxılmaqla məhkumun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məq sədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və tək zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, 11 yanvar 2010-cu ildə saat 23-dən 12 yanvar 2010-cu il saat 01-ə qədər Kolıvan qəsəbəsinin sakinləri X16 X26 arasında pul tələb etmə zəminində münaqişə baş vermiş və nəticədə taksi sürücüsü Şahid1 Novosibirsk vilayəti Kolıvan rayonu, Kolıvan qəsəbəsi – Yujino kəndi avtomobil yolunun 7ci kilometrliyində X26nı öldürüb, meyitini yol kənarındakı dərəyə atmış, özü isə hadisə yerindən qaçmış, sonra isə Rusiya Federasiyasını tərk etmişdir. 12 yanvar 2010-cu ildə X17, Məhkum, X9 və digər şəxs Novosibirsk vilayəti Kolıvan Fəhlə qəsəbəsi, Lenin - 83 ünvanında yerləşən «Metelitsa» bazarının ərazisində yerləşən «Nadejda-Pari» kafes ində toplaşıb, orada X26nın izsiz-soraqsız itkin düşməsi hadisəsini müzakirə etmiş və Şahid1in onu öldürməsindən şübhələnmişlər. X26nın ölümündə Şahid1dən şübhələnərək, Məhkum Şahid1i axtarıb tapmaq məqsədi ilə onun ailə üzvləri Zərərçəkmiş şəxs3ü və Zərərçəkmiş şəxs1i oğurlamaq qərarına gəlmişdir. Məhkum öz cinayətkar niyyəti barədə X17, X9 və digər şəxsə bildirdikdən sonra, onlar Zərərçəkmiş şəxs3ü və Zərərçəkmiş şəxs1i, yəni iki və daha artıq şəxsi oğurlamaq üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmişlər. X17 və digər şəxs Zərərçəkmiş şəxs3ün və Zərərçəkmiş şəxs1in oğurlanmasına yönəlmiş cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün Məhkum X9la birlikdə 14 yanvar 2010-cu il tarixədək oğurlayacaqları şəxslərin saxlanılması üçün ünvan 2-də yerləşən Xə məxsus yarımçıq tikilmiş evi axtarıb tapmış və evi kirayə edərkən evin əsl həqiqətdə hansı məqsədlər üçün istifadə edəcəyi barədə ev sahibinə heç bir məlumat verməmişlər. Bundan başqa onlar ünvan 3-də yerləşən bir otaqlı mənzili də eyni məqsəd üçün taparaq kirayələmişlər. Zərərçəkmiş şəxs3ün yerləşdiyi yeri müəyyən edərək, Məhkum X17 və X9la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini həyata keçirmək məqsədilə Şahid1in xəbərsiz itkin düşməsi faktı üzrə daxili işlər orqanına müraciət etməyin vacib olduğunu bəhanə gətirmişlər. 14 yanvar 2010-cu ildə saat 07:00-da Novosibirk şəhəri «Studentçeskaya» adlı xüsusi ərazidə Məhkumun əsl niyyətindən şübhələnməyərək Zərərçəkmiş şəxs3 Məhkumla görüşə gəlməyə razılaşmış və xx.xx.2010-cu ildə, saat 0 7:00-da Novosibirk şəhəri «Studentçeskaya» zonasına gəldikdə, orada onu Məhkum, X9, digər şəxs və X17 qarşılamışlar. Məhkum cinayətkar niyyətini həyata keçirməkdə davam edərək qabaqcadan razılaşdığı X17, X9 və digər şəxslə birlikdə Novosibirk vilayəti Kolıvan qəsəbəsi Daxili İşlər Orqanına getməyin vacib olduğunu bəhanə gətirərək, Zərərçəkmiş şəxs3 Xin istifadəsində olan T xxx UN 54 dövlət qeydiyyat nişanlı VAZ 2114 markalı avtomobilə otuzdurub onu Novosibirk şəhəri Kolıvan qəsəbəsindəki əvvəlcədən onun saxlanılması üçün tapdıqları, Nekrasov küçəsi, ev 51-ə gətirmiş və orada ona Kolıvan qəsəbəsinə gətirilməsinin real səbəbini bildirmişlər. Göstərilən binanın mənzilində olarkən, qabaqcadan razılığa gələrək bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs3ün oğurlanmasına yönəlmiş cinayətkar niyyət lərini davam etdirərək, ondan Şahid1in yerinin, habelə X26ün meyitinin yeri barədə məlumat almaq məqsədi ilə birgə və qarşılıqlı razılıq əsasında hərəkət edərək Məhkum və X9 Zərərçəkmiş şəxs3ün başına və bədəninə əlləriylə, ayaqlarıyla, silah kimi istifadə etdikləri oturacaqla (taburetka) çoxsaylı zərbələr endirməyə başlayıb, ondan Şahid1in yerinin, habelə X26nın meyitinin harada olması barədə məlumat tələb etmişlər. Digər şəxs isə onların hərəkətlərinə sözlə dəstək vermişdir. Məhkum, X9 və digər şəxsin qəsdən törətdikləri hərəkətlər nəticəsində Zərərçəkmiş şəxs3 fiziki ağrılara və döyülməyə məruz qalmışdır. Zərərçəkmiş şəxs3ü olduğu yer haqqında kiməsə məlumat vermək və ya kömək üçün müraciət etməkdən məhrum etmək məqsədilə, X9 və Məhkum digər şəxslə razılaşdırılmış qaydada Zərərçəkmiş şə xs3ün paltarının ciblərini axtarmış və onun pasportunu, hərbi biletini, adına olan ”Rusiya Əmanət Bankı”na məxsus bank kartını, habelə ona məxsus “FLEY E -300” və “Nokia 5700” markalı mobil telefonlarını, telefon enerjisi yükləmək üçün qurğunu və telefona olan qarnituru (qulaqcıqları) götürmüşlər. Məhkum, X17, X9 və digər şəxs Zərərçəkmiş şəxs3ə qarşı qəsdən törətdikləri zorakılıq hərəkətlərini bir neçə saat ərzində davam etdirərək qanunsuz olaraq məcburi qaydada və Zərərçəkmiş şəxs3ün iradəsinə zidd olaraq onu ünvan 3-də zorla saxlayaraq azadlıqdan məhrum etmişlər. 14 yanvar 2010-cu ildə Zərərçəkmiş şəxs3 ünvan 3-də qanunsuz saxlanması zamanı Məhkumla Novosibirk şəhəri, Kolıvan rayonu üzrə Daxili İşlər Şöbəsinin cinayətaxtarış bölməsinin rəisi V.V.Maysner əlaqə yaradaraq, Məhkuma ünvan 4- da yerləşən onun 40 №-li xidməti otağında Şahid1in olduğu yer və X26nın meyitinin olduğu yer barədə məlumat almaq üçün oğurlamaq niyyətində olduğu Zərərçəkmiş şəxs1in olduğunu bildirmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Şahid1in bir neçə ailə üzvü və qohumlarının oğurlanmasına yönələn cinayətkar niyyətini həyata keçirərək, Məhkum X9la birlikdə Zərərçəkmiş şəxs3ü X17nin mühafizəsi altında saxlayaraq, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan «VAZ 2106» markalı avtomobildə ünvan 4 ünvanda yerləşən Kolıvan rayonu üzrə DİŞ-nin binasına gəlmiş və orada Məhkum cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin oturduğu 40 №-li xidməti otağa keçmiş, X9 isə onun arxasınca daxil olub, Məhkum və Zərərçəkmiş şəxs1i inzibati binanın dəhlizində gözləməyə başlamışdır. Cinayət axtarış bölməsinin rəisi Maysnerin 40 nömrəli kabinetində olarkən Məhkum V.V.Maysnerin yanında onun razılığı və icazəsi ilə psixi təsir göstərməklə Zərərçəkmiş şəxs1 Şahid1 olduğu yer və X26un meyitinin olduğu yeri soruşmuşdur. Bundan sonra Məhkum cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin icazəsi və razılığı ilə Zərərçəkmiş şəxs1 onun arxasınca gəlməsini tələb edərək, onu kabinetdən dəhlizə çıxarmışdır. Həmin vaxt onları X9 orada gözləmişdir. X9 və Məhkum Zərərçəkmiş şəxs1i əhatəyə alaraq, birgə və razılaşdırılmış halda hərəkət edərək, onu Kolivan rayonu DİŞ binasının içərisi ilə apararaq, Zərərçəkmiş şəxs1 gizlənmək və kömək üçün kənar şəxslərə və polis əməkdaşlarına müraciət etmək imkanından məhrum edib, küçəyə çıxarmış və istintaqa məlum olmayan «VAZ 2106» markalı avtomobilə əyləşdirib, Zə rərçəkmiş şəxs1 gizlənmək imkanından məhrum edərək, onu Novosibirsk vilayəti, Kolivan qəsəbəsi, Nekrasov küçəsindəki Xə məxsus əvvəlcədən hazırlanmış yarımçıq tikiliyə aparıb, orada Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3lə birgə saxlamışlar. Bununla onun azadlığını məhdudlaşdırıb, həmçinin ondan Şahid1in olduğu yer və X26nın meyitinin olduğu yer barədə məlumat tələb etmişlər. Bununla yanaşı, Məhkum Şahid1in olduğu yer, habelə X26nın meyitinin olduğu yer barədə məlumat verməyənədək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 evdən heç bir yerə çıxa bilməyəcəklərini bildirərək, bu yolla Zərərçəkmiş şəxs1in və Şahid2nin azadlıq və şəxsi toxunulmazlıq kimi konstitusion hüquqlarını pozmuşdur. Eyni zamanda, X9 və digər şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkumla birlikdə və əvvəlcədən ra zılaşdıqları kimi yuxarıda qeyd olunduğu yerdə Zərərçəkmiş şəxs3ün baş və bədən nahiyəsinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr endirməyə davam edərək, ondan Şahid1in olduğu yer və X26nın meyitinin olduğu yer barədə məlumat tələb etmişlər. Məhkum, X9, X17 və digər şəxs Zərərçəkmiş şəxs3 Şahid1in olduğu yer və X26nın meyitinin olduğu yer barədə lazımi məlumatlara malik olmadığına əmin olduqdan sonra, onu ünvan 3 №-li evdən azad etmişlər və o, Novosibirsk vilayəti, Çulım rayonu, Mixaylovski qəsəbəsinə getmiş və orada Poçt küçəsi 3, mənzil 2-də valideynlərinin yanında gizlənmişdir. Məhkum, X9, X17 və digər şəxs Zərərçəkmiş şəxs1i qanunsuz olaraq ünvan 3 №-li evdə tutub saxlamağa davam edib, 14 yanvar 2010-cu ildə saat 15:00-dan sonra Məhkum X9, X17 və digər şəxslə birlikdə razılaşdırılmış qaydada hərəkət edərək digər şəxsin idarə etdiyi VAZ-2114 markalı, T 028 UN 54 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs1i ünvan 4-də olan əvvəlcədən tapdıqları bir otaqlı mənzilə aparıb, orada onu qanunsuz saxlamağa davam edib, azadlıqdan məhrum etməklə, habelə özünə X26nın meyitinin aşkar olunanadək və Şahid1 tutulana qədər orada saxlanılacağını bildirmişlər. Zərərçəkmiş şəxs1 ünvan 4-ə aparılması zamanı Məhkum, X9, X17, digər şəxsin cinayətkar hərəkətlərinə X12 da qoşularaq, onlarla qabaqcadan əlbir olaraq Məhkum, X9, X və X17la birgə və razılaşdırılmış şəkildə mənzildə gözətçi funksiyasını həyata keçirmiş və bununla da Zərərçəkmiş şəxs1 sərbəst hərəkət etməsinə maneçilik törədərək onu qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1in öz yeri haqd a kiməsə məlumat vermək və ya kömək üçün müraciət etmək imkanından məhrum etmək məqsədi ilə Məhkum onun «Samsung» markalı mobil telefonunu əlindən almışdır. xx.xx.2010-cu il tarixdə, saat 14:00 radələrində Məhkum ünvan 4-d olarkən Şahid1in olduğu yer və X26nın meyitinin olduğu yer haqqında məlumat əldə etmək üçün Şahid1in qohumlarının və ailə üzvlərinin oğurlanmasına yönəlmiş birgə cinayətkar niyyətinin həyata keçirilməsi məqsədi ilə X9 və X12a Kolivan qəsəbəsinə getməyin vacib olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 Məhkum və X9un Kolıvan qəsəbəsinə getmək istədiklərini eşitdikdə, onlardan ünvan 5-də nəzarətsiz qalan azyaşlı uşaqlarını onun saxlanıldığı ünvan 4-də yerləşən ünvana gətirmələrini xahiş etmişdir. Məhkum və X9 Zərərçəkmiş şəxs1in xahişini yerinə yetirməyi qərara almış və Məhk um Zərərçəkmiş şəxs1in və onun uşaqlarının aparılmasını X12a tapşırmışdır. Cinayətkar niyyətin birgə həyata keçirilməsində ona ayrılmış rola əsasən, X12 “Toyota Tselika” markalı, “R 545 TU 54” dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1i onun yaşadığı ünvan 3-ə gətirərək, orada uşaqları hazırlamağı və Novosibirsk şəhərinə geriyə aparılacağını, bu səbəbdən də evi tərk etmədən gözləməsini bildirərək, onu evdə qısa müddət ərzində nəzarətsiz qoymuşdur. Zərərçəkmiş şəxs1 özünün və azyaşlı uşaqlarının həyatına görə ehtiyat edərək, onu qanunsuz saxlayan şəxslərin müvəqqəti olaraq evdə olmamasından istifadə edib, qaçıb gizlənməyi qərarlaşdırmış və bu məqsədlə taksi fəaliyyəti ilə məşğul olan qonşusu Zərərçəkmiş şəxs4ə müraciət edərək, onu və azyaşlı uşaqlarını əri Şahid1in valideynlərin in yaşadığı ünvan 6-ya aparmağı xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4dən onun olduğu yer barədə heç kimə məlumat verməməyi xahiş etmişdir. 15 yanvar 2010-cu ildə, saat 20 radələrində Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1in xahişini yerinə yetirərək onu və azyaşlı uşaqlarını əvvəllər də Zərərçəkmiş şəxs3 və Şahid1in Məhkumdan gizləndiyi ünvan 6-ya aparmışdır. 15 yanvar 2010-cu ildə axşam vaxtı (ibtidai istintaqın gedişində dəqiq vaxt müəyyən edilməmişdir) Məhkum Zərərçəkmiş şəxs1in naməlum istiqamətdə gizləndiyini aşkarlamışdır. Buna görə də Məhkum Şahid1in qohumlarının və ailə üzvlərinin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini davam etdirərək Novosibirsk vilayəti, Kolivan DİŞ-nin Cinayət axtarış bölməsi üzrə rəisi V.V.Maysnerə Zərərçəkmiş şəxs1in olduğu yer barədə məlumat verilməsi xahişi ilə müraciət etmişdir. V.V.Maysner xəbərsiz itkin düşmüş X26nın istənilən üsul və vasitə ilə, o cümlədən polis əməkdaşına icazə verilməyən metodlardan istifadə etməklə, qısa bir zamanda yerinin müəyyən olunmasında maraqlı olduğu üçün Məhkumun təklifi ilə razılaşmışdır. 16 yanvar 2010-cü il tarixdə, nahar fasiləsindən sonra Məhkumun mobil telefon vasitəsi ilə Novosibirsk vilayəti, Kolivan rayonu üzrə DİŞ-nin Cinayət axtarış bölməsi üzrə rəisi V.V.Maysnerdən Zərərçəkmiş şəxs1in qardaşı Zərərçəkmiş şəxs2nin Kolıvan rayon DİŞ-nin binasında xidməti otağında olmasını öyrənmişdir. Bununla əlaqədar olaraq Məhkum Kolıvan qəsəbəsi «Metelitsa» bazarı ərazisində yerləşən «Nadejda Pari» kafesində Zərərçəkmiş şəxs2nin oğurlanmasında X14, X12 və X9un iştirak etmələrini onl ara təklif edib, onların razılığını alaraq, adları çəkilən şəxslərlə qabaqcadan əlbir olmuşdur. Məhkumla birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək X14, X12 və X9 X12un idarə etdiyi “Toyota Tselica” markalı, R 545 TU 54 region dövlət qeydiyyat nişanlı və Məhkumun əvvəlcədən tanıdığı və X26un meyitinin axtarışına cəlb etdiyi, lakin Şahid1in qohumlarının oğurlanması barədə məlumatlandırmadığı Şahid4ün idarə etdiyi “Toyota Corolla Levin” markalı, E 082 XV 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2ni oğurlamaq məqsədilə Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Novosibirsk vilayəti, Kolıvan rayonu üzrə Daxili İşlər Şöbəsinin binasına gəlmişlər. Orada Məhkum cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetinə getmiş, X14, X4, X9, X2 isə onun ardınca gedib Zərərçəkmiş şəxs2 gizlənməsinə imkan verməyərək binanın dəhlizində Məhkum və Zərərçəkmiş şəxs2ni gözləmişlər. Cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetindən V.V.Maysnerin məlumatı və razılığı ilə Məhkum Zərərçəkmiş şəxs2yə öz cinayətkar niyyəti barədə məlumat verməyərək onu dəhlizə çıxarmış, sonra onu tutmuş və faktiki azadlıqdan məhrum edərək Şahid4ün idarə etdiyi “Toyoto Corolla Levin” markalı E 0** XV *** region dövlət qeydiyyat nişanlı avtomobildə onu Novosibirsk vilayəti, Kolıvan rayonu, Lenin küçəsi, 83 ünvanında yerləşən “Metelitsa” bazarı ərazisindəki “NadejdaPari” kafesinə gətirmişdir. 16 yanvar 2010-cu il tarixdə, axşam saatlarında kafenin binasında Məhkum, X12 və X9la birlikdə Zərərçəkmiş şəxs2 bədəninə çoxsaylı zə rbələr endirmiş və ona psixoloji təsir göstərmiş, nəticədə Zərərçəkmiş şəxs2 və kafedə olan Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 yerləşdiyi yeri demişlər. Zərərçəkmiş şəxs2 “Nadejda-Pari” kafesində saxlanması zamanı Məhkum və X9, X14 və X12un hərəkətlərinə oğurlamada iştirak etməyən, lakin bu barədə bilən X2 qoşulmuş, hansıki Zərərçəkmiş şəxs2 yumruqla zərbə endirərək və ona psixoloji təsir göstərərək ilkin razılaşma əsasında qrup daxilində fəaliyyət göstərərək onu kafenin binası daxilində azadlıqdan qanunsuz məhrum etmişdir. Əldə olunan məlumata uyğun olaraq, Məhkum Şahid1 qohumları və ailə üzvlərinin oğurlanmasına yönəlmiş cinayətkar niyyətini həyata keçirməyi davam etdirmək məqsədi ilə 16 yanvar 2010-cu il tarixdə, saat 21 radələrində X14 və X4a Zərərçəkmiş şəxs2la birlikdə Zərərçəkmiş ş əxs1 gizləndiyi Novosibirsk vilayəti, Mixaylovskiy qəsəbəsi, Çulımskiy rayonuna getməyi, onu tutub Novosibirsk vilayəti, Kolıvan rayonu, “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesinə gətirməyi təklif etmişdir. Məhkumun təklifi ilə X14 və X4 razılaşaraq, bununla əlaqədar onunla qabaqcadan əlbir olmuşlar. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs4 əmr etmişdir ki, X14 və X4u özünə məxsus olan “Toyota Caldina” markalı U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yerləşdiyi yerə aparsın və onları Zərərçəkmiş şəxs1 ilə birlikdə Kolıvan rayonuna qaytarsın, Zərərçəkmiş şəxs4 onun həyat və sağlamlığına ziyan vuracaqlarından ehtiyat edərək razılaşmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs4 hərəkətlərinə nəzarət etmək üçün X14 və X4a mümkün olan yardımın təmin edilməsi məqsədilə, Məhkum və X9 cinayətkar niyyətləri barədə məlumatı olmayan Y, Z və Şahid4 sonuncunun idarə etdiyi “Toyota Corolla Levin” markalı E 082 XV 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs4 avtomobilinin ardınca getməyi təklif etmişlər. 16 yanvar 2010-cu ildə, saat 24 radələrində X14 və X4 ilkin razılaşma zamanı onlara təyin edilmiş rollara uyğun şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs2, həmçinin Şahid4 idarə etdiyi avtomobildə Y, Z ünvan 7 ünvanına gəlmişlər. Sonra X14 və X4 Məhkum X9 və X12la birlikdə Zərərçəkmiş şəxs1 oğurlanmasına yönəlmiş cinayətkar niyyətlərini icra edərək və Zərərçəkmiş şəxs4 son zərurət vəziyyətində yalan bəhanə ilə Şahid2 tək gəldiyini bildirərək, sonuncunu giriş qapısını açmağa məcbur et mişlər, bundan sonra X14 və X4 ünvan 7 mənzil 2-ə daxil olmuşlar. Mənzilin içində X14 və X4 Zərərçəkmiş şəxs1 əşyalarını toplamağı və onlarla birlikdə Kolıvan rayonuna Məhkumun yanına getməyi əmr etmişlər və Zərərçəkmiş şəxs1 onların göstərişini yerinə yetirmişdir. Zərərçəkmiş şəxs1 tutulmasını həyata keçirərək 17 yanvar 2010-cu il tarixdə, saat 02:30 radələrində X14 və X4 onu Novosibirsk vilayəti, Kolıvan rayonu “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesinə gətirmiş və orada Məhkum ona və Zərərçəkmiş şəxs2 psixi təsir göstərərək Şahid1, həmçinin X26nın meyitinin olduğu yer barədə məlumat tələb etməyə davam etmişdir. Göstərilən psixoloji təzyiq altında Zərərçəkmiş şəxs1 Məhkuma onu maraqlandıran məlumatın Zərərçəkmiş şəxs3 olduğunu bildirmiş, bununla əlaqədar olaraq Məhkum X14, X4 və X12a növbəti dəfə Novosibirsk vilayəti Mixaylovskiy qəsəbəsi Çulımskiy rayona gedib Zərərçəkmiş şəxs3 Kolıvan rayonuna “Nadejda-Pari” kafesinə gətirməyi təklif etmiş, onlar da razılaşmışlar. Mixaylovskiy qəsəbəsinə səfəri həyata keçirmək üçün Məhkum həmçinin Zərərçəkmiş şəxs4 öz avtomobilində X14, X4u Zərərçəkmiş şəxs3 olduğu yerə aparmasına göstəriş vermişdir. 17 yanvar 2010-cu il tarixdə axşam vaxtı X14, X4 Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobildə, həmçinin X12 və cinayətkar niyyətdən xəbərdar olmayan X2, X39 və X40 “Toyota Tselica” markalı avtomobildə yola düşüb xx.xx.2010-cu il tarixdə təxminən saat 08:00 radələrində Mixaylovskiy qəsəbəsinə gəlib çatmışlar. 17 yanvar 2010-cu il tarixdə, saat 08 radələrində Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə gə lib çataraq X14, X4, X12 və X2 ilkin razılaşma əsasında fəaliyyət göstərən bir qrup şəxs halında hərəkət edərək Poçtovaya küçəsi 3 mənzil 2 ünvanında yerləşən mənzilə daxil olmuş və oradan Zərərçəkmiş şəxs3 tutmuş və sonra onun ünvanına zorakılıq edəcəkləri hədəsi ilə onu evdən çıxarmış və iradəsinə zidd şəkildə Zərərçəkmiş şəxs4 avtomobilinə mindirmişlər, bundan sonra Zərərçəkmiş şəxs3 azadlıqdan məhrum edərək, əvvəlcədən əldə olunan razılığa əsasən Novosibirsk vilayətinin Kolıvan rayonuna gətirmişlər. Lakin Novosibirsk vilayətinin Çulım şəhərinə gedərkən X14, X4, X12 və X2 dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmış və Zərərçəkmiş şəxs3 qanunsuz saxlamadan azad edilmişdir. 17 yanvar.2010-cu il tarixdə, saat 05 radələrində Məhkum şəxsiyyəti məlum olmayan şəxslə birlikdə naməlum a vtomaşında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanına gətirmişlər, burada şəxsiyyətləri məlum olmayan şəxslərin nəzarəti altında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hərəkət etmək azadlığından məhrum edib, onların konstitusiyada müəyyən edilmiş hərəkət və şəxsi toxunulmazlıq azadlığını pozaraq yuxarıda qeyd edilən evdə yaşayanlara məlumat verməyərək xx.xx.2010-cu il tarixinə qədər saxlamışdır. 19 yanvar 2010-cu il tarixdə əvvəlcədən əlbir olan bir qrup şəxs halında hərəkət edən Məhkum X26nın meyitinin yeri barədə və Şahid1 cinayət törədilməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına təslim olması niyyəti barədə məlumat aldıqdan sonra, Zərərçəkmiş şəxs2 azad etmişdir. 19 yanvar 2010-cu il tarixdə Məhkum Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus əmlakını zor tətbiq etmə klə ələ keçirilməsinə yönəlmiş cinayətkar niyyətini həyata keçirməkdən ötrü X17 və Xla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşmiş və razılaşdırılmış şəkildə hərəkət edərək Xun idarə etdiyi “VAZ 2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomaşında Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən əvvəlcədən axtarılıb tapılmış bir otaqlı mənzilə tamah məqsədi ilə iradəsinə zidd olaraq oğurlayaraq aparmışlar və orada onu azadlıqdan məhrum edərək qanunsuz saxlamışlar. X14, X4, Məhkum, X9, X12, X17, X və X2 üç şəxsin oğurlanmasını həyata keçirərək öz hərəkətlərinin ictimai təhlükəil olduğunu dərk etmişlər, vətəndaşların konstitusiyada müəyyən edilmiş azad hərəkət etmə və şəxsi toxunulmazlıq hüquqlarını pozaraq ictimai təhlükəli nəticələr doğuran hərəkətlərini əvvəlcədə n görmüşlər və həmin nəticələrin baş verməsini arzu etmişlər. 19 yanvar 2010-cu il tarixinə qədər olan dövr ərzində Məhkum Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini tamah məqsədi ilə oğurlamaq yolu ilə ona aid olan əmlakın zorla əlindən alınması kimi tamah niyyətindən irəli gələn cinayətkar fikrə düşmüşdür. Məhkum cinayətkar niyyəti ilə X14 və X2 ilə paylaşmış və onlara hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində iştirak etməyi təklif etmişdir. X14 və X2 Məhkumun bu təklifi ilə razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Niyyətini həyata keçirmək məqsədilə 19 yanvar 2010-cu il tarixdə Məhkum oğurladıqları Zərərçəkmiş şəxs1 saxlanması üçün ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzili axtarıb tapmış, burada o, zor tətbiq edəcəyi hədəsi ilə, həmçinin sonuncunu saxlamaq yolu ilə zərərçəkənə zorakılıq göstərərək Zərərçəkmiş şəxs1 tələb olunan əmlakı əldə edənə qədər saxlamaq qərarına gəlmişdir. Belə ki, 19 yanvar 2010-cu il tarixdə, axşam saatlarında Məhkum Novosibirsk vilayəti, Kolıvan rayonunda yerləşən Novosibirsk vilayəti, Kolıvan rayonu Daxili İşlər Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Kolıvan rayonu üzrə Daxili İşlər Şöbəsinin binasında onun 40 nömrəli xidməti kabinetində olduğunu öyrənmişdir. Qabaqcadan əlbir olan bir bir qrup şəxs halında Məhkum, Zərərçəkmiş şəxs1 əmlakının hədə-qorxu ilə tələb edərək ələ keçirilməsi istiqamətində cinayətkar niyyətinin həyata keçirilməsini dava m etdirmək üçün, əvvəlcədən razılaşdırılmış bir qrup şəxsdən ibarət tərkibdə X17 və Xla sonuncunun idarə etdiyi “VAZ-2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomobildə Novosibirsk vilayəti, Kolıvan rayonu, M.Qorki küçəsi 69 ünvanında yerləşən Kolıvan rayonu üzrə Daxili İşlər Şöbəsinin binasına gəlmiş, burada Məhkum ona ayrılan rola uyğun olaraq cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin 40 nömrəli kabinetinə getmiş, X17 və X isə avtomobildə qalaraq Məhkumu və Zərərçəkmiş şəxs1 gözləmişlər. Sonra Məhkum cinayət axtarış bölməsinin rəisi V.V.Maysnerin məlumatı və razılığı ilə Zərərçəkmiş şəxs1 onun ardınca gəlməsini tələb etmiş və Zərərçəkmiş şəxs1 qaçıb gizlənmək və yoldan keçən insanlardan və digər polis əməkdaşlarından kömək istəməsi imkanından məhrum edərək onu Kol ıvan rayon DİŞ-nin binasından çıxarmış və küçədə “VAZ-2114” markalı, T 028 UN 54 region dövlət qeydiyyat nişanlı avtomobilə mindirmiş və 19 yanvar 2010-cu il tarixdən 20 yanvar 2010-cu il tarixə keçən gecə ünvan 2 ünvanında yerləşən mənzilə gətirmişlər və orada onu azadlıqdan məhrum edərək saxlayıb ona və ailəsinə aid olan əmlakı tələb etməyə başlamışlar. Bu zaman Məhkum Zərərçəkmiş şəxs1 ona və ailəsinə aid olan əmlakın verilməsi barədə tələbini yerinə yetirməyənə qədər mənzildən heç bir yerə getməyəcəyi barədə məlumat verib bu şəkildə Zərərçəkmiş şəxs1 konstitusiyada müəyyən edilmiş azadlıq, şəxsi toxunulmazlıq və mülkiyyətin toxunulmazlığı hüququnu pozmuşdur. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzilə aparan zaman Məhkum hərəkətlərinə mənzildə olan və mühafizəçi kimi fəaliyyət göstərən X2 qoşulmuş və o da hədəqorxu ilə tələb etmək üçün Zərərçəkmiş şəxs1 qanunsuz olaraq saxladığı zaman ona zor tətbiq edəcəyi hədəsi ilə onun sərbəst hərəkət etməsinə maneə yaratmışdır. 20 yanvar 2010-cu il tarixdə qeyd olunan mənzildə Zərərçəkmiş şəxs1 iradəsinə zidd olaraq saxlanılmaqla zorakılıq tətbiq olunacağı hədəsi nəticəsində o, Məhkumun tələbini yerinə yetirmək və ailəsinə məxsus olan əmlakını ona verməyə razılaşmışdır. Məhkum Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus olan əmlakını hədə-qorxu ilə ələ keçirilməsi istiqamətində cinayətkar niyyətini davam etdirmək üçün X14 və X2ə tələb olunan əmlakın toplanması üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə getmələrini təklif etmiş, X14 və X2 bu təkliflə razılaşmışlar. Bundan başqa, Məh kum Zərərçəkmiş şəxs4 əmr etmişdir ki, X14, X2 və Zərərçəkmiş şəxs1 ona məxsus olan “Toyota Caldina” markalı, U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə aparsın, sonra isə onları Zərərçəkmiş şəxs1 ilə birlikdə Kolıvan rayonuna qaytarsın. Zərərçəkmiş şəxs4 Məhkumun əmrini icra etməkdən imtina etdiyi təqdirdə onun həyat və sağlamlığına real təhlükənin yaranacağını anlayıb son zərurət vəziyyətində razılaşmağa məcbur qalmışdır. Zərərçəkmiş şəxs1 əmlakının zorla ələ keçirilməsinə yönəlmiş birgə və razılaşdırılmış hərəkətlərini davam etdirərək, X2 və X14, əvvəlcədən Məhkumla əldə olunan razılaşmaya əsasən xx.xx.2010-cu il tarixdə məcburiyyət qarşısında Məhkumun tələblərini icra etməyə razılaşmış Zərərçəkmiş şəxs4 idarə etdiyi “Toyota Caldina” markalı avtomobillə Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, Çulımskiy rayonu, Mixaylovskiy qəsəbəsinə aparmış, orada o, əmlakın verilməsi barədə tələbi yerinə yetirərək özünə məxsus qızıl-zinət əşyalarını, həmçinin ünvan 9 ünvanında yerləşən yaşayış evinin sənədlərini götürmüşdür. Bundan sonra X2 və X14 Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 Kolıvan rayonunda yaşadığı evə gətirmişlər və orada mobil rabitə vasitəsilə Məhkuma məlumat vermişlər. 22 yanvar 2010-cu il tarixdə, axşam saatlarında Məhkum Zərərçəkmiş şəxs1 tələb etdikləri əmlakın sonuncunun üzərində olması barədə məlumat aldıqdan sonra X2 və X14lə birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək mobil rabitə vasitəsilə Zərərçəkmiş şəxs1 əmlakı gətirməsini tələb etmiş və Novosibirsk şə hərində görüş yerini təyin etmişdir. Elə həmin vaxt Məhkum cinayətkar planları barədə məlumatlandırmadığı Zərərçəkmiş şəxs4 sonuncuya məxsus “Toyota Caldina” markalı U 642 SU 54 region dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 dediyi yerə gətirməsini xahiş etmişdir. Məhkumun xahişinə Zərərçəkmiş şəxs4 razılıq vermiş və Zərərçəkmiş şəxs1 Məhkumun dediyi Novosibirsk şəhəri, K.Marks meydanına gətirərək orada Məhkumun yanında düşürtmüş, özü isə çıxıb getmişdir. 22 yanvar 2010-cu ildə axşam, saatlarında Məhkum, X14 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə birgə niyyətlərini davam etdirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə iradəsinə zidd olaraq Zərərçəkmiş şəxs1 oğurlayıb onu ünvan 2 ünvanında yerləşən mənzilə aparmış, orada Zərərçəkmiş şəxs1 Məhkumun onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələbi əsasında özünə məxsus olan əmlakı, daha dəqiq: qırmızı qaşları olan həmin tarixə 1 rus rublunun 1 AZNyə məzənnəsi 0,0270 manat təşkil etdiyi dövrdə 10.000 rubl (270 manat) dəyərində qızıl sırğanı, sarı rəndə qaşları olan 10.000 rubl (270 manat) dəyərində qızıl sırğanı, böcəyə bənzər qaşlı 10.000 rubl (270 manat) dəyərində üzüyü, oval şəkilli sarı rəngli qaşı olan 10.000 rubl (270 manat) dəyərində üzüyü, birinin dəyəri 2.500 rub (67,5 manat) yeddi ədəd müxtəlif şəkilli toxuma formalı ümumilikdə 17.500 rubl (472,5 manat) olan qızıl üzükləri - cəmi 57.500 rubl (1552,5 manat) dəyərində qızı-zinət əşyalarını, həmçinin 209.90 0 rubl (5667,3 manat) dəyərində olan ünvan 9 ünvanında yerləşən yaşayış evinin sənədlərini – ümumilikdə 267.400 Rus rubl (7219,8 manat) dəyərində əmlakı və adı çəkilən evə dair sənədləri ona vermişdir. ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinin sənədlərini Məhkum göstərilən evin uğurla satılması üçün şəxsiyyəti ibtidai istintaqın gedişi zamanı məlum olmayan, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan, bu sahədə alıcı tapmaqda və uğurlu alqı-satqı etməkdə bacarığı olan şəxsə vermişdir. Bundan sonra Məhkum, X14 və X2 ilə birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs1 əmlakının zorla əlindən alınması məqsədilə sonuncunu, öz iradəsinə zidd olaraq yuxarıda qeyd olunan mənzildə saxlamışdır. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzildə saxlanılması zamanı Məhkumun hərəkətlərinə mənzildə olan X2 qoşulmuş, o, mühafizəçi funksiyasını yerinə yetirmiş və Zərərçəkmiş şəxs1 zorakılıq tətbiq edəcəyi hədəsi ilə xx.xx.2010-cu il tarixədək, yəni Məhkumun təklifi ilə X2 tərəfindən Zərərçəkmiş şəxs1 ailə-məişət zəminində yaranan problemlərin həll edilməsi üçün ünvan 10 ünvanında yerləşən evə aparanadək onun sərbəst hərəkət etməsinə maneçilik törədərək orada saxlamışdır. 27 yanvar 2010-cu il tarixdən gec olmayaraq Məhkum X14 və X2 ilə Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus əmlakını vahid niyyətlə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə ələ keçirməyə yönəlmiş birgə qəsdlərini davam etdirərək ünvan 10 ünvanında yerləşən evə gələrək Zərərçəkmiş şəxs1 zor tətbiq edəcəyini demiş və ondan əri Şahid1 məxsus olan “Qazel” markalı, T 192 NT 54 region dövlət qeydiyyat nişanlı avtomaşını ona verməsini tələb etmişdir. 28 yanvar 2010-cu ildə gündüz saatlarında Məhkum X14 və X2 ilə Zərərçəkmiş şəxs1 və onun ailəsinə məxsus əmlakının zorla ələ keçirilməsinə yönəlmiş birgə cinayətkar niyyətini həyata keçirmək məqsədilə X14 və X2ə Zərərçəkmiş şəxs1 Novosibirsk vilayəti, ünvan 10 ünvanında yerləşən evinə getməyi və onun ailəsinə məxsus olan “Qazel” markalı T 192 HT 54 region dövlət qeydiyyat nişanlı avtomaşını və onun açarlarını əldə etməyi və avtomobilin yanacaq-yağının dəyişdirilməsi üçün Novosibirsk vilayəti, Kolıvan rayonu, B.Oyeş kəndi, Kolxoznıy 7a ünvanında yerləşən qaraja yerləşdirməyi tapşırmışdır. 28 yanvar 2010-cu il tarixdə X14 və X2 Məhkumla birlikdə və razılaşdırılmış şəkildə hərəkət edərək Zərərçəkmiş şəxs1 No vosibirsk vilayəti, ünvan 10 ünvanında yerləşən evinə getmiş və onun şəxsiyyəti üzərində zor tətbiq etmək hədəsi ilə ondan ailəsinə məxsus olan “Qazel” markalı T 192 NT 54 region dövlət qeydiyyat nişanlı, həmin tarixdə 1 rus rublunun AZN-yə məzənnəsi 0,0265 manat təşkil etdiyi dövrdə 20.000 rubl (530 manat) dəyərində olan avtomaşını, avtomaşının sənədlərini, açarını ondan alıb qeyd olunan qaraja yerləşdirmiş və vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 287.400 Rus rublu (7749,8 manat), yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə onun şəxsiyyəti üzərində zor tətbiq etmə hədəsi ilə müşayiət olunan hədə-qorxu ilə tələb etmə əməlini törətmişdir. Lakin Məhkum, X14 və X2nin Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin b ütün əmlakının - ünvan 9-də yerləşən yaşayış evinin, həmçinin «Qazel» markalı, T 192 NT 54 region dövlət qeydiyyat nişanlı avtomobilin zor tətbiq etmə hədəsi ilə ələ keçirilməsinə yönəlmiş niyyəti ondan asılı olmayan səbəblərə görə başa çatdırılmamış, belə ki, Zərərçəkmiş şəxs1 hüquq mühafizə orqanlarına müraciət etdiyi üçün cinayətin qarşısı alınmışdır. Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus xeyli miqdarda əmlakın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq olunma hədəsi ilə ələ keçirilməsi cinayətini törədən Məhkum, X14 və X2 törətdikləri cinayətin ictimai təhlükəliliyini dərk etmiş, mülkiyyət və əmlak hüquqlarına qəsd etmə cinayətinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görmüş və onları arzu etmişdir. Bun dan başqa, 20 yanvar 2010-cu il tarixdən gec olmayaraq Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyalarının mövcud olması barədə məlumat alan Məhkumda həmin qızıl-zinət əşyalarını zor tətbiq etmək hədəsi ilə tələb etmək niyyəti yaranmışdır. Zərərçəkmiş şəxs4 əmlakını zorla əlindən almağa yönəlmiş cinayətkar qəsdini həyata keçirməkdən ötrü Məhkum Zərərçəkmiş şəxs4lə görüşüb ona öz cinayətkar niyyəti barədə məlumat vermək, onda olan qızıl-zinət əşyalarını ona verməsini tələb etmək, imtina etdiyi halda isə Zərərçəkmiş şəxs4 ünvanına zor tətbiq etmək fikrində olması barədə bildirmək qərarına gəlmişdir. 20 yanvar 2010-cu ildə axşam vaxtlarında, ibtidai istintaqın gedişatı zamanı dəqiq vaxtı müəyyənləşdirmək mümkün olmamışdır, Məhkum fikrində tutduqlarını həyata keçirərək Novosibirsk vilayəti, Kolıvan rayo nunda olarkən Zərərçəkmiş şəxs4lə görüşmüş və ona onda olan qızıl-zinət əşyalarını verməsi tələbini irəli sürmüş, tələbini icra etməkdən imtina etdiyi halda onu zor tətbiq etmə hədəsi ilə hədələmişdir. Zərərçəkmiş şəxs4 Məhkumun cinayətkar niyyətinin real olduğunu dərk edərək, həmçinin 16 yanvar 2010-cu il tarixdə Novosibirsk vilayəti, Kolıvan rayonu “Metelitsa” bazarı ərazisində yerləşən “Nadejda-Pari” kafesində ona qarşı zor tətbiq etmə faktı olduğu üçün, həyat və sağlamlığına görə ehtiyat edərək Məhkumun cinayətkar tələbini yerinə yetirməyə razılıq vermişdir. 28 yanvar 2010-cu il tarixdən gec olmayaraq ibtidai istintaqın gedişi zamanı dəqiq vaxtı müəyyən etmək mümkün olmamışdır, gündüz saatlarında Məhkum Zərərçəkmiş şəxs4 ünvan 11 ünvanında yerləşən mənzilinə getmiş və onun mənzilində o nun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyib həmin tarixdə 1 rus rublunun AZN-yə məzənnəsi 0,0265 manat təşkil etdiyi dövrdə ona aid olan iki ədəd hər birinin dəyəri 2.500 rubl (66,25 manat) ümumi dəyəri 5.000 rubl (132,5 manat) dəyərində olan qızıl üzükləri hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 məxsus olan əmlakı onun şəxsiyyəti üzərində zor tətbiq etməklə alıb ələ keçirərkən Məhkum öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, mülkiyyət və əmlak hüquqlarına qəsdin ictimai təhlükəli nəticələr verdiyini qabaqcadan görmüş və belə nəticələrin baş verməsini arzu etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum və onun müdafiəçisi Salahov Ruslan Fəxrəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 12 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı A.M.Abdullayev - həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını; - Müdafiəçi2 isə – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin əsasları, şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146, 416.1.21 və 419-cu maddələrinə, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 İyun 2003-cü il tari xli Qərarına, işin müəyyən olunmuş faktiki hallarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi maddələrlə aşağı hədlərdə yüngül cəzalar təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bunlara əsasən sonuncunun cəmiyyət üçün olduqca təhlükəli şəxs olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməməsini, CM-nin 15-ci maddəsinə əsasən törətdiyi cinayətlərin az ağır və ağır cinayətlər kateqoriyasına aid olmasını, özünü həmin cinayətləri törətməkdə təqsirli bilməyərək islah olunma yolunda olmadığını nümayiş etdirməsini nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi də əsassız ola raq həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Eyni zamanda məhkəmələr Azərbaycan Respublikasının hüdudlarından kənarda törədilən cinayətlərə görə cəza təyin etmənin qaydaları təsbit edilmiş milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinə də əməl etməmiş, nəticədə də Məhkum layiqli cəzadan kənarda qalmış, digər tərəfdən isə ona təqsirli bilindiyi maddələrlə açıq-aşkar yüngül cəzanın təyin edilməsi eyni xarakterli cinayət törətmiş şəxslərin barəsində cəza tədbirinin seçilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə də uyğun olmamışdır. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.M.Abdullayev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Müdafiəçi2 öz kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddəl ərinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CPM-nin bir sıra maddələrinə, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum ifadələrinə, habelə sonuncunun barəsində hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, eləcə də onun təqsirli bilindiyi əməllərin törədilməsində iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş digər şəxslərin haqqında olan hökmlərə, o cümlədən Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli hökmünə istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, hüquqların müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə dair mötəbər sübutlar istər Rusiya Federasiyasında, istərsə də sonradan Azərbaycan Re spublikasında aparılan ibtidai araşdırma zamanı əldə edilməmiş və məhkəmələr də belə sübutları araşdırmamış, araşdırılmış sübutlara düzgün qiymət verməmiş nəticədə isə sonuncu təqsiri sübuta yetirilmədiyi halda qanunsuz və əsasız olaraq məhkum edilmişdir. Halbuki, Məhkum cinayət təqibinin bütün mərhələlərində təkidlə bildirmişdir ki, o, Rusiya Federasiyası Novosibirsk vilayətinin Kolıvan qəsəbəsində yaşayarkən və orada bazarda alverlə məşğul olarkən dostu olan X26un X16 tərəfindən öldürülməsini ehtimal edib həm sonuncunu, həm də dostunun meyitini tapmaq məqsədilə digər şəxslərlə və polis əməkdaşları ilə birlikdə qanuni şəkildə cinayətkarı və onun qətlə yetirdiyi şəxsin meyitini axtarmış və bu zaman heç kimi, o cümlədən X16un yaxın qohumlarını oğurlamamış və hər hansı şəxsdən hədə-qorxu ilə pul və ya digər əmlakı tələb etməmişdir. Onun bu ifadələri toplanmış və araşdırılmış digər sübutlarla da təsdiq edilmişdir. Belə sübutların mövcudluğuna baxmayaraq Məhkum Rusiya Federasiyasında yaşayan və buna görə məhkəmə iclaslarında iştirak etməyən zərər çəkmiş şəxslərin və şahidlərin böhtan xarakterli ifadələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək ağır cəzaya məhkum olunmuşdur. Halbuki, guya onunla birlikdə cinayətlərin törədilməsində iştirak edən digər şəxslərə başqa məhkəmələr tərəfindən yüngül cəzalar təyin olunmuş və hal hazırda həmin şəxslərin hamısı azadlıqdadırlar. Məhkum təqsirinin sübuta yetirilməməsinə baxmayaraq dövlət ittihamçıları hətta belə halda ona təyin olunmuş cəzaları açıq aşkar yüngül hesab edərək hökmdən apellyasiya protesti, apellyasiya instansiyası məhkə məsinin qərarından isə - kassasiya protesti vermiş və həmin müraciətlərində məhkuma daha ağır cəzaların təyin edilməli olması barədə əsassız tələblər irəli sürmüşlər. Şərh olunan dəlillərə əsaslanaraq Müdafiəçi2 da onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayəti ilə yanaşı Müdafiəçi2 həmçinin onun həmin şikayətinin dəlillərinin bir qismini təkrarlayan kassasiya protestinə yazılı etiraz da vermiş və həmin etirazında protestin təmin edilməməsini xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı Müdafiəçi2 və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla, kassasiya protestinin məzmununa görə, dövlət ittihamçısı A.M.Abdullayev həmin protestində apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkumun həm təqsirli bilindiyi CMnin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə ayrı-ayrılıqda, həm də CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların açıq-aşkar yüngül olmasını mübahisələndirilir və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət i şinin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. Müdafiəçi2 isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, Məhkumun təqsiri sübuta yetirilmədiyi halda onun elan olunmuş ittiham üzrə qanunsuz və əsassız olaraq məhkum edilməsini, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yol verilməz sübutlar təşkil etdiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi haqqında qərarın qəbul olunmasına dair tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə ə sasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarıldıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini və Müdafiəçi2 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə bu müraciətlərin dəlilləri nə əsasən Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, s übutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, hə min qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil e tdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosess ual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Məhkum barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edi lməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaq la, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cin ayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktik i isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorum aq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunları nın, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəs inə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta ye tirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı v ə ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutu lmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndi rilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sa yıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şə rtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli mə hkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il ta rixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsa sında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası ilk növbədə Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşin müə yyən edilmiş faktiki halları isə ətraflı olaraq həm birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı, həm də hazırki qərarın “İşin halları” hissələrində təsvir edildiyindən məhkəmə kollegiyası həmin halların təkrarən təsvirinə ehtiyac görmür, iş materialların təhlili isə göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, həmin sübutlar da - zərər çəkmiş şəxslərin Rusiya Federasiyasında aparılmış cinayət təqibi zamanı verdikləri ifadələri, habelə çoxsaylı şahidlərin və Məhkum istinad olunan cinayət əməllərinin törədilməsində iştirak etmiş, buna görə də cinayət məsuliyyətinə cəlb edilərək müxtəlif hökmlərlə təqsirli bilinib məhkum olunmuş şəxslərin ifadələri Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmündə və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarında əks olunmuş, onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxslərin, zərər çəkmiş şəxlərin və şahidlərin ifadələrinin alınması, istər Rusiya Federasiyasının ərazisində, istər də Azərbaycan Respublikasında istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bütün bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-nin 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisn a edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir və kassasiya şikayətində sübutların qanuniliyi mübahisələndirilsə də, onun müəllifi bunun əksini, yəni toplanmış və araşdırılmış sübutların yolverilməzliyini təsdiq edən antisübutları məhkəmə kollegiyasına təqdim etməmiş və bununla bağlı dəlillərin əsaslı olmasına kollegiyanı inandıra bilməmişdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən, 125.8. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan aşağı instansiya məhkəmələri CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum məhkəmələr tərəfindən müəyyən edilmiş cinayət əməllərini törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bu baxımdan məhkəmə kollegiyası həmin nəticənin şübhə altına alınması üçün əsaslar görmür və eyni zamanda qeyd edir ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, onun təqsirliliyi üzrə hallar təkcə hazırki iş üzrə yekun məhkəmə aktları ilə deyil, həmçinin ona istinad olunan cinayət əməllərinin törədilməsində iştirak etmiş və məhz eyni əməlləri törətmələrinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmuş X14, X4, X2, X12, X17 barələrindəki Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, habelə Məhkumla birlikdə adam oğurluğu cinayətini törətdiyinə görə CM-nin 144.2.1 və 144.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş X9 barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmləri ilə müəyyən edilmiş, həmin hökmlər isə hal-hazırda da qüvvədədir. Təhlil göstərir ki, istər Novosibirsk Vilayət Məhkəməsi, istərsə də Lənkəran Ağır Cinayətlər Məhkəməsi qeyd olunan hökmləri çıxararkən eyni ilə hazırki iş üzrə yekun məhkəmə aktlarının qəbul edilməsinə əsas olmuş sübutlara, o cümlədən həmin hökmlərlə məhkum olunmuş şəxslərin onların barəsindəki cinayət işləri üzrə cinayət təqibləri aparılarkən verdikləri qismən etirafedici, digər tərəfdən isə Məhkumun da əməllərini ifşa edən ifadələrinə əsaslanmışlar. Məhkəmə kollegiyası hesab edir ki, məhz sübutların mövcudluğu və həmin sübutların tədqiqi hissəsində Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 s entyabr 2017-ci il tarixli hökmləri preyudisial qüvvəyə malik olan məhkəmə aktları kimi dəyərləndirilməli, həmin aktlarla isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi bir daha təsdiq olunur. Bu qənaətə gələrkən isə, məhkəmə kollegiyası həm qanunvericiliyin tələblərinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə istinad etməyi zəruri bilir. Belə ki, CPM-nin 142.1.-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Qanunun təsvir edilmiş normas ından görünür ki, həmin normada hökmün başqa dövlətin məhkəməsi tərəfindən ççıxarılmasından və Azərbaycan Respublikasında tanınıbtanınmasından asılı olmayaraq istənilən qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur ki, hazırki iş üzrə məhkəmələrin əsaslandıqları 28 dekabr 2011-ci il tarixli və 27 sentyabr 2017-ci il tarixli hökmlər hazırki işə baxılarkən qüvvədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bu və ya digər cinayət işinə baxarkən başqa məhkəmələr tərəfindən çıxarılmış hökm və ya digər yekun qərarı o halda preyudisial əhəmiyyətə malik olan yekun məhkəmə aktları kimi nəzərdən keçirilə bilər ki, həmin aktlar qanuni yolla əldə olunmuş sübutlara əsaslansın, bu sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilsin, həmin hökmü çıxarmış və ya digər yekun aktını qəbul etmiş məhkəmə isə iş üzrə gəldiyi nəticələri, bu və ya digər halların mövcudluğunu ehtimallar üzərində qurmayaraq kifayət qədər əsaslandırsın, bu zaman müvafiq sübutlara əsasən işin faktiiki hallarını müəyyən edərkən cinayət prosesi iştirakçılarının, o cümlədən cinayətin törədilməsində iştirakları müəyyən edilmiş, lakin bu və ya digər səbəbdən baxdığı iş üzrə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin iş üzrə məhkum olunmamış şəxslərin hüquqlarının pozulmasına yol verməsin. Bu təfsirə uyğun olaraq hüquqi mövqe “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda Konstitusiyanın 60 və 63-cü maddələrinə, habelə CPM-nin 142.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi m üəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Qanunvericilik cinayət prosesində sahədaxili (CPM-nin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (CPM-nin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyu disiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən CPM-nin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qism i digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üstə düşə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər... Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mü hakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Avropa Məhkəməsi bir sıra Qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə, məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə 2010-cu il 1 iyun tarixli Qərar; Al Khawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərar). Avropa Məhkəməsi həm də hesab etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxslərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində, sadəcə, mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. La kin bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır (Karaman Almaniyaya qarşı iş üzrə 2014-cü il 27 fevral tarixli Qərar, § 64 65). Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiy mətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104105)... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə g əlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır, Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından CPM-nin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə kollegiyas ı qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və özünün CPM-nin 142.1-ci maddəsinə verdiyi təfsirdən çıxış edərək vurğulayır ki, Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmləri ilə müəyyən edilmiş və Məhkumun təqsirli bilindiyi ittihamda əksini tapmış işin faktiki halları müəyyən edilərkən həmin məhkəmələr də qanuni yolla əldə edilmiş və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, həmin sübutların yolverilməzliyini müəyyən etməmiş, digər tərəfdən isə adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsində fəal iştirak etmiş Məhkumun bu əmələ görə təqsirli bilinməsini əvvəlcədən həll etməmiş, yəni təqsirsi zlik prezumpsiyası prinsipinin tələblərini pozmamış, sonuncunun təqsirlilik məsələsi isə hazırki işə baxan Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin həm Rusiya Federasiyasında, həm də Azərbaycan Respublikasında aparılan cinayət təqibi zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tədqiq edilərək mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş, 12 yanvar 2023-cü il tarixli hökmdə və 12 oktyabr 2023-cü il tarixli qərarda təsvir edilmiş sübutlar əsasında həll edilmişlər. İşə həm Şəki Ağır Cinayətlər Məhkəməsində, həm də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən baxılarkən Rusiya Federasiyasında yaşayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, habelə həmin ölkənin vətənda şları olan çoxsaylı şahidlərin və Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli hökmü ilə məhkum olunmuş şəxslərin müxtəlif səbəblərdən Azərbaycana gəlmələri, buna görə də dindirilmələri mümkün olmadığından, bu haqda müdafiə tərəfinin qaldırdığı vəsatətlər əsaslandırılmış şəkildə cavablandırıldığından, məhkəmə kollegiyası adları çəkilən və çəkilməyən şəxslərin ifadələrinin elan olunaraq tədqiq edilməsində hər hansı qanun pozuntusunu görmür və hesab edir ki, bu halda həm “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Yuxarıda təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası belə olan halda Məhkumun CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi və onun əməllərinin həmin maddələrlə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə məhkum olunmuş digər şəxslərin, zərərçəkmişlərin və şahidlərin ifadələri, həmçinin iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış başqa sübutların da məcmusu ilə deyil, həm də qanunun normaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeylə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə də uzlaşır. Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş və Məhkum qanuni və əsaslı olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası Müdafiəçi2 kassasiya şika yətində pozulması ehtiva olunan CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsindəki hazırki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsasları müəyyən etməyərək həmin şikayətinin dəlillərini qəbul edilməz sayıb bu müraciətin təmin edilməsini mümkün bilmir və hesab edir ki, şikayətdə əks olunan dəlillər Məhkumun cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi qiymətləndirilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması ilə bağlı kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differens iasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv ara şdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının müddəalarından, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1- ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsin in qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi i lə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMnin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda istinad olunmuş CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi x arakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-nin CPM-nin 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətləinə bax ılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestininin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi möv qeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövl ətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir d ərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayə tə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından v ə əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəu yğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası vətəndaşı olan Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənar cinayətlər törətməsini nəzərə ala raq qeyd edir ki, CM-nin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 12.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən ç ox ola bilməz. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində MDB dövlətləri arasında bağlanmış və Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli 581-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Konvensiyanın (Kişinyov Konvensiyasının) 91-ci maddəsinin 1-3-cü bəndlərində təsbit edilmişdir ki, Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin tapşırığına əsasən sorğu edən Razılığa gələn Tərəfin ərazisində cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən öz vətəndaşlarına qarşı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür. Razılığa gələn Tərəflər onların ərazilərində olan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər barəsində cinayət təqibini eyni zamanda onların verilməsindən imtina edilən hallarda da həyata keçirə bilərlər. Əgər cinayət işinin açılmasına səbəb olan cinayət cinayətdən zərərçəkmiş şəxslərin mülki-hüquqi tələblərinin irəli sürülməsi ilə nəticələnirsə, onda bu tələblərə həmin şəxslərin zərərin ödənilməsi haqqında vəsatəti olduğu təqdirdə həmin işdə və ya mülki mühakimə icraatı qaydasında baxılır. Sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cinayətə görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Həmin beynəlxalq müqavilənin tələblərindən belə nəticə hasil olur k i, bir ölkənin vətəndaşı olan şəxsin digər ölkənin ərazisində törətdiyi əməl (əməllər) hər iki ölkənin cinayət qanunvericiliyinə əsasən cinayət hesab edildikdə həmin şəxs vətəndaşı olduğu ölkənin cinayət qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunur, lakin bu zaman ona təqsirli bilindiyi maddələrlə təyin olunan cəza cinayət törətdiyi ölkənin qanunvericiliyində nəzərdə tutulmuş cəzadan sərt olmamalıdır (CM-nin 12.5-ci maddəsi). Belə tələblərdən çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestinin dəlillərinə cavab verilməsi və öz mövqeyini əsaslandırmaq üçün Məhkumun törətdiyi əməllərin mahiyyətinə və belə əməllərin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş Rusiya Federasiyasının və Azərbaycan Respublikas ının Cinayət Məcəllələrinin müvafiq maddələrinə və həmin maddələrin sanksiyalarına müraciət etməyi lazım bilir. Əvvəla, hazırki cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən, Məhkum törətdiyi adam oğurluğuna görə CM-nin 144.2.1 (adam oğurluğu iki və ya daha çox şəxs barəsində törədildikdə), 144.2.3 (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.6-cı (həmin cinayət tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) maddələri ilə, hədə-qorxu ilə tələb etmə cinayətlərini törətdiyinə görə isə CMnin 182.1 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə), 182.2.1 (eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü maddələri ilə (həmin əməllər xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və bu maddələr əsasında da cəzalandırılmışdır. CM-nin 144.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə, CMnin 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə, CM-nin 182.2-ci maddəsinin sanksiyasında isə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Eyni əməllərin törədilməsinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin (bu ndan sonra RF CM-nin) 126-cı maddəsinin 2-ci hissəsinin “a” (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə), “j” (iki və ya daha çox şəxs barəsində törədildikdə) və “z” bəndlərində (adam oğurluğu tamah məqsədi ilə törədildikdə) cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bu əməlləri törətməkdə təqsirli bilinmiş şəxs iki il müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş RF CM-nin 163-cü maddəsinin 1-ci hissəsinin (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) sanksiyasında dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə dörd ilədək müddətə icbari işlər, yaxud altı ayadək müddətə həbs, yaxud səkkiz min rubl və ya məhkumun altı aylıq əmək haqqının və ya digər gəliri miqdarında cərimə tətbiq edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. RF CM-nin 163-cü maddəsinin 2-ci hissəsinin “а” (hədə-qorxu ilə tələb etmə bir qrup şəxs tərəfindən törədildikdə) və “q” bəndlərinə (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) əsasən isə bu əməlləri törətmiş şəxslər beş yü z min rubl və ya məhkumun bir illik əmək haqqı və ya digər gəliri miqdarında cərimə tətbiq edilməklə və ya edilməməklə, yaxud iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilməklə və ya edilməməklə yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müqayisəli təhlil göstərir ki, Məhkumun təqsirli bilindiyi CM-nin 144.2.1, 144.2.3 və 144.2.6-cı maddələrinə uyğun olan RF CM-nin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “j” və “z” bəndlərinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi kimi on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 182.1-ci maddəsinə uyğun olan RF-nin 163cü maddəsinin 1-ci hissəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi kimi dörd ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 182.2.1 və 182.2.4-cü maddələrinə uyğun olan RF CM-nin 163-cü maddəsinin 2-ci hissəsinin “a” və “q” bəndlərinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi kimi isə - yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyyən edilmişdir. Bu təhlil və CM-nin 12.5-ci maddəsinin, habelə Kişinyov Konvensiyasının 91-ci maddəsinin 3-cü bəndinin müddəaları Məhkum onun təqsirli bilindiyi CM-nin 144.2.1, 144.2.3 və 144.2.6-cı maddələri ilə - on iki il, CM-nin 182.1-ci maddəsi ilə - dörd il, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə isə - yeddi il müddətlərindən artıq olmayan müddətlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olunması barədə nəticəyə gəlmək üçün əsas vermişdir. Bununla belə, məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, RF CMnin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “j” və “z” bəndlərinin san ksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi beş il müddətində müəyyən edildiyi, həmin Məcəllənin 163-cü maddəsinin 1-ci hissəsinin və 163-cü maddəsinin 2-ci hissəsinin “а” və “q” bəndlərinin sanksiyalarında isə eyni növ cəzanın aşağı hədləri müəyyən edilmədiyi halda, həmin maddələrə müvafiq olaraq uyğun gələn və Məhkum təqsirli bilinərək cəzalandırıldığı Azərbaycan Respublikasının CM-nin 144.2.1, 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi səkkiz il, CM-nin 182.1-ci maddəsinin sanksiyasında həmin növ cəzanın aşağı həddi üç il, CM-nin 182.2.1 və 182.4-cü maddələrinin sanksiyasında isə eyni növ cəzanın aşağı həddi beş il müddətlərində müəyyən edilmişdir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin də raz ılaşdığı Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə isə Məhkumun törətdiyi əməllərinə görə RF CM-nin yuxarıda göstərilən maddələri ilə deyil, Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmiş, lakin ona azadlıqdan məhrum etmə cəzaları həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların hədlərində deyil, RF CM-nin müvafiq maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə, yəni CM-nin 144.2.1, 144.2.3, 144.2.6-cı maddələri ilə 05 (beş) il, CM-nin 182.1-ci maddəsi ilə 01 (bir) il, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə isə 01 (bir) il 06 (altı) ay müddətlərdə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun bu qaydada, yəni bir ölkənin CM-nin müvafiq maddələri ilə t əqsirli bilib digər ölkənin onlara uyğun olan CM-nin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəza təyin edən birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi cinayət qanunu normasının tətbiqində səhvə yol vermiş, bununla bağlı gəldikləri nəticəni isə qəbul etdikləri yekun məhkəmə aktlarında hər hansı şəkildə əsaslandırmamışlar. Bu kimi hallarda vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönələn məhkəmə kollegiyasının qənaətinə, habelə cinayət qanunvericiliyinin tələblərinə görə isə, Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət (cinayətlər) törətdiyinə görə Azərbaycan Respublikasının ərazisində cinayət məsuliyyətinə cəlb edilərək məhz Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsin in müvafiq maddəsi və ya maddələri ilə təqsirli bilinmiş şəxsə cəza təyin olunarkən onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə deyil, bundan az, lakin cinayət törətdiyi ölkənin Cinayət Məcəlləsinin müvafiq maddəsinin və ya maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cəzanın təyin edilməsi o halda mümkündür ki, CM-nin 62-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxsin törətdiyi cinayətin və ya cinayətlərin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə onun təqsirli bilindiyi maddənin və ya maddələrin sanksiyasında (sanksiyalarında) nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edən məhkəmə yekun məhkəmə aktında digər ölkənin cinayət qanunvericiliyinə və ya həmin ölkənin məhkəməsi tərəfindən çıxarılmış hökmlə müəyyən edilmiş hallara deyil, CPM-nin 139.0.5-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan və baxdığı iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməllərə və onun şəxsiyyətinə və ailə vəziyyətinə münasibətdə müstəsna xarakter daşıyan halları müəyyən edərək onlara, habelə CM-nin 62-ci maddəsinə istinad etməli və bu nəticəni qanuna müvafiq qaydada əsaslandırmalıdır. Bunu həm cinayət qanunvericiliyin yuxarıda göstərilən normaları və CM-nin 62-ci maddəsinin müddəaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqeləri tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayəti n məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən ed ilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsb ət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirə n həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, tör ədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum barəsində cinayət işinə mahiyyəti üzrə baxılması nəticəsində nəinki müstəsna xarakt er daşıyan, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verə bilən hallar, ümumiyyətlə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, belə halları təsdiq edən sübutlar isə cinayət təqibinin aparıldığı müddətə əldə olunmamışdır. Buna baxmayaraq, Şəki Ağır Cinayətlər Məhkəməsi yalnız Rusiya Federasiyasının yuxarıda təsvir edilən cinayət qanunvericiliyinin normalarına, habelə Məhkumla birlikdə onun ittiham olunduğu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin barələrindəki Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2027-ci il tarixli hökmlərinə əsaslanaraq və CM-nin 62-ci maddəsinə istinad etmədən ona təqsirli bilindiyi CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə ayr ı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddlərindən də az müddətlərdə cəzalar təyin etmiş, bu nəticəni hər hansı başqa qaydada əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin nəticə ilə raılaşmaqla onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq onların qəbul edilməsini və bu dəlillər üzrə qurulmuş tələbin təmin olunmasını mümkün bilərək və yuxarıda şərh edilənlərdən çıxış edərək belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməklə CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməklə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası bir daha kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək və kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin isə təmin edilməməsi haqda Müdafiəçi2 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, sonuncunun kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protesti isə təmin edilməklə Məhkumun CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023cü il tarixli qərarı həmin protestə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağı dakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protesti təmin edilsin. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar