Məhkəmə qərarları › İş №1(102)-125/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-125/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-125/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum1 və onun müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Məhkum3, Məhkum4 və onun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Məhkum5 iştirakları ilə xx.xx. 1967-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində və hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 220.1-ci maddəsi ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış və hazırda həbsdə olan Məhkum2 CM-nin 29, 220.1-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məh kum olunmamış, işləməyən, ünvan3 qeydiyyatda olmaqla, ünvan3 yaşamış və hazırda həbsdə olan Məhkum3 CM-nin 29, 220.1-ci maddələri ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda həbsdə olan Məhkum4 CM-nin 29, 220.1-ci maddəsi ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda həbsdə olan Məhkum5 CM-nin 29, 220.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Məhkum4 və onun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, məhkumlar Məhkum3 və Məhkum5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T.Əliyev) Quliyev Еlmаn Теlmаn oğlu CM-nin 220.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması; Məhkum2 CM-nin 220.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması; Məhkum3 CM-nin 220.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması; Məhkum4 CM-nin 220.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması; Məhkum5 CM-nin 220.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasınа məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X11, X22 və X6 CM-nin 220.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), R.Z.Mamedov və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmi n edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 CM-nin 220.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müdddəti azaldılaraq 5 (beş) ilə endirilmişdir. Məhkum4 əməli CM-nin 220.1-ci maddəsindən həmin Məcəllənin 29, 220.1-ci maddəsinə tövsif edilmiş, Məhkum4 CM-nin 29, 220.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum4 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 8 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay 22 (iyir mi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum3 əməli CM-nin 220.1-ci maddəsindən həmin Məcəllənin 29, 220.1-ci maddəsinə tövsif edilmiş, Məhkum3 CM-nin 29, 220.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 15 gün və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati həbsdə saxlanıldığı 15 gün ona hazırki qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıq dan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 əməli CM-nin 220.1-ci maddəsindən həmin Məcəllənin 29, 220.1-ci maddəsinə tövsif edilmiş, Məhkum2 CM-nin 29, 220.1-ci maddələri ilə təqsirli bilinib CMnin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 15 gün və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati həbsdə saxlanıldığı 15 gün ona hazırki qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası sa xlanılmışdır. Məhkum5 əməli CM-nin 220.1-ci maddəsindən həmin Məcəllənin 29, 220.1-ci maddələrinə tövsif edilmiş, Məhkum5 CM-nin 29, 220.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum5 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 8 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə: Məhkum1 Sumqayıt şəhərində yaşamaqla xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasın ın qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən X12 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldığı məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən özü ilə eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşən Sumqayıt şəhər sakinləri Məhkum4, X11, X22, Məhkum5, X6, Məhkum3, Məhkum2 və qeyriləri ilə şəxsi söhbətlər və sosial şəbəkələrdə yazışmalar yolu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə və tanıdığı şəxslər arasında söhbətlərində zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymış, Sumqayıt şəhərində qrup üzvlərini yol xərcləri və nəqliyyat vasitəsi ilə təmin edib X, Məhkum3 və Məhkum2 xx.xx.2018-ci il tarixdə sonuncunun idarə etdiyi «QAZ-3105» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhərinə göndərərək x3in yaşadığı ünvan 6-də gecələmələrini, oradan xx.xx.2018-ci il tarixdə x3, x1, x2 və x4un da qoşularaq sonuncunun idarə etdiyi «VAZ-2105» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə Gəncə şəhərinə g etmələrini təmin etməklə, eyni tarixdə Sumqayıt şəhərindən Məhkum4, Xz, Məhkum5 və X7i taksi ilə Gəncə şəhərinə göndərib özü də digər taksidə oraya gəlməklə saat 20 radələrində Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədilib yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirilməsi, təhrik olunmuş şəxslərin hərəkətlərinin ictimai asayişin davamlı pozulmasına, insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə meydana daxil olmağa istiqamətləndirilib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əmə kdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabeçilik göstərilməməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerlərin uzun müddət ərzində tərk edilməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, zorakılıqların törədilməsi, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla onlara silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmişdir. Məhkum4 Sumqayıt şəhərində yaşamaqla xx xxxx 2018-ci il tar ixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X12 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldığı məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən Sumqayıt və Mingəçevir şəhərlərində özü ilə eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşən qardaşı X11, habelə Sumqayıt şəhər sakinləri Məhkum1, X22, Məhkum5, X6, Məhkum3, Məhkum2 və qeyriləri ilə şəxsi söhbətlər və sosial şəbəkələrdə yazışma lar yolu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə və tanıdığı şəxslər arasında zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymış, Məhkum1 rəhbərliyi və qrup üzvlərini yol xərcləri və nəqliyyat vasitəsi ilə təmin etməsi ilə xx.xx.2018ci il tarixdə Sumqayıt şəhərindən X, Məhkum3 və Məhkum2 sonuncunun idarə etdiyi «QAZ-3105» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhərinə gedib x3in yaşadığı ünvan 6 ünvanında gecələməklə, oradan isə xx.xx.2018-ci il tarixdə x3, X8, X9 və Xun d a qoşularaq sonuncunun idarə etdiyi «VAZ-2105» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə Gəncə şəhərinə getmələri, eyni tarixdə Sumqayıt şəhərindən o, X2, Məhkum5, X6lə birlikdə, Məhkum1 isə digər taksidə Gəncə şəhərinə gəlmələri ilə saat 20 radələrində Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədilib yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirilməsi, təhrik olunmuş şəxslərin hərəkətlərinin ictimai asayişin davamlı pozulmasına, insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə meydana daxil olmağa istiqamətləndirilib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabeçilik göstərilməməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerlərin uzun müddət ərzində tərk edilməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, zorakılıqların törədilməsi, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla onlara silahlı müqavimət göstərilməsi ilə müşayiət olu nan kütləvi iğtişaşlar təşkil etmişdir. Məhkum5 Sumqayıt şəhərində yaşamaqla xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X12 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldığı məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən Sumqayıt və Mingəçevir şəhərlərində özü ilə eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşən qardaşı X22, habelə Sumqayıt şəhər sakinləri Məhkum1, Məhkum4, X11, X6, Məhkum3, Məhkum2 və qeyriləri iləşəxsi söhbətlər və sosial şəbəkələrdə yazışmalar yolu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə, o cümlədən istifadəsində olan «Samsung» markalı mobil telefonu üzərindən «WhatsApp» sosial şəbəkəsindəX tərəfindən törədilmiş terror aktının görüntülərini paylaşmış, şəxsi görüş və söhbətlərində zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymış, Məhkum1 rəhbərliyi və qrup üzvlərini yol xərcləri və nəqliyyat vasitəsi ilə təmin etməsi ilə xx.xx.2018-ci il ta rixdə Sumqayıt şəhərindən X, Məhkum3 və Məhkum2 sonuncunun idarə etdiyi «QAZ-3105» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhərinə gedib x3in yaşadığı ünvan 6 ünvanında gecələməklə, oradan isə xx.xx.2018-ci il tarixdə x3, X8, X9 və Xun da qoşularaq sonuncunun idarə etdiyi «VAZ-2105» markalı **BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə Gəncə şəhərinə getmələri, eyni tarixdə Sumqayıt şəhərindən o, X2, Məhkum4, X6lə birlikdə, Məhkum1 isə digər taksidə Gəncə şəhərinə gəlmələri ilə saat 20 radələrində Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədilib yerli icra hakimiyyəti orqanlarının əleyhinə mü xtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirilməsi, təhrik olunmuş şəxslərin hərəkətlərinin ictimai asayişin davamlı pozulmasına, insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə meydana daxil olmağa istiqamətləndirilib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabeçilik göstərilməməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerlərin uzun müddət ərzində tərk edilməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, zorakılıqların törədilməsi, xidməti geyim formasın da ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla onlara silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmişdir. Hacıyev X19 rayonu, Sahil qəsəbəsində yaşamaqla xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X12 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçirilə cəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldığı məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən Sumqayıt və Mingəçevir şəhərlərində özü ilə eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşən Sumqayıt şəhər sakinləri Məhkum1, Məhkum4, X11, Məhkum5, X22, X6, Məhkum2 və qeyriləri ilə şəxsi söhbətlər və sosial şəbəkələrdə yazışmalar yolu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə, o cümlədən istifadəsində olan «Samsung» markalı mobil telefonu üzərindən «WhatsApp» sosial şəbəkəsindəX tərəfindən törəd ilmiş terror aktının görüntülərini paylaşmış, şəxsi görüş və söhbətlərində zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymış, Məhkum1 rəhbərliyi və qrup üzvlərini yol xərcləri və nəqliyyat vasitəsi ilə təmin etməsi ilə xx.xx.2018ci il tarixdə Sumqayıt şəhərindən X və Məhkum2la sonuncunun idarə etdiyi «QAZ-3105» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhərinə gedib x3in yaşadığı ünvan 6 ünvanında gecələməklə, oradan isə xx.xx.2018-ci il tarixdə x3, X8, X9 və Xun da qoşularaq sonuncunun idarə etdiyi «VAZ-2105» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə Gəncə şəhərinə getmələri, eyni tarixdə Sumqayıt şəhərindən Məhkum5, X2, Məhkum4, X6in bir, Məhkum1 isə digər taksidə Gəncə şəhərinə gəlmələri ilə saat 20 radələrində Azərb aycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədilib yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirilməsi, təhrik olunmuş şəxslərin hərəkətlərinin ictimai asayişin davamlı pozulmasına, insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə meydana daxil olmağa istiqamətləndirilib, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabeçilik göstərilməməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerlərin uzun müddət ərzində tərk edilməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, zorakılıqların törədilməsi, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla onlara silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmişdir. Məhkum2 Sumqayıt şəhərində yaşamaqla xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda tələblərindən biri terror aktı, qəsdən adam öldürməyə cəhd və sair xüsusilə ağır cinayətlər törətməyə görə ayrıca cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X12 cinayət məsuliyyətindən azad edilməsi olub ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyanın keçiriləcəyi barədə internet sosial şəbəkəsi və digər mənbələrdən aldığı məlumatlarla əlaqədar xx.xx.2018-ci il tarixdən etibarən Sumqayıt və Mingəçevir şəhərlərində özü ilə eyni cinayətkar əqidəni və radikal dini baxışları bölüşən Sumqayıt şəhər sakinləri Məhkum1, Məhkum4, X11, Məhkum5, X22, X6, Məhkum3 və qeyriləri ilə şəxsi söhbətlər və sosial şəbəkələrdə yazışmalar yolu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu qrupda həmin aksiyada fəal iştirak etməklə onun izdihamlı xarakter alması, zorakılıqların törədilməsi, hakimiyyət nümayəndələrinə sila hlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarla nəticələnməsinə nail olmaq məqsədilə sosial şəbəkələrdə, o cümlədən istifadəsində olan «Xiaomi» markalı mobil telefonu üzərindən «WhatsApp» sosial şəbəkəsindəX tərəfindən törədilmiş terror aktının görüntülərini paylaşmış, şəxsi görüş və söhbətlərində zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymış, Məhkum1 rəhbərliyi və qrup üzvlərini yol xərcləri və nəqliyyat vasitəsi ilə təmin etməsi ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərindən X və Məhkum3lə birlikdə özünün idarə etdiyi «QAZ-3105» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhərinə gedib x3in yaşadığı ünvan 6 ünvanında gecələməklə, oradan isə xx.xx.2018-ci il tarixdə x3, X8, X9 və Xun da qoşularaq sonuncunun idarə etd iyi «VAZ-2105» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə Gəncə şəhərinə getməklə, eyni tarixdə Sumqayıt şəhərindən Məhkum5, X2, Məhkum4, X6in bir, Məhkum1 isə digər taksidə Gəncə şəhərinə gəlmələri ilə saat 20 radələrində Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda ictimai qaydanın pozulmasına yönələn hərəkətlər törədilib yerli icra hakimiyyəti orqanlarının əleyhinə müxtəlif məzmunlu radikal şüarlar və qeyri-qanuni tələblər səsləndirilməsi, təhrik olunmuş şəxslərin hərəkətlərinin ictimai asayişin davamlı pozulmasına, insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə meydana daxil olmağa istiqamətləndirilib, onların qanunazidd davranışları nın qarşısını almaq istəyən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabeçilik göstərilməməsi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerlərin uzun müddət ərzində tərk edilməyərək dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və küçələrin bağlanıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması, zorakılıqların törədilməsi, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən və hakimiyyət nümayəndələri olan polis əməkdaşları istiqamətinə silah qismində istifadə olunan daş, şüşə, metal parçaları və sair predmetlər atılmaqla onlara silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil et mişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində CM-nin 220.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum1 məhkum edilməsi absurd və əsassızdır. Belə ki, Məhkum1 təhriki və təşkilatçılığı ilə bir nəfər də olsun Gəncə hadisələrində iştirak etməmişdir. Məhkum1 CM-nin 220.1-ci maddəsinə heç bir aidiyyəti yoxdur. Cinayət işinin materiallarında onun əməlini təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Bütövlükdə Gəncə hadisələri ilə bağlı istər birbaşa, istərsə də dolayısı ilə əlaqəsi olan hər hansı bir şəxs hadisələrə Məhkum1 təhriki ilə cəlb edilməmiş, bu hadis ədə bilavasitə iştirak edən şəxslərin heç birisinin Məhkum1 ilə heç bir əlaqəsi olmamışdır. O, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Gəncə hadisələri ilə bağlı bir kimsə ilə telefon əlaqəsi saxlamamış, heç bir dini qruplaşmaya aid deyil, «WhatsApp» və «fasebook» istifadəçisi deyil. Onun Gəncə hadisələri ilə hər hansı bir formada əlaqəsi nə istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə sübuta yetirilməmişdir. İş materiallarında Məhkum1 əməlini sübuta yetirəcək nə yazılı, nə də şifahi sübut yoxdur. Müdafiəçi hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Məhkum1 barəsində olan qərarı tam qanunsuz və ədalətsizdir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum2 qa rşı irəli sürülmüş ittihamlar üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum2 barəsində olan məhkəmə qərarları qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, tutulan zaman və ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin hüquqları pozulmuş, işgəncə və təzyiqlərə məruz qalmış və özünün əleyhinə ifadə verilməyə məcbur edilmişdir. Məhkum2 qarşı irəli sürülən sübutların əsasını qanunsuz yolla əldə edilmiş sübutlar təşkil edir. Müdafiəçi həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq dövründə hüquqlarının pozulması ilə əlaqədar heç bir araşdırma aparmadan, bununla əlaqədar müdafiə tərəfinin vəsatətlərini təmin etmədən ibtidai araşdırma zamanı təqsirləndiri lən şəxslərin işgəncələr altında verdikləri ifadələrə əsaslanaraq ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə qol verilmiş qanun pozuntularına göz yummuşdur. Müdafiəçi hesab edir ki, Məhkum2 münasibətdə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3, 5, 6, 8, 11 və 18-ci maddələri pozulmuşdur. Müdafiəçi həmçinin hesab edir ki, əslində günahsız olan Məhkum2 məhkəmələr tərəfindən təyin edilmiş cəza da ağır olmuşdur. Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum3 cəzadan azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərar ının dəyişdirilməsi və Məhkum4 cəzadan azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum4 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum4 barəsində bəraət verilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum4 heç bir cinayət etmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq məhkum olunmuşdur. Apellyasiya instansiya məhkəməsi onun şikayətini qismən təmin etsə də, cəzadan azad etməmiş, cəzasını azaltmışdır. Ona görə də etmədiyi cinayətə görə təyin edilmiş cəzadan azad edilməsini xahiş edir. Məhkum5 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum5 daha əd alətli və yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum1, Məhkum3, Məhkum4, Məhkum2, Məhkum5, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum3, Məhkum4 və müdafiəçisi Müdafiəçi3, Məhkum5 kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 aid hissələrdə dəyişdirilməlidir. Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir fa ktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətlərində məhkumların əsassız olaraq məhkum edilmələri qeyd edilir, barələrində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və cəzadan azad edilmələri xahiş olunur. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə əməliyyat-axtarış orqanları tərəfi ndən tərtib olunmuş ibtidai araşdırma orqanı tərəfindən və məhkəmələrdə tədqiq olunmuş sənədlərə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabat an müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar və onların müdafiəçilərinin kassasiya şikayətlərində irəli sürdükləri dəlillər onların apellyasiya şikayətlərində sadaladıqları dəlillərdən fərqlənmir və işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlilləri ətraflı araşdırmaqla məhk umlar Məhkum1 Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 Azərbaycan Respublikası CM-nin 29, 220.1-ci maddələri ilə ittiham olunduqları cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkumlar özlərini onlara elan edilmiş ittihamlarda təqsirli bilməsələr də, iş materiallarına əlavə edilmiş ibtidai araşdırma zamanı verdiklləri etiraf edici ifadələr ilə, habelə zərəçəkmiş qismində dindirilmiş X13 və şahidlər X15, X1 8, X3, X8, X9, X14, X16 və X17 ifadələri, telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli protokol, telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokol, məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 26035 nömrəli rəyinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokol, məhkəmə-kompüter ekspertizasının 26036 saylı xx xxxxxxx 2018-ci il tarixli rəyi, habelə toplanmış digər sübutlarla məhkumların təqsiri tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum1 kütləvi iğtişaşı təşkil etməsi, məhkumlar Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 isə kütləvi iğtişaşda iştirak etməyə cəhd et mələri toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutları araşdırarkən məhkumların qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, məhkumlara ittiham edildikləri maddələri ilə bəraət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə dair məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiya məhkəməsi Məhkum1 cəza təyin edilməsi ilə bağlı məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etmiş lakin onların cəzalarını kifayət qədər yüngülləşdirməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzə rə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. İş materiallarından görünür ki, Məhkum1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, ailəli olmaqla himayəsində 79 və 80 yaşında ata və anası, yetkinlik yaşına çatmayan iki uşağı vardır və yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, məhkumlar Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda baş vermiş kütləvi iğtişaşın həyata keçirilməsində bilavasitə iştirak etməmişlər. Apellyasiya instansiya məhkəməsi adı çəkilən məhkumlara cəza təyini zamanı həmin xüsusatı kifayət qədər nəzərə almamışdır. Həmçinin iş materiallarından görünür ki, Məhkum4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və himayəsində iki a zyaşlı övladı vardır, Məhkum5 atası birinci qrup əlildir, Məhkum3 himayəsində iki azyaşlı övladı vardır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir və məcburi köçkündür. Eləcə də məhkumlar yaşayış yerlərindən müsbət xarakterizə olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüs usi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən 58-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstər ilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan ayd ın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum3, Məhkum4 və müdafiəçisi Müdafiəçi3, Məhkum5 kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 aid hissələrdə dəyişdirilsin. 1) Məhkum1 Azərbaycan Respublikası CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə endirilsin. 2) Məhkum2 Azərbaycan Respublikası 29, 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aydan 2 (iki) il 3 (üç) aya endirilsin. Məhkum2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 15 gün və Gəncə şə həri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati həbsdə saxlanıldığı 15 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 3) Məhkum3 Azərbaycan Respublikası 29, 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aydan 2 (iki) il 3 (üç) aya endirilsin. Məhkum3 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 15 gün və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati həbsdə saxlanıldığı 15 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 4) Məhkum4 Azərbaycan Respublikası 29, 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aydan 2 (iki) il 3 (üç) aya endirilsin. Məhkum4 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 8 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 5) Məhkum5 Azərbaycan Respublikası 29, 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 ( iki) il 6 (altı) aydan 2 (iki) il 3 (üç) aya endirilsin. Məhkum5 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı 8 gün ona hazırkı qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar